Huquqi dövlətin cinayət hüququ
Hüquqi dövlətdə hər sahədə olduğu kimi cinayət məsuliyyəti ilə bağlı münasibətlər də qanunlar vasitəsilə tənzimlənir.
Azərbaycanın cinayət hüququ cinayət və cinayət məsuliyyətinin əsaslarını, cəza sistemini, eyni zamanda cinayət məsuliyyətindən azad olunmanın qayda və şərtlərini müəyyən edən hüquq normalarının məcmusunu əks etdirir. Onun əsas vəzifəsi ictimai münasibətlərin müdafiəsi və cinayətlərin qarşısının alınmasıdır.
Lakin Azərbaycanın cinayət qanunvericiliyi eyni zamanda bəzi spesifik xüsusiyyətlərə malik idi. Hələ Sovet dövründə mövcud olan bir sıra cinayət tərkibləri patriarxal və feodal adətlərin qalığı idi. Məsələn, 1927-ci ildə erkən yaşda nikaha daxil olmağa; qadınların məktəbə, kluba və digər mədəni-maarif müəssələrinə getmələrinə mane olmağa görə cinayət məsuliyyəti müəyyən olunub. 1929-cu ildə gəlinə görə başlıq pulunun alınıb-verilməsinə və boşanmış ər-arvadın yenidən nikaha daxil olmalarına mane olmağa görə məsuliyyət müəyyən olundu.
Digər ittifaq respublikalarında olduğu kimi, 60-cı illərdə Azərbaycanın da hüquq sistemində ikinci məcəllələşdirmə aparılır. 1960-cı il Azərbaycan SSR-nin Cinayət Məcəlləsində cinayət-cinayət qanunu ilə nəzərdə tutulan, həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilən ictimai təhlükəli əməl kimi nəzərdə tutulurdu. Ümumi qayda üzrə cinayət məsuliyyəti 16 yaşdan, bəzi ağır cinayətlər üzrə isə 14 yaşdan yaranırdı. Məcəllədə dövlət əleyhinə və sosialist mülkiyyətinə qarşı cinayətlər xüsusi yer tuturdu. Məcəllənin ayrıca bir fəslini yerli adətlərin qalığı olan cinayətlər, məsələn, gəlinə görə başlıq pulunun verilməsi, barışıqdan boyun qaçırma, çoxarvadlılıq və s. təşkil edirdi. Hal-hazırda öz əhəmiyyətini itirən bəzi xüsusi fəaliyyət növləri də cinayət hesab olunurdu, məsələn, satın alma və yenidən alıb satma (möhtəkirlik), əmək fəaliyyətindən imtina etmə (müftəxorluq) və s. Azərbaycan SSR-nin CM əmək kollektivi qarşısında ictimai töhmətdən tutmuş istisna cəza növü olan ölüm cəzasına kimi cəza sistemini müəyyən etdi. Azadlıqdan məhrumetmənin yuxarı həddi 10 il, ağır cinayətlərin törədilməsinə görə isə 15 il müəyyən olunurdu.
Hal-hazırda Azərbaycan cinayət hüququnun əsas mənbəyi 30 dekabr 1999-cu ildə qəbul olunan Azərbaycan Respublikasının Cinayət Məcəlləsidir (Azərbaycan CM). Azərbaycan CM-in hazırlanmasında 13 may 1995-ci ildə MDB-nin iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasının qətnaməsi ilə qəbul olunan Model Cinayət Məcəlləsindən istifadə olunub. Ona görə bu məcəllə öz strukturu və məzmununa görə postsovet ölkələrinin cinayət məcəllələrinə yaxındır.
Azərbaycan CM 12 bölmə, 35 fəsil və 353 maddədən ibarətdir. Bu məcəllə Azərbaycan ərazisində qüvvədə olan yeganə cinayət qanunudur. Məcəlləyə görə, qanunsuz hərəkətlər yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. Cinayət hüququna görə məsuliyyət 16 yaşdan, lakin ağır və xüsusilə ağır cinayətlərin törədilməsi zamanı isə 14 yaşdan yaranır. Məcəllədə uşaqlar, qadınlar, xüsusilə hamilə qadınlara münasibətdə daha humanist normalar nəzərdə tutulur.
Azərbaycan CM-ə uyğun olaraq əsas cəza növlərinə aşağıdakılar aiddir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə; müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; ictimai işlər; xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; islah işləri; hərbi xidmət üzrə məhdudlaşdırma; əmlak müsadirəsi; Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; azadlığın məhdudlaşdırılması; intizam xarakterli hərbi hissədə saxlama; müəyyən müddətə azadlıqdan məhrum etmə; ömürlük azadlıqdan məhrum etmə. 1998-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə ölüm cəzası cəza növü kimi ləğv edilib.
Azərbaycan CM-də yeni cinayət əməlləri də nəzərə alınıb. Kompüter informasiyaları sahəsindəki cinayətlər, evtanaziya, qanunsuz süni mayalanma, insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədi ilə alqı-satqısına və s. görə cinayət məsuliyyəti müəyyən olunub.
2009-cu ildə cəza qismində tətbiq olunan və şərti maliyyə vahidi ilə müəyyən olunan cərimələrin həcmi konkret məbləğlə əvəz edildi. Hal-hazırda CM-in maddələrinin sanksiyalarında cərimə hissələrində konkret məbləğ milli məzənnə ilə göstərilir. Milli pul vahidinin inflyasiyası ilə maddələrin sanksiyalarındakı cərimələrin həcminin dəyişiləcəyini də hesab etmək olar.
Mübarizəsi kompleks tədbirlər tələb edən bəzi cinayət növləri xüsusi qanunlarla tənzimlənir. Məsələn, korrupsiya, insan alveri, çirkli pulların yuyulması kimi cinayətlərlə mübarizə ümummilli səviyyədə aparılır. Dövlət proqramları təsdiq olunub, xüsusi orqanlar (komitələr, idarələr) təsis olunub, ayrı-ayrı qanunlar qəbul olunub: 13 yanvar 2004-cü il “Korrupsiya ilə mübarizə haqqında”, 28 iyun 2005-ci il “İnsan alverinə qarşı mübarizə haqqında”, 10 fevral 2009-cu il “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”. Bu xüsusi qanunvericilik aktlarının icrası prezident və parlament nəzarəti altında olur. Məsələn, adı çəkilən qanunla insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirləri həyata keçirən koordinator tərəfindən Milli Məclisə illik hesabatların verilməsi nəzərdə tutulur.
Azərbaycanda 3,5 milyondan çox uşaq yaşayır, onların 300 mindən çoxu qaçqındır. Bu uşaqların sosial təminatını dövlət bütövlüklə öz üzərinə götürür. Dövlət yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluğu icra orqanları vasitəsi ilə həyata keçirir. Hələ sovet dövründən rayon icra hakimiyyəti orqanlarının nəznində Yetkinlik yaşına çatmayanların işləri üzrə Komissiyalar fəaliyyət göstərirdi. 31 may 2002-ci il Azərbaycan Respublikasının Qanunu ilə bu komissiyalar haqqında yeni Əsasnamə təsdiq edildi. Komissiyaların əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsirin göstərilməsi, onların qanuni maraqlarının qorunmasıdır. Bu günə kimi Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində onlarla qanunvericilik aktı qəbul olunub. Onlardan başlıcası “Uşaq hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunudur.
Azərbaycan Respublikasının məcəllələşdirilmiş aktlarında (CPM, İXM, CİM) bu sosial təbəqənin zəif vəziyyətini nəzərə alaraq yetkinlik yaşına çatmayanların hüquqi vəziyyəti xüsusi qaydada nizama salınır. Lakin uşaqlar tərəfindən törədilən xırda cinayətlərin dekriminallaşdırılması hələlik nəzərdə tutulmayıb.
Hal-hazırda formal olaraq cinayət kimi tanınan ayrı-ayrı fəaliyyət növlərinin dekriminallaşdırılması ilə yanaşı, digər bir məsələ də müzakirə olunur- psixoloci, iqtisadi zorakılıq kimi məişət zorakılığının cinayət qanunvericiliyinə daxil olunması.
Cinayət qanunvericiliyi ilə bərabər Azərbaycanda cinayət-prosessual qanunvericilik də dinamik şəkildə inkişaf edirdi. Azərbaycan SSR-in 1960-cı il Cinayət-prosessual məcəlləsi 2000-ci il Azərbaycan Respublikasının Cinayət-prosessual məcəlləsi (bundan sonra - Azərbaycan CPM) ilə əvəz edildi.
Azərbaycan CPM-i çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə əsaslanır. Çəkişmənin məzmunu ibtidai istintaq mərhələsindən başlayaraq bərabər tərəflərin olması, cinayət təqibi funksiyalarının bölüşdürülməsi, ittiham, müdafiə tərəfləri və məhkəmə arasında müdafiənin olmasından ibarətdir. Cinayət prosesinin əsas məqsədi cinayət törətmiş şəxsin qanuni təqibi və cinayət məsuliyyətinə cəlb olunması, eyni zamanda şəxsi qanunsuz və əsassız ittihamlardan, hüquq və azadlıqların məhdudlaşdırmasından qorumaqdır.
Daha vacib cinayət-prosessual normalar əsas insan hüquqları kimi konstitusion səviyyədə
müəyyən edilib. Bu məhkəmə-prosessual, eyni
zamanda konstitusion hüquqlara aiddir.
CPM-ə uyğun olaraq
şübhəli və
təqsirləndirilən şəxs
barəsində tətbiq
olunan bütün prosessual məcburiyyət tədbirləri məhkəmənin
nəzarəti altındadır
və bu tədbirlər yalnız məhkəmə qərarı
əsasında həyata
keçirilir. Hər bir tutulan və həbsə alınan şəxsə
48 saat ərzində ittiham elan olunmalı,
əks halda o azadlığa buraxılmalıdır.
Həbsə alınmış təqsirləndirilən şəxslər
1996-cı ildən bütövlüklə
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
tabeçiliyində olan
penitensiar xidmətin təcridxanalarında saxlanılırlar.
CPM-ə uyğun olaraq cinayət prosesinin mərhələləri müəyyən
olunur: cinayət işinin başlanması,
ibtidai araşdırma
(təhqiqat və ibtidai istintaq daxil olmaqla), məhkəmə baxışına
hazırlıq, məhkəmə
baxışı, apellyasiya
icraatı, kassasiya icraatı, əlavə kassasiya, hökm və ya məhkəmənin
digər yekun qərarlarının icrası
qaydasında icraat. Xüsusi icraatlara daxildir: yeni açılmış hallar
üzrə icraat, tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üzrə icraat, cinayət işlər üzrə hüquqi yardım göstərilməsi
üzrə icraat, hüquq normalarının
Konstitusiyaya uyğunluğunun
yoxlanılması üzrə
icraat (məhkəmənin
Konstitusiya Məhkəməsinə
müraciəti) və
s.
Hüquqi
dövlətin formalaşmasında
ən vacib islahatlardan biri “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” 28 oktyabr
1999-cu il Qanununun qəbul edilməsi idi. Bununla da, əvvəllər hüquq-mühafizə orqanlarının
daxili aktları ilə tənzimlənən
əməliyyat-axtarış tədbirlərinin (telefonlara
qulaq asma, güdmə, götürmə,
baxış və s.)
keçirilməsi qanunvericilik
səviyyəsində müəyyən
olundu.
2012-ci ilin əvvəlində
“Həbs yerlərində
saxlanılan şəxslərin
hüquq və azadlıqlarının təmin
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanunu qəbul olundu. Bu qanun təqsirsizlik prezumpsiyasını,
saxlanılan və həbsdə olan şəxslərin zəif
vəziyyətini nəzərə
alaraq təqsirləndirilən
və ya şübhəli şəxsin
məhkəmə araşdırmasına
qədər saxlanılmasının
şərtləri və
qaydasını müəyyən
edir.
Sözsüz, Azərbaycan CPM-i şübhəli və təqsirləndirilən şəxslərin
hüquqi vəziyyətinin
əsaslarını müəyyən
edir. Məcəllədə hüquq və vəzifələr, saxlamanın
və həbsin qaydası, şübhəli
və təqsirləndirilən
şəxsin saxlama müddətləri və
s. müəyyən olunub.
Lakin göstərilən Qanunun
məqsədi məhkəmə
araşdırmasına qədər
həbsdə saxlanılan
şəxslər üçün
daha əlverişli şəraitin yaradılması,
müdafiə və tibbi təminatın təmin edilməsidir.
Vasif CƏFƏROV
Ekspress.-2017.-20-23 yanvar.-S.10.