Bakıda
kitab bayramı
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
açıldı
Dünən Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
açılışı olub.
Bakı
İdman Sarayında keçirilən sərgi-yarmarkada,
150-dən çox yerli,
40 xarici olmaqla, ümumilikdə 40 ölkəni
təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən,
çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak
edir.
Açılışda çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən
builki kitab sərgi-yarmarkasına böyük
marağın olduğunu
bildirib. Son vaxtlar
Azərbaycanda mütəmadi
olaraq beynəlxalq tədbirlərin keçirilməsini
yüksək qiymətləndirən
nazir belə tədbirlərin bütün
dünyada rəğbətlə
qarşılandığını qeyd edib.
Poliqrafiya müəssisələrinin öz
rəngarəng, fərqli
məzmunlu məhsulları
ilə təmsil olunmasını diqqətə
çatdıran nazir üç gün davam edəcək sərgi çərçivəsində
bir sıra kitab təqdimatlarının,
"dəyirmi masalar"ın,
müzakirələrin aparılacağını
bildirib.
Nazir son
illər yeni, latın qrafikalı
nəşrlər hesabına
kitabxanaların zənginləşdirilməsi
istiqamətində xeyli
iş görüldüyünü
diqqətə çatdırıb.
Vurğulayıb ki, bu işlər Prezident İlham Əliyevin "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında" 2004-cü il 12 yanvar tarixli Sərəncamına
və dünya ədəbiyyatının Azərbaycan
dilində çap edilməsi haqqında verdiyi müvafiq Sərəncama uyğun olaraq reallaşdırılır.
Azərbaycanda poliqrafiya sənətinin
inkişafından söz
açan Ə. Qarayev
bildirib ki, ölkəmiz hər il beynəlxalq
kitab sərgi-yarmarkalarında
təmsil olunur və kitablarımız beynəlxalq sərgilərdə
ən yüksək mükafatlara layiq görülür. Beynəlxalq kitab
sərgilərinə təqdim
olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların,
həm də Heydər Əliyev Fondunun nəşrləri yer alır. Heydər Əliyev Fondu tərəfindən bir sıra kitabların çap edilməsi xüsusi əhəmiyyət
daşıyır.
Azərbaycanda son vaxtlar vahid elektron
kitabxana sistemi adlandıran ALISA-nın tətbiqinə başlanılacağını
qeyd edən nazir, sərgi çərçivəsində bu sistemin təqdimatının
olacağını da
diqqətə çatdırıb.
Əbülfəs Qarayev nəşriyyat sahəsinin hər zaman dövlətin diqqət mərkəzində
olduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd
kitab nəşri sahəsində ən müasir texnologiyaların
ölkəmizə gətirilməsinə
nail olmaq, kitabın təbliği və yayılması, dərsliklərin,
lüğətlərin, tərcümə
və elmi ədəbiyyatların işıq
üzü görməsinə
yönəlmiş qərar
və göstərişlərin
vaxtında icrasının
təmini, gənc nəslin kitaba maraq və sevgisini
daha da artırmaq,
Azərbaycan oxucusunu dünyanın aparıcı
nəşriyyatlarının məhsulları ilə tanış etməkdir.
Sərgi ilə bağlı təəssüratlarını bölüşən Baş
nazirin müavini, Xalq yazıçısı
Elçin Əfəndiyev
bütün oxucuları
kitab bayramı münasibətilə təbrik
edib. Bildirib ki, Azərbaycanda
belə sərgi-yarmarkaların
keçirilməsi artıq
bir ənənə halını alıb.
Kitabın bəşəri dəyər olduğunu qeyd edən Elçin Əfəndiyev belə sərginin ölkəmizdə keçirilməsini
yüksək qiymətləndirib.
Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində
beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər
ölkəmizdə yüksək
səviyyədə keçirilir.
Gələcəkdə bu yöndə daha da böyük işlər görüləcəyinə
əminliyini ifadə edən E.Əfəndiyev bildirib ki, iştirakçılar
builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının
tarixi, mədəniyyəti,
ədəbiyyatı və
bugünkü inkişaf
səviyyəsi haqqında
dolğun məlumat əldə edə biləcəklər.
Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.
V Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasında
ilk dəfə Respublika
Kitabxana Kollektoru də iştirak edib.
Maraqlı təqdimatla çıxış
edən kollektor kitabsevərlərə Mədəniyyət
və Turizm Nazirliyinin "Avtomat kitab köşkü" aparatını təqdim edib.
Respublika
Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov "Avtomat kitab kökü" haqqında ziyarətçilərə
məlumat verib:
"Bu tipli aparatlar
ilk dəfə olaraq müxtəlif içkilərin
satışı üçün
nəzərdə tutulub.
Müasir dövrdə kitabların
bu üsulla satışı bir sıra ölkələrdə
həyata keçirilir.
Aparatın özəlliyi müştəri
ilə birbaşa əlaqədə olub müvafiq məbləği
ödədikdən sonra
nəzərdə tutulan
kitabı almağa imkan verir".
Sərgi-Yarmarkada "AybKitab" və
"İlesamKitab" layihələrinin
nəşrləri ilə
təmsil olunan Azərbaycan Yazıçılar
Birliyinin (AYB) kitab stendində Rəşad Məcid, Günel Eyvazlı, Həyat Şəmi, Tural Cəfərli və başqalarının imza günləri keçirilib.
Son zamanlar kitabla bağlı keçirilən
layihələrin artmasından
məmnunluq duyduğunu
deyən AYB-nin katibi Rəşad Məcid bu sərgidə
gələcəkdə daha
çox nəşriyyatların,
kitab evlərinin təmsil olunacağına
inandığını qeyd
edib: "Kitaba diqqətin, marağın artması bu gün hamımızın
arzusu, təmənnasıdır.
Mədəniyət və Turizm
Nazirliyinin ardıcıl
olaraq, iki ildən bir keçirdiyi bu cür sərgi-yarmarkalarda
yerli nəşriyyat, kitab evlərindən əlavə, xarici nəşriyyatlar da təmsil olunur, qonaq yazıçılar ölkəmizə təşrif
buyurur, azərbaycanlı
oxucularla görüşmək
şansı qazanırlar.
Tədbir daxilində keçirilən
görüşlər, tanınmış
və gənc yazarların imza günləri də xüsusi diqqətə layiqdir. İnanıram ki, bu, gələcəkdə daha
da geniş auditoriyanı əhatə
edəcək".
Sərgi-yarmarka çərçivəsində "TEAS
Press" nəşriyyatının stendində AYB katibi, yazıçı Çingiz
Abdullayevin oxucularla görüşü və
imza günü keçirilib. Qəzetimizə
açıqlamasında Çingiz
Abdullayev oxucuların sərgiyə marağından
çox məmnun olduğunu vurğulayıb:
"Hələ sərginin
təzə başlamasına
baxmayaraq, buraya minlərlə oxucu gəlib. Mən sevinirəm ki,
onların arasında gənclər böyük
əksəriyyət təşkil
edir. Bu da
onların kitaba marağının, sevgisinin
göstəricisidir. Bu,
nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu beşinci sərgi özündən əvvəlki
sərgilərdən çox
fərqlənir. Bu il bu sərgi-yarmarkada
40-dan çox ölkənin
nəşriyyatları təmsil
olunur. Bu il
xaricdən daha çox qonaqlar, kitab evləri gəlib. Bu gün
Milli Akademiyanın Kitabxanasındakı açılışda
kitabxanaya Rusiyadan böyük bir dəstə kitab hədiyyə edildi. Biz çalışmalıyıq
ki, gənc nəsil yalnız öz dilimizdə deyil, xarici dillərdə
də kitab oxumağı bacarsın".
Millət
vəkili Sona Əliyeva, Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyə
səfirliyinin mədəniyyət
müşaviri İrfan
Çifçi, AYB-nin
mətbuat katibi, şair Xəyal Rza, TÜRKSOY-un Azərbaycan
nümayəndəsi Elçin
Qafarlı, tərcüməçi
Əyyub Qiyas, yazıçı Kənan
Hacı, Azərbaycan Yaradcılıq Fondunun təmsilçisi, şair
və ədəbiyyatşünas
Qismət Rüstəmov,
"Kaspi" nəşriyyatının
təmsilçisi, şair
Fərid Hüseyn, yazıçı Vüsal
Nuru və başqaları da sərgi-yarmarka haqqında
öz təəssüratlarını
bölüşüblər.
Sərgi sentyabrın 30-dək davam
edəcək.
Ekspress.-2017.-29 sentyabr.-S.13.