Molla Pənah Vaqifin
300 illiyi
Türkiyə Milli Kitabxanasında qeyd edildiTürkiyə Milli Kitabxanasında Molla Pənah Vaqifə həsr olunan beynəlxalq elmi konfrans keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Kitabxanasının fonduna məxsus olan, şairin əsərlərindən ibarət kitab sərgisi təşkil olunub. Tədbir çərçivəsində “Molla Pənah Vaqif şeirləri dünya dillərində”, “Nizami Cəfərov. Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının da təqdimatı olub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə tədbirin keçirilməsinə görə TÜRKSOY təşkilatına, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə və ev sahibliyinə görə Türkiyə Milli Kitabxanasına minnətdarlığını bildirib. Şair haqqında danışan nazir Molla Pənah Vaqif zirvəsinin yüksəkliyini vurğulayıb, şairin yaradıcılığının həmişə diqqət mərkəzində olduğunu qeyd edib.
“Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi” adlı konfransda çıxış edən akademik Nizami Cəfərov Molla Pənah Vaqifin öz ədəbi və siyasi fəaliyyəti ilə xalqa bağlı mütərəqqi şəxsiyyətlərdən biri оlduğunu diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad
Məcid, Azərbaycan Milli
Kitabxanasının direktoru, professor Kərim Tahirov, Avrasiya Yazıçılar Birliyinin
sədri Yaqub Öməroğlu, Dünya
Yazıçılar və Ziyalılar Dərnəyinin direktoru Osman Baş, yazıçı-tədqiqatçı
Songül Dündar şairin yaradıcılığı
haqqında məruzələr ediblər.
Ekspress 2017.- 25 noyabr.- S.13.