Muğam Mərkəzində daha bir layihə

 

 Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika Müsabiqəsi başladı

 

Beynəlxalq Muğam Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileynə həsr edilmiş III Respublika müsabiqəsinə start verilib. Müsabiqə müxtəlif ixtisaslar üzrə üç yaş qrupunu əhatə edir,uşaqlar bütün respublika üzrə seçilir, müsabiqə isə   iki mərhələdə keçirilir.

 

Müsabiqə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm NazirliyiBülbül adına Orta ixtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə həyata keçirilir.

 

Müsabiqə çərçivəsində şagird və ifaçıların Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti" adlı elmi- praktik konfrans keçiriləcək.

 

Müsabiqənin ilk günündə Xalq artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev qeyd etdi ki,bu müsabiqə  Ümummilli Liderimiz Heydər Əliyevin anandan olmasının 95- ci il dönümü münasibətilə respublika orta ixtisas musiqimusiqi incəsənət məktəblərinin şagird və tələbərinin musiqi sahəsindəki isdedalarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə həyata keçirilir.Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir:fortepiano ifası, simli musiqi alətlərində ifa, xalq çalğı alətləri və vokal ifaçılığı (klassik və xanəndə), musiqisünaslıq . Konkursun münsiflər heyətində  Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimləri təmsil olunur.

 

Sonda Təhsil  Nazirliyinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova müsabiqədə iştirak edən bütün şagirdlərə təşəkkürünü bildirdiuğurlar arzuladı.

 

Müsabiqədə respublikanın  regionlarından musiqimusiqi incəsənət məktəblərinin 600 -dən çox şağirdləri iştirak edir. Müsabiqəyə mayın 3-də yekun vurulacaq.

 

Ekspress 2018.- 18 aprel .- S.13.