Di­as­por ta­ri­xin­də ilk

 

Uk­ray­na­da­kı Azər­bay­can di­as­por təş­ki­lat­la­rı bir­ləş­di

 

Di­as­por təş­ki­lat­la­rı­nın işi xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zı bir ara­ya gə­tir­mək­dən iba­rət­dir. Bir öl­kə­də fəa­liy­yət gös­tə­rən ay­rı-ay­rı di­as­por təş­ki­lat­la­rı­mız iş­lə­ri­ni bir-bir­lə­riy­lə əla­qə­li şə­kil­də qu­rur­lar. Am­ma bu sa­hə­də is­tis­na­lar da var­dı. Mə­sə­lən, Uk­ray­na­da­kı Azər­bay­can di­as­por təş­ki­lat­la­rı bir-bi­ri­ni qə­bul et­mir, bir-bi­ri ilə mü­na­qi­şə­li fəa­liy­yət gös­tə­rir­di­lər. Bu, iki gün əv­və­lə­dək be­lə idi. İki gün əv­vəl isə Uk­ray­na­da­kı Azər­bay­can di­as­por təş­ki­lat­la­rı bir­ləş­mək­lə di­as­por ta­ri­xin­də bir il­kə im­za at­dı­lar.

Bu gün azər­bay­can­lı­lar dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də məs­kun­la­şıb­lar. Hər bir öl­kə­nin də özü­nün da­xi­li ic­ti­mai, si­ya­si mü­hi­ti var. Da­ha çox azər­bay­can­lı­nın ya­şa­dı­ğı öl­kə­lər­dən bi­ri də Uk­ray­na­dır. Qey­ri-rəs­mi mə­lu­mat­la­ra gö­rə, bu gün Uk­ray­na­da 500 mi­nə ya­xın azər­bay­can­lı ya­şa­yır.

Uk­ray­na­da Azər­bay­can di­as­po­ru­nun təş­ki­lat­lan­ma­sı 1997-ci il­də Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin hə­min öl­kə­yə rəs­mi sə­fə­rin­dən son­ra­ya tə­sa­düf edir. Hey­dər Əli­yev oza­ma­na­dək pə­ra­kən­də hal­da fəa­liy­yət gös­tə­rən soy­daş­la­rı­mı­za va­hid ide­ya ət­ra­fın­da bir­ləş­mə­yi töv­si­yə et­miş­di; elə hə­min il də Uk­ray­na Azər­bay­can­lı­la­rı Konq­re­si­ni ya­ran­mış­dı.

Bun­dan təx­mi­nən 5 il son­ra - 20 iyul 2002-ci il­də Hey­dər Əli­yev Uk­ray­na azər­bay­can­lı­la­rı ilə gö­rü­şün­də on­la­rı da­ha fə­al ol­ma­ğa, da­ha bir­ləş­mə­yə ça­ğı­ra­raq, bu sa­hə­də öz töv­si­yə­lə­ri­ni ver­miş­di: "Bi­lir­si­niz, mə­nim bu sərt sul­la­rım­dan na­ra­hat­çı­lıq ke­çir­mə­yin. Və dü­şün­mə­yin ki, bax, Hey­dər Əli­yev gəl­di və bi­zi tən­qid et­mə­yə baş­la­dı. Mən is­tə­yi­rəm, siz bi­lə­si­niz ki, et­dik­lə­rinz­dən da­ha çox iş gör­mə­li­si­niz".

Ar­dın­ca H.Əli­yev par­ça­lan­ma­ğın, int­ri­qa­baz­lı­ğın təh­lü­kə­si­ni de­yə­rək, öz xə­bər­dar­lı­ğı­nı da et­miş­di: "Bu xü­su­siy­yət­lər hər kə­sə xas­dır. Xü­su­sən azər­bay­can­lı­la­ra. Bu­na gö­rə bu haq­da da­nı­şı­ram. Bir də ona gö­rə de­yi­rəm ki, baş­qa yer­lə­rə, mə­sə­lən, Ru­si­ya­da biz be­lə fakt­lar­la tez-tez qar­şı­la­şı­rıq. Mos­ka­va­nın özün­də hər kəs özü üçün Azər­bay­can cə­miy­yə­ti ya­ra­dıb. Bu, yol­ve­ril­məz­dir. İş­gü­zar adam­dır, pu­lu var, çox gö­zəl. Am­ma o bil­mə­li­dir onun apar­dı­ğı iş han­sı məq­sə­di gü­dür. Əgər o öz ət­ra­fı­na mü­əy­yən say­da azər­bay­can­lı yı­ğıb öz iş­lə­ri­ni gör­mək is­tə­yir­sə, bu, cə­miy­yət de­yil. Qoy özü­nə şir­kət və s. aç­sın və iş­lə­sin. Əgər o, doğ­ru­dan da öz və­tə­ni, xal­qı və müst­qə­il Azər­bay­can üçün nə­sə et­mək is­tə­yir­sə, bu za­man be­lə prin­sip­lə hə­rə­kət et­mək ol­maz" ("stra­teg.az").

Uzun müd­dət uğur­la fəa­liy­yət gös­tə­rən UAK ət­ra­fın­da 2012-ci il­də seç­ki qal­ma­qa­lı baş­la­yıb. Be­lə ki, hə­min dövr­də konq­res səd­ri İl­qar Ab­ba­so­vun fəa­liy­yət müd­də­ti ba­şa çat­ma­sı ilə əla­qə­dar bir sı­ra re­gi­on­lar yı­ğı­şıb, ye­ni sədr ki­mi Hik­mət Ca­va­do­vu seç­mək is­tə­sə­lər də, Röv­şən Ta­ğı­yev və tə­rəf­dar­la­rı bu­na na­ra­zı­lıq edib­lər. Da­ha son­ra bir müd­dət seç­ki mü­ba­hi­sə­si da­vam et­sə də, nə­ti­cə­də UAK-a ye­ni səd­rin se­çil­mə­si müm­kün ol­ma­yıb. Bu sə­bəb­dən Uk­ray­na­da­kı bir sı­ra re­gi­on­lar Hik­mət Ca­va­do­vun ət­ra­fın­da yı­ğı­şa­raq "Bir­ləş­miş Uk­ray­na Azər­bay­can­lı­la­rı Di­as­po­ru" təş­ki­la­tı­nı ya­ra­dıb­lar. Röv­şən Ta­ğı­yev isə "Bir­ləş­miş Uk­ray­na Azər­bay­can­lı­la­rı Konq­re­si" ad­lı təş­ki­lat ya­ra­dıb ("mu­sa­vat.com").

Üs­tün­dən 6 il ke­çən­dən son­ra bu qu­rum­lar ara­sın­da­kı buz­lar əri­di. Hər şey Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin ye­ni səd­ri Fu­ad Mu­ra­do­vun Uk­ray­na­ya sə­fə­rin­dən son­ra baş ver­di. Be­lə ki, Uk­ray­na Azər­bay­can­lı­la­rı Konq­re­si ilə Uk­ray­na Azər­bay­can­cı­lı­la­rı­nın Bir­ləş­miş Təş­ki­la­tı bir­ləş­mək ba­rə­də qə­rar qə­bul edə­rək, bu pro­se­si hü­qu­qi cə­hət­dən ba­şa çat­dır­maq üçün iş­çi qru­pu ya­rat­dı­lar. Bu­nun­la bağ­lı di­as­por təş­ki­lat­la­rı ge­niş mü­za­ki­rə apa­rıb, bir­ləş­mək qə­ra­rı­na yek­dil­lik­lə səs ve­ri­lib və bir­gə fəa­liy­yə­tin me­xa­nizm­lə­ri mü­za­ki­rə olu­nub.

İş­çi Qrup Uk­ray­na Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nı ya­rat­maq ba­rə­də də ra­zı­lı­ğa gə­lib və bir­ləş­mə­nin va­cib ol­du­ğu­nu bil­di­rib­lər. Ve­ri­lən mlu­ma­ta gö­rə, ar­tıq Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ilk ic­la­sı ke­çi­ri­lib və təş­ki­lat­lar da­ha ge­niş miq­yas­da fəa­liy­yə­tə baş­la­ya­caq­la­rı­nı elan edib­lər.

Təd­bir­də iş­ti­rak edən bü­tün tə­rəf­lər sə­fir­lik, di­as­por ko­mi­tə­si və di­as­por təş­ki­lat­la­rı be­lə bir za­man­da bir­ləş­mə­nin va­cib ol­du­ğu­nu bil­di­rib­lər. Və bun­dan Azər­bay­can döv­lə­ti­nin fay­da­la­na­ca­ğı­na inan­dıq­la­rı­nı qey edib­lər.

 

Ko­mi­tə səd­ri Fu­ad Mu­ra­dov di­as­por rəh­bər­lə­ri­nə bil­di­rib ki, bun­dan son­ra heç kə­sə qar­şı ay­rı-seç­ki­li­yə yol ve­ril­mə­yə­cək və bü­tün iş­lər Azər­bay­can na­mi­nə apa­rı­la­caq.

Sö­zü­ge­dən top­lan­tı­lar­da Uk­ray­na­da sə­fər­də olan azər­bay­can­lı jur­na­list­lər - Ni­cat Dağ­lar və Ni­yaz Nif­ti­yev də iş­ti­rak edib­lər. Mü­za­ki­rə­lə­rə qa­tı­lan Azər­bay­can Mət­bu­at Şu­ra­sı­nın üz­vü, "Aza­din­form" İn­for­ma­si­ya Agent­li­yi­nin baş red­ka­to­ru Ni­yaz Nif­ti­yev fak­tı təs­diq­lə­yib və bil­di­rib ki, Uk­ray­na­da­kı Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın bir­li­yi na­mi­nə çox cid­di gö­rüş­lər ke­çi­ri­lib. Jur­na­list gə­lə­cək­də Uk­ray­na­da va­hid Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yət gös­tə­rə­cə­yi­nə inan­dı­ğı­nı vur­ğu­la­yıb ("qaf­qa­zin­fo.az").

Qeyd edək ki, in­di­yə ki­mi bir-bi­ri­lə mü­na­qi­şə­li və­ziy­yət­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın üzv­lə­ri­nin ey­ni ma­sa ar­xa­sın­da əy­ləş­mə­si, hət­ta bir­lik kon­fran­sı ke­çir­mə­si Azər­bay­ca­nın xa­ric­də­ki di­as­por təş­ki­lat­la­rı ara­sın­da bir ilk sa­yı­la bi­lər. Bu par­ça­lan­ma­ya son qo­yul­ma­sı Uk­ray­na azər­bay­can­lı­la­rı di­as­po­ru­nun gə­lə­cə­yi üçün op­ti­mist vəd­lər ve­rir və yer­li struk­tu­run va­hid mər­kəz ki­mi da­ha ef­fekt­li və tə­sir­li fəa­liy­yət gös­tə­rə­cə­yi­nə zə­min ya­ra­dır.

Bu önəm­li ad­dım, həm­çi­nin, Uk­ray­na­nın Ki­yev­lə ya­na­şı, Odes­sa, Xar­kov, Dnepr, Za­po­roj­ye, Lvov, Ci­to­mir, Çer­ni­qov, Ber­dı­çev, Kri­voy Roq, Ma­riu­pol, Xer­son, Ni­ko­la­yev, Me­li­to­pol və s. ki­mi şə­hər­lə­rin­də də Azər­bay­can ic­ma­sı­nın fəa­liy­yə­ti­nin sax­lan­ma­sı, azər­bay­can­lı uşaq­lar üçün ba­zar gü­nü mək­təb­lə­ri­nin təş­ki­li, folk­lor qrup­la­rı­nın ya­ra­dıl­ma­sı, öl­kə­nin ali təh­sil mü­əs­si­sə­lə­rin­də Azər­bay­can di­li mər­kəz­lə­ri­nin açıl­ma­sı və bu­ra­da təh­sil alan tə­lə­bə­lə­rin ya­ra­da­ca­ğı bir­lik­lər gə­lə­cək üçün xü­su­si önəm kəsb edir.

"Gü­nün ən se­vin­di­ri­ci xə­bə­ri bi­lir­si­niz nə ol­du? Di­as­por ilə İş üz­rə döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­do­vun Uk­ray­na­da­kı iki­yə bö­lün­müş di­as­por qu­ru­mu­mu­zun təm­sil­çi­lə­ri­ni bir ara­ya gə­ti­rib bir­ləş­dir­mə­si". Bu­nu isə mil­lət və­ki­li Fa­zil Mus­ta­fa Ki­yev­də Bir­ləş­miş Uk­ray­na Azər­bay­can­lı­la­rı Di­as­po­ru­nun səd­ri Hik­mət Ca­va­dov­la Bir­ləş­miş Uk­ray­na Azər­bay­can­lı­la­rı Konq­re­si­nin səd­ri Röv­şən Ta­ğı­ye­vun Döv­lət Ko­mi­tə­si rəh­bər­li­yi­nin tə­şəb­bü­sü ilə ba­rış­ma­sı­na mü­na­si­bət bil­di­rər­kən de­yib.

Bu­nu ol­duq­ca cid­di bir ha­di­sə sa­yan Fa­zil Mus­ta­fa­nın söz­lə­ri­nə gö­rə, nə­ha­yət ki, sa­də for­mul ta­pıl­dı, int­ri­qa­la­rı bir tə­rə­fə bu­ra­xıb, Azər­bay­can na­mi­nə in­san­la­rı­mı­zı xa­ric­də bir amal ət­ra­fın­da to­par­la­ma­ğın müm­kün­lü­yü­nə ina­mı ar­tır­dı. "İn­di bu­nun ar­dın­ca nə­dən xa­ric­də olan mü­ha­ci­rə­ti­mi­zin fərq­li fi­kir­lə­ri­ni qo­ru­ma şər­ti ilə Azər­bay­can na­mi­nə ümum­mil­li hə­dəf­lə­rə doğ­ru yön­lən­di­ril­mə­si­ni ger­çək­ləş­dir­mə­yək?"

De­pu­ta­tın bil­dir­di­yi­nə gö­rə, bir ko­mi­tə səd­ri­nin nü­mu­nə­sin­də gö­rün­dü ki, çö­zül­mə­yə­cək bir prob­lem yox­dur, sa­də­cə is­tə­mək la­zım­dır. "Xa­ri­ci öl­kə­lər­də­ki "bez­dar­nı" qa­qaş­la­rın əvə­zi­nə sə­fir­lik­lə­rə da­ha san­bal­lı və mə­su­liy­yət­li əmək­daş­la­rı, pe­şə­kar kadr­la­rı gön­dər­mək­lə qı­sa müd­dət­də bu işi da­ha da irə­li­lət­mək müm­kün­dür. Si­ya­sət də də bu­nu et­mə­yin yol­la­rı dü­şü­nül­mə­li­dir. Di­ni ic­ma­lar ara­sın­da da ağ­lı ba­şın­da olan in­san­lar otu­rub məz­həb, tə­ri­qət və dün­ya­gö­rüş fərq­li­lik­lə­ri­ni bir kə­na­ra qo­yub Azər­bay­can na­mi­nə bir­lik nü­ma­yiş et­dir­mə­yi ba­car­ma­lı­dır­lar. İs­tə­yən­də olur, sa­də­cə niy­yət doğ­ru ol­du­ğun­da, iş­lər də öz la­zı­mi məc­ra­sı­na dü­şür".

Ye­ri gəl­miş­kən, Uk­ray­na­da da­ha bir ne­çə Azər­bay­can di­as­por təş­ki­lat­la­rı da fəa­liy­yət gös­tə­tir. "Dost­luq" -Azər­bay­can-Uk­ray­na Xar­kov Vi­la­yə­ti Təş­ki­la­tı. Bu təş­ki­lat 1999-cu il, no­yab­rın 19-da Xar­kov vi­la­yə­tin­də tə­sis edi­lib. Təş­ki­la­tın ət­ra­fın­da müx­tə­lif mil­lət­lə­ri təm­sil edən 500-dən çox nü­ma­yən­də top­la­nıb. "Dost­luq"-Azər­bay­can-Uk­ray­na Xar­kov Vi­la­yət Təş­ki­la­tı­nın əsas məq­sə­di mil­li adət-ənə­nə­lə­rin qo­run­ma­sı və in­ki­şaf et­di­ril­mə­sin­də bu­ra­da­kı azər­bay­can­lı­la­rın səy­lə­ri­nin bir­ləş­di­ril­mə­si­dir.

Həm­çi­nin Uk­ray­na və Azər­bay­can ara­sın­da­kı mə­də­ni və iq­ti­sa­di əla­qə­lə­rin möh­kəm­lən­di­ril­mə­si, Uk­ray­na­da ya­şa­yan azər­bay­can­lı­la­rın hü­quq və ma­raq­la­rı­nın tə­min olun­ma­sın­da on­la­ra dəs­tək ol­maq­dır. Təş­ki­la­tın nəz­din­də "Dost­luq" Azər­bay­can Mə­də­niy­yət və Təh­sil Mər­kə­zi, "Azər­bay­can in­ci­lə­ri" ad­lı rəqs qru­pu, "Qa­ra­bağ" folk­lor an­samb­lı, "Na­tə­van" Qa­dın­lar Klu­bu, "Nov­ruz" Gənc­lər Klu­bu və Hü­qu­qi Xid­mət Mər­kə­zi fəa­liy­yət gös­tə­rir.

Do­netsk Vi­la­yə­ti Azər­bay­can­lı­la­rı Konq­re­si 2005-ci il­də tə­sis olu­nub. Konq­res Uk­ray­na­nın Do­netsk vi­la­yə­tin­də­ki  Azər­bay­can di­as­po­ru­nun bir mər­kəz­də cəm­lən­mə­si məq­sə­di­lə ya­ra­dı­lıb. Konq­re­sin fəa­liy­yə­ti mil­li-mə­də­ni ma­raq­la­rın in­ki­şaf et­di­ril­mə­si, Uk­ray­na mə­də­niy­yə­ti­nə azər­bay­can­lı­la­rın in­teq­ra­si­ya­sı, Uk­ray­na və Azər­bay­can ara­sın­da­kı dost­luq əla­qə­lə­ri­nin möh­kəm­lən­di­ril­mə­si, iki öl­kə ara­sın­da də­rin iq­ti­sa­di, si­ya­si və mə­də­ni əla­qə­lə­rinn in­ki­şaf et­di­ril­mə­si­ni özün­də eh­ti­va edir. Konq­res ey­ni za­man­da bu öl­kə­də ya­şa­yan soy­daş­la­rı­mı­za hü­qu­qi müs­tə­vi­də də yar­dım edir.

Təş­ki­lat ya­ran­dı­ğı ilk gün­dən kim­sə­sisz­lər, az­tə­mi­nat­lı ai­lə­lər əlil və ve­te­ran­la­ra yar­dım gös­tə­rir, bu­nun­la bağ­lı müx­tə­lif təd­bir­lər, xey­riy­yə ak­si­ya­la­rı təş­kil edir.

Ey­ni za­man­da xəs­tə­xa­na, mək­təb, uşaq ev­lə­ri­ni də mü­təm­di ola­raq ma­liy­yə yar­dı­mı ilə tə­min edir.

Do­netsk Vi­la­yə­ti Azər­bay­can­lı­lar Konq­re­si sö­zü­ge­dən vi­la­yət əra­zi­sin­də ya­şa­yan soy­daş­la­rı­mız­la Azər­bay­ca­nın bu öl­kə­də­ki sə­fir­li­yi ara­sın­da kör­pü ro­lu­nu oy­na­yır. Ümu­miy­yət­lə, konq­res bü­tün fəa­liy­yət­lə­ri­ni Azər­bay­can və Uk­ray­na ara­sın­da mü­na­si­bət­lə­rin in­ki­şaf et­di­ril­mə­si­nə yö­nəl­dib.

Uk­ray­na Azər­bay­can­lı Gənc­lər Bir­li­yi 2010-cu il­də ya­ra­dı­lıb.  Uk­ray­na­nın 19 vi­la­yə­tin­də re­gio­nal təş­ki­lat­la­rı­nı ya­ra­dan  bir­li­yin nəz­din­də şən və ha­zır­ca­vab­lar klu­bu, mil­li mu­si­qi an­samb­lı, "Ba­kı" fut­bol ko­man­da­sı fəa­liy­yət gös­tə­rir.

Bir­li­yin əsas fəa­liy­yə­ti xal­qı­mı­zın qə­dim adət-ənə­nə­lə­ri­ni, zən­gin mə­də­ni ir­si­ni qo­ru­yub ya­şat­maq, Azər­bay­can hə­qi­qət­lə­ri­ni təb­liğ et­mək­dir ("olay­lar.az"). Xü­su­si­lə, Uk­ray­na­da bö­yü­mək­də olan azər­bay­can­lı gənc­lə­rin bu öl­kə­nin ic­ti­mai-si­ya­si hə­ya­tı­na in­teq­ra­si­ya olun­ma­lı­rı­nı tə­min et­mək­dən iba­rət­dir.

 

 

Murad MƏMMƏDLİ

 

Ekspress.- 2018.- 21-23 iyul.- S.10.