“Əli və Nino” Bostonda
Cümhuriyyətin xaricdə yubiley tədbirlər
başladı
Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetinin tanınmış "Cohen" kino zalında "Əli və Nino" filminin təqdimatı keçirildi. Tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının nümayəndələri və Boston sakinləri iştirak etmişdir.
Səfirlikdən Olaylar.az - a bildirilib ki, təqdimatda çıxış edən Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunmuş, "Əli və Nino" kitabının tarixi əhəmiyyətini və bugunki aktuallığını qeyd etmiş, bu əsərin onda böyük təəssürat yaratdığını qeyd etdi. Daha sonra çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 2018-ci ildə Azərbaycan Xalq Cümhurriyətinin 100 ili tamam olduğu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam imzaladığını bildirdi. Azərbaycan diplomatı AXR-ın müsəlman Şərqində ilk demokratik respublika olması, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırlatdı.
"Əli və Nino" filminin Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü olduğunu qeyd edən səfir Süleymanov bu filmin yüksək keyfiyyətini və aktyorların olduqca istedadlı performansını söyləmiş, bu əsərin ərsəyə gəlməsində və onun kinemotoqrafiyasında L.Əliyevanın töhfələrini görməyin mümkünlüyünü vurğuladı.
Daha sonra baş tutmuş filmin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və böyük emosional təəssürat yaratdı.
Qeyd edək ki, bu
səfir Süleymanov həmçinin
ABŞ-ın ən məşhur təhsil olacaqlarından biri olan Tafts
Universitetinin Fletçer
Hüquq və Diplomatiya
Məktəbinin müəllim və tələbə heyəti
qarşısında çıxış etmiş
və Azərbaycanın həyata keçirdiyi
xarici siyasət, o cümlədən
irimiqyaslı regional layihələr, Cənub
Qaz Dəhlizi, habelə Ermənistanın
Azərbaycanın 20% ərazisini işğal
etməsi və soydaşlarımıza qarşı
apardığı etnik təmizləmə
siyasəti barədə məlumat vermişdir.
Ekspress 2018.- 6 fevral.- S.13.