Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası

Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi diaspor sahəsində də müəyyən addımlar atılır. Bu isə diasporlararası əlaqələrin qurulmasına geniş şərait yaradır.

Bundan başqa, dünyanın müxtəlif ölkələrində eyni mövqedən çıxış edən Azərbaycan və Türkiyə diasporu arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilməyə başlayıb. Xüsusilə, 2000-ci ildən başlayaraq bu sahədə konkret addımlar atılıb. Belə ki, 2004-cü ildə Türkiyənin İsgəndərun şəhərində 18 Azərbaycan icma və birliklərini özündə birləşdirən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı keçirilib. Konfransda müxtəlif mövzularla bağlı məruzələr dinlənilib və aparılan müzakirələrin yekunu olaraq qətnamə qəbul edilib. Qətnamədə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası qardaş Türkiyədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan dərnəkləri, müxtəlif qurumları və onların timsalında burada yaşayan bütün həmvətənlərimizi öz ətrafında sıx birləşdirməyi qarşısına məqsəd qoyduğu vurğulanıb.

Onu da qeyd edək ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) təsis olunması ilə bağlı rəsmi razılıq protokulunu qardaş ölkənin 18 şəhərində - Ankara, Adana, Antalya, Aydın, Balıkəsir, Bursa, Çanaqqala, İstanbul, İzmir, İzmit, İqdır, Manisa, Mula, Tre, İsgəndərun və Dördyol Azərbaycan Kültür və Dayanışma Mərkəzlərinin rəhbərləri imzalayaraq, Türkiyədə fəaliyyət göstərən digər Azərbaycan dərnək və qurumlarını da federasiya ətrafında sıx birləşməyə çağırıblar.

Zaman keçdikcə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətini tənizmləyəcək, bu fəaliyyəti koordinasiya edəcək hansısa bir sənəd və ya strategiyaya zərurət hissi edilirdi. Məhz bu zərurətdən irəli gələrək 2006-cı il, iyun ayının 7-də Türkiyə Cümhuriyyətinin Antalya şəhərində Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyət strategiyasına həsr olunmuş konfrans keçirildi. Konfransda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərləri, Azərbaycanın aparıcı qəzetlərinin, televiziya kanallarının rəhbərləri, eləcə də nümayəndələri iştirak edirdi. Bundan başqa, konfransa xaricdə yaşayan tanınmış azərbaycanlı ziyalılar, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan və Türkiyənin hökumət və dövlət nümayəndələri, parlament təmsilçiləri, hər iki ölkədə fəaliyyət göstərən ictimai birliklər, qeyri-hökumət təşkilatlarının rəhbərləri dəvət edilmişdi. Azərbaycan və türk icmalarının rəhbərləri "Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası"nın hazırlanmasına dair Razılıq Protokolunu imzaladılar. Protokola hər iki tərəfdən 34 icma rəhbəri imza atdı.

2007-ci il mart ayının 9-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumu bütün türkdilli zalqların həyatında mühüm əhəmiyyətə malik hadisə oldu. Forum Azərbaycan Respublikası prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü. Forumda Azərbaycan Respublikasından Prezident İlham Əliyev, Türkiyə Cümhuriyyətindən ovaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Respublikasının prezidenti Məhəmməd Əli Tələt iştirak edirdi. Foruma Azərbaycan və Türkiyə Respublikasının dövlət və hökumət rəsmiləri, digər türkdilli ölkələrin bilavasitə diaspor quruculuğu sahəsində dövlət siyasətini həyata keçirən dövlət və hökumət orqanlarının nümayəndələri, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və türk icmnalarının rəhbərləri, türkdilli xalqlarınraq türkmənləri, Axıska türkləri, Şimali Kipr türkləri) və onların diaspor təşkilatlarının təmsilçiləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynamış tanınmış ictimai xadimlər, siyasətçilər dəvət edilmişdi.

Ekspertlərin fikrincə, Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərlərinin I forumu Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, diaspor quruculuğu sahəsində əməkdaşlığın dərinləşdirilməsi, türkdilli xalqların tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması, diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması, habelə bütün türk xalqları arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik hadisə oldu. Forumda aparılan müzakirələrin nəticəsi olaraq "Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası", "Bakı bəyannaməsi", "Türkdilli xalqlara müraciət", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət nümayəndələrinə müraciət", "1915-ci il hadisələri ilə əlaqədar erməni iddiaları ilə bağlı qərar qəbul edən ölkələrə etiraz bəyanatı" qəbul olundu (olaylar.az).

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu bildirir ki, hazırda Azərbaycan Qafqaz regionunun parlayan ulduzuna çevrilib və sürətlə inkişaf edən Azərbaycanın əldə etdiyi uğurlar Türkiyədə də məmnunluqla qarşılanır: "Biz İstanbul Türkiyə-Azərbaycan Dərnəyi olaraq hər zaman erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyətdəyik. Azərbaycandakı dost-qardaş təşkilatımız olan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşliq Mərkəzi ilə müntəzəm olaraq həm Türkiyə, həm də Azərbaycanda konfranslar, seminarlar təşkil edirik. Həmin tədbirlərə dəvət etdiyimiz beynəlxalq araşdırmaçılar, siyasətçilər vasitəsilə dünya birliyini erməni vəhşilikləri barədə məlumatlandırmağa çalışırıq. Qarşıdakı zaman ərzində də bu istiqamətdə müəyyən fəaliyyətlərimizin olması nəzərdə tutulub. Eyni ilə Türkiyədəki digər təşkilat və qurumlarla da bu istiqamətdə çalışmalarımız olub, bundan sonra da olacaq. Bu gün qondarma erməni soyqırımından bəhs edənlərin Qubaya gələrək oradakı kütləvi məzarlığı gözləri ilə görməsi lazımdır. Eləcə də Şamaxıda, Göyçayda, Bakıda və digər ərazilərdə ermənilər XX əsrin əvəllərində azərbaycanlılara qarşı amansız qətliamlar törədiblər. Həmçinin yaxın tariximizdə, 1992-ci il, fevral ayının 26-da Xocalıda soyqırım həyata keçiriblər. Ermənilərin işğalçılıq və soyqırım siyasəti bu gün də davam etməkdədir. Təssüflər olsun ki, dünya birliyi, müəyyən dövlətlər yaxın tarixdə ermənilər tərəfindən Xocalıda həyata keçirilən soyqırımı görməməzlikdən gəlir, lakin erməni yalanlarına şərik şıxaraq olmayan bir hadisəni soyqırım kimi tanıyırlar".

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Azərbaycanla Türkiyə arasındakı münasibətləri dəyərləndirərək qeyd edir ki, Türkiyə və Azərbaycanın dostluğu, qardaşlığı əsrlərə dayanır: "Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dediyi kimi-"Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". Bu gün iki ölkə arasındakı dostluq-qardaşlıq münasibətləri yüksək səviyyədədir. İstər Azərbaycanda, istərsə də Türkiyədə baş tutan hər seçkidən sonra prezident və ya baş nazir seçilən şəxsin ilk səfərini məhz qardaş ölkəyə etməsi də artıq bir ənənə halını alıb. Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti kimi ilk xarici səfərlə məhz Azərbaycana gəlməsi deyilənləri təsdiqləyir. Eyni addım hər seçimlərdən sonra Azərbaycan tərəfindən də atılır. Bu mənada keçmişdə olduğu kimi gələcəkdə də Azərbaycan və Türkiyənin dostluq, qardaşlığı sonsuza qədər davam edəcək. Bu gün Türkiyədə Azərbaycan diasporu fəaldır və uğurlu fəaliyyətdədir. Hər bir diaspor təşkilatı Azərbaycan və Türkiyənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv rol oynayır. Müntəzəm olaraq Azərbaycanla bağlı silsilə tədbirlər, konfrans və seminarlar təşkil olunur" (din.az).

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir: "Bu münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır. Dünyada başqa bir örnəyi olmayan bu durum şübhəsiz ki, Türkiyə və Azərbaycanın beynəlxalq əlaqələri baxımından hər iki ölkənin üstünlüyüdür. İki ölkə arasında siyasi, iqtisadi, hərbi, mədəni, ticarət və digər sahələrdə nümunəvi əlaqələr mövcuddur. Qarşılıqlı inam və birgə fəaliyyətlə əlaqələrimizin inkişafına və güclənməsinə nail olduq, bunun üçün sağlam təməl yaratdıq. Azərbaycanın zəngin enerji ehtiyatları, sürətlə inkişaf edən iqtisadiyyatı, demokratiya və insan haqları sahəsində həyata keçirdiyi islahatlarla bölgədə və dünyada getdikcə layiq olduğu nöqtəyə çatmaqda olduğunu məmnuniyyətlə izləyirik. Qardaş Azərbaycan və qonşu Gürcüstanla birlikdə gerçəkləşdirdiyimiz Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflisrzurum layihələrindən sonra Bakı-Tiflis-Qars dəmir yolu layihəsini də reallaşdırmaq üçün fəaliyyətimizi davam etdiririk. Arzumuz bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaqdır. Azərbaycanlı qardaşlarımızın da bu məsələdə qərarlı mövqelərini davam etdirdiklərini məmnuniyyətlə müşahidə edirik. Türkiyə bu günə qədər yaxşı və pis günlərində Azərbaycan xalqının yanında olub və bundan sonra da hər sahədə əlindən gələn dəstəyi göstərməyə hazırdır. - Ermənistan Azərbaycan torpaqlarının 20 faizini uzun müddətdir, işğal altında saxlayır. Türkiyənin Ermənistanla əlaqə qurması üçün ən önəmli şərtlərindən biri işğal altındakı Azərbaycan torpaqlarının boşaldılması və 1 milyona yaxın qaçqının öz yurdlarına dönməsidir" (files.preslib.az).

Siyasi elmlər doktoru Elçin Əhmədovun fikrincə, Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsində və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir (AZƏRTAC).. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə, çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətlərin daha da inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynayıb. lkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisirzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərini daha da möhkəmləndirməsi dövlətimizin xarici siyasətinin mühüm tərkib hissəsidir".

Rəşid RƏŞAD

Ekspress 2018.- 6 dekabr.- S.10.