"Azərbaycan
Türkiyə Evi"nin
Azərbaycanın təbliğində rolu
Azərbaycan Respublikasının
dünya ölkələrində fəaliyyət göstərən
diaspor təşkilatlarının yaranma tarixi o qədər
də çox olmasa da, onların hər birinin az müddət
ərzində gördüyü işlər qənaətbəxş
sayıla bilər. Artıq ölkəmizin diaspor fəaliyyəti
heç də digər dövlətlərin lobbi qurumlarından
geri qalmır.
Ekspertlər də o
fikirdədirlər ki, Azərbaycan diasporu xeyli gənc
olsa da, ötən qısa müddət ərzində xeyli
iş görüb. Görülən
işlər içərisində Qarabağ
həqiqətlərinin dünyaya
çatdırılması, işğal
olunmuş torpaqlarla,
mədəniyyətimizin tanıdılması və s. göstərmək olar.
Bundan başqa, Azərbaycanın
uğurlarını şərtləndirən ən
başlıca amil ondan
ibarətdir ki, ölkəmizin xaricdəki
diasporu dövlətlə həmişə
birgə hərəkət edib. Bu da o
deməkdir ki, hər şəraitdə
və hər mənada millətimizin maraqları qorunub ki, nəticə
etibarilə də bütün bunlar qarşıya qoyulan
hədəflərə çatılması baxımından
çox əhəmiyyətlidir.
O da qeyd olunur ki, Azərbaycan
dövləti diasporla birlikdə imkanlarını koordinasiya
edərək, dünya miqyasında ölkənin maraqlarını
uğurla qoruyur, eyni zamanda dövlətlə diasporun
birgə hərəkət etməsinin özü də azərbaycançılıq
ideologiyasına xidmətin ən gözəl töhfəsidir.
Ölkəmizdə
Azərbaycan diasporçuluq sisteminin günün tələbləri
səviyyəsində qurulması üçün əsaslı
hüquqi baza yaradılıb. Böyük siyasi
xadim Heydər Əliyevin bu istiqamətdə atdığı strategi addımlar sonrakı mərhələdə
Prezident İlham
Əliyev tərəfindən uğurla
davam etdirilməkdədir. Diaspor Komitəsinin yaradılması və
inkişafını səciyyələndirən prezident sərəncamları ötən
dövrdəki çoxistiqamətli fəaliyyətimizin
əsasını təşkil edib
("olaylar.az").
Qeyd etdiyimiz kimi, Azərbaycanın
beynəlxalq aləmdə təbliğ olunmasında diaspor
təşkilatların rolu böyükdür. Belə təşkilatlardan biri də
"Azərbaycan Türkiyə Evi"dir (ATEV).
"Azərbaycan
Türkiyə Evi"nin fəaliyyəti sırf Azərbaycan
və Türkiyə arasında onsuz da mövcud olan qardaşlıq
və dostluq münasibətlərinin inkişaf istiqaməti
üzərində qurulub. Ulu öndərin dediyi kimi
"Bir millət, iki dövlət" və Mustafa Kamal
Atatürkün ifadə etdiyi "Azərbaycanın kədəri
kədərimiz, sevinci sevincimimizdir" prinsipləri
ilə çalışmaqdan ibarətdir.
"Azərbaycan
Türkiyə Evi"nin (ATEV) icraçı direktoru
Toğrul Allahverdilinin sözlərinə görə,
Türkiyənin önəmli günlərini Azərbaycanda,
Azərbaycanın da önəmli günlərini Türkiyədə
qeyd edirlər: "Bəzən deyirlər ki, Türkiyədə
Azərbaycan diasporuna ehtiyac yoxdur, Türkiyə onsuz
da özümüzündür. Bununla razıyam, Türkiyə özümüzündür, amma elə ən böyük
lobbiçilk fəaliyyətinin
Türkiyədə göstərilməli olduğunu
zəruri hesab edirəm. Ona görə də ATEV-in
Türkiyədə gördüyü
işlər deyərdim ki, əvəzolunmazdır.
Qarşıdan gələn zamanlarda da yeni layihələrlə
çalışacağıq. Düşünürəm
ki, ATEV olaraq bizim əsas məqsədimiz iki dövlət arasında onsuz
da mövcud olan dostluq və qardaşlıq
əlaqələrinə xidmət etmək, bu əlaqələrə xələl gətirə
biləcək qüvvələrin qarşısında
maneə olmaqdan ibarətdir".
Yeri gəlmişkən,
Toğrul Allahverdili uzun illər Rusiyada yaşayıb,
diaspor fəaliyyəti ilə məşğul olub:
"Artıq 8 ildir ki, Diasporla İş üzrə
Dövlət Komitəsi ilə, istərsə də xaricdəki
diaspor təşkilatları ilə sıx əməkdaşlıq
edirəm. Tez-tez səfərlərdə oluruq, xaricdə
yaşayan soydaşlarımızın
fəaliyyəti ilə maraqlanırıq, istənilən
yardımı onlardan əsirgəmirik.
Misal olaraq, istər
Avropa-Azərbaycan Konqresinin Brüsseldə
təşkil etdiyi tədbirlər olsun, istərsə də Amsterdamda
həyata keçirilən tədbirlər. Bunların
hamısında dövlətimiz naminə böyük işlər görülüb.
Amma mən bu gün deməzdim ki, Azərbaycan
diasporu güclüdür.
Çünki biz artıq
lobbiçilik fəaliyyəti ilə
məşğul olmalıyıq. Ona
görə də, ulu öndərin miras qoyduğu Azərbaycançılıq
ideologiyasının təbliği qaçılmazdır".
Xatırladaq ki, bu
il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi
münasibətilə ATEV bir çox tədbirlər həyata
keçirib. İlin axırına
kimi keçirilməsi nəzərdə
tutulan tədbirlər sırasında
böyük konsert
proqramları ilə yanaşı, konfransılar da var. Türkiyədə və Rusiyada
tədbirlərin keçirilməsi bir
daha sübut edir ki, diaspor
təşkilatlarımız yenə də qaynar
faəliyyəti ilə diqqət mərkəzində dayanıblar:
"Məhəmməd Əmin Rəsulzadənin
yaratdığı AXC-nin ulu öndər Heydər Əliyev və cənab
Prezident İlham
Əliyev tərəfindən qorunub
saxlanmasında göstərdiyi xidmətlərdən biz də yararlanmalı və böyük tədbir proqramları həayat
keçirməliyik. Bilirsiniz ki, cənab Prezident AXC-nin 100 illiyi ilə
bağlı sərəncam da imzaladı.
Ümummilli liderimiz
də hər zaman sağlığında
Cümhuriyyətin qurucularının xatirəsini əziz
tutub. Biz də ictimai təşkilat olaraq
tədbirlərimizi həyata keçirməyi düşünürük" ("yenicag.az").
Yeri gəlmişkən,
T.Allahverdili ATƏT-in Misk Qrupunun fəaliyyətini də
pisləyib: "Bu məsələni sərt şəkildə
pisləyirik. Tələb edirik ki, ATƏT-in Minsk Qrupu olaya ədalətli
mövqe sərgiləməlidir. 25 ildir ki, bu
qurum səmərəsiz fəaliyyət
göstərir. Ola bilər ki, Ermənistan tərəfinə dəstək
göstərib, amma bizə münasibətdə
heç bir dəstəkdən
söhbət getməyib. Qoy dünya heç olmasa 2 yaşlı körpənin
ölümünə biganə qalmasın (ötən il Füzuli rayonunda ermənilərin açdığı
atəş nəticəsində dünyasını dəyişən
balaca Zəhranı nəzərdə
tutur - red.). Biz Azərbaycan-Türkiyə
Evi olaraq, xüsusən
Türk dünyasını bu məsələ ilə bağlı susmamağa, qəti şəkildə mövqe sərgiləməyə çağırırıq.
Çünki dünyadakı istənilən
müharibəsinə baxanda körpə
qətlləri vəhşilik hesab edilib. Ancaq Ermənistan
ibrət götürmür və
körpələrin öldürülməsinə ara vermir. Bu,
dünyaya və insanlığa qarşı
baş vermiş terrordur. Dünya bu məsələyə münasibət
bildirməli, xüsusilə də erməni terrorunun başında duranlar
bu məsələdə cavabdeh olmalıdır. Müharibə ordu ilə aparılmalıdır, amma erməni terrorçuları öz acizliklərini göstərir
körpələrə qıyırlar. Biz
dünyadan tələb etməliyik ki, bu vandalizmə, bu ədalətsizliyə son
qoyulsun, uşaq qatilləri
cavab versin. Hər bir beynəlxalq təşkilat bu məsələnin cavabını verməlidir.
Biz hesab edirik ki, Azərbaycan Milli Ordusu da qanı qanla yumalıdır.
Biz artıq atəşkəsə qarşıyıq.
Ordumuz cavab zərbələri endirməlidir, həm
də artıqlaması ilə.Rusiyadakı soydaşlarımız
da etiraz aksiyaları
keçirməlidirlər. Əlində imkan
olan bütün azərbaycanlılar
dünyaya səs salmalı, erməni
vəhşiliyini beynəlxalq ictimaiyyətə duyurmalıdırlar"
("femida.az").
Ümumiyyətlə,
mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin
cərəyan etdiyi müasir dünyada Azərbaycanın
milli maraqlarının qorunmasında diaspor təşkilatlarının
da üzərinə böyük vəzifələr
düşür. Ekspertlərin fikrincə, diaspor təşkilatlarının
fəaliyyətinin gücləndirilməsində gənclərin
rolu danılmazdır və buna səbəb kimi diaspor təşkilatlarında
azərbaycanlı tələbələr üstün
qüvvəyə çevrilmələridir.
Ölkə başçısı
İlham Əliyevin dediyi kimi: "Günümüzün
tələbləri savadlı gəncliyimizin olmasıdır.
Yalnız bu halda Azərbaycanın uğurlu
gələcəyi təmin olunacaq".
Prezidentimizin imzaladığı
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə
təhsil alması barədə dövlət proqramı
gənclərimizin dünyanın öndə gedən
universitetlərində təhsil almaları
üçün əlverişli şərait yaradıb.
Əlbəttə ki,
xaricdə təhsil alan gənclərimizin
öz enerjilərini vətənimiz üçün sərf etmələri, ölkə xaricində Azərbaycanla
bağlı həqiqətlərin çatdırılması,
Azərbaycan tarixi və mədəni
dəyərlərinin təbliğ olunmasında bilavasitə
mühüm rol
oynayır. Bu işdə xaricdə
və Azərbaycanda fəaliyyət göstərən diaspor təşkilatlarının, tələbə
və gənclərlə bağlı olan
qeyri-hökumət təşkilatlarının müstəsna
rolu vardır. Məhz bu
tip təşkilatların olması xaricdə
təhsil alan tələbələrimizin
gücünün vahid
mərkəzdən idarə olunaraq Azərbaycanın
maraqlarına uyğun istifadə
olunmasında mühüm əhəmiyyət
kəsb edir.
Ekspertlər onu da
qeyd edirlər ki, xarici ölkələrdə fəaliyyət
göstərən azərbaycanlı tələbələrin
təşkilatlarına dövlət qayğısı
onların fəaliyyəti üçün yeni imkanlar
yaradır. Dövlətimizin Azərbaycan gənclərinin
maarifləndirilməsi məqsədi ilə yeritdiyi aktiv siyasət
son dövrlərdə müxtəlif
qitələrdə azərbaycanlı tələbələrin
sayının artmasına səbəb olub.
Bu baxımdan tələbələrin
bir mərkəzdən ictimai
fəaliyyətlərinin əlaqələndirilməsi
vacib olan fəaliyyət
istiqamətlərdəndir. O da qeyd olunur ki,
dövlətimizin artan qüdrəti,
beynəlxalq nüfuzu regionda
Azərbaycana olan marağı artırıb.
Beynəlxalq aləmdə Azərbaycanın dəstəklənməsi
yönündə sözügedən gənc intellektual kapitalın rolu
danılmazdır. Bu kapitalın düzgün istiqamətləndirilməsi,
qiymətləndirilməsi və idarə olunması
ölkəmizin başlıca konsepsiyalarındandır.
Müxtəlif elmi konfranslarda, tədbirlərdə azərbaycanlı
gənclərin iştirakının artırılması,
əldə etdikləri yeni bilik və bacarıqların həmkarları
arasında bölüşdürülməsi, yeni elmi texnologiyaların
ölkəmizdə tətbiqi istiqamətində səmərəli
addımların atılması əsas hədəfləri
təşkil edir. Gənclərin əsas
vəzifəsi Azərbaycanın dünyada
tanıdılması yönündə bütün
imkanlarını səfərbər etməkdir (anl.az).
Azərbaycan diasporunun təşkilatlanması,
dünya azərbaycanlıları arasında
həmrəyliyin möhkəmlənməsinə, ölkəmizin
milli maraqları ətrafında
sıx birləşməsinə zəmin yaratdı.
Xatırlatmaq yerinə
düşərdi ki, hələ 2001-ci ilin noyabrında Bakıda
Dünya Azərbaycanlılarının I Qurultayının
keçirilməsi kimi tarixi hadisə baş verməsi,
dünya azərbaycanlılarının ilk dəfə
olaraq, Bakıda bir araya gəlməsi, mövcud problemlərin
aradan qaldırılması yolları müzakirə
edildi ki, nəticədə də Azərbaycan diasporunun
tarixində yeni bir mərhələ başlandı. Xaricdə yaşayan
azərbaycanlılarla sistemli iş aparılması bu
sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi
və ulu öndər Heydər Əliyev
tərəfindən 2002-ci il iyulun 5-də "Xaricdə Yaşayan
Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsinin yaradılması haqqında"
fərman imzalaması bir daha sübut etdi ki, dünya azərbaycanlıların təşkilatlanmasına
artıq nail olundu
("xalqqazeti.com"). Dünya Azərbaycanlılarının qurultayları
keçirilməklə yanaşı, onların əsas
fəaliyyət istiqamətlərini müəyyənləşdirən
Həmrəylik Xartiyası qəbul edildi,
eyni zamanda türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələrin
qurulmasına və birgə fəaliyyət strategiyasının
qəbul edilməsinə nail olundu.
Rəşid RƏŞAD
Ekspress.- 2018.- 19 iyul.- S.10.