Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması
Diasporun bu işdə gördüyü işlər qənaətbəxşdirmi?
Azərbaycanlıların
xarici ölkələrə
mühacirətinin tarixi qədim olsa da, bu
proses sistemli şəkildə
XIX əsrin birinci
yarısındakı siyasi-hərbi münaqişələr,
İran-Rusiya müharibələri,
Qafqaz regiondakı məcburi miqrasiya prosesləri ilə
bağlıdır.
XIX əsrdə ayrı-ayrı azərbaycanlıların
imperiya mərkəzinə könüllü
mühacirəti də baş verib. Belə ki, məhz bu əsrdə
Mirzə Kazım bəy, Mirzə Cəfər
Topçubaşov, Mirzə Əbuturab Vəzirov, Xan
Naxçıvanski, Səməd bəy Mehmandarov,
Əliağa Şıxlinski və b. tanınmış azərbaycanlılar
Rusiyanın elm, mədəniyyət, xarici siyasət və
digər sahələrində çalışmaqla
dövlətin iqtisadi, siyasi, hərbi qüdrətinin
artmasına yardım göstəriblər
("azerbaijans.com").
II Dünya Müharibəsi
zamanı əsirlikdə olan azərbaycanlıların
çoxu Stalin rejiminin cəzalarından qorxaraq məcburi
şəkildə müxtəlif Avropa ölkələrində
məskunlaşıblar. Rusiya
Federasiyasında 1 milyon 550 mindən
çox, Ukrayna
Respublikasında 500 min, Belorusiyada 66 min, Gürcüstan Respublikasında 600 min, Qazaxıstan Respublikasında 110 min, Özbəkistan
Respublikasında 60 min, Türkmənistan
Respublikasında 33 min,
Qırğızıstan Repsublikasında 20 min, Almaniyada 300 min, Amerika Birləşmiş Ştatlarında 1 milyon,
Fransada 165 min,
Bolqarıstanda 64 min, Hindistanda
301 min, Pakistanda 654 min, İsveçrədə 40 min, Meksikada 26 min, Kanadada 174 min, İsveçdə 41 min,
Norveçdə 50 min,
Danimarkada 56 min, Hollandiyada 244 min, Braziliyada 74 min, Argentinada 12 mindən çox,
Kanadada 15 min, İraqda 844 min,
Türkiyədə 2 milyon 460 min, İranda 27 milyon 564 min, Banqladeşdə 170 min,
Əfqanıstanda 424 min, Suriyada 50 min, Səudiyyə
Ərəbistanında 40 min, Yəməndə
58 min, Çində 30 min,
Maltada 2,5 min, Afrika qitəsində 1 milyon
122 min, o
cümlədən Misirdə 845 min,
Əlcəzairdə 260 mindən çox,
Sudanda 17 mindən çox
azərbaycanlı məskunlaşıb. Hazırda dünyada yaşayan azərbaycanlıların
sayı təxminən 50 milyona
yaxındır. Bəzi mənbələrdə bu rəqəm 60 milyon
göstərilir. Azərbaycan xalqı dünyada
75 milyonluq Koreyadan
sonra ikinci
çoxsaylı xalqdır ki, iki yerə parçalanıb ("olaylar.az").
Ekspertlər bildirirlər ki, ötən
dövr ərzində dünyanın müxtəlif
ölkələrində məskunlaşmış soydaşlarımız
arasında milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılması, adət-ənənələrimizin
yaşadılması, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində xeyli
işlər görülüb. 2001-ci ildə Dünya Azərbaycanlılarının
I qurultayının keçirilməsi həmvətənlərimizin
təşkilatlanması işində böyük
addım oldu. "Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət
Komitəsinin yaradılması haqqında" 2002-ci il, 5 iyul tarixində prezident Heydər Əliyevin fərmanı isə Azərbaycan diasporunun
fəaliyyətinin koordinasiya edilməsi,
dünya azərbaycanlılarının
siyasi və ideoloji
birliyinin təmin olunması,
onların təşkilatlanması
baxımından ciddi rol
oynadı. Azərbaycan Respublikasının prezidenti İlham
Əliyevin 2008-ci il noyabrın 19-da
imzaladığı sərəncamla Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət
Komitəsinin əsasında Diasporla
İş üzrə Dövlət
Komitəsi yaradılması da məhz
zərurətdən irəli gəlmişdir.
O da qeyd olunur ki, xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsinin yaradılmasından sonra
soydaşlarımızın təşkilatlanması
daha geniş vüsət alıb. Belə ki,
2002-ci ilə kimi xaricdəki təşkilatlarımızın
sayı 218 idisə, artıq bu
qurumların sayı 420-ni keçib.
Diasporumuzun və
diplomatiyamızın birgə işinin
nəticəsində əldə olunan
uğurlara diqqət yetirək:
-
2009-cu il 31 martda Nevada ştatında martın 31-i qubernator tərəfindən "Azərbaycanlıların
Soyqırımı Günü"nün anılması tarixi
kimi elan edilib.
-
2010-cu il fevralın 25-də Massaçusets ştatının
Nümayəndələr palatası Xocalı
soyqırımının 18-ci ildönümü
ilə əlaqədar olaraq,
Xocalıda qırğın törədilməsi faktının
tanınması haqqında qətnamə qəbul edib.
-
2011-ci ilin 26 fevralında Texas
ştatının Nümayəndələr
palatası da Ermənistan tərəfindən
Xocalıda çox ağır cinayət
törədilməsi faktını tanıyıb. Eyni zamanda Nyu-Cersi, Texas, Corciya ştatlarında da
Xocalı soyqırımını tanıyan qətnamələr
qəbul olunub.
-
2011-ci il martın 1-də Merilənd
ştatının qubernatoru Martin Malley 2011-ci ilin mart ayının "Azərbaycan irsi" ayı elan edilməsi
ilə bağlı bəyannamə imzalayıb. Bütün
bunlara Xocalı soyqırımının
tanıdılması ilə bağlı digər ölkələrin
parlamentində qəbul edilən sənədləri də
əlavə etmək olar.
Ekspertlər onu da qeyd edirlər ki, Azərbaycanın
zəif nöqtələrindən biri ermənilərin
çoxluq təşkil etdiyi Fransadır və orda
soydaşlarımızın sayı çox azdır, həm
də aktiv deyillər. Türkiyədə
20-dən çox diaspor
təşkilatlarımız fəaliyyət göstərir
və xüsusilə son illərdə
bu təşkilatlar Azərbaycan məsələsində
öz sözünü
deməkdədir. Bundan başqa, Avropa
Azərbaycanları Cəmiyyəti, Amerika-Azərbaycan
Alyansı, ABŞ-dakı Amerika-Azərbaycan şəbəkəsi,
Amerika Azərbaycanlıları
Şurası, Dünya Azərbaycanlıları
Konqresi də Azərbaycan həqiqətlərinin
dünyaya yayılmasında aktiv iş aparır. Azərbaycan diasporu İsraildə də güclüdür.
Deputat Asim Mollazadə
qeyd edir ki, ABŞ-ın ştatlarında, Konqres
və Senatda Azərbaycanla, Xocalı
soyqırımı ilə
bağlı müvafiq
sənədlərin qəbulu
da yerli diaspor təşkilatların
əməyinin nəticəsidir:
"Mən əminəm
ki, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının
birgə fəaliyyəti
nəticəsində vəziyyət
yaxın illərdə
ermənilərin ziyanına
dəyişəcək. Tezliklə diasporumuzun
imkanlarının genişlənəcəyinə
şübhə etmirəm.
ABŞ-dakı diasporumuz ölkə qanunvericiliyi çərçivəsində
mövcud olan imkanlardan bəhrələnməyə
çalışırlar. Mən son vaxtlar ABŞ-ın bir sıra ştatlarında oldum və bu ştatların
Konqres və senatlarında çıxış
etdim. Bu görüşlərin təşkilatlanmasında
da Türkiyə-Azərbaycan
icmasının dəstəyini
gördüm. Son illər mən onların fəaliyyətində
sürətli dəyişikliyi
müşahidə edirəm.
Ümid edirəm ki, bütün Amerika ştatlarında Amerika-Türkiyə
ciddi təşkilatlanmağın
nəticəsində uğurlu
nəticələr əldə
edəcəyik".
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri
Elman Abdullayev hesab
edir ki, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılmasında diasporun rolu olduqca böyükdür:
"Bu vəzifə Azərbaycanın
xaricdəki diplomatik
nümayəndəlikləri ilə yanaşı, diasporun da üzərinə düşür.
Mən diaspor deyəndə xaricdə yaşayan hər bir soydaşımızı,
həmçinin bizimlə
birgə fəaliyyət
göstərən türkləri
də nəzərdə
tuturam. Azərbaycan və türk icmaları daim bir yerdə fəaliyyət göstərir,
onları eyni maraq birləşdirir.
Diaspora həqiqətlərimizin çatdırılmasında böyük uğurlara imza atsa da,
daha effektiv iş aparmağa qadirdir. Yerli rəsmilərlə iş
aparılması, təmasların
qurulmasında həmin
ölkələrin vətəndaşları
olan, diasporumuzun tərkibində fəaliyyət
göstərən azərbaycanlılar
daha effektiv və çevik ola bilər.
Həmin ölkələrin vətəndaşları olduqları
üçün - xüsusilə
ABŞ və Avropa təcrübəsində - onların
rəsmi müraciətlərinə,
tələblərinə dərhal cavab verilməlidir. Bu baxımdan diasporumuz Azərbaycan həqiqətlərinin
çatdırılmasında daha böyük rol oynaya bilər.
Xarici ölkələrdə bir
çox kiçik təşkilatlar fəaliyyət
göstərir ki, bu da effektli
deyil. Odur ki, bu qurumların birləşmiş
platformada fəaliyyət
göstərməsi zəruridir".
Diaspor təşkilatlarının
əksəriyyəti o fikirdədir
ki, bizim əsas işimiz Qarabağ həqiqətlərini,
Xocalı soyqrımını
dünya ictimaiyyətinə
çatdırmaqdır. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq
üçün isə
birləşməli, birgə
mübarizə aparmalı,
düşməni yerində
oturtmalı və əlbəttə ki, Qarabağ məsələsində
dünyanın dəstəyini
qazanmalıyıq.
Yeri gəlmişkən,
Azərbaycan diasporu
artıq müsəlman
dünyasında da güclənməkdədir. Birləşmiş Ərəb Əmirliklərindəki
(BƏƏ) Azərbaycan Cəmiyyətinin sədri
S.İmanov qeyd edib ki, diaspora
təşkilatı bu
ölkədə bütün
mümkün olan vasitələrdən - yerli
mətbuatın imkanlarından
istifadə etməklə,
dövlət rəsmiləri
ilə ildə 30-dan artıq görüşlər
keçirməklə, konfranslar
düzənləməklə Azərbaycan həqiqətlərini,
uğurlarımızı, Qarabağ problemini çatdırır: "Həmçinin
kitabxanalara müxtəlif
dillərə tərcümə
olunmuş Azərbaycanın
həyatının bütün
sahələrindən bəhs
edən kitabları
təqdim etməklə
bu sahədə müəyyən uğurlar
əldə edilib. Dövlətimizin qaldırdığı hər bir məsələ
istisnasız olaraq,
bir neçə saat ərzində bütün müstəvilərdə
və dövlət mətbuatında öz əksini tapir. Bunu bu ölkədə yaşayan
on minədək düşmənimiz
və onların arxasında duran digər dövlət rəsmiləri də gözəl bildikləri
üçün hər
hansı bir cəhd etməyə belə çalışmırlar"
("musavat.com").
Azərbaycan Respublikasının Birləşmiş Ərəb
Əmirliklərində fövqəladə
və səlahiyyətli
səfiri bildirir ki, 1994-cü ilin dekabr ayında Mərakeş Krallığının
Kasablanka şəhərində
keçirilmiş o vaxtkı
İslam Konfransı
Təşkilatına üzv
dövlətlərin dövlət
və hökumət
başçılarının zirvə toplantısı
çərçivəsində Ulu öndər Heydər Əliyev və Birləşmiş
Ərəb Əmirliklərinin
Prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyan arasında baş tutmuş tarixi görüş ikitərəfli əlaqələrin
uğurlu inkişaf
istiqamətini müəyyənləşdirib
("abudhabi.mfa.gov.az"). "İki dahi şəxsiyyətin bu tarixi görüşündən
sonra rəsmi səfər mübadilələri
həyata keçirilməyə,
ticari-iqtisadi əlaqələr
üçün hüquq-müqavilə
bazasının yaradılmasına,
eləcə də Azərbaycan həqiqətlərinin
yerli cəmiyyətdə
geniş təbliğinə
başlanılıb.2006-cı ilin noyabr ayında Prezident İlham Əliyevin bu ölkəyə rəsmi
səfəri çərçivəsində
Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti
Şeyx Xəlifə
bin Zayed Əl Nəhyanla keçirdiyi
görüş isə
ikitərəfli əlaqələri
keyfiyyətcə yeni
müstəviyə çıxarıb.
Bu uğurlu səfər
əsnasında iki ölkə arasında iqtisadiyyat, investisiya,
səhiyyə, ədliyyə,
hərbi, ali
təhsil və idman sahələrində
11 sənəd imzalanıb.
Bu da öz
növbəsində, gələcək
əməkdaşlığın hüquqi cəhətdən
daha da güclənməsi və
genişlənməsi üçün
əlverişli zəmin
yaradıb. 2015-ci ilin
fevral ayında Birləşmiş Ərəb
Əmirliklərinin vitse-prezidenti, Baş nazir, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid
Əl Maktumun ölkəmizə məhsuldar
rəsmi səfəri
baş tutub. Bunun ardınca isə Prezident İlham Əliyevin 2016-cı ilin
1-2 fevral tarixlərində
uğurlu rəsmi səfəri həyata keçirilib. Bu iki
səfərdən sonra
ikitərəfli siyasi
əlaqələr daha
da güclənib.Onu
da vurğulayım ki, Birləşmiş Ərəb Əmirlikləri
istər ikitərəfli
formatda, istərsə
də beynəlxalq təşkilatlar çərçivəsində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində
Azərbaycanın ədalətli
mövqeyini davamlı
şəkildə dəstəkləyir.
Rəşid RƏŞAD
Ekspress.-
2018.- 26 iyul.- S.10.