Zəlimxan Yaqub anıldı
Xalq şairi Zəlimxan
Yaqubun məzarı üstündə abidəsi
ucaldılıb
Xalq şairi Zəlimxan
Yaqubun məzarı üstündə abidəsi
ucaldılıb. APA-nın məlumatına görə, məzarüstü
abidə dekabrın 30-da I Fəxri xiyabanda
qoyulub.
Abidənin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur. Xalq rəssamı Natiq Əliyev APA-ya açıqlamasında bildirib ki, məzarüstü abidənin hazırlanmasında Zəlimxan Yaqubun “Bir əlim torpaqda, bir əlim haqda” misrası əsas götürülüb: “Abidə 8 aya başa gəlib. Məzarın üstü cilalanmış qara qranitlə örtülüb. Abidə yarıfiqur formada, ağ mərmərdən yonulub”.
Qeyd edək ki,
xalq şairi Zəlimxan
Yaqub 2016-cı il,
yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək
çatışmazlığından əziyyət çəkib.
O, 1950-ci il yanvarın 21-də
Bolnisi rayonunun Kəpənəkçi
kəndində dünyaya gəlib. 1967-ci
ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan
Dövlət Universitetinin
kitabxanaçılıq fakültəsini bitirib.
1995-2005-ci illərdə Milli Məclisin
deputatı olub. 2008-ci il
avqustun 29-da Azərbaycan
aşıqlarının V qurultayında Azərbaycan
Aşıqlar Birliyinin sədri seçilib. Z. Yaqub I Fəxri
xiyabanda dəfn olunub.
Ekspress.-2017.-10 yanvar.-S.13.