Hüquqi dövlətdə iqtisadi islahatlar

 

Son illər ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən iqtisadi islahatlaröz müsbət nəticələrini verməkdədir. Bu baxımdan islahatlarınhüquqi bazasını təşkil edən “Müəssisələr haqqında”, “Səhmdarcəmiyyəti haqqında”, “Torpaq islahatı haqqında”, “Sovxoz vəkolxozların islahatı haqqında”, “Banklarbank fəaliyyətihaqqında”, “Müflisləşmə və iflas haqqında” və bir sıra digərqanunlar qəbul edilmiş, vergi qanunvericiliyinin beynəlxalqtəcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm dəyişiklikləredilmiş, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlətmülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq olunub.

 

Dünya alimləri tərəfindən dünya iqtisadiyyatı və xarici iqtisadiəlaqələr sisteminin mahiyyətinin açıqlanması və fundamentalproblemlərinin araşdırılması sahəsində çox dəyərli tədqiqat əsərləriyaradılıb. Bu iqtisadçılardan P.Samuelson, V.Stopler, B.Belaşa, M.Korden, P.Kruqman, C.Stiqlis, C.Saks və digərlərinin adlarınıçəkmək olar. MDB və digər postsosialist ölkələrində xarici iqtisadiəlaqələrin tənzimlənməsi mövzusu isə Rusiya, Ukrayna və ŞərqiAvropa ölkələrinin bir çox tanınmış alimləri tərəfindən işlənilib. Həmin dövrdə Y.F.Avdokuşin, V.Q.Draqonov, A.S.Filipenko, V.İ.Fomiçev, İ.P.Fominski, A.Kireev, V.Y.Rıbalkin, S.Şişkov kimigörkəmli iqtisadçıların problemə həsr olunmuş əsərləri elmiictimaiyyətin həmişə diqqət mərkəzində olub.

 

Ekspertlər qeyd edirlər ki, dünya qloballaşması iqtisadiyyatınyenidən qurulması dövründə dünya təsərrüfat əlaqələri hesab olunanbeynəlxalq münasibətlər sahəsinə aid edilir. Bu da o deməkdir ki, busahədə ticarət transaksiyası daxili iqtisadiyyat, istehsal, demoqrafiya, ekologiya, sosial münasibətlər, hüquq, siyasət və digərsahələrə toxunur. İqtisadiyyatın bu milli xüsusiyyətini respublikahökuməti radikal struktur dəyişiklikləri zamanı nəzərə almalıdır. İqtisadiyyatda struktur dəyişiklikləri qlobal məqsədə - bazarşəraitində iqtisadiyyatı işə hazırlamaq hesab olunur.

 

O da bildirilir ki, struktur dəyişikliklərinin ana xətti isə hökuməttərəfindən müəyyən sahəvi prioritetlər əsasında iqtisadiyyatınsahələrinin oyanması və inkişafı hesab olunur. Bunlarla yanaşı, struktur dəyişikliklərin əsas meyarlarından biri kimi enerjiresurslarından istifadənin səmərəliliyinin artırılmasının təminedilməsi qəbul olunub.

 

İqtisadçı Arif Şəkərəliyevin sözlərinə görə, dünya ölkələrindəbaşlıca məqsəd cəmiyyətdə sosial-iqtisadi sabitliyi təmin etmək, ölkə daxilində, eləcə də dünya miqyasında mövcud quruluşumöhkəmlətmək və onu yeni ictimai- iqtisadi şəraitəuyğunlaşdırmaqdan ibarətdir: “Hazırda Azərbaycanda inzibati - amirlik sisteminin, bazar sistemilə əvəz edilməsi, azad rəqabət vəiqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin təşəkkül tapmasıprosesi gedir. Azərbaycan Respublikasının Konstitusiyasındagöstərildiyi kimi, “Azərbaycan dövləti bazar münasibətləri əsasındaiqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminatverir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yolvermir”.

 

Şəkərəliyev bildirir ki, dövlət cəmiyyətin əsas hakim siyasi təşkilatıolduğu üçün onun hakimiyyəti cəmiyyətdə birləşdirən, təşkil edənvə məcbur edən başlıca qüvvədir: “Cəmiyyətdə dövlətlə yanaşıinsanları müxtəlif maraqlarına görə birləşdirən digər təşkilatlar damövcuddur. İctimai birləşmələr sistemində dövlətin xüsusi roluvardır. Belə ki, dövlət ölkə miqyasında yeganə, tam hakimiyyətli, cəmiyyətin inkişafının əsas istiqamətini müəyyən edən bütünvətəndaşların mənafelərini nəzərə alan, ölkə daxilində və beynəlxalqaləmdə rəsmi tanınan təşkilatdır. Dövlət insanlara ictimaitəşkilatlarda birləşmək kimi konstitusiya hüququ verir, bəzi ictimaitəşkilatların hüquqi vəziyyətini müəyyən edərək onların fəaliyyətinimühafizə edir. İctimai təşkilatların hüquq və mənafelərini isəməhkəmə, prokurorluqbaşqa dövlət orqanları qoruyur. Dövlətiqtisadi bazis üzərində siyasi üstqurumdur. Siyasi sistemin bütüntəşkilati qurumları olan dövlət təşkilatları, ictimai təşkilatlar, əməkkollektivləri dövlət və ictimai həyatın hüquqi əsasını təşkil edənqanunlar çərçivəsində və əsasında fəaliyyət göstərirlər. Dövlətdaima inkişafdadır. Cəmiyyətin inkişafı ilə dövlət, onun məqsəd vəvəzifələri, idarəetmə qurumları və funksiyaları da dəyişir. Bunamüvafiq surətdə dövlət anlayışına müxtəlif baxışlar mövcuddur”.

 

Onu da qeyd edək ki, dövlətin xüsusi idarəetmə aparatı vəmexanizmi var. Belə ki, dövlətin bütün tarixi tiplərinə və növlərinəqanunvericilik, icra və məhkəmə orqanları xas olduğu üçün dövlətmexanizminə həmişə məcburetmə, eyni zamanda  ordu, polis, həbsxanalar və islah - əmək müəssisələri və s. aid etmək olar.

 

İqtisadçının dediyinə görə, hüquqqanunvericilik olmadan dövlətcəmiyyətə rəhbərliyi və qəbul edilmiş qərarların həyatakeçirilməsini təmin edə bilməz: “Dövlət cəmiyyətin elə siyasitəşkilatıdır ki, o öz hakimiyyətini ölkənin bütün ərazisinə vəəhalisinə şamil edir. Bunun üçünxüsusi idarəetmə aparatı vardır. Bu aparat hamı üçün məcburi göstərişlər verir. Tarixdə dörd dövləttipi məlumdur: quldarlıq dövləti, feodal dövləti, kapitalist dövləti vəsosialist dövləti. Dövlətin əmələ gəlməsilə insanlar arasında siyasimünasibətlər yarandı. Siyasi münasibətlər öz əsası etibarilə siniflərarasındakı münasibətlərdir. Siniflər arasındakı siyasi münasibətləronların ümdə iqtisadi mənafeyini təmərküzləşmiş şəkildə ifadə edir. İqtisadi hərəkat ümumiyyətlə və bütünlüklə özünə yol açacaqdır, lakin iqtisadi hərəkat özü üçün yaratdığı və nisbi bir müstəqilliyəmalik olan siyasi hərəkatdan da əks - təsir almalıdır. Dövləthakimiyyətin suveren təşkilatıdır”.

 

Ekspertlərin fikrincə, iqtisadi cəhətdən inkişaf etməyən ölkələrdəvətəndaş cəmiyyəti quruculuğuna istiqamətlənən cəhdlər daimauğursuzluqla nəticələnir. Əslində bunun əsas səbəbi odur ki, tətbiqinə cəhd göstərilən hər hansı bir yeniliklər vətəndaşların həyattərzi ilə üst-üstə düşmür.

 

İqtisadçı Vahid Novruzovun bildirdiyinə görə, ümummilli liderHeydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyatakeçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadisistemi əsasında qurmaqdünya iqtisadiyyatına inteqrasiya etməknəzərdə tuturdu: “İqtisadi islahatların zəruriliyindən bəhs edən uluöndər tarixi faktlara əsaslanmaqla qəti mövqeyini aşağıdakı fikri iləəsaslandırırdı: “...sosializm  quruluşunun ən yüksək bəhrələrinigörmüşük. Onun verdiyi bəhrələri heç kəs, heç vaxt inkar edəbilməz. Xüsusən, bizim respublikamızda. Lakin o quruluş, iqtisadisistem özünün son həddinə gəlib çatmışdı. Buna görə də onunsonrakı inkişafı  mümkün olmadı, iqtisadiyyat, ümumiyyətlə, inkişafdayandı və geriləmə prosesi başlandı. Təsadüfi deyildi ki, 1980-1985-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə biryola gətirib çıxardı: iqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatıyolu ilə getməli, bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməli”. Heydər Əliyev idarəetmənin sosialist inzibati-amirlik sistemindən, sosialist iqtisadiyyatından bazar münasibətlərinə, inkişafın bazarqanunlarına, azad  sahibkarlığa əsaslanan  iqtisadiyyatakeçirilməsinin nə demək olduğunu aydın dərk edirdi. Yəni, müstəqildövlət kimi, Azərbaycan gələcəkdə də bərabərhüquqlu, qarşılıqlısurətdə faydalı iqtisadisiyasi münasibətlər əsasında dünyabirliyinin fəal iştirakçısına çevrilməyi nəzərdə tutaraq, özmüstəqilliyini daha da möhkəmləndirmək və inkişaf etdirmək yoluilə getdi. Eyni zamanda, xarici investorların, dünya maliyyəinstitutlarının, transmilli korporasiyaların, xarici şirkətlərin imkanlarından istifadə edilməklə iqtisadiyyatı bazar prinsiplərizəminində yenidən quraraq, iqtisadi yüksəlişə  böyük təkan verməküçün məqsədyönlü tədbirlər həyata keçirildi. Keçirdiyimüşavirələrdən birində ulu öndər bazar iqtisadiyyatının fəlsəfəsibarədə demişdir: “Bazar iqtisadiyyatı nədir? Məsələn, indi deyirlərki, Azərbaycanda firmalar, assosiasiyalar, banklar, daha bilimnələr var. Bəli, var. Amma bunların əksəriyyəti, təkrar edirəm, əksəriyyəti Azərbaycanın iqtisadiyyatına heç bir xeyir verməyib. Mən bunu tam cəsarətlə deyirəm. Bunların əksəriyyəti ayrı-ayrıadamların varlanmasına gətirib çıxarmışdır. Əgər onlarıniqtisadiyyata xeyiri dəysəydi, bu müddətdə yeni-yeni müəssisələrtikilərdi. Bəlkə bir neçəsi olub. Amma bazar iqtisadiyyatı yolu iləson illərdə  Azərbaycanda kapital qoyuluşu olmayıb, olubsa da, təəssüf ki, çox az miqdarda olub”. Heydər Əliyev hesab edirdi ki, müstəqil Azərbaycan dövlətinin iqtisadiyyat sahəsində strateji xəttibundan ibarətdir ki, bizdə mülkiyyət forması tədricən dəyişdirilməli, iqtisadiyyatımız bazar iqtisadiyyatı əsasında qurulmalı, təşəbbüs-karlığa geniş meydan verilməlidir. Məhz bu, iqtisadiyyatımızınstrateji yoludur”.

 

Qeyd edildiyi kimi, ulu öndər hər zaman nominal islahatların, yəni, islahat xatirinə islahatların aparılmasının əleyhinə olub. İslahatlarınkeçirildiyi bir dövrdə mövcud iqtisadi strukturların və inzibati-amirlik metodlarının olduğu kimi saxlanması onun iqtisadi baxışlarsistemində yolverilməz hesab edilirdi. Əksinə, iqtisadi islahatlarhəyata keçirilərkən iqtisadi qanunların və dünya təcrübəsinin əsasgötürülməsini, islahatların sistemli, kompleks aparılmasını və sosialyönümlü olmasının zəruriliyini vurğulayırdı. Bundan başqa, iqtisadicəhətdən inkişaf etməyən ölkələrdə vətəndaş cəmiyyətiquruculuğuna istiqamətlənən cəhdlər daima uğursuzluqlanəticələnir. Bəlkə də bunun əsas səbəbi odur ki, tətbiqinə cəhdgöstərilən hər hansı bir yeniliklər vətəndaşların həyat tərzi ilə üst-üstə düşmür. Bu baxımdan deyilir ki, hər bir iqtisadi sisteminnormal fəaliyyətinin təmin edilməsində dövlət həlledici rol oynayır.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-19 yanvar.-S.10.