Dünya azərbaycanlılarının başlıca vəzifələri

1994-cü ilin mayında atəşkəs haqqında müqavilənin imzalandıqdan sonra Azərbaycanda ictimai-siyasi sabitliyin qurulub möhkəmləndirilməsinə, iqtisadi tərəqqi yaradılmasına və sosial-mədəni problemlərin həllinə başlanıldı. Böyük siyasi xadim Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində həmrəyliyin böyük rol oynaya biləcəyini nəzərə alaraq dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın milli dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında cəmləşdirilməsini vacib hesab edirdi.

Ekspertlər qeyd edirlər ki, dünya azərbaycanlılarının siyasi-ideoloji birliyini aşağıdakı zərurət təkidlə tələb edir:

- Azərbaycan dövlətçiliyinin mənafeyi

- Dünya azərbaycanlılarının maraqları

- Dünya nizamında layiqli yer tutmaqonunla ahəngdar inteqrasiyanın zəruriliyi.

Azərbaycan xalqının birliyi onun milli tarixi ideallarının həyata keçirilməsinin əsas şərtidir. Bu baxımdan da müstəqillik illərində biz bu birliyə nail olmaq üçün aşağıdakı səviyyələrdə mümkün olan təşəbbüsləri gerçəkləşdirməyə çalışmışıq. İdeoloji baxımdan əsaslandırılmış mübarizə aparmaq məqsədəuyğun sayılıb. Bu baş xətt hər şeydən əvvəl, Azərbaycan Respublikası, müstəqil Azərbaycan dövləti, ikincisi, azərbaycanlıların müxtəlif dövlətlərin (Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Rusiya) ərazilərindəki tarixi vətənləri, üçüncüsü, ümumdünya səviyyəsində gerçəkləşdirilib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirir ki, müasir dövrdə qələbələr tək hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir: “Bu sahədə malik olduğumuz vacib resurslardan birixarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Ona görə də Azərbaycan diasporu, o cümlədən Avropadakı icmalar öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin analoji təşkilatları ilə əlaqələrini gücləndirməlidirlər. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatların, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Avropa ictimaiyyətinə daha çevikdolğun çatdırılması, mədəniyyətimizin təbliği və başqa istiqamətlərdə yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xalqımız öz qəddini düzəltdi, daxili potensialına güvənərək güclümüasir dövlət qurdu. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, Prezident İlham Əliyevin daxilixarici siyasəti tam özünü doğrultdu”.

Ekspert Ceyhun Mahmudov qeyd edir ki, 1945-ci il qədər diaspor fenomeni tamamilə yəhudilər ilə əlaqələndirilsə də, bu dövrdən sonar dünyada baş verən proseslər nəticəsində şimali afrikalılar, hindlilər, türklər öz tarixi torpaqlarını tərk edərək, yeni diasporlar formalaşdırdılar: “Məhz həmin hadisələrin axarında “diaspor” anlayışı yeni mənalar kəsb etməyə başladı. Müasir beynəlxalq sistemdə dövlətlərin xarici siyasətində prioritet təşkil edən mənsəblərdən biridiaspor quruculuğudiasporla əməkdaşlıq məsələsidir. Diaspor təşkilatları əsasən ABŞ, Avropa İttifaqı ölkələri, Rusiya və digər dünya siyasətinə təsir edə bilə dövlətlərdə fəaliyyət göstərirlər. Bu qrupların əsas məqsədləri öz etnik qruplarının və tarixi vətənlərinin lehinə qərarlar qəbul etdirməkdir. Dünyada təsir imkanlarına gorə yəhudi, yunan və erməni diasporlarını göstərmək olar. Adıçəkilən etnik qruplar xüsusilə dünyanın super dövləti olan ABŞ-da fəaliyyət göstərir və tarixi vətənlərinin lehinə əhəmiyyətli qərarların verilməsində müstəsna rol oynayırlar. İstər yəhudi, istər yunan, istərsə də erməni diasporu qrupdaxili həmrəyliyə əsaslanaraq müxtəlif ölkələrdə təşkilatlanaraq öz etnik birliklərini qurublar. Amma son dövrlərdə diasporların təşkilatlandırılmasına dövlətlər özləri nəzarət edirlər. Məsələn, dünyanın onlarla ölkəsinə səpələnmiş Azərbaycan diasporu uzun tarixə sahib olsa da, bir müddət pərakəndə fəaliyyət göstərərək, qarşısına qoyduğu məqsədlərə çata bilməyib. Məsələnin ciddiyyətini anlayan Azərbaycan dövləti bu prosesi öz nəzarətinə götürüb milli diaspor quruculuğunda birbaşa iştirak

etməyə başlayır. Hazırda bu məsələ ilə məsğul olan xüsusi komitə fəaliyyət göstərməkdədir”.

Mahmudov onu da qeyd edir ki, ABŞ-dalobbiçilikqanunla müəyyənləşdirilmiş ölçülər çərçivəsində fəaliyyət göstərir və bu fəaliyyəti tənzimləmək üçün 1946-cı ildə Federal Lobbi qanunu qəbul edildi: Bu qanunda lobbiçinin kim olduğu müəyyənləşdirilir və onun maliyyə imkanları nəzarət altına alınırdı. Həmin qanunda deyilir ki, Amerika Konqresindəki qanunlara təsir etməyə və ya müvafiq qanun çıxmasına çalışan, bunun üçün birbaşaya dolayı yolla pul və digər qiymətli əşyalar toplayanya əsl məqsədi bu olan şəxslər lobbiçi olaraq adlandırılır. Ümumiyyətlə, lobbiçilik növlərinə görə iki yerə bölünür: Birbaşa lobbiçilik; İctimaiyyət arasında təşviqat aparılaraq qurulan lobbiçilik. ABŞ-da lobbiçiliklə xususi maraqlı qruplaretnik diaspora təşkilatlan məşğul olur. Etnik diaspora təşkilatları ya özləri birbaşa olaraq bu işlə məşğul olur, ya da ixtisaslaşdırılmış lobbi şirkətləri vasitəsi ilə öz fəaliyyətlərini həyata keçirirlər” (“olaylar.az”).

Akademik Nizami Cəfərov bildirir ki, Sovet dövləti dağıldıqdan sonra Azərbaycanda ən çox xatırlanan, müstəqil respublikanın dövlətçiliyini formalaşdırmağa dəvət edilən, istedadına istinad olunan şəxs Heydər Əliyev oldu: “Bir-birinin ardınca baş verən hadisələrin inersiyası, getgedə güclənən xaos “ölkənin sahibini tələb edirdi. O mürəkkəb aylarda Azərbaycanı bir dövlət kimi məhv olmaqdan Heydər Əliyev qurtardı dedikdə, bizim nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlanmır. Azərbaycanın qurtuluşu Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün oldu. Ümummilli lider dünya azərbaycanlılarının yeganə müstəqil dövlətinin rəhbəri kimi ilk gündən tarixi vətənin qapısını dünyada yaşayan soydaşlarımızın üzünə açdı. Azərbaycan dövləti dünyanın harasında yaşamasından asılı olmayaraq özünü azərbaycanlı hesab edən, mənsub olduğu etnosun yalnız təbii yaddaşını deyil, həm də sosial-siyasi məsuliyyətini, milli dövlətçilik təfəkkürünü daşıyan hər bir azərbaycanlıya da məxsusdur. Ötən illər ərzində müxtəlif səbəblər üzündən dünyanın ən müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar üçün də Azərbaycan dövləti və onun rəmzləri müqəddəsləşdi. Azərbaycan dövləti sonrakı illərdə ulu öndərin ideya və əməllərini dönmədən davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın etnik, sosial-siyasi mütəşəkkilliyi üçün bütün zəruri tədbirləri gerçəkləşdirir, həm ölkə, həm region, həm də dünya miqyaslı kifayət qədər möhtəşəm işlər görməkdədir. Dünya azərbaycanlılarının ümummilli hədəflərini Prezident İlham Əliyev də daim müxtəlif tribunalardan səsləndirir. Azərbaycan xalqı - azərbaycanlılar dünyanın müxtəlif ölkələrində - respublikamızda, İranda, Rusiyada, Türkiyədə, Gürcüstanda, ABŞ-da, İngiltərədə, Almaniyada, Fransada, Skandinaviyada, Baltikyanı ölkələrdə və digər yerlərdə yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi ideoloji vasitələr vardır. Bu, ana dilidir, ata yurdu - Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir”.

Xatırladaq ki, təxmini hesablamalara görə, müxtəlif ölkələrdə 50 milyondan çox azərbaycanlı yaşayır ki, bunların 10 milyondan çoxu azərbaycanlıların tarixi vətənindən kənarda, onlarla ölkədə məskunlaşıb (preslib.az).

Ekspertlərin fikrincə, XX əsrin sonlarında Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni tarixi mərhələ başlandı. Zaman-zaman milli müstəqilliyindən zorla məhrum edilən, Azərbaycan xalqı taleyinin sahibi olan, eyni zamanda tarixin keşməkeşli gedişatı nəticəsində illərdən bəri parçalanan, bütün dünyaya səpələnən azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə imkan yarandı. Bundan başqa, ötən əsrin 30-cu illərində İkinci dünya müharibəsindən sonrakı mərhələnin mühacirəti qanlı repressiyalar, siyasi təqib, qətllərlə bağlı olan və məcburi xarakter daşıyırdı. Yalnız ötən əsrin 70-80-ci illərində hər bir azərbaycanlıda milli özünüdərk hissləri, soy-kökə bağlılığı güclənmiş, xaricdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmlənməsinə əlverişli imkanlar açıldı. Ümummilli lider məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirdi (azerbaijan-news.az).

Son olaraq qeyd edək ki, Azərbaycan diasporunun birləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirilən Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılmasına qərar verib və bu barədə bəyannamə ilə çıxış ediblər. Bəyannamədə gənclər bildiriblər ki, dünya gəncləri ilə birlikdə sülh, qardaşlıq və dostluğun təbliği, ətraf mühitin mühafizəsi, elmin və təhsilin inkişafı istiqamətində əməkdaşlıq edəcək, qlobal problemlərə qarşı birlikdə mübarizə aparacaq, dünya azərbaycanlılarının daha sıx birliyinə çalışacaq, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadisiyasi-hüquqi islahatlara dəstək verəcəklər. Bundan başqaDünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin üzvləri gələcək fəaliyyətləri ilə bağlı qətnamə imzalayıblar. Həmin qətnamədə gənclərin birliyi və qarşılıqlı əlaqələrini təmin edəcək bir təşkilatın yaradılması alqışlanır və bildirilir ki, “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yarandığı gündən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adən-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı şəkildə fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsi kimi missiyaları öz üzərinə götürür (report.az).Qətnamədə o da qeyd edilib ki, düşərgə ərzində vətənpərvərlik, təhsil, mədəniyyət, idman və digər mövzularda həyata keçirilən tədbirlər zamanı irəli sürülmüş ideya, təklif və təşəbbüsləri ümumiləşdirərək qərara alırıq ki, qısa zaman ərzində təşkilatın hüquqi məsələləri həll ediləcək və bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcək.

Rəşid RƏŞAD

Ekspress 2018.- 5 dekabr.- S.10.