Fuad Muradov dünya azərbaycanlılarına
səsləndi: "Vətən uzaqda deyil, biz sizin yanınızdayıq"
Azərbaycan
müstəqillik əldə etdikdən sonra dövlətin
qarşısında duran əsas vəzifələrdən
biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların
təşkilatlanması, onların ölkəmizin
ümumi maraqlarının müdafiəsi işinə
cəlb edilməsi oldu.
1993-cü ildə
sabiq prezident Heydər Əliyevin hakimiyyətə gəlişi
digər sahələrdə olduğu kimi, diaspor quruculuğu
işində də əsaslı dönüş yaratdı.
Heydər Əliyev bütün xarici səfərlərində
Azərbaycan diasporunun nümayəndələri ilə
görüşür, onların problem və qayğıları
ilə maraqlanır, həmvətənlərimizi yenicə
müstəqillik qazanmış respublikamızın tarixi
mənafelərinin reallaşdırılması prosesində
fəal iştirak etməyə çağırırdı.
Zaman
keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının
dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrildi. Əsası sabiq prezident Heydər
Əliyev tərəfindən qoyulmuş bu siyasətin
məqsədi dünya azərbaycanlılarının
tarixi Vətənlə əlaqələrini inkişaf
etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu
qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın
daha etibarlı şəkildə qorunması istiqamətində
faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək,
onların mədəni-siyasi hüquqlarını
müdafiə etməkdən ibarətdir.
Dünyanın
müxtəlif ölkələrində yaşayan soydaşlarımızın
və həmvətənlərimizin müstəqil Azərbaycan
Respublikası ilə əlaqələrinin daha da
möhkəmləndirilməsi, onlar arasında birliyin
və həmrəyliyin təmin olunması, habelə Azərbaycan
icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin
gücləndirilməsi və əlaqələndirilməsi
ilə bağlı məsələlərin birgə
müzakirəsi zərurətini nəzərə alaraq
Dünya Azərbaycanlılarının I Qurultayının
keçirilməsi haqqında 2001-ci ilin may ayının
23-də sabiq prezident Heydər Əliyevin məlum Sərəncamı
bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə
istiqamətləndi.
Həmin il
noyabrın 9-u və 10-da Bakıda keçirilən
Dünya Azərbaycanlılarının I Qurultayı
Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı
kimi daxil oldu. I qurultayda 36 ölkədən 200-dən
çox müxtəlif təşkilatı təmsil edən
406 nümayəndə və 63 qonaq iştirak etdi. Bu qurultayda
Azərbaycan Respublikası 130-dan çox dövlət və
ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və
digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan
702 nümayəndə və 844 qonaq ilə təmsil olundu.
Dünya azərbaycanlılarının
I qurultayı xaricdəki soydaşlarımızın
ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi
yolunda böyük addım, gələcəyə istiqamətlənmiş
önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız
olan Azərbaycançılıq ideyası ətrafında
soydaşlarımızın birlik və həmrəyliyini
nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə
sistemli iş aparılmasını təşkil etmək,
soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini
təmin etmək məqsədilə xüsusi dövlət
qurumunun yaradılması ideyası irəli sürüldü.
Sabiq prezident Heydər Əliyevə məxsus olan bu ideya
Azərbaycan diasporunun formalaşdırılması
prosesini sürətləndirməyə xidmət edirdi.
2002-ci ilin 5
iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin yaradılması
haqqında" Fərman imzaladı. Fərman Azərbaycan
diasporunun fəaliyyətinin mütəşəkkil
qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının
siyasi və ideoloji birliyinin təminatı baxımından
müstəsna əhəmiyyyət kəsb edən mühüm
tarixi sənəd oldu. Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin yaradılması bu sahədə olan problemlərin
aradan qaldırılması istiqamətində əhəmiyyətli
addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini
milli maraqlarımızın gerçəkləşdirilməsi
istiqamətində mərkəzləşdirməyə
imkan vermişdir.
Ötən
dövrün ən mühüm hadisələrindən
biri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19
noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsinin əsasında Diasporla
İş üzrə Dövlət Komitəsinin yaradılması
oldu.
Müasir
dövrdə diaspor anlayışı beynəlxalq
münasibətlərin vacib elementinə çevrilir.
Qloballaşan dünyanın reallıqları diaspor quruculuğu
sahəsində Azərbaycanın qarşısında
yeni vəzifələr qoyur. Xalqlar arasında gedən
sürətli inteqrasiya prosesləri, diaspor və lobbi
təşkilatlarının beynəlxalq siyasətdə
artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət
göstərilməsini tarixi zərurətə
çevirib. Diasporla İş üzrə Dövlət
Komitəsinin yaradılması məhz bu zərurətdən
irəli gəlib.
Azərbaycan
Respublikasının Diaspora ilə İş üzrə
Dövlət Komitəsi - azərbaycan diasporu ilə
iş sahəsində dövlət siyasətinin həyata
keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar,
eləcə də onların təsis etdiyi diaspor təşkilatları,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporları ilə əlaqələrin
genişləndirilməsini və inkişaf etdirilməsini,
dövlət orqanlarının və qeyri-hökumət
təşkilatlarının bu sahə ilə bağlı
fəaliyyətinin əlaqələndirilməsini təmin
edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin
yaradılması digər xalqların diaspor qurumları
və müxtəlif ölkələrin bilavasitə bu
sahəyə məsul olan dövlət orqanları ilə
birbaşa əməkdaşlığın qurulması
imkanlarını genişləndirir (wikipedia.org).
Komitə diasporla
iş sahəsində vahid dövlət siyasətinin
formalaşdırılmasında iştirak edir və bu
siyasətin həyata keçirilməsini təmin
edir, diasporla iş sahəsinin inkişafını təmin
edir, beynəlxalq hüququn qəbul edilmiş prinsip və
normalarına, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
və Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin
qanunvericiliyi nəzərə alınmaqla, xaricdə
yaşayan azərbaycanlıların əsas hüquq və
azadlıqlarının həyata keçirilməsinə
və onların öz milli varlığını yaşatmasına
və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə
və tətbiqinin genişləndirilməsinə, habelə
Azərbaycana dost münasibət bəsləyən digər
xalqların diasporları ilə əlaqələr qurmasına
və inkişaf etdirməsinə köməklik göstərir.
Diaspor Komitəsi, eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların,
eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporlarının Azərbaycan
Respublikasının dövlət orqanları və qeyri-hökumət
təşkilatları ilə əlaqələr qurmalarına
və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının
daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial
və mədəni həyatı haqqında düzgün
informasiya almalarına şərait yaradır, xaricdə
yaşayan azərbaycanlıları, eləcə də
onların təsis etdiyi diaspor təşkilatlarını,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporlarını Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına
və möhkəmləndirilməsinə, iqtisadi, sosial
və mədəni inkişafına, cəmiyyətin və
dövlətin siyasi həyatına, habelə Azərbaycan
Respublikası ilə digər dövlətlər arasında
qarşılıqlı surətdə faydalı münasibətlərin
qurulması və inkişaf etdirilməsi işinə
cəlb edir. Komitə beynəlxalq hüquq normalarına
və müvafiq dövlətlərin qanunvericiliyinə
uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların
milli-mədəni muxtariyyətlər və ictimai birliklər
yaratmaq hüququnun həyata keçirilməsinə
yardım göstərir, xaricdə yaşayan azərbaycanlıların
vəziyyəti haqqında informasiyanın toplanmasını,
təhlilini, qiymətləndirilməsini və bu məqsədlə
xüsusi məlumat bankının yaradılmasını
təmin edir, qanunvericiliklə müəyyən edilmiş
digər istiqamətlərdə fəaliyyət göstərir.
Komitə həmçinin
xaricdə yaşayan Azərbaycanlıların ölkəmizin
mədəniyyəti, tarixi və s. barədə məlumat
yaymasına dəstək verir. Məsələn, 2011-ci
ilin yanvarında Mərkəzi Avropa Universitetində
keçirilən Beynəlxalq Mədəniyyət Festivalında
Azərbaycanın da tələbələr tərəfindən
təmsil olunmasına komitə dəstək verib.
Yuxarıda
da qeyd etdiyimiz kimi, Azərbaycanın Diasporla İş
üzrə Dövlət Komitəsi 2002-ci il iyulun 5-də
yaradılıb. Demək, dünən bu
komitənin 16 yaşı tamam oldu. Bu münasibətlə dünən Komitə bir sıra tədbirlər keçirib. Əvvəlcə komitənin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Sonra komitədə xaricdəki Azərbaycan diaspor rəhbərlərinin və
ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir başlayıb.
Diaspor sahəsində dövlət siyasəti, görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və planlar barədə məlumat verib: komitənin sədri Fuad Muradov bildirib ki, 16 il əvvəl dünyadakı azərbaycanlıların həmişə səsinə səs verən ulu öndər Heydər Əliyev tərəfindən bu komitənin yaradılması dünyada yaşayan 50 milyondan çox azərbaycanlının sevincinə səbəb olub.
İki ay
yarım əvvəl dövlət başçısının müvafiq sərəncamı ilə komitənin rəhbərinin dəyişdiyini xatırladan Muradov, ötən qısa zaman kəsiyində qurumun fəaliyyətində xeyli islahatlar aparıldığını vurğulayıb. Dediyinə görə, diaspor işi ilə
bağlı yeni yol xəritəsinin hazırlanıb: "Əsas məqsədimiz odur ki,
dünyadakı bütün azərbaycanlıları birləşdirək. İndi kimsə fikirləşə bilər ki, gənc komitə sədridir, danışır, hər təzə gələn belə danışır və
sair..." deyən komitə sədri bunun belə olmadığını bildirib. Muradov bunu rəhbərlik etdiyi komitənin fəaliyyəti ilə sübut edəcəyini vurğulayıb. "Bizim qapımız bütün azərbaycanlılara açıqdır. Diaspor rəhbərlərimiz çox uğurlu fəaliyyət göstərirlər və
cənab prezidentimiz də
bunu daim qiymətləndirir", - deyə F.Muradov bildirib.
Komitə sədri harada yaşamağından asılı olmayaraq, bütün azərbaycanlıları birliyə çağırıb: "Vətən uzaqda deyil, biz sizin yanınızdayıq. Harada olmağınızdan asılı olayaraq bilməlisiniz ki,
azərbaycanlısınız".
Daha sonra F.Muradov erməni diasporuna xəbərdarlıq edib: "Erməni diasporu hazır olsun. Artıq bizim tərəfimizdən bütün istiqamətlərdə Azərbaycan diasporunun birləşməsi gedir" deyən komitə sədri vurğulayıb ki, ermənilər bu illər ərzində öz
çirkin işlərinin qarşılığını alacaqlar.
"Biz onların bütün təxribatlarını
bilirik. Onlar çalışırlar ki, dünyanın
bir çox ölkələrində təxribatlar həyata
keçirsinlər" deyən Muradov bir daha Azərbaycan
diaspor təşkilatlarına müraciət edərək,
ümummilli məqsədlərə çatmaq
üçün birgə addım atmağa çağırıb.
"Bizim torpaqlarımız işğal
altındadır, erməni lobbisi və onu dəstəkləyən
qruplar artıq bilməlidirlər ki, yaxın zamanlarda
onlara çox ciddi zərbələr endiriləcək.
Bu, Azərbaycanın ən vacib məsələlərindən
olan ərazi bütövlüyü məsələsidir.
Bütün azərbaycanlılar Azərbaycan naminə,
Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması
istiqamətlərində diasporun atdığı addımlarda
onun yanındadır.
Mən erməni diasporuna xəbərdarlıq
edirəm ki, onlar öz çirkin əməllərindən
əl çəksinlər. Artıq bizim diaspor təşkilatlarımız
birləşir və bu yaxın zamanlarda bizim ictimaiyyət,
Azərbaycandan kənarda yaşayan soydaşlarımız
bunu görəcəklər", - deyə Fuad Muradov vurğulayıb.
Murad MƏMMƏDLİFuad Muradov
dünya azərbaycanlılarına səsləndi:
"Vətən uzaqda deyil, biz sizin yanınızdayıq"
Azərbaycan müstəqillik əldə
etdikdən sonra dövlətin qarşısında duran
əsas vəzifələrdən biri də xarici ölkələrdə
yaşayan azərbaycanlıların təşkilatlanması,
onların ölkəmizin ümumi maraqlarının
müdafiəsi işinə cəlb edilməsi oldu.
1993-cü ildə sabiq prezident Heydər
Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə
olduğu kimi, diaspor quruculuğu işində də əsaslı
dönüş yaratdı. Heydər Əliyev bütün
xarici səfərlərində Azərbaycan diasporunun
nümayəndələri ilə görüşür,
onların problem və qayğıları ilə maraqlanır,
həmvətənlərimizi yenicə müstəqillik
qazanmış respublikamızın tarixi mənafelərinin
reallaşdırılması prosesində fəal
iştirak etməyə çağırırdı.
Zaman keçdikcə diaspor quruculuğu
Azərbaycan Respublikasının dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə çevrildi.
Əsası sabiq prezident Heydər Əliyev tərəfindən
qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının
tarixi Vətənlə əlaqələrini inkişaf
etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu
qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın
daha etibarlı şəkildə qorunması istiqamətində
faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək,
onların mədəni-siyasi hüquqlarını
müdafiə etməkdən ibarətdir.
Dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın və həmvətənlərimizin
müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin
daha da möhkəmləndirilməsi, onlar arasında
birliyin və həmrəyliyin təmin olunması, habelə
Azərbaycan icmaları, cəmiyyət və birliklərin
fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi
ilə bağlı məsələlərin birgə
müzakirəsi zərurətini nəzərə alaraq
Dünya Azərbaycanlılarının I Qurultayının
keçirilməsi haqqında 2001-ci ilin may ayının
23-də sabiq prezident Heydər Əliyevin məlum Sərəncamı
bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə
istiqamətləndi.
Həmin il noyabrın 9-u və 10-da Bakıda
keçirilən Dünya Azərbaycanlılarının
I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin
başlanğıcı kimi daxil oldu. I qurultayda 36
ölkədən 200-dən çox müxtəlif təşkilatı
təmsil edən 406 nümayəndə və 63 qonaq
iştirak etdi. Bu qurultayda Azərbaycan Respublikası
130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil,
mədəniyyət və digər yaradıcı təşkilatlardan,
25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə
təmsil olundu.
Dünya azərbaycanlılarının
I qurultayı xaricdəki soydaşlarımızın
ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi
yolunda böyük addım, gələcəyə istiqamətlənmiş
önəmli tədbirlərdən idi. Qurultay milli ideologiyamız
olan Azərbaycançılıq ideyası ətrafında
soydaşlarımızın birlik və həmrəyliyini
nümayiş etdirdi. Qurultayda xaricdəki həmvətənlərimizlə
sistemli iş aparılmasını təşkil etmək,
soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini
təmin etmək məqsədilə xüsusi dövlət
qurumunun yaradılması ideyası irəli sürüldü.
Sabiq prezident Heydər Əliyevə məxsus olan bu ideya
Azərbaycan diasporunun formalaşdırılması
prosesini sürətləndirməyə xidmət edirdi.
2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin yaradılması
haqqında" Fərman imzaladı. Fərman Azərbaycan
diasporunun fəaliyyətinin mütəşəkkil
qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının
siyasi və ideoloji birliyinin təminatı baxımından
müstəsna əhəmiyyyət kəsb edən mühüm
tarixi sənəd oldu. Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin yaradılması bu sahədə olan problemlərin
aradan qaldırılması istiqamətində əhəmiyyətli
addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini
milli maraqlarımızın gerçəkləşdirilməsi
istiqamətində mərkəzləşdirməyə
imkan vermişdir.
Ötən dövrün ən mühüm
hadisələrindən biri Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 19 noyabr tarixli Sərəncamı
ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin əsasında
Diasporla İş üzrə Dövlət Komitəsinin
yaradılması oldu.
Müasir dövrdə diaspor anlayışı
beynəlxalq münasibətlərin vacib elementinə
çevrilir. Qloballaşan dünyanın reallıqları
diaspor quruculuğu sahəsində Azərbaycanın
qarşısında yeni vəzifələr qoyur. Xalqlar
arasında gedən sürətli inteqrasiya prosesləri,
diaspor və lobbi təşkilatlarının beynəlxalq
siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı
fəaliyyət göstərilməsini tarixi zərurətə
çevirib. Diasporla İş üzrə Dövlət
Komitəsinin yaradılması məhz bu zərurətdən
irəli gəlib.
Azərbaycan Respublikasının Diaspora
ilə İş üzrə Dövlət Komitəsi - azərbaycan
diasporu ilə iş sahəsində dövlət siyasətinin
həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar,
eləcə də onların təsis etdiyi diaspor təşkilatları,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporları ilə əlaqələrin
genişləndirilməsini və inkişaf etdirilməsini,
dövlət orqanlarının və qeyri-hökumət
təşkilatlarının bu sahə ilə bağlı
fəaliyyətinin əlaqələndirilməsini təmin
edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin
yaradılması digər xalqların diaspor qurumları
və müxtəlif ölkələrin bilavasitə bu
sahəyə məsul olan dövlət orqanları ilə
birbaşa əməkdaşlığın qurulması
imkanlarını genişləndirir (wikipedia.org).
Komitə diasporla iş sahəsində
vahid dövlət siyasətinin formalaşdırılmasında
iştirak edir və bu siyasətin həyata keçirilməsini
təmin edir, diasporla iş sahəsinin inkişafını
təmin edir, beynəlxalq hüququn qəbul edilmiş
prinsip və normalarına, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə və Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq, eləcə də
müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə
alınmaqla, xaricdə yaşayan azərbaycanlıların
əsas hüquq və azadlıqlarının həyata
keçirilməsinə və onların öz milli varlığını
yaşatmasına və inkişaf etdirməsinə, ana
dilini öyrənməsinə və tətbiqinin genişləndirilməsinə,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporları ilə əlaqələr
qurmasına və inkişaf etdirməsinə köməklik
göstərir. Diaspor Komitəsi, eyni zamanda, xaricdə
yaşayan azərbaycanlıların, eləcə də
onların təsis etdiyi diaspor təşkilatlarının,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporlarının Azərbaycan
Respublikasının dövlət orqanları və qeyri-hökumət
təşkilatları ilə əlaqələr qurmalarına
və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının
daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial
və mədəni həyatı haqqında düzgün
informasiya almalarına şərait yaradır, xaricdə
yaşayan azərbaycanlıları, eləcə də
onların təsis etdiyi diaspor təşkilatlarını,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporlarını Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına
və möhkəmləndirilməsinə, iqtisadi, sosial
və mədəni inkişafına, cəmiyyətin və
dövlətin siyasi həyatına, habelə Azərbaycan
Respublikası ilə digər dövlətlər arasında
qarşılıqlı surətdə faydalı münasibətlərin
qurulması və inkişaf etdirilməsi işinə
cəlb edir. Komitə beynəlxalq hüquq normalarına
və müvafiq dövlətlərin qanunvericiliyinə
uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların
milli-mədəni muxtariyyətlər və ictimai birliklər
yaratmaq hüququnun həyata keçirilməsinə
yardım göstərir, xaricdə yaşayan azərbaycanlıların
vəziyyəti haqqında informasiyanın toplanmasını,
təhlilini, qiymətləndirilməsini və bu məqsədlə
xüsusi məlumat bankının yaradılmasını
təmin edir, qanunvericiliklə müəyyən edilmiş
digər istiqamətlərdə fəaliyyət göstərir.
Komitə həmçinin xaricdə yaşayan
Azərbaycanlıların ölkəmizin mədəniyyəti,
tarixi və s. barədə məlumat yaymasına dəstək
verir. Məsələn, 2011-ci ilin yanvarında Mərkəzi
Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət
Festivalında Azərbaycanın da tələbələr
tərəfindən təmsil olunmasına komitə dəstək
verib.
Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın
Diasporla İş üzrə Dövlət Komitəsi
2002-ci il iyulun 5-də yaradılıb. Demək, dünən
bu komitənin 16 yaşı tamam oldu. Bu münasibətlə
dünən Komitə bir sıra tədbirlər keçirib.
Əvvəlcə komitənin kollektivi Fəxri Xiyabanda
Heydər Əliyevin və Zərifə Əliyevanın
məzarlarını ziyarət edib. Sonra komitədə
xaricdəki Azərbaycan diaspor rəhbərlərinin
və ictimaiyyət nümayəndələrinin iştirakı
ilə tədbir başlayıb.
Diaspor sahəsində dövlət siyasəti,
görülən işlər, diaspor hərəkatına
yeni yanaşmalar və planlar barədə məlumat verib:
komitənin sədri Fuad Muradov bildirib ki, 16 il əvvəl
dünyadakı azərbaycanlıların həmişə
səsinə səs verən ulu öndər Heydər Əliyev
tərəfindən bu komitənin yaradılması
dünyada yaşayan 50 milyondan çox azərbaycanlının
sevincinə səbəb olub.
İki ay yarım əvvəl dövlət
başçısının müvafiq sərəncamı
ilə komitənin rəhbərinin dəyişdiyini xatırladan
Muradov, ötən qısa zaman kəsiyində qurumun fəaliyyətində
xeyli islahatlar aparıldığını vurğulayıb.
Dediyinə görə, diaspor işi ilə bağlı
yeni yol xəritəsinin hazırlanıb: "Əsas məqsədimiz
odur ki, dünyadakı bütün azərbaycanlıları
birləşdirək. İndi kimsə fikirləşə
bilər ki, gənc komitə sədridir, danışır,
hər təzə gələn belə danışır və
sair..." deyən komitə sədri bunun belə olmadığını
bildirib. Muradov bunu rəhbərlik etdiyi komitənin fəaliyyəti
ilə sübut edəcəyini vurğulayıb. "Bizim
qapımız bütün azərbaycanlılara
açıqdır. Diaspor rəhbərlərimiz
çox uğurlu fəaliyyət göstərirlər və
cənab prezidentimiz də bunu daim qiymətləndirir",
- deyə F.Muradov bildirib.
Komitə sədri harada yaşamağından
asılı olmayaraq, bütün azərbaycanlıları
birliyə çağırıb: "Vətən uzaqda
deyil, biz sizin yanınızdayıq. Harada olmağınızdan
asılı olayaraq bilməlisiniz ki, azərbaycanlısınız".
Daha sonra F.Muradov erməni diasporuna
xəbərdarlıq edib: "Erməni diasporu hazır
olsun. Artıq bizim tərəfimizdən bütün istiqamətlərdə
Azərbaycan diasporunun birləşməsi gedir" deyən
komitə sədri vurğulayıb ki, ermənilər bu
illər ərzində öz çirkin işlərinin
qarşılığını alacaqlar.
"Biz onların bütün təxribatlarını
bilirik. Onlar çalışırlar ki, dünyanın
bir çox ölkələrində təxribatlar həyata
keçirsinlər" deyən Muradov bir daha Azərbaycan
diaspor təşkilatlarına müraciət edərək,
ümummilli məqsədlərə çatmaq
üçün birgə addım atmağa çağırıb.
"Bizim torpaqlarımız işğal
altındadır, erməni lobbisi və onu dəstəkləyən
qruplar artıq bilməlidirlər ki, yaxın zamanlarda
onlara çox ciddi zərbələr endiriləcək.
Bu, Azərbaycanın ən vacib məsələlərindən
olan ərazi bütövlüyü məsələsidir.
Bütün azərbaycanlılar Azərbaycan naminə,
Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması
istiqamətlərində diasporun atdığı addımlarda
onun yanındadır.
Mən erməni diasporuna xəbərdarlıq
edirəm ki, onlar öz çirkin əməllərindən
əl çəksinlər. Artıq bizim diaspor təşkilatlarımız
birləşir və bu yaxın zamanlarda bizim ictimaiyyət,
Azərbaycandan kənarda yaşayan soydaşlarımız
bunu görəcəklər", - deyə Fuad Muradov vurğulayıb.
Murad MƏMMƏDLİ
Ekspress.-
2018.- 6 iyul.- S.10.