Diasporla işi təşkil edən Komitə
Azərbaycanın diasporla iş sahəsində dövlət siyasətinin
həyata keçirilməsi
Diasporla İş Üzrə Dövlət
Komitəsinə (Komitə)
həvalə edilib.
Komitə Azərbaycan Prezidentinin
2008-ci ilin noyabrın
19-da imzaladığı Sərəncamla yaradılıb.
Bu tarixə qədər eyni istiqamətdə fəaliyyət
Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla
İş üzrə
Dövlət Komitəsi
tərəfindən həyata
keçirilirdi. 2008-ci ildən
mövcud olan təşkilatın əsasında
yeni, daha təkmil icra strukturu təsis olundu.
Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla
İş üzrə
Dövlət Komitəsi
isə 2002-ci ildə
yaradılıb. Məhz həmin tarixdən xaricdə yaşayan azərbaycanlılar, eləcə
də onların təsis etdiyi diaspor təşkilatlar,
habelə Azərbaycana
dost münasibət bəsləyən
digər xalqların
diasporları ilə
əlaqələrin genişləndirilməsi
və inkişaf etdirilməsi, dövlət
orqanlarının və
qeyri-hökumət təşkilatlarının
bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsi
adışəkilən komitə
tərəfindən icra
olunur.
Yeni Komitə yaradıldıqdan sonra
Azərbaycan Prezidenti
2009-cu ilin mayında
imzaladığı Fərmanla
təşkilatın yeni
Əsasnaməsini də
təsdiqlədi.
Əsasnaməyə görə Komitə öz vəzifələrini yerinə
yetirərkən və
hüquqlarını həyata
keçirərkən digər
icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət
təşkilatları, Dünya
Azərbaycanlılarının Əlaqələndirmə Şurası,
Azərbaycanın xarici
ölkələrdəki diplomatik nümayəndəlikləri,
xaricdə yaşayan
azərbaycanlılar, eləcə
də onların təsis etdiyi diaspor təşkilatları,
habelə Azərbaycana
dost münasibət bəsləyən
digər xalqların
diasporları ilə
qarşılıqlı əlaqədə
fəaliyyət göstərir.
Qurum diasporla iş sahəsində vahid dövlət siyasətinin
formalaşdırılmasında iştirak edir və bu siyasətin
həyata keçirilməsinə
cavabdehdir. O, diasporla
iş sahəsinin inkişafını təmin
edir.
Komitə xaricdə yaşayan
azərbaycanlıların əsas hüquq və azadlıqlarının
həyata keçirilməsinə
və onların öz milli varlığını yaşatmasına
və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə
və tətbiqinin genişləndirilməsinə, habelə Azərbaycana
dost münasibət bəsləyən
digər xalqların
diasporları ilə
əlaqələr qurmasına
və inkişaf etdirməsinə köməklik
göstərməlidir. Bu çərçivədə xaricdə yaşayan azərbaycanlıların, eləcə
də onların təsis etdiyi diaspor təşkilatlarının,
habelə Azərbaycana
dost münasibət bəsləyən
digər xalqların
diasporlarının Azərbaycanın
dövlət orqanları
və qeyri-hökumət
təşkilatları ilə
əlaqələr qurmalarına
və inkişaf etdirmələrinə, Azərbaycanın
daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı
haqqında düzgün
informasiya almalarına
köməklik edir.
Azərbaycan üçün xaricdə
yaşayan azərbaycanlıların,
onların təsis etdiyi diaspor təşkilatlarının, Azərbaycana dost münasibət
bəsləyən xalqların
diasporlarının ölkəmizin
dövlət müstəqilliyinin
və suverenliyinin
qorunmasına və
möhkəmləndirilməsinə dəstəyi vacibdir. Ölkəmizin iqtisadi, sosial
və mədəni inkişafında xarici
dostlarla əməkdaşlıq
böyük önəm
kəsb edir. Komitənin üzərinə bu istiqamətdə böyük vəzifələr
düşür.
Beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin
qanunvericiliyinə uyğun
olaraq xaricdə yaşayan azərbaycanlıların
milli-mədəni muxtariyyətlər və
ictimai birliklər yaratmaq hüququna mailikdir. Komitə həm bu məsələnin həllində
köməklik edir, həm də xaricdə yaşayan azərbaycanlıların vəziyyəti
haqqında informasiyanın
toplanmasını, təhlilini,
qiymətləndirilməsini və bu məqsədlə
xüsusi məlumat
bankının yaradılmasını
təmin edir.
Xaricdə yaşayan azərbaycanlılara, onların
yaratdıqları qurumlara,
kütləvi informasiya
vasitələrinə öz
tarixi Vətəni
ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri
mənimsəmək, yaşatmaq
və inkişaf etdirmək önəmlidir. Eləcə də Azərbaycana dost münasibət bəsləyən
digər xalqların
diasporları ilə
əlaqələr qurmaq,
onların təcrübəsini
öyrənmək məqsədi
ilə müxtəlif
yönlü təşkilati,
informasiya, maddi və mənəvi yardım göstərmək
vacibdir.
Azərbaycanda həyata keçirilən
müstəqil, hüquqi
və dünyəvi
dövlət, demokratik
cəmiyyət quruculuğu,
sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf
haqqında xarici ölkələrdə yaşayan
həmvətənləri, habelə Azərbaycana
dost münasibət bəsləyən
digər xalqların
diasporlarını məlumatlandırmaq
da əhəmiyyətlidir.
Bu kimi məsələlərin
həllində Komitənin
üzərinə böyük
vəzifələr qoyulur.
Dünya azərbaycanlılarının
mənəvi birliyinə
və həmrəyliyinə
xidmət edən ümummilli ideyaları,
milli-mənəvi dəyərləri sistemləşdirmək,
onların Azərbaycanın
vətəndaşları və xarici ölkələrdə yaşayan
soydaşlarımız arasında
yayılmasını təmin
etmək, xaricdə
yaşayan azərbaycanlıların
mədəniyyət mərkəzlərinə,
mədəni-maarif təşkilatlarına,
kitabxana, arxiv, muzey, teatr, musiqi ansambllarına və yaradıcı kollektivlərinə digər
dövlət orqanları
ilə birgə yardım göstərmək,
xaricdə yaşayan
həmvətənləri Azərbaycanda həyata
keçirilən iqtisadi
islahatlar prosesinə
yaxından cəlb etmək, onların Azərbaycanın iqtisadiyyatına
investisiya qoyması
və ölkə ərazisində sərbəst
surətdə sahibkarlıq
fəaliyyəti ilə
məşğul olmaları
üçün əlverişli
şərait yaratmaq
da Komitənin qarşısında qoyulan
mühüm vəzifələrdəndir.
Komitə xaricdə yaşayan azərbaycanlıların
bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması
işinə dəstək
verir, yaradılan ictimai, mədəni və digər birliklərin, habelə
onların əməkdaşlıq
etdiyi digər diaspor təşkilatlarının
Azərbaycan ilə əlaqələrinin qurulmasına
və inkişafına
kömək göstərir.
Xaricdə yaşayan azərbaycanlıların keçirdikləri
mühüm tədbirlərdə
Azərbaycanın müvafiq
dövlət və qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin iştirakı əhəmiyyətli
olardı. Komitə bu məsələlərin
də həllində
önəmli rol oynayır.
Sadalananlardan başqa Komitə
diasporla iş sahəsinə ayrılan
büdcə vəsaitləri,
kreditlər, qrantlar
və digər maliyyə vəsaitlərindən
təyinatı üzrə
səmərəli istifadə
olunmasını təmin
etməli, dövlət
sirrinin və məxfilik reciminin qorunması üçün
zəruri tədbirlər,
habelə fəaliyyət
istiqamətlərinə uyğun təhlükəsizlik
tədbirləri görməli,
diaspor işinin təşkili sahəsində
kadr hazırlığını
təmin etməli, xaricdə yaşayan azərbaycanlıların vəziyyəti
və onlarla aparılan iş, Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, habelə
Azərbaycana dost münasibət
bəsləyən digər
xalqların diaspor qurumları ilə əməkdaşlığın inkişafı sahəsində
görülmüş işlər
haqqında vaxtaşırı
hesabatlar, illik məruzələr hazırlayıb
Azərbaycan Prezidentinə
təqdim etməlidir.
Xarici ölkələrdə Azərbaycan diasporunun
formalaşmasına, mütəşəkkilliyinin
möhkəmlənməsinə yardım etmək, azərbaycanlıların ayrı-ayrı beynəlxalq təşkilatlarda təmsil
olunmasına, lobbiçilik
fəaliyyətinin gücləndirilməsinə,
Azərbaycana dost münasibət
bəsləyən digər
xalqların diasporları
ilə əlaqələrin
genişləndirilməsinə kömək etmək, xaricdə yaşayan azərbaycanlıların problemləri,
eləcə də Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı dəyirmi masalar, seminarlar və konfranslar keçirmək, xaricdə
yaşayan azərbaycanlıların
milli və vətəndaş hüquqlarının
müdafiəsinə yönələn
tədbirlər həyata
keçirmək, onların
sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi
problemlərini öyrənmək
və həllinə
dair Azərbaycanın
dövlət strukturları,
eləcə də Xarici İşlər Nazirliyinin vasitəsi
ilə müvafiq xarici dövlətlər
qarşısında təkliflər
irəli sürmək
də Komitənin üzərinə qoyulan
vəzifədir.
Komitə
azərbaycanlıların yığcam
yaşadıqları ölkələrdə və regionlarda Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə
birgə
ana
dilində məktəblərin və Azərbaycan mədəniyyət
mərkəzlərinin açılmasını və fəaliyyətini
təşkil etməlidir, respublika və
beynəlxalq əhəmiyyətli tədbirlərdə xarici ölkələrdə
yaşayan azərbaycanlıların
və onların ictimai birliklərinin,
habelə zərurət yarandıqda, Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diaspor
qurumlarının iştirakına kömək etməli,
xaricdə yaşayan azərbaycanlıların
Azərbaycanın tədris müəssisələrində
təhsil almasına, elmi və digər
yaradıcılıq fəaliyyəti ilə məşğul
olmasına yardım etməlidir.
Yuxarıda
qeyd edilən vəzifələrin həyata
keçirilməsini nail olmaq üçün
qanunvericiliyə uyğun olaraq Komitəyə bir
sıra hüquqlar verilib. Komitə diasporla iş sahəsi üzrə Azərbaycanın
beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təşəbbüs irəli
sürmək, dövlət və yerli
özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan
belə məlumatları (sənədləri) almaq, xaricdə yaşayan azərbaycanlıların
hüquqlarının müdafiəsini təmin etmək
məqsədi ilə qanunvericiliklə müəyyən
edilən qaydada müvafiq
beynəlxalq təşkilatlarla, xarici
dövlətlərin aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq
etmək hüququna sahibdir.
Qanunvericilik
imkan verir ki, Komitə fəaliyyət istiqamətləri
üzrə rəy versin, təhlillər
və ümumiləşdirmələr aparsın, analitik materiallar
hazırlasın,
tədqiqatlar aparsın, təkliflər versin.
Xaricdə yaşayan azərbaycanlılar,
onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana
dost münasibət bəsləyən
digər xalqların diasporları ilə
bağlı informasiya və nəşr
fəaliyyətini həyata keçirmək, internet saytı yaratmaq
və ondan istifadə etmək, diasporla iş aparmaq məqsədi ilə Azərbaycanın
xarici
ölkələrdəki diplomatik
nümayəndəliklərinə Xarici
İşlər Nazirliyi tərəfindən
təyin olunan işçilər
haqqında təqdimat vermək Kominin
hüquqlarındandır.
Diasporla
iş sahəsində mütəxəssislərin
hazırlanması və ixtisasının
artırılması üçün
tədbirlər görmək, müstəqil ekspertləri
və mütəxəssisləri qanunvericiliklə
müəyyən edilmiş qaydada öz fəaliyyətinə
cəlb etmək də Komətinin sahib
olduğu hüquqlara
aiddir.
Vasif CƏFƏROV
Ekspress.-
2018.- 12 iyul.- S.10.