Hüquqi dövlətin hüquq sistemi

 

Hüquqi dövlət quruculuğu istiqamətində atılan ilk addım hüquq sisteminin formalaşdırılmasıdır. Hüquq sistemi formalaşdırılmadan hüquqi dövləti yaratmaq qeyri-mümkündür. İnsanları idarə etmək üçün onları müəyyən sistemə salmaq, həmin sistem çərçivəsində fəaliyyətini tənzimləmək lazımdır. Əgər məqsəd hüquqidemokratik cəmiyyət qurmaqdırsa sistem bu istəyə uyğun şəkilləndirilir və insanlar da bu sistemdə yaşayır, inkişaf edir.

 

İnsanların fəaliyyət sxemlərini, qaydalarını müəyyən edən məhz hüquq sistemidir.

 

Qabaqcıl ölkələrin təcrübəsi sübut edib ki, hüquq sistemi mükəmməl olmadan ölkədə vətəndaş cəməiyyətini qurmaq, hüquqi dövlət formalaşdırmaq mümkün deyil. Buna görə də demokratik islahatlar yolunu tutan bütün dövlətlər kimi Azərbaycan dövləti də müstəqillik əldə etdikdən sonra ilk tədbirləri hüquq sisteminin təkmilləşdirilməsi, yeni şərtlərə uyğun formalaşdırılması ilə bağlıydı.

 

1990-cı ilin əvvəllərində Azərbaycan hüquq sistemində köklü dəyişikliklər baş verir. Bütün postsosialist məkanında olduğu kimi islahatların ümumi istiqaməti: ideolojisiyasi plüralizm, sosial yönümlü bazar iqtisadiyyatı, hüquq və azadlıqların genişləndirilməsi və onların təminatının möhkəmləndirilməsi müəyyən olundu. Eyni zamanda Azərbaycan hüquq sistemi baza prinsipləri, strukturuhüquq texnikası baxımından postsovet ölkələri ilə oxşar olsa da individuallıq əldə etməyə başladı.

 

Ali Sovet tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” 30 avqust 1991-ci ildə qəbul edilən Bəyannamə, qəbul edilən Konstitusiya Aktı müstəqil hüquq sisteminin formalaşmasının əsasını qoydu.

 

Amma yeni, müasir Konstitusiyanın yaranması da vacib idi. Dünya konstitusionalizminin inkişafı göstərir ki, ədalətli, müasir, güclü, stabil hakimiyyətin formalaşmasında ilk addımlardan biriictimai müqaviləninyaranmasıdır. Liberal nəzəriyyənin tərəfdarlarıictimai müqavilədedikdə Əsas Qanunu nəzərdə tutur.

 

12 noyabr 1995-ci ildə keçirilən referendumda ümumxalq səsverməsi ilə Konstitusiya qəbul olundu. Müasir Azərbaycan Konstitusiyasında konstitusionalizmin klassik ideyası öz əksini tapıb: insan hüquq azadlıqlarının prioriteti; siyasi plüralizm; hakimiyyətlərin bölgüsü; konstitusion nəzarət institutu s. Konstitusiyaictimai müqaviləolaraq dövlət, cəmiyyət fərd arasında münasibətləri müəyyən etdi, insan hüquqlarının prioritetini özündə təsbit etdi. Konstitusiyanın 12-ci maddəsində deyilir: İnsan vətəndaş hüquqlarının azadlıqlarının, Azərbaycan Respublikasının vətandaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”.

 

Konstitusiyada hakimiyyətlərin bölgüsü prinsipi əks olunub. Konstitusion mexanizm hakimiyyətin qolları arasında qarşılıqlı nəzarəti həyata keçirməyə imkan verir. Hakimiyyəti məhdudlaşdıran bu mexanizm ilk növbədə insan hüquqlarının müdafiəsinə xidmət edir. Konstitusiyanın 7-ci maddəsi müəyyən edir ki, hakimiyyətin müxtəlif qolları qarşılıqlı fəaliyyət göstərir öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini Azərbaycanın məhkəmələri həyata keçirir.

Hakimiyyətin təşkilinin bu müasir prinsipi dövlətçiliyin cəmiyyətin demokratik quruluşunun ayrılmaz hissəsidir.

 

Fərdin hüquq azadlığını müəyyən etməklə yanaşı Azərbaycan Konstitusiyası dövlət hakimiyyətinin yerli özünüidarəetmə orqanlarının sistemini quruluşunu müəyyən edir. Bütün digər demokratik konstitusiyalarda olduğu kimi Azərbaycan Konstitusiyasında da dövlət hakimiyyəti haqqında olan müddəalar yığcamdır. Konstitusiyanın 1-ci maddəsi müəyyən edir ki, “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Dövlət hakimiyyəti sistemini müəyyən edən Konstitusiyanın üçüncü bölməsi parlamentin nümayəndəli, qanunverici hakimiyyətini ön plana çəkir.

Konstitusiyaya uyğun olaraq hüququn əsas mənbəyi qanunverici digər normativ aktlardır. 148-ci maddə müəyyən edir ki, qanunvericilik sistemi Konstitusiya; referendumla qəbul edilən aktlar; qanunlar; fərmanlar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr.

 

Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər.

 

Hüquqi islahatların sürətinə görə Azərbaycan 90-cı illərdə digər postsovet ölkələrinin əksəriyyətindən geridə qalırdı. 1999-cu ilin əvvəlində yalnız ayrı-ayrı, əsasən ikinci dərəcəli məcəllələr qəbul olundu: 1994-cü ildə Hava məcəlləsi, 1997-ci ildə ayrı-ayrılıqda Su, Meşə, Gömrük məcəllələri. Lakin 2000-ci ilin sonuna kimi ölkədə praktiki olaraq bütün əsas hüquq sahələri üzrə məcəllələşdirilmə başa çatdı. 1999-cu ildə yeni Torpaq, Əmək, Ailə, Mülki Mülki-Prosessual, Cinayət Cinayət-Prosessual, Vergi İnzibati Xətalar Məcəlləsi qəbul olundu.

 

Yeni iqtisadi münasibətlər hüquq sisteminin, xüsusən mülki ona yaxın digər hüquq sahələrinin mütəmadi olaraq təkmilləşdirilməsini qanunvericinin üzərinə vəzifə kimi qoyur. İqtisadi münasibətlərin əsası əsasən müxtəlif mülkiyyət formalarına təminat verən, mülkiyyətin toxunulmazlığını dövlət tərəfindən müdafiə olunmasını müəyyən edən nisbətən stasionar konstitusion normalarla tənzimlənir (Konstitusiyanın 13-cü maddəsi). Azərbaycanın hüquq sistemində mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsi).

 

Konstitusiyanın müddəaları ilə yanaşı həmçinin, xüsusi sahəvi qanunlar sahibkarlıq fəaliyyətinin azadlığına təminat verir bazar münasibətləri subyektlərinin fəaliyyət qaydalarını müəyyən edir. Bu qanunvericilik aktlarındanQiymətli kağızlar fond birjaları haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Əmtəə birjası haqqında”, “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Məhdud məsuliyyətli müəssisələr haqqında”, “Banklar haqqında s. qanunların adını çəkmək olar.

 

Hüquq sisteminin təkmilləşdiriməsi ilə bərabər qanunların, hüquqi aktların aliliyini təmin edən, bu sahədə yaranan mübahisələri ədalətli həll edən məhkəmə sisteminin təkmilləşdirilməsi vacibdir. Əks halda yalnız təkmil qanunların olması ilə hüquqi dövlətin formalaşmasını təmin etmək mümkün deyil. Buna görə hüquq sistemində islahatlar dedikdə məhkəmə-hüquq islahatlarının aparılması əsas şərt kimi ortaya çıxır.

 

Müstəqilliyin ilk illərindən başlayaraq demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri edir. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirib.

 

Azərbaycanda hüquq sistemində aparılan islahatları mütəxəsislər 3 böyük mərhələyə bölür. Birinci mərhələ 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi, ikinci mərhələ Avropa Şurasına üzv olunması, üçüncü mərhələ 2006-cı il məhkəmə sisteminin müasirləşdirilməsi inkişafı ilə bağlı Prezident fərmanının verilməsi ilə başlayıb.

 

Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılır. Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən edir Sovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirir. Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyulur. Eyni zamanda xalqımızın dövlətçilik tarixi ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alınır.

 

Bundan əlavə, hüquqi islahatların aparılması, habelə ölkəmizin Avropa təsisatlarına inteqrasiyası məqsədilə 1996-cı il iyunun 8-də Avropa Şurası Azərbaycan arasında əməkdaşlıq proqramı qəbul olunur. İnsan hüquqlarının əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası’’nın müddəaları nəzərə alınmaqla yeni qanunlar hazırlanır.

 

Mahiyyət etibarilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir.

Komissiya tərəfindən hazırlanan “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradır, konstitusiya nəzarəti ideyası qəbul edilir.

 

Konstitusiyada bəyan edilən məhkəmə hakimiyyətinin müstəqilliyi “Məhkəmələr və hakimlər haqqında” 1997-ci il Qanununda inkişaf etdirilərək öz real təminatını tapır və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaradır.

 

Ümumiyyətlə, hüquq sistemi ölkənin inkişaf vəziyyətinə uyğun olaraq daim təkmilləşdirilir. Lakin əsas hüquqi dəyərlər daim qorunurbu sahədə hər hansı dəyişikliklərə yol verilmir.

 

Vasif CƏFƏROV

 

Ədalət.-2017.-6 yanvar.-S.10.