Ev muzeylərinin saytları yeniləndi
Oktyabrın
4-də Nizami Kino Mərkəzində Bakı Şəhər
Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə
daxil olan 5 ev-muzeyinin veb-saytının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, veb-saytlar “Kaktus” Kreativ Şirkətinin əməkdaşı Arzuman Paşayev tərəfindən hazırlanıb.
Tədbirdə bildirilib ki, görkəmli ədiblər - Nəriman Nərimanov, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi və Əzim Əzimzadənin əvvəlcədən mövcud olan ev-muzeylərinin veb-saytları yenidən istifadəçilərin ixtiyarına verilib.
Vurğulanıb ki, saytlarda görkəmli ədiblərimizlə bağlı müvafiq məlumatları əldə etmək mümkündür.
Ən son texnologiyalar
əsasında yaradılmış saytların sürətli
axtarış sistemi mövcuddur.
Saytın ana səhifəsində ev-muzeylərində
keçirilən tədbirlər və ölkədə baş verən mədəniyyət hadisələri
haqqında da məlumatlarla tanış olmaq mümkündür.
Ekspress 2017.- 5 oktyabr.- S. 13.