ABŞ-da Azərbaycan
diasporu
Tarixi vətənlərindən kənara
mühacir edən azərbaycanlıların daha çox
məskunlaşdığı ölkələrdən biri
ABŞ-dır. Təqribi sayı 50 milyon nəfər olan
dünya azərbaycanlılarının 10 milyondan
çoxu hazırda mühacirətdə yaşayır.
Mühacirətdə yaşayanların təxminən
1 milyona yaxını ABŞ-da məskunlaşıb, onların
yarıya qədəri bu ölkənin vətəndaşlığını
alıb.
ABŞ-da əhalinin siyahıya alma məlumatına
görə bu ölkə əhalisinin 77,1 faizini ağ dərililər,
13,3 faizini qara dərililər, 5,6 faizini Asiya mənşəlilər,
2,6 faizini aborigenlər (hindular, eskimolar) təşkil
edir. Amerikada müxtəlif etnik qruplara mənsub insanların
ailə nigahları hesabına yeni bir amerikan milləti
formalaşıb. Bununla belə hələ də
ABŞ-da öz etnik kimliyini qoruyan insanlar çoxdur.2016-cı
ilin məlumatına əsasən, ABŞ əhalisinin təxminən
50 milyonunu alman, 37 milyonunu irland, 31 milyonunu meksikalı,
28 milyonunu ingilis köklü insanlar təşkil edir.
ABŞ əhalisinin faizi, yəni 3,3-3,5 milyonu müsəlmandır.
Müsalman əhalisinin önəmli hissəsini isə
azərbaycanlılar təşkil edir.
Diasporla İş Üzrə Dövlət
Komitəsinin (Komitə) məlumatına əsasən,
ABŞ-da 2002-ci ildə aparılan siyahıya almaya
görə burada yaşayan azərbaycanlıların
sayı 400 min nəfərə yaxındır. Amma son məlumatlara
əsasən, onların sayı 1 milyona çatıb.
Komitənin analitik məlumatına
görə azərbaycanlıların Amerikaya mühacirəti
barədə dəqiq tarixi məlumat yoxdur. Bəzi mənbələrdə
XVII əsrdə Rusiyadan, Osmanlı Türkiyəsindən
və Azərbaycandan mühacirlərin getməsi barədə
fikir söylənir, lakin bu fikirlər rəsmən təsdiqlənmir.
Bu səbəblə Birləşmiş Ştatlara azərbaycanlıların
mühacirət tarixi XIX əsrin sonu - XX əsrin əvvəlindən
götürülür ki, buraya miqrasiya etmiş həmvətənlərimiz
azərbaycanlı kimi qeydiyyata məhz bu tarixdən
düşməyə başlayıblar.
Komitə bildirir ki, Amerikya köçən
ilk soydaşlarımız əsasən tacirlər və
ziyalı təbəqəsi idi. Şərti olaraq, Birləşmiş
Ştatlara Azərbaycan muhacirətini 4 dövrə
bölmək olar. Birinci dövr XIX əsrin sonu - XX əsrin
20-ci illəridir.
Bu dövrdə Azərbaycandan Amerikaya
köçən mühacirlərin tərkibi yəhudilər,
ermənilər və Azərbacan türklərindən
ibarət idi. İran təbəəsi, Rus təbəəsi
kimi qeydiyyata düşən azərbaycanlıların
milli mənsubiyyəti rus və iranlı olaraq gostərilirdi.
İkinci dövr 1920-1940-cı illər
olub. Bu illər arası Birləşmiş Ştatlara
axını güclənən azərbaycanlıların
burada məskunlaşma səbəbi siyasi mühacirət
idi. 1920-ci ildə bolşeviklərin Azərbaycan Demokratik
Respublikasını süquta uğratmasından sonra
Avropa və Asiya ölkələri ilə yanaşı,
Amerikayada köçən azərbaycanlıların
siyasi fəaliyyəti bir qədər artmışdı.
Lakin onların burada nə sosial bazası, nə də
formalaşmış icması yox idi. Azərbaycanlılar
pərakəndə halda bir neçə ştatda məskunlaşıblar.
Zamanla Azərbaycan icması formalaşmağa başladı
ki, bunun təşkilatçısı ziyalı təbəqəsi
idi.
Üçünçü dövr 1945-ci
ildən 1990-cı illərə qədər olan illəri
əhatə edir. Bu illər arası Amerikaya köçən
azərbaycanlıların əksər hissəsini II
Dünya müharibəsində əsir düşmüş
azərbaycanlı əsgərlər və Cənubi Azərbaycandan
miqrasiya edən soydaşlarımız təşkil edirdi.
II Dünya müharibəsindən sonra
ABŞ-da Azərbaycan diasporunun təşkilatlanma
işi güclənməklə, siyasi fəallıq
dövrü başlandı. Türkiyədən, Cənubdan
və Şimaldan köçən azərbaycanlılar pərakəndə
halda olsalarda, siyasi fəaliyyətə maraq göstərirdilər.
İlk dəfə olaraq, 1947-ci ildə Türkiyədən
ABŞ-a köçən soydaşlarımızın
"Azərbaycan" cəmiyyətini yaratması
mühum tarixi hadisə idi. Saleh bəy Şeyxzamanovun
rəhbərliyi ilə fəaliyyətə başlayan
"Azərbaycan" cəmiyyəti Nyu-York şəhərində
yerləşirdi. "Zəbt olunmuş millətlər"
adlı keçmiş milli respublikaların təşkilatlarının
birləşdiyi birliyin üzvu olan "Azərbaycan"
cəmiyyəti Amerika hökumətinin yardımı
ilə fəaliyyət göstərirdi.
II Dünya müharibəsindən sonra
soydaşlarımızın əsas problemi Amerikada yaşamaq
hüququ əldə etmək üçün sənəd
verərkən milliyyətin rus və ya iranlı yazılması
idi. 1940-cı il də yaradılan "Amerika Komitəsi"
azərbaycanlıların da hüquqlarını qoruyurdu.
Soydaşlarımız öz haqq səslərini dünya
birliyinə çatdırmaqla yanaşı, sovetlərdə
işğal altında olan Azərbaycanın müstəqilliyinin
bərpası istiqamətində işlərini fəallaşdırdılar.
İlk dəfə olaraq, 1954-cu ildə
Azərbaycan mühacirətinin tanınmış
nümayəndəsi Zahid xan Xoyski 1984-cu ildə Amerikanın
ali qanunverici orqanında cıxış etdi. Zahid xan
Xoyski Konqresə Sovetlər Birliyinə daxil olan respublikalar
haqqında məsələnin müzakirəsi ilə əlaqədar
Azərbaycan təmsilçisi kimi dəvət olunmuşdu.
Zahid xan Azərbaycan müstəqilliyinin bərpası
barədə cıxış etdi və vətənimiz
barədə ətraflı məlumat verdi.
1942-ci ildə açılan "Amerikanın
səsi" radiostansiyası vasitəsilə Azərbaycan
və azərbaycanlılar barədə informasiyalar verilir,
milli kimliyimizin, musiqimizin, ədəbiyyatımızın,
dilimizin, mətbəximizin və digər ənənələrimizin
qorunub saxlanılması və təbliğinə xidmət
edən proqramlar fəaliyyət gostərirdi.
Avropada yaşayan soydaşlarımızın
bir qisminin 1990-cı ilə qədər olan dövr ərzində
ABŞ-a köçməsi diasporumuzun daha da güclənməsinə
və say tərkibinin genişlənməsinə səbəb
oldu. Bu miqrasiyanın məntiqi nəticəsi olaraq,
Azərbaycan diaspor təşkilatlarının da sayı
artırdı. İlk zamanlar yaşlı nəsil bir-birilərilə
müxtəlif klub və cəmiyyətlər vasitəsilə
əlaqə qururdusa, zaman öz işini görürdu.
İnsanlar yaşa dolduqca əlaqələr zəifləyirdi.
Amerikanın ali məktəblərində
hüquq, iqtisadiyyat, texniki elmlər üzrə ixtisaslaşıb
öz sahələri üzrə məşhurlaşan soydaşlarımızda
az olmayıb və onların çoxu bu gün də
ABŞ da yaşayır.
Amerikanın neft, texnika, iqtisadiyyat,
kosmik tədqiqatlar, hüquq sahələrində nüfuz
əldə edən soydaşlarımız haqqında danışarkən
NASA-da tanınmış mütəxəssis Cavad Herti,
dünya şöhrətli alim Əli Əsgər Lütfizadə,
qazla lazerini kəşf edərək 1993-cu ildə Albert
Eynşteyn mükafatına layiq görülən Əli
Cavan, neft sənayesi üzrə məşhur alim Bican Fəzullahi,
neft biznesmeni və neft sənayesi üzrə mütəxəssis
Firudin Əminzadə və digər şəxslərin
adlarını çəkmək mümkündür.
Komitə bildirir ki, dördüncü
döv 1990-cı ildən sonrakı illərdir. Azərbaycan
Respublikası 1991-ci ilin 18 oktyabrında dövlət
müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlıların
Qərb ölkələrinə, xüsusən ABŞ-a
miqrasiyası başlandı. Bu prosesin iştirakçıları
ziyalılar, elm və mədəniyyət xadimləri,
eyni zamanda, iş tapmaq ümidilə ABŞ-a üz tutanlar
idi. Azərbaycanlıların miqrasiyası ABŞ-dakı
diasporun fəaliyyətinə də öz təsirini
göstərdi. Diasporumuz ilk növbədə Bakıda
1990-cı ildə ruslar tərəfindən həyata keçirilən
Qanlı Yanvar hadisəsinə etiraz səslərini
ucaltdı. Bunun ardınca, 1997-ci ildə qəbul edilən
ədalətsiz 907-ci düzəlişə qarşı
Amerika azərbaycanlılarının çıxışı
başlandı. Dağlıq Qarabağ ətrafında
Ermənistanın təcavuzkarlıq siyasəti və
BMT-nin 1992-ci ildə qəbul etdiyi qətnamələrə
əməl edilməməsi və 1992-ci il 26 fevral əsrin
faciəsi Xocalı soyqırımının baş verməsi
Amerikada Azərbaycan diasporu tərəfindən ciddi
etirazla qarşılandı.
Azərbaycanlılar kompakt halda
Nyu-York, Los-Anceles, Batton-Ruc, Miciqan, Nyu-Cersi, Vaşinqton və
digər şəhərlərdə məskunlaşıblar.
Azərbaycanlılar ən çox biznes və xidmət
sferalarında fəaldırlar.
Amerikada özlərini Azərbaycan diasporunun
nümayəndələri hesab edən bakılı yəhudilərin
fəaliyyəti də diqqətə layiqdir.
Azərbaycan naminə gördüyü
işləri müsbət qiymətləndirən Azərbaycan
yəhudiləri, "Evreyskiy mir", "Vecnıy
Nyu-York", "Russkaya reklama", "Newstay",
"New Worker" mətbuat orqanlarında Azərbaycanı
dəstəkləyirlər.
Bu gun Los-Ancels, Pitt Kalambus,Vest-Delfiya
şəhərlərində formalaşan "Tehranseles",
"Bakı-Kalam bus", "Təbriz fiya"məhəllələrində
xeyli sayda azərbaycanlı yaşayır. Pitt Kambusda ingilis
və ispan dillərilə yanaşı, Azərbaycan dilin
də reklam və elanlara da rast gəlmək olar. 2001-ci ildə
azərbaycanlı Mehmet Azəri Vest-Delfiyada mer vəzifəsinə
secilib. San-Fransisko, Los-Anceles, Vaşinqtonda Azərbaycan
dilini radio dalğalarda eşitmək olar. Azərbaycanlıların
və türklərin yaxınlaşması prosesi sürətlənməkdədir
və türk dilli media da Azərbaycan müəlliflərinin
yazıları və çıxışlarına
çox yer verilir.
ABŞ-da Turkiyə və Azərbaycana
qarşı erməni, yunan diasporlarının fəaliyyətinə
layiqli cavablar verilməsi faktı ilə də qarşılaşmaq
olar. Uydurma "Erməni soyqırımı",
"907-ci düzəliş", Kipr, "kürd" məsələləri
gündəmə gələndə, Azərbaycan diasporu
da türk diasporu ilə yanaşı müraciətlər
qəbul edir, etiraz səslərini ucaldırdı. Azərbaycanı
təbliğ edən sərgilər, konfranslar və digər
tədbirlər Birləşmiş Ştatlarda son zamanlar
daha çox keçirilməkdədir. ABŞ-da populyar
qəzetlərin səhifələrində də Azərbaycan
və Azərbaycan diasporu barədə müsbət yazılara
rast gəlmək olar.
Amerika azərbaycanlıları
ABŞ hökumətinə "907-ci düzəliş",
Dağlıq Qarabağ problemi, Cənubi Azərbaycanda
insan hüquqları və s. mövzularla bağlı bəyanatlar
göndərirlər. Amerika ali məktəblərində,
diaspor təşkilatlarında Vətənlə əlaqələr
qurulması istiqamətində canlanma hiss olunur. 20 Yanvar,
Xocalı soyqırımı kimi faciəli günlərimizi
anma tədbirləri ilə yanaşı, Novruz bayramı,
28 may İstiqlal Gunu, 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günu və digər milli bayramlarımız
böyük və təntənəli halda keçirilir.
2001-ci il 11 sentyabr hadisələri zamanı
azərbaycanlıların amerikalılar ilə birgə
olması diasporumuzun mövqeyini gücləndirirdi.
Bu proses indinin özundə də davam edir və konqresmenlər
arasında Azərbaycanpərəst şəxslərin
sayı artmağa başladı. Artıq Amerika siyasi və
rəsmi dairələrin də Azərbaycan diaspornun dəstəklənməsi
muşahidə olunur. Azərbaycanın haqlı olması
barədə müsbət cıxışlar edilir, fikirlər
səslənir.
Komitə bildirir ki, Amerikaya hər səfərində
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
azərbaycanlılarla tez-tez göruşməsi birləşmə
yə və həmrəyliyə təkan verirdi. Bu cür
görüşlər zamanı ümummilli lider Dağlıq
Qarabağ məsələsini önə çəkərək
azərbaycanlıların bu istiqamətdə işlərini
və qüvvələrini səfərbər etmələrini
tövsiyə edib.
Dövlət səviyyəsində diaspora
dəstək artdıqca, Amerikadakı Azərbaycan diasporunun
fəaliyyəti güclənir. ABŞ-da yaşayan soydaşlarımız
KİV-lə əlaqə sahəsində və diasporun təşkilatlanması
sahəsində bir sıra uğurlar əldə edib.
Vasif CƏFƏROV
Ekspress.-2018.-
24 iyul.- S. 13.