Azər­bay­can­lı­la­rın Həm­rəy­lik Xar­ti­ya­sı

 

2008-ci il­də Dün­ya Azər­bay­can­lı­la­rı­nı Əla­qə­lən­dir­mə Şu­ra­sı­nın Ba­kı­da ke­çi­ri­lən ic­la­sın­da "Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Xar­ti­ya­sı" qə­bul edil­di. Xar­ti­ya di­as­po­ru­mu­zun fəa­liy­yə­ti­nin baş­lı­ca is­ti­qa­mət­lə­ri­ni mü­əy­yən edən kon­sep­tu­al sə­nəd­dir.

Bu sə­nəd dün­ya azər­bay­can­lı­la­rı­nın bir­lik həm­rəy­li­yi­nin tə­mi­ni, di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin ko­or­di­na­si­ya edil­mə­si ba­xı­mın­dan mü­hüm əhə­miy­yə­tə ma­lik­dir. Sə­nəd­də Azər­bay­can xal­qı­nın ta­ri­xi, et­no­ge­ne­zi, mil­li özü­nü­dərk pro­se­si, özü­nə­məx­sus xü­su­siy­yət­lə­ri, mil­li-mə­nə­vi də­yər­lə­ri müa­sir in­ki­şaf sə­viy­yə­si təh­lil edi­lib.

Xar­ti­ya­da dün­ya azər­bay­can­lı­la­rı­na mü­ra­ci­ət edi­lə­rək dün­ya­nın han­sı gu­şə­sin­də ya­şa­ma­sın­dan, so­si­al sta­tu­sun­dan, dün­ya­gö­rü­şün­dən, əqi­də­sin­dən ası­lı ol­ma­ya­raq, özü­nü azər­bay­can­lı he­sab edən hər bir kə­si doğ­ma Azər­bay­ca­nın ri­fa­hı na­mi­nə əlin­dən gə­lə­ni əsir­gə­mə­mə­yə ça­ğı­rır: "Biz qə­ti şə­kil­də ina­nı­rıq ki, dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­li­yi, va­hid amal, ta­ri­xi Və­tən ət­ra­fın­da bir­li­yi Azər­bay­can döv­lət­çi­li­yi­nin möh­kəm­lən­di­ril­mə­si in­ki­şa­fı­nı, Azər­bay­can xal­qı­nın si­ya­si-iq­ti­sa­di mə­də­ni tə­rəq­qi­si­ni tə­min edən əsas amil­dir".

Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Xar­ti­ya­sı Azər­bay­can xal­qı­nın Azər­bay­can döv­lə­ti­nin mil­li ma­raq­la­rı­nın mü­da­fiə­sin­də dün­ya azər­bay­can­lı­la­rı­nın fə­al iş­ti­ra­kı­nı tə­min et­mə­yi qar­şı­ya məq­səd qo­yur, xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın ta­ri­xi və­tə­nin mə­na­fe­lə­ri na­mi­nə va­hid amal ət­ra­fın­da bir­ləş­mək əz­mi­ni ira­də­si­ni ifa­də edir, bu bir­li­yin ideo­lo­ci, so­si­al-fəl­sə­fi, si­ya­si mə­nə­vi as­pekt­lə­ri­ni mü­əy­yən­ləş­di­rir.

Xar­ti­ya­da "azər­bay­can­lı" an­la­yı­şı­nın et­no-so­si­al, fəl­sə­fi məz­mu­nu izah edi­lir.

İza­ha əsa­sən, "azər­bay­can­lı" an­la­yı­şı­nın struk­tu­ru­na azər­bay­can­lı­lar, həm­çi­nin azər­bay­can­da ya­şa­yan, türk mən­şə­li azər­bay­can­lı­lar­la qay­na­yıb qa­rış­mış mil­li az­lıq­lar özü­nü azər­bay­can­lı he­sab edən hər bir kəs da­xil­dir.

Sə­nəd­də vur­ğu­la­nır ki, 50 mil­yon­dan ar­tıq azər­bay­can­lı­nın beş­də bi­rin­dən azı müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­da­şı­dır. La­kin nə­zə­rə al­maq la­zım­dır ki, bu, müa­sir dün­ya üçün o qə­dər qey­ri-tə­bii sa­yıl­mır. Qlo­bal də­yər­lə­rin mü­hüm əhə­miy­yət kəsb et­di­yi, dün­ya­nın "bö­yük bir kənd" ha­lı­na gəl­di­yi bir dövr­də azər­bay­can­lı­la­rın müx­tə­lif döv­lət­lə­rin və­tən­daş­la­rı ol­ma­sı on­la­rın mil­li bir­li­yi üçün müm­kün qə­dər az ma­neə ya­rat­ma­lı­dır. Hər şey­dən əv­vəl ona gö­rə ki, azər­bay­can­lı­la­rın si­ya­si ira­də­si­ni ifa­də edən, mil­li mə­nə­vi də­yər­lə­ri rəh­bər tu­tan müs­tə­qil döv­lə­ti, xal­qın for­ma­laş­dı­ğı, et­nik yad­da­şa də­rin­dən həkk olun­muş ta­ri­xi və­tən- et­noq­ra­fik coğ­ra­fi­ya­sı, özü­nə­məx­sus adət-ənə­nə­lər, dil, din, et­no­so­si­al dün­ya­gö­rü­şü, et­nik- mə­də­ni vər­diş­lər sis­te­mi, "azər­bay­can­çı­lıq" ideo­lo­gi­ya­sı, nə­ha­yət, Hey­dər Əli­ye­vin şəx­sin­də ümum­mil­li li­de­ri möv­cud­dur.

Azər­bay­can­lı­la­rın bir­li­yi­ni tə­min edə­cək di­gər amil­lər ki­mi türk­çü­lük is­lam­çı­lıq da səd­də vur­ğu­la­nır.

Azər­bay­can­lı­la­rın mil­li bir­li­yi­ni tə­min edən, on­la­rın dün­ya bir­li­yi­nə tə­bii in­teq­ra­si­ya­sı­nı şərt­lən­di­rən va­si­tə ola­raq türk dün­ya­sı­nın ro­lu get-ge­də güc­lən­di­yi bil­di­ri­lir. Ey­ni za­man­da azər­bay­can­lı­la­rın bir­li­yi­nin di­gər bir kon­teks­ti ki­mi İs­lam dün­ya­sı ilə əla­qə­lə­rə əhə­miy­yə­ti gös­tə­ri­lir.

Be­lə­lik­lə, Xar­ti­ya­da hər bir azər­bay­can­lı­nın özü­nə­məx­sus alə­mi ilə ya­na­şı türk dün­ya­sı­nın, is­lam dün­ya­sı­nın ümu­mən dün­ya­nın öv­la­dı ol­du­ğu qeyd edi­lir.

Xar­ti­ya­da azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı ilə bağ­lı ay­rı­ca mad­də möv­cud­dur. Bu mad­də­də bil­di­ri­lir ki, azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı dün­ya azər­bay­can­lı­la­rı­nın va­hid ide­ya ət­ra­fın­da bir­ləş­mə­si­ni şərt­lən­di­rən ta­ri­xi-si­ya­si amil­lə­rin təs­ni­fa­tı­nı, xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın hü­quq azad­lıq­la­rı­nın qo­run­ma­sı sa­hə­sin­də Azər­bay­can döv­lə­ti­nin qar­şı­sın­da du­ran və­zi­fə­lə­ri, on­la­rın Azər­bay­can Res­pub­li­ka­sı­na mü­na­si­bət­də üzə­ri­nə dü­şən mə­nə­vi öh­də­lik­lə­ri, azər­bay­can­lı an­la­yı­şı­nın so­si­al-fəl­sə­fi məz­mu­nu­nu mü­əy­yən­ləş­di­rən kon­sep­si­ya ki­mi nə­zər­də tu­tu­lur.

Ümum­mil­li li­der Hey­dər Əli­yev tə­rə­fin­dən döv­lət si­ya­sə­ti sə­viy­yə­si­nə yük­səl­dil­miş azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı mil­lə­tin döv­lə­tin pers­pek­tiv in­ki­şa­fı­nın də­yiş­məz kon­sep­si­ya­sı ki­mi, mil­li in­ki­şa­fın mə­də­ni-ta­ri­xi də­yər­lə­ri­ni ya­şat­maq­la ya­na­şı, stra­te­ci in­ki­şa­fın əsas yol­la­rı­nı is­ti­qa­mət­lə­ri­ni mü­əy­yən­ləş­di­rir, mil­li di­li­mi­zin, mə­də­niy­yə­ti­mi­zin mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zin in­ki­şaf et­di­ril­mə­sin­də öz ək­si­ni ta­pır. Bü­tün bun­lar həm öl­kə­da­xi­li re­gio­nal, həm qlo­bal xa­rak­ter­li və­ziy­yət­lər­də öl­kə­nin də­yiş­mək­də olan ro­lu­nu ba­şa düş­mək­lə for­ma­la­şan mil­li ideo­lo­ji mo­del komp­lek­si­ni tə­cəs­süm et­di­rir.

Azər­bay­can­çı­lıq məf­ku­rə­sin­də et­nik mən­su­biy­yə­tin­dən ası­lı ol­ma­ya­raq öl­kə­miz­də xa­ri­ci döv­lət­lər­də ya­şa­yan bü­tün və­tən­daş­la­ra, soy­daş­la­ra həm­və­tən­lə­rə hər­tə­rəf­li hü­qu­qi mə­nə­vi ba­xım­dan bə­ra­bər mü­na­si­bət var. Bu xü­su­siy­yət bir da­ha azər­bay­can­çı­lıq məf­ku­rə­si­nin döv­lət­çi­lik tə­fək­kü­rü­nə əsas­lan­dı­ğı­na də­la­lət edir. Döv­lət­çi­lik ide­ya­sı, döv­lət müs­tə­qil­li­yi­mi­zin əbə­di­li­yi dön­məz­li­yi fik­ri, Azər­bay­can Res­pub­li­ka­sı­nın bü­tün azər­bay­can­lı­la­rın mil­li sər­və­ti, bü­tün soy­daş­la­rı­mı­zın və­tə­ni he­sab edil­mə­si azər­bay­can­çı­lı­ğın mü­hüm me­yar­la­rın­dan­dır. Bu kon­sep­tu­al ide­ya öz­lü­yün­də əhə­miy­yət­li ol­maq­la bə­ra­bər, xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın öl­kə­miz­lə hər­tə­rəf­li əla­qə­lə­ri­nin in­ki­şa­fı, on­la­rın müx­tə­lif ma­raq­la­rı­nın hü­qu­qi tə­mi­na­tı üçün ge­niş əsas ya­ra­dır.

Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı Azər­bay­can di­li­ni, is­lam mə­nə­viy­ya­tı­nı, res­pub­li­ka­nın mil­li-et­nik ger­çək­li­yi­ni, müa­sir də­yər­lə­rə ma­lik Azər­bay­can və­tən­daş­la­rı­nı özü­nü bu öl­kə ilə bağ­la­yan soy­daş­la­rın va­hid bir­li­yi­ni eh­ti­va edir.

Yu­xa­rı­da qeyd et­di­yi­miz ki­mi Xar­ti­ya­nın məq­sə­di xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı pro­se­si­nin key­fiy­yət­cə tək­mil­ləş­di­ril­mə­si, soy­daş­la­rı­mız ara­sın­da mil­li bir­li­yin həm­rəy­li­yin möh­kəm­lən­di­ril­mə­sin­dən iba­rət­dir. Xa­ri­ci öl­kə­lər­də məs­kun­la­şan azər­bay­can­lı­la­rın ic­ti­mai-si­ya­si fə­al­lı­ğı­nın güc­lən­di­ril­mə­si, on­la­rın cə­miy­yə­tə in­teq­ra­si­ya­sı­nın sü­rət­lən­di­ril­mə­si, hü­quq azad­lıq­la­rı­nın mü­da­fiə­si, ha­be­lə di­gər xalq­la­rın di­as­por təş­ki­lat­la­rı ilə əmək­daş­lıq əla­qə­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si ic­ti­mai mü­na­si­bət­lə­rin qu­rul­ma­sı işi­nin da­ha yük­sək sə­viy­yə­də təş­ki­li­nə na­il ol­maq da Xar­ti­ya­nın əsas məq­səd­lə­rin­dən­dir.

Sə­nəd xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın bir­li­yi­nin tə­min olun­ma­sı təş­ki­lat­lan­ma­sı­nı əsas fəa­liy­yət is­ti­qa­mə­ti ki­mi mü­əy­yən edir. Müa­sir dövr­də xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar ara­sın­da mil­li-mə­nə­vi bir­li­yin möh­kəm­lən­di­ril­mə­si, soy­daş­la­rı­mı­zın təş­ki­lat­lan­ma­sı pro­se­si key­fiy­yət­cə ye­ni məz­mun kəsb et­mək­də­dir. Bu, Azər­bay­can di­as­por qu­ru­cu­lu­ğu işi­nə xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı zi­ya­lı­la­rın, gənc­lə­rin qa­dın­la­rın, elə­cə Azər­bay­can­da ya­şa­yan di­gər xalq­la­rın xa­ri­ci öl­kə­lə­rə köç­müş nü­ma­yən­də­lə­ri­nin cəlb olun­ma­sı zə­ru­rə­ti ilə bağ­lı­dır. Xar­ti­ya­da bu sa­hə­də Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın əsas fəa­liy­yət is­ti­qa­mət­lə­ri mü­əy­yən olu­nub.

Töv­si­yə edi­lir ki, xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar ara­sın­da ideo­lo­ci, mə­nə­vi, si­ya­si iq­ti­sa­di amil­lə­rə əsas­la­nan bir­li­yin tə­min olun­ma­sı­na səy gös­tə­ril­sin, azər­bay­can­lı­lar ara­sın­da mil­li həm­rəy­lik bir­lik ide­ya­la­rı­nı təb­liğ edil­sin. Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın ya­ra­dıl­ma­sı pro­se­si­nin da­vam et­di­ril­mə­si, azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­dı­ğı, ya­xud zə­if təş­ki­lat­lan­dı­ğı öl­kə­lər­də ye­ni ic­ma bir­lik­lə­rin ya­ra­dıl­ma­sı, Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nə dəs­tə­yin güc­lən­di­ril­mə­si va­cib­dir. Azər­bay­can ic­ma­la­rı tə­rə­fin­dən təş­kil olu­nan bü­tün təd­bir­lər­də - eti­raz ak­si­ya­la­rın­da, el­mi-prak­tik konf­rans­lar­da, sər­gi­lər­də, mə­də­ni küt­lə­vi təd­bir­lər­də fə­al iş­ti­rak et­mək, ay­rı-ay­rı öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı ara­sın­da in­teq­ra­si­ya me­yil­lə­ri­nin güc­lən­di­ril­mə­si, on­la­rın fəa­liy­yə­ti­nin va­hid mər­kəz­dən əla­qə­lən­di­ril­mə­si məq­sə­di­lə əla­qə­lən­di­ri­ci qu­rum­la­rın (konq­res, fe­de­ra­si­ya, as­so­sia­si­ya) ya­ra­dıl­ma­sı məq­sə­də­mü­va­fiq he­sab olu­nub.

Azər­bay­can­lı­la­rın küt­lə­vi şə­kil­də məs­kun­laş­dı­ğı öl­kə­lər­də ey­ni fəa­liy­yət sa­hə­sin­də ça­lı­şan həm­və­tən­lə­ri­miz ara­sın­da əla­qə­lə­rin ya­ra­dıl­ma­sı­na səy gös­tə­ril­mə­si, bu məq­səd­lə azər­bay­can­lı adam­la­rı, azər­bay­can­lı cur­na­list­lər, elm adam­la­rı, mə­də­niy­yət xa­dim­lə­ri bir­lik­lə­ri­nin ya­ra­dıl­ma­sı, xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı qa­dın­la­rın di­as­por qu­ru­cu­lu­ğu işi­nə cəlb olun­ma­sı, elə­cə ha­zır­da fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı­nın nəz­din­də Qa­dın­lar Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı töv­si­yə edi­lir.

Xar­ti­ya­da Azər­bay­can hə­qi­qət­lə­ri­nin təb­li­ği­nin va­cib ol­ma­sı xü­su­sən qeyd edi­lir. İn­for­ma­si­ya cə­miy­yə­ti­nin müa­sir tə­ləb­lə­ri­nə uy­ğun ola­raq, di­as­por təş­ki­lat­la­rı dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­li­yi­nin in­for­ma­si­ya tə­mi­na­tı is­ti­qa­mə­tin­də ana di­lin­də ya ya­şa­dıq­la­rı öl­kə­lə­rin döv­lət di­lin­də küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri tə­sis et­mək, mil­li ic­ma üzv­lə­ri yer­li əha­li ara­sın­da təb­li­ğat maa­rif­çi­lik işi apar­maq hü­qu­qu­na ma­lik­dir­lər. Azər­bay­can­lı ic­ma­la­rı­nın fəa­liy­yət gös­tər­dik­lə­ri öl­kə­lə­rin küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri ilə əla­qə­lə­ri yax­şı­laş­dı­rıl­ma­lı, ye­ni müs­tə­qil qə­zet, cur­nal, ra­dio, te­le­vi­zi­ya in­for­ma­si­ya agent­lik­lə­ri­nin ya­ra­dıl­ma­sı pro­se­si da­vam et­di­ril­mə­li, öl­kə­miz­lə bağ­lı hə­qi­qət­lə­rin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sın­da fə­al iş­ti­rak edən Azər­bay­can di­as­po­ru­na ic­ti­mai mü­na­si­bət­lə­rin qu­rul­ma­sın­da yar­dım gös­tə­rə bi­lə­cək alim, si­ya­sət­çi cur­na­list­lər­lə, soy­daş­la­rı­mı­zın ya­şa­dıq­la­rı öl­kə­lə­rin di­gər döv­lət­lə­rin qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­nın təm­sil­çi­lə­ri ilə sıx mü­na­si­bət­lər qu­rul­ma­lı, on­lar­la məq­səd­yön­lü apa­rıl­ma­sı­nın zə­ru­ri ol­du­ğu vur­ğu­la­nır.

 

Va­sif CƏ­FƏ­ROV

 

Ekspress.- 2018.- 28 iyul.- S.10.