Diaspor təşkilatları
Dünya Azərbaycanlılarının Həmrəylik
gününü qeyd edir
Bir neçə gündən sonra Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunacaq. Bu bayramın qeyd olunması bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü bir bayram kimi dünyanın 70-dən çox
ölkəsində azərbaycanlılar tərəfindən
qeyd olunur. Bu bayram Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə bir həftədən də az vaxt qalır. Artıq dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları bu bayramı qeyd edirlər.
Avstriyanın Zaltsburq şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkil etdiyi tədbirdə bu ölkədə yaşayan soydaşlarımızla yanaşı yerli ictimaiyyətin nümayəndələri və digər diaspor təşkilatlarının üzvləri iştirak ediblər.
Tədbir
Azərbaycan Respublikasının dövlət himninin
oxunması ilə başlayıb.
Sonra Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov tədbiri açıq elan edərək, iştirakçılara Cəmiyyətin məqsəd və məramı barədə məlumat verib. Həmrəylik Günü barədə danışan F.Əzizov bu gün xaricdə yaşayan soydaşlarımız arasında birliyin nə qədər vacib olmasını vurğulayıb, onların yaşadıqları ölkədə yerli mühitə inteqrasiya edərək, Azərbaycan haqqında həqiqətləri yerli ictimaiyyətə çatdırmağa çağırıb.
Avstriyada yaşayan azərbaycanlı iş adamı Rauf Kamil müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın uğurlarından söz açıb və təşkilata fəaliyyətində uğurlar arzulayıb.
Sonda tədbirdə
iştirak edən körpələrə hədiyyələr təqdim olunub.
Ukraynanın paytaxtı Kiyev şəhərində də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib. Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, Azərbaycanın sərbəst güləş üzrə Əməkdar idman ustası, Əməkdar məşqçisi Oleq Krapivin tərəfindən təşkil olunan tədbirdə ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları, diaspor rəhbərləri, Ukraynanın tanınmış ictimai-siyasi xadimləri və soydaşlarımız iştirak ediblər.
Tədbir Azərbaycan və Ukraynanın dövlət himnləri ilə başlayıb. Sonra çıxış edən O.Krapivin bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün banisi ümummilli lider Heydər Əliyev olub. O qeyd edib ki, bu bayram Azərbaycanın digər bayramlarının içərisində öz layiqli yerini tutub və bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən geniş şəkildə qeyd edilir.
Dünyada yaşayan soydaşlarımıza dövlət qayğısından danışan Azərbaycanın Ukraynadakı səfirliyin müşaviri Elman Bağırov bildirib ki, bu bayramın memarı ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvanda işlədiyi vaxtlar uzaqgörənliklə çıxardığı qərar öz nəticəsini verməkdədir. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev bu gün dünya azərbaycanlılarının güclənməsi üçün öz əməyini, biliyini əsirgəmir. Daha sonra E.Bağırov göstərdikləri xidmətə görə, O.Krapivin, onun birinci müavini Seyidəli Qadmaliyev və müavini Firudin Həşimovu səfirliyin fəxri diplomu ilə təltif edib.
Tədbirdə
Ukraynanın ictimai-siyasi xadimləri, Azərbaycanın diaspor rəhbərləri öz səmimi təbriklərini bölüşüblər. Bayram tədbiri sənətçilərin çıxışı ilə davam etdirilib (AZƏRTAC).
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Finlandiya Koordinasiya Şurasının təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə Finlandiyada yaşayan azərbaycanlılarla yanaşı, Finlandiya ictimaiyyətinin təmsilçiləri, Azərbaycanın Finlandiyadakı diplomatik korpusunun nümayəndələri və digər qonaqlar iştirak edib. Diasporla İş üzrə Dövlət Komiitəsinin mətbuat xidmətindən "Ekspress"ə verilən məlumata görə, Azərbaycan, ingilis və fin dilində keçən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Finlandiya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova iştirakçıları salamlayaraq Həmrəylik Gününün tarixi barədə onlara məlumat verib, dünya azərbaycanlılarının həmryəliyinin və azərbaycançılıq ideyalarının yaranmasında ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulayıb. Azərbaycan dövlətinin diaspora diqqət və qayğısından danışan təşkilat rəhbəri Prezident İlham Əliyevin xaricdəki soydaşlarımıza göstərdiyi dəstək barədə danışıb. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, Azərbaycan mədəniyyətinin tanıdılmasında birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri vurğulanıb.
Tədbirdə çıxış edən Finlandiya Azərbaycanlıları Assosasiyasının vitse-prezidenti və Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının bu bayrama önəm verdiyini vurğulayaraq bütün soydaşlarımızı bu münasibətlə təbrik edib.
Daha sonra Aylin Cabbarlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı ingilis dilində geniş çıxış edib. Çıxışlardan sonra tədbirin bədii hissəsində Finlandiyada yaşayan azərbaycanlı musiqiçilər Savojifar Mona, Leyli Hüseynova, Nəzrin Məcidli və başqaları Azərbaycanın xalq mahnılarını, türk musiqilərini oxuyub, fortepianoda Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər.
Sonda Finlandiya Azərbaycanılılarının Koordinasiya Şurası adından iştirakçılara yeni il hədiyyələri təqdim edilib.
Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə İsveçrənin paytaxtı Bern şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbiri ölkəmizin İsveçrədəki səfiri Xanım İbrahimova açaraq bu bayramın əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.
Daha sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətinə toxunan səfir, bu tarixin Azərbaycanlıların milli birliyinin formalaşmasının başlanğıcı və bu birliyin simvolik günü olduğunu söyləyib. Səfir X.İbrahimova azərbaycanlıları Bern şəhərində bu ilin avqust ayından fəaliyyət göstərən, Diasporla İş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyinin birgə layihəsi kimi, yerli ölkənin təhsil sisteminə inteqrasiya olunmuş nadir Azərbaycan məktəblərindən olan "Qarabağ" məktəbinin fəaliyyətini dəstəkləməyə, eləcə də ümumilli məqsədlər naminə bütün fikir ayrılıqlarını kənara qoyaraq vahid qüvvə kimi çalışmağa çağırıb.
"İsveçrə Azərbaycanlıları Mədəniyyət Mərkəzi"nin rəhbəri, İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndricisi Qasım Nəsirov "Qarabağ məktəbi"nin fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb, qonaqları məktəbin tanıtımı məqsədilə təşkil olunacaq seminarda iştiraka dəvət edib.
Tədbirdə Ehtiram Hüseynov və Günay İmamverdiyevanın ifasında Azərbaycan muğam musiqisinin inciləri səsləndirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Almaniya Federativ Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə dekabrın 21-də Berlin şəhərində "Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ildə Planlar və Perspektivlər" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan həmvətənlərimiz, diaspor rəhbərləri, Almaniya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb və qarşıdan gələn bayramlarını təbrik edib. Y.Musayev təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulayıb. O, tədbirin keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinə öz təşəkkürünü ifadə edib. Y.Musayev Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsini zəruri edən amillər və fəaliyyət istiqamətləri haqqında məlumat verib, Almaniya azərbaycanlılarını birliyə və həmrəyliyə çağırıb.
Tədbirdə Bakı Media Mərkəzinin əməkdaşı Tahir Əliyev çıxış edərək iştirakçıları salamlayıb, Heydər
Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış "Son iclas" bədii-sənədli film haqqında məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin son günlərinə işıq salan və milli hökumətin yekun qərarı hansı çətin şəraitdə qəbul etdiyini əks etdirən "Son iclas" filmi tədbirdə nümayiş olunub. Film iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Tədbirə
dəvət olunmuş azərbaycanlı sənət adamlarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib. Azərbaycan və Avropa mətbəxinin nümunələri tədbir iştirakçı-larına təqdim edilib. Milli rəqs qruplarının ifasında müxtəlif Azərbaycan rəqsləri nümayiş olunub.
Diaspor təşkilatlarımızın 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbirləri davam edir.
Murad
MƏMMƏDLİ
Ekspress.-2018.-25 dekabr.-S.10.