Diasporumuzun
keçdiyi uzun yol
Azərbaycan ən qədim tarixi sivilizasiyaların
mövcud olduğu bir ərazi olduğu üçün Azərbaycan
mühacirətinin tarixi də son dərəcə qədimdir. Azərbaycan
Avropa və Asiya qitələrinin qovşağında yerləşən
ölkədir və bizim sivilizasiya iki güclü qüvvənin
təsiri altında formalaşıb.
Ekspertlərin fikrincə, xarici dövlətlərə
mühacirət etmələrinə baxmayaraq Azərbaycan xalqının
nümayəndələrinin ən başlıca xüsusiyyətlərindən
biri də odur ki, daima öz milli adət-ənənələrini,
mənsubiyyətlərini özlərinin mənəvi keyfiyyətlərini
qoruyub saxlamağa cəhd göstəriblər. Statistikaya
görə, hazırda xaricdə azərbaycanlılara məxsus
462 diaspor təşkilatı fəaliyyət göstərir.
Çağdaş dövrümüzdə
dünya azərbaycanlılarının birliyinin bir sıra
strateji tərəfləri də qeyd olunur.
Prezidentin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov da deyir ki, dünyada
yaşayan azərbaycanlılar öz aralarında narazılıqların
yaranmasına imkan verməməli, daim bir-birinə dəstək
göstərməlidirlər. Bu baxımdan da dünya azərbaycanlıları
virtual məkanda da fəal olmalıdırlar: "Dünya azərbaycanlılarının
birliyi ona görə lazımdır ki, azərbaycançılıq
hissləri, milli adət-ənənələr qorunub saxlanılsın.
Əlbəttə, dövlət orqanları ilə
Azərbaycan diaspor təşkilatlarının əlaqələri
daim güclü olmalıdır. Bu sahədə
Diasporla İş üzrə Dövlət Komitəsi ilə
yanaşı xarici ölkələrdə fəaliyyət
göstərən Azərbaycan səfirlikləri də bütün
qüvvələrini səfərbər etməlidir. Hazırda
Azərbaycanın xarici ölkələrdə 92 diplomatik
nümayəndəliyi, 60 səfirliyi var. Əsas istiqamətlərdən
biri odur ki, dövlət, hökumət, qanunvericilik orqanlarında
Azərbaycan diaspor nümayəndələrinin sayı daha
çox olmalıdır. Bu vəzifəni isə
ancaq diaspor təşkilatları özləri həll edə
bilər. Azərbaycanlılar müxtəlif
ölkələrdə böyük biznes imkanlarına malikdir.
Bu insanların Azərbaycana sərmayə qoyması
da vacib məsələlərdən sayılır. Eyni zamanda, məhz azərbaycanlı biznes adamlarının
maddi imkanlarından lobbi fəaliyyətində yararlanmaq olar.
Bu isə konkret ölkələrin konkret dövlət qurumları
ilə faydalı əməkdaşlığın qurulmasında
özünəməxsus rol oynaya bilər"
Qeyd etdiyimiz kimi Azərbaycan diasporunun bütünlükdə
formalaşması əslində uzun bir tarixi yol keçib. Elmi nəticələrə
görə, Azərbaycan diasporunun təşəkkül və
formalaşma tarixi bir neçə mərhələyə
bölünür:
- Erkən
orta əsrlərdə
- X-XIX əsrlər
- Azərbaycanın
Rusiya İmperiyası tərəfindən işğal edilməsindən
sonrakı dövr
- Azərbaycan
Demokratik Respublikasının (1918-1920 illər) süqutundan sonra
azərbaycanlıların xaricə axını və Avropada
Azəbaycan Diasporunun yaranması
-
1941-1945-ci illərdə II Dünya Müharibəsi zamanı əsirlikdən
və SSRİ-nin xofundan vətənə dönə bilməyən
azərbaycanlılardan ibarət icmaların yaradılması
- XX əsrin
ikinci yarısından etibarən İranda baş vermiş ictimai-siyasi
proseslərlə əlaqədar olaraq bu ölkədən on
minlərlə azərbaycanlının Qərb ölkələrinə
mühacirəti
-
SSRİ-nin dağılmasından sonra Azərbaycanda baş vermiş
siyasi -hərbi hadisələrin nəticəsində ölkəni
tərk etmək məcburiyyətində qalmış soydaşlarımızın
xaricə mühacitəri (azadinform.az).
Tarixçi
Vasif Qafarovun fikrincə, azərbaycançılıq ideologiyası
mühüm funksional elementlərlə zəngindir: "Bunların
mahiyyəti ölkənin mənəvi və fiziki baxımdan
zəiflətmək cəhdlərini qorumaqdır. Bu ideologiya unitar, hüquqi və demokratik dövlət
kimi Azərbaycanın möhkəmləndirilməsinə və
inkişafına yönəldilib. Azərbaycançılıq
ideologiyası dünya azərbaycanlılarının vahid ideya
ətrafında birləşməsini şərtləndirən
tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan
soydaşlarımızın hüquq və azadlıqlarının
qorunması sahəsində dövlətin qarşısında
duran vəzifələri, onların Azərbaycana münasibətdə
üzərinə düşən mənəvi öhdəlikləri,
habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi
məzmununu müəyyənləşdirən konsepsiyadır.
Azərbaycançılıq millətindən asılı
olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların
həmrəyliyi üçün möhkəm istinad mənbəyi,
ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv
xarakteri həm də bütün dünyaya səpələnmiş
50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə
səfərbər etmək qüdrəti ilə müəyyən
olunur. Azərbaycançılıq müstəqil
və bənzərsiz Azərbaycanı sivil dövlətlər
sırasına çıxaracaq bir yoldur. Bu prinsip 1918-ci
il mayın 28-də elan edilən Azərbaycanın İstiqlal
Bəyannaməsində də öz əksini tapıb:
"İstiqlal Bəyannaməsinin dördüncü maddəsində
qeyd edilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb,
sinif, silk və cins fərqi gözləmədən öz ərazisində
yaşayan bütün vətəndaşlarına vətəndaşlıq
və siyasi hüquqlar verir. 1918-1920-ci illərdə
mövcud olmuş Azərbaycan Cümhuriyyəti özünün
bütün mövcudluğu dövründə Azərbaycan
ideologiyası onun rəsmi ideologiyası oldu, bütün xalqı
bu ideologiya ətrafında sıx birləşdirə bildi".
Qafarov
qeyd edir ki, Azərbaycan sovetləşdiriləndən sonra xalqımızın
milli ruhuna, onun tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə
yad olan marksizm-leninizm, beynəlmiləlçilik kimi ideologiyalarının
ölkəmizdə təbliğinə geniş yer verilsə də,
sovet cəza maşınının ən ağlasığmaz
cinayətləri belə, bu ideologiyaları xalqımızın
milli ruhuna hopdura bilmədi: "XX əsrin 80-ci illərində
xalqımız yenidən azərbaycançılıq ideologiyası
ətrafında sıx birləşərək özünün
milli hüquqları uğrunda mübarizəyə başladı
və bu mübarizəni uğurla da yekunlaşdıra bildi. 1991-ci ildə ölkəmiz öz müstəqilliyini
bərpa etdi. Müstəqilliyin bərpasının
ilk illərində azərbaycançılıq ideologiyasından
imtina edilməsi ölkədə şovinizm və separatçılıq
meyllərinin güclənməsinə gətirib çıxartdı.
1993-cü ildə xalqımızın ümummilli
lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra
məhz ölkədəki şovinist və separatçılıq
əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası
kimi azərbaycançılıq ideologiyasını yenidən
ortaya qoydu. Heydər Əliyevin azərbaycançılığı
müstəqil Azərbaycan dövlətinin əsas ideologiyası
kimi irəli sürməsi Azərbaycan xalqını tez bir zamanda
bu ideya ətrafında sıx birləşdirdi".
Millət
vəkili Rəfael Cəbrayılov bildirir ki, ötən əsrin
sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu
kimi dövlətçiliyini bərpa edən, azadlığa
qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və
ideologiyasının formalaşması da məhz ulu öndər
Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi
dövrünə təsadüf edir: "Bütün ruhu, qanı,
canı ilə özünü azərbaycanlı sayan ümummilli
lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq
ideologiyasının milli həmrəyliyin aparıcı amilinə
çevrilməsi istiqamətində mühüm işlər
görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri
əsaslarını irəli sürdü. Məhz
Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq
mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə
imkanları qazanıb" ("sputnik.az").
Ekspertlərin fikrincə, son 200 ildə Azərbaycan Diasporunun
yaranmasında əsasən 3 ölkənin vətəndaşları
olan azərbaycanlıların rolu olub. İlk növbədə
Azərbaycan Respublikası, İran İslam Respublikası və
Türkiyə Cumhuriyyəti. Cənublu həmvətənlərimiz
Azərbaycan diasporunun mühüm qanadını təşkil
edir. Əsasən ziyalıllar və biznesmenlərdən
ibarət olan bu qrupun üzvləri bir çoxu peşəkar
mütəxəssislər hesab olunur. Akademik
təhsilə maraq olduğundan, hazırda diasporumuzda ziyalılar
təbəqəsi çoxluq təşkil edir. Ədəbiyyat,
riyaziyyat, din, tarix, biologiya, iqtiasdi elmlər sahəsində daha
çox uğurlar əldə edən soydaşlarımız Qərb
və Şərq ölkələrinin nüfuzlu ali və orta məktəblərində dərs
deyir, elm dairələrində tanınırlar.
II Dünya müharibəsindən sonra Amerikada məskunlaşmış
həmvətənlərimizə təzyiqlər edilir, çalışdıqları,
yaşadıqları yerlərdə sıxışdırılırdılar. 1953-cü ilin
martında Birləşmiş Ştatlar dövlətinin maliyyələşdirdiyi
"Bolşevizmlə Mücadilə Koordinasiya Mərkəzi"
tərəfindən istiqamətləndirilən "Qurtuluş",
sonradan isə "Azadlıq" radiosu ilk verilişlərinə
başladı. Azərbaycanlıların həmrəyliyinin
güclənməsində "Azərbaycan şöbəsi"nin fəaliyyətə başlaması mühüm
rol oynadı.
O da qeyd
olunur ki, XX əsrin 70-ci illərindən etibarən Azərbaycanda
bütün sahələrdə başlayan sürətli inkişaf
əhalinin gələcəyə olan inamını qüvvətləndirdi.
Elmə, mədəniyyətə, incəsənətə,
ədəbiyyata və təhsilə olan qayğı ölkə
ziyalılarının xaricə olan kütləvi axınının
qarşısını ala bildi. Böyük
siyasi xadim Heydər Əliyev xalqın intellektual potensialının
artırılmasının vacibliyini anlayırdı. Məhz buna görə 15 mindən çox tələbənin
SSRİ-nin müxtəlif təhsil ocaqlarında təhsil almasını
təmin etdi (gumilev-center.az).
AMEA-nın
müxbir üzvü Nizami Cəfərov qeyd edir ki, dünya azərbaycanlılarının
birliyi və həmrəyliyi dövlət müstəqilliyimizin
bərpasından sonra rəsmi siyasət səviyyəsində
dəstəklənən aşkar prosesə çevrilib:
"XX əsrdə qazandığımız dövlət
müstəqilliyini heçə endirmiş sovet imperiyasının
çöküşü ərəfəsində Ermənistanın
Azərbaycana təcavüzünün yaratdığı
ümummilli ağrı dünyada yaşayan soydaşlarımızı
da ayıltmış və silkələmiş, suverenliyin bərpasına
aparan yolda tarixi vətən ətrafında həmrəyliyi artıq
dərəcədə aktuallaşdırmışdır. Erməni
hücumlarının intensivləşdiyi 1989-cu ilin son günlərində
xalqımızı iki yerə bölən sərhəd xəttinin
hər iki tərəfdən sökülməsi cəhdi, 20
Yanvarda Bakıya əsassız silahlı müdaxilə təşkil
etmiş, kütləvi qırğın törətmiş sovet
rəhbərliyinin qaniçənliyinə qarşı dünyanın
hər yerində soydaşlarımızın kütləvi etiraz
dalğası birlik və həmrəylik zərurətinin dərk
olunmasından qaynaqlanmışdı. Müşahidələr
göstərir ki, dünya azərbaycanlılarının həmrəyliyinə
təkan verən məhz Azərbaycan dövlətçiliyini
gözləyən təhlükə oldu. Erməni qəsbkarlığına
qarşı mübarizədə formalaşan həmin həmrəylik
lazımi miqyas alıb tələb olunan effekti verməsə də,
hər hansı milli təhlükə qarşısında birləşməyin
ilk böyük təcrübəsini verdi. Etiraf etmək lazımdır ki, bu, stixiyalı, inersiyalı
bir həmrəylik idi, hələ ideoloji məzmun kəsb etməmişdi.
Bunun üçün böyük ideologiya və
həmin məfkurə ilə silahlanmış, hamılıqla
qəbul edilən siyasi rəhbərin xalqla birliyi lazım
idi" (preslib.az).
N.Cəfərov
onu da qeyd edir ki, dünya siyasəti zirvəsində yetkinləşmiş
və mətinləşmiş Heydər Əliyev dünya azərbaycanlılarının
həmrəyliyi, milli birliyi uğrunda mübarizəyə respublikaya
- Naxçıvana qayıtdığı ilk aylardan başlamışdı:
"1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi o vaxt bu quruma rəhbərliyi öz üzərinə
götürmüş ulu öndər Heydər Əliyevin bilavasitə
təşəbbüsü ilə ədalətsiz imperiya
ağalığına qarşı milli etiraz olaraq sərhədlərin
kütləvi şəkildə söküldüyü dekabr
ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü elan etdi. İlk olaraq 1991-ci ilin 31 dekabrı
Naxçıvanda müxtəlif ölkələrdən,
xüsusilə İrandan, Türkiyədən gəlmiş azərbaycanlıların
iştirakı ilə bayram edildi. Naxçıvan
MR Ali Məclisinin bu tarixi qərarı o vaxt Azərbaycan Respublikası
Ali Soveti tərəfindən rəsmən müdafiə edilsə
də, bu ulu məramlı gün yalnız həmin qərarın
müəllifi olmuş ümummilli lider Heydər Əliyev
1993-cü ildə xalqın tələbi ilə ölkə rəhbərliyinə
qayıdıb Prezident seçiləndən sonra ümumxalq bayramı
kimi qeyd edilməyə başlandı. Böyük
rəhbər bununla kifayətlənməyərək, xarici
ölkələrə səfərlərində azərbaycanlılarla
görüşməyə xüsusi diqqət yetirir, onların
nəzərinə çatdırırdı ki, formalaşmaqda
olan Azərbaycan dövlətinin bütün azərbaycanlılara
ehtiyacı var".
Rəşid
RƏŞAD
Ekspress 2018.- 21 dekabr.- S.10.