Lobbiçilik və dünya azərbaycanlılarının
həmrəyliyi
Dünya
ölkələrində yaşayan həmvətənlərimiz
arasında uzun illər öncə Azərbaycanın
müəyyən tarixi, ictimai-siyasi şəraitində vətəndən
mühacirət etmiş tanınmış şəxsiyyətlərin
soylarından olanlar çoxluq
təşkil edir. Əslində uzun illərdir əcnəbi ölkələrdə
yaşayan azərbaycanlılar zaman keçdikcə, eyni
ölkələrin ictimai-siyasi, mədəni və digər sahələrinə
inteqrasiya olunurlar
ki, nəticə etibarilə də
xaricdə tədricən Azərbaycan diasporu
yaranmağa başlayıb.
Ekspertlərin
fikrincə, ölkəmiz müstəqillik əldə
etdikdən sonra dövlətin
qarşısında duran əsas vəzifələrdən
biri də xarici
ölkələrdə yaşayan azərbaycanlıların
təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi
işinə cəlb edilməsi olub.
Yeri
gəlmişkən, 1993-cü ildə ulu
öndər Heydər Əliyevin hakimiyyətə gəlişi
digər sahələrdə olduğu
kimi, diaspor quruculuğu işində də əsaslı
dönüş yaratdı. O, xarici səfərlərində
Azərbaycan diasporunun nümayəndələri
ilə görüşür,
onların problem və
qayğıları ilə maraqlanır, həmvətənlərimizi
yenicə müstəqillik qazanmış
respublikamızın tarixi mənafelərinin
reallaşdırılması prosesində fəal iştirak etməyə
çağırırdı.
Bu
baxımdan da zaman
keçdikcə diaspor quruculuğu
Azərbaycan Respublikasının dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə
çevrildi.
O
da qeyd olunur
ki, dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın müstəqil Azərbaycan
ilə əlaqələrinin daha da möhkəmləndirməsi, onlar arasında birliyin və həmrəyliyin təmin
olunması, eyni zamanda
Azərbaycan icmaları, cəmiyyət və birliklərin
fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin
birgə müzakirəsi zərurətini nəzərə
alaraq Dünya Azərbaycanlılarının
I Qurultayının keçirilməsi haqqında
2001-ci ilin may ayınn
23-də Heydər Əliyevin məlum Sərəncamı
bu ideologiyanın gerçəkləşməsinə
istiqamətləndirilib. Məhz həmin ilin noyabr ayının
9-u və 10-da Bakıda keçirilən Dünya
Azərbaycanlılarının I Qurultayı Azərbaycan
tarixinə böyük bir
prosesin başlanğıcı kimi daxil olub.
I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı
təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak edib. Bu qurultayda Azərbaycan
Respublikası 130-dan çox dövlət
və ictimai qurumlardan,
elm, təhsil, mədəniyyət və
digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə
və 844 qonaq ilə təmsil olunub. Tarixə nəzər salaq.
2002-ci
ilin 5 iyulunda Heydər
Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət
Komitəsinin yaradılması haqqında" Fərman
imzalayıb.
Fərman Azərbaycan diasporunun
fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı
baxımından müstəsna əhəmiyyyət kəsb
edən mühüm tarixi
sənəd oldu.
Ümumiyyətlə
isə ötən dövrün ən mühüm hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı
Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş
üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş
üzrə Dövlət Komitəsinin yaradılması
oldu.
Qeyd
edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin
yaradılması digər xalqların diaspor
qurumları və müxtəlif ölkələrin bu sahəyə məsul olan
dövlət orqanları ilə birbaşa
əməkdaşlığın qurulması imkanlarını
genişləndirdi (diaspora.gov.az).
3-4 iyun 2016-cı ildə keçirilən Dünya Azərbaycanlılarının
IV qurultayı baş tutdu.
IV Qurultayında Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması sahəsində qarşıda
duran vəzifələr,
soydaşlarımızın hüquq
və azadlıqlarının qorunması istiqamətində
mövcud olan
problemlər və onların həlli yolları
müzakirə olundu.
Ölkə
başçısı İlham
Əliyev Dünya Azərbaycanlılarının
IV Qurultayında diaspor rəhbərləri
qarşısında növbəti qurultaya
qədər bu tələbləri qoydu:
1. Xaricdə
yaşayan Azərbaycanlılar vətənləri
ilə əlaqəni kəsməsinlər və daim bura ilə təmasda
olsunlar.
2. Xaricdəki
azərbaycanlılar yaşadıqları ölkələrdə
daha da böyük mövqelərə nail ola bilsinlər. O, ölkələrin ictimai,
siyasi, iqtisadi həyatında
daha da fəal rol oynasınlar, çünki
müxtəlif dövlət və qanunvericilik
orqanlarında lazımi səviyyədə təmsil
olunmurlar.
3. Xaricdə yaşayan azərbaycanlı
iş adamları Azərbaycana sərmayə
qoysunlar.
4. Xaricdəki azərbaycanlılar bu səfirliklər, nümayəndəliklər
diaspor təşkilatları
ilə daim əlaqə saxlamalıdırlar.
5. Azərbaycan diaspor təşkilatları
xarici media qurumları
ilə lazımi səviyyədə iş
qurmalı və bu istiqamətdə işini daha da təkmilləşdirməlidir.
6. Xaricdəki azərbaycanlılar yaşadıqları
ölkələrin dilllərində
saytlar yaratmalı və o saytlarda Azərbaycan naminə materialları verilməli,
Azərbaycan həqiqətləri
orada göstərilməlidir.
Azərbaycan dilində və
xarici dillərdə
qəzetlər dərc
edilməlidir ki, azərbaycanlılar, onların
övladları oxusunlar,
Ana dilini bilsinlər,
həm də o ölkələrin ictimaiyyəti
oxusun (APA).
Fəlsəfə Doktoru Əhməd Şahidovun
fikrincə, diaspora
işi əslində
bir könül məsələsidir: "Savadlısan
ya yox, güclü
intellekt sahibisən
və ya deyilsən, çoxlu dil bilirsən ya bilmirsən, təşkilatçılıq qabiliyyətin güclüdür
ya yox - bunlar ikinci növbədə gələn
məsələlərdir. Əvvəlcə içində
sevgi olmalıdır,
Vətənə sevgi,
Xalqına sevgi, Dövlətinə, Bayrağına,
Himninə sevgi...
2001-ci ildən alovlanmağa
başladı o sevgi,
o istək... Məhz həmin
ilin noyabr ayının 9-u və
10-da Ulu Öndərimiz
Heydər Əliyevin
məlum Sərəncamı
ilə Bakıda keçirilən Dünya
Azərbaycanlılarının I Qurultayı Azərbaycan
tarixinə böyük
bir prosesin başlanğıcı kimi
daxil oldu. I qurultayda 36 ölkədən
200-dən çox müxtəlif
təşkilatı təmsil
edən 406 nümayəndə
və 63 qonaq iştirak edirdi. Bu
qurultayda Azərbaycan
Respublikası 130-dan çox
dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət
və digər yaradıcı təşkilatlardan,
25 siyasi partiyadan
702 nümayəndə və
844 qonaq ilə təmsil olunurdu.
Bir könüldə yaranan kiçik bir qığılcımdan
milyonlarla ürəyin
odu isinməyə başlamışdı. Dünyadakı bütün azərbaycanlılar
bir eşqin alovuna toplaşmağa
başlayırdılar. Çox çətin və həssas bir proses idi
əslində. İki qardaşın
ailəsini bir evdə yaşatmağın
müşkül bir işə çevrildiyi
müasir dövrümüzdə
milyonlarla insanı
Azərbaycan adlı
evə toplaya bilmişdik və bunu məhz Heydər Əliyev etmişdi".
Ə.Şahidov onu da qeyd edir ki,
bugünkü Azərbaycan
diasporası hələ
ilk qurultayını 2001-ci ildə keçirən diasporamızdan qat-qat zəifdir, parçalanmış,
intriqalar içində
boğulmuş və
cana yığılmış
vəziyyətdədir. Əslində Azərbaycan bugün bir dövlət olaraq, 2001-ci ildəkindən
daha güclü, daha qüdrətli və beynəlxalq arenada daha qətiyyətlidir. Ölkənin
bütün sahələrində
inkişafın hiss edildiyi
bir vaxtda milli diasporamız hələ geridə qalıb. Hələ
2001-ci ildə keçirilən
Dünya Azərbaycanlılarının
I Qurultayında heç
vaxt bir-birini görməyən,
amma yenə də doğma insanlar kimi bir-birinə sarılan, vizit kartlarını dəyişib
birlikdə fotolar çəkdirən, Azərbaycan
üçün böyük
işlər qurmaq barədə fikir mübadiləsi aparan həmin insanların indi bir-birini
görməyə gözləri
yoxdur. Amma yenə də
Vətən eşqi
ilə döyünən
könüllər qalmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son sərəncamları Azərbaycan
Diasporasını yenidən
2001-ci ildəki vəziyyətə
qaytara bildi.
Yenə könüllərdə
qığılcımlar yaranmağa başlayıb. Dünyanın dörd bir yanındakı
soydaşlarımızın ürəklərində bir
ümid, bir inam və gələcəyə
nikbin baxış açıq şəkildə
sezilməkdədir.Hamı inanır ki, savadlı kadrlar, güclü intellekt sahibləri, çoxlu əcnəbi dillərdə
danışan, təşkilatçılıq
qabiliyyəti güclü
olan və ən əsası da bu işə
könül vermiş
insanlar yenidən Dövlətin Diaspora Siyasətinin
ön cərgələrində
olacaqlar".
Xatırladaq ki, hazırda Azərbaycan diasporunun geniş
yayıldığı və
fəal olduğu ölkələrdən biri
də Rusiya Federasiyasıdır.
Ə.Şahidov bildirir ki, Rusiyada azərbaycanlıların
sayının kütləvi
şəkildə artması
90-cı illərin əvvəllərində
soydaşlarımızın əməkçi miqrant
kimi bu ölkəyə işləməyə
gəlməsi ilə
bağlıdır: "Təxminən
20 il əvvəl Azərbaycandan Rusiyaya
getmiş soydaşlarımız
həmin vaxt Rusiya cəmiyyətinə
inteqrasiya etməkdə
böyük problemlər
yaşayırdılar. Dili bilməmələri
və digər səbəblərdən onlar
sıxışdırılır, incidilirdilər. Təəssüf ki, həmin nəslin inteqrasiya problemi indi də qalmaqdadır.
Onları bəzən
cəmiyyət içinə
buraxmır, bəzən
də sürətlə
yenilənən Rusiya
cəmiyyətinə inteqrasiya
etməkdə lazımi
imkanlara sahib ola bilmirlər. Soydaşlarımız min bir əziyyətlə
qazandıqları pulu
övladlarının təhsilinə
yatırırlar. Nəticə bu gün göz
qabağındadır. İndi 17-20 yaşında
olan gənc soydaşlarımız Rusiyanın
ən prestijli ali məktəblərinin
tələbələridir" (olaylar.az).
Xatırladaq ki, təxminən
50 milyon nəfər
olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə
yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın
siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti
yaşadıqları ölkələr,
oradakı şərait,
mənəvi dəyərlər
kimi müxtəlifdir.
XX əsrin əvvəllərinə qədər
respublikadan xaricə
mühacirət edən
soydaşlarımızın şəxsiyyət vəsiqələrində
"rus təbəəsi"
yazılması onların
milliyyətinin də
"rus" kimi təqdim edilməsi ilə nəticələnib.
O dövrlərdə qonşu
Rusiyaya köçən
azərbaycanlılar "tatar", Türkiyədə
məskunlaşanlar isə
"Azərbaycan türkü"
kimi tanınır və qeydə alınırdı. Müasir
İran ərazisində
yaşayan soydaşlarımızın
isə "İran təbəəsi" kimi
təqdimatı prosesi
gedirdi.
Ekspertlər qeyd edir ki, belə arzuolunmaz vəziyyət
xarici ölkələrdə
yaşayan azərbaycanlıların
rus, türk və fars
diasporlarının tərkib
hissəsi kimi qəbul edilməsinə
səbəb olub ki, nəticədə də soydaşlarımız
başqa xalqların
diasporları içərisində
assimlyasiya olunmaq təhlükəsi ilə
üzləşiblər. Mövcud problemlərə və çətiniklərə baxmayaraq,
azərbaycanlılar hər
zaman öz milli mənsubiyyətini,
adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini
qayğı ilə qoruyub saxlamış, tarixi Vətənlə
əlaqələrini itirməyiblər.
Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində
daha çox məskunlaşmışlar. Onların sayı Birləşmiş
Ştatlarda 1 milyona,
Argentinada 12 minə,
Braziliyada 75 minə,
Kanadada 170 minə,
Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrində
Honduras, Qvatemala, Peru və
digərlərində də
soydaşlarımız məskunlaşmışlar.
Hazırda onların sayı
dəqiqləşdirilir.
Amerika qitəsində məskunlaşan azərbaycanlıların
əksəriyyəti İrandan
miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən
etibarən Turkiyədən,
1991-ci ildən isə
Azərbaycandan bir qism soydaşlarımızın
bu qitəyə axını diasporumuzun
tərkibinə və
sosial-iqtisadi fəaliyyətinə öz
təsirini göstərdi.
O da qeyd
olunur ki, Azərbaycan diasporunun
yayılma coğrafiyası
və say tərkibinə
görə geniş
olduğu ikinci qitə Avropadır (baku.ws). Son zamanların
statistik göstəricilərinə
əsaslanan, Avropa azərbaycanlıların sayı
Türkiyədə və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüzminlərlə, Norveçdə,
Danimarkada, İsveçdə,
Macarıstanda, Fransada,
İtaliyada on minlərlə,
Polşada, İspaniyada,
Avstriyada, Albaniyada,
Finlandiyada, Portuqaliyada
on mindən çox göstərilir.
Rəşid RƏŞAD
Ekspress.-
2018.- 13 iyul.- S.10.