Diaspor hərəkatı yeni mərhələyə keçir

Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunandan sonra qurumun fəaliyyətində bir canlanma müşahidə olunmaqdadır. Elə komitə sədri Fuad Muradov da DİDK-nın yaranmasının 16 illiyi münasibətilə keçirilən tədbirdə buna diqqət çəkərək, iki ay yarım ərzində komitənin xeyli gördüyünü vurğulamışdı.

Komitə sədri kimi Avropa ölkələrinə səfər edən Fuad Muradovun keçirdiyi görüşlərdə xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyaları ətrafında birləşmək imkanlarından, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan danışılıb. Bir neçə gün əvvəl F.Muradov Avropaya səfəri çərçivəsində Almaniyanın qərb bölgələrində yaşayan azərbaycanlılar və buradakı diaspor təşkilatlarının rəhbərləri, eləcə də ölkənin qərb bölgələrində təhsil alan azərbaycanlı gənclərlə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Ekspress"ə daxil olan məlumata görə, komitə sədri onların qayğıları ilə maraqlanıb, soydaşlarımızın təklif və ideyaları ətrafında maraqlı müzakirə aparılıb. Diqqət mərkəzində olan məsələlərdən biri bu ölkədə yaşayan ailələrin uşaqları üçün Azərbaycan dili məktəblərinin açılması olub.

Tədbirdə Komitənin yeni yazılmış himni səsləndirilib, yeni loqo, ilk dəfə yaradılan infoqrafik diaspor xəritəsi və qurumun yenilənmiş saytı barədə məlumat verilib.

Səfər çərçivəsində mühüm görüşlərdən biri də Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlı adamları ilə keçirilib.

Toplantıda Almaniyadakı azərbaycanlı iş adamlarının fəaliyyəti, "Made in Azerbaycan" brendinin tanıdılması, iş adamlarının ölkəmizdə biznes maraqlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib. Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması və biznes forumun keçirilməsi təklifləri maraqla qarşılanıb. İş adamları yeni biznes platformasının və resurs mərkəzinin yaradılmasını təklif ediblər. Muradov yeni təşəbbüslərin olmasının, sosial-mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, görüş iştirakçılarını əmin edib ki, onların təşəbbüsləri, təklifləri qiymətləndiriləcək, bundan sonra heç bir diaspor təşkilatı və heç bir insan diqqətdən kənarda qalmayacaq, gənclərin diaspor fəaliyyətinə cəlb olunması üçün mümkün addımlar atılacaq.

Komitə sədri diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə-lobbiçilik fəaliyyətinə keçməsinin gerçəkləşdirilməsi yolunda da mühüm planların olduğundan bəhs edib.

Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyaya səfəri zamanı da bir sıra görüşlər keçirib. Səfər zamanı nümayəndə heyətinin üzvləri Rumıniyadakı diplomatlarımızla birlikdə Buxarestdə yerləşən Tei Parkındakı Heydər Əliyev xiyabanında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

 

Sonra Fuad Muradov xaricdə yaşayan rumınlarla üzrə nazir xanım Natalya-Elena İntotero ilə görüşüb. Görüşdə iki ölkə diasporlarının birgə əməkdaşlığını və təcrübə mübadiləsini əks etdirən memorandum imzalanıb (AZƏRTAC). Rumıniyalı nazir rəhbərlik etdiyi qurumun istiqamətləri, xaricdə yaşayan rumın diasporu ilə əlaqələrin qurulması, "Diaspor start-up" layihəsi barədə məlumat verib. Eyni zamanda, nazir xaricdə rumın dilinin öyrədilməsi, təhsil layihələri barədə danışıb. Bildirib ki, Rumıniya və Azərbaycan strateji tərəfdaşlardır və iki ölkə arasında imzalanan bu memorandum buna sübutdur.

Fuad Muradov Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğu barədə bildirib. O, Azərbaycan diasporunun yaşayış xəritəsi, fəaliyyəti, gələcəkdə nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirib ki, Rumıniya ilə imzalanan memorandum iki ölkə diasporlarının yaxınlaşması, birgə fəaliyyət göstərməsi, layihələrin yerinə yetirilməsi, bir-birinin təcrübəsindən bəhrələnməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etməsi, yüksək nəticələr əldə etməsi, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi töhfə nazirin diqqətinə çatdırılıb. Sədr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan diasporunun rolunu qeyd edib.

Sonra Fuad Muradov dini məsələlər üzrə dövlət katibi Viktor Opaski ilə görüşüb. Görüşdə Rumıniyanın müsəlman icmasının ali müftisi Yusuf Murad da iştirak edib. Görüşün iki ölkə arasında müvafiq sahədə fikir mübadiləsi aparılması üçün əhəmiyyətli olduğunu və Azərbaycanın bu sahədə mövcud təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdıran Opaski Azərbaycanda mədəni müxtəliflik, tolerantlıq və multikulturalizm kimi məsələlər üzrə fəal aparıldığını qeyd edib. Ölkəsindəki dövlət-din münasibətlərindən danışan O bildirib ki, Rumıniyada dövlət tərəfindən dini icmalaradin xadimlərinə maaş verilir, bu sahədəki qanunvericilik bütün dini konfessiya mənsublarının etiqad azadlığının təmin olunmasına şərait yaradır. Hazırda Rumıniyada 18 dini icmanın dövlət qeydiyyatına alındığını, bunlardan 16-sının xristian, 1-nin yəhudi, 1-nin isə müsəlman icması olduğunu vurğulayan V.Opaski dini icmalar arasında qarşılıqlı hörmət və tolerant münasibətlərin olduğunu bildirib. Dövlət katibi Münxendə, o cümlədən Madriddə inşa edilən və inşa ediləcək kilsələr barədə məlumat verib. O, Rumıniyada müsəlman icmasının fəaliyyəti, gördüyü işlər barədə ətraflı danışıb. Həmçinin Azərbaycanla əlaqələrindən, Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlığından bəhs edib.

Fuad Muradov Azərbaycan icmalarının yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya olunmalarına, bu dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakına xüsusi önəm verildiyini diqqətə çatdırıb. O bildirib ki, Rumıniyanın Dini Məsələlər üzrə Dövlət Katibliyinin bu istiqamətdə 160 illik təcrübəsi böyük maraq kəsb edirbu qurumla komitənin əməkdaşlığının gələcəkdə də davam edərək yeni müstəviyə çatdırılmasını arzulayır.

Sonra Xaricdə Yaşayan Rumınlarla İş Komissiyasının sədri senator Viorel Riçard Badea, Rumıniyanın Baş naziri Viorika Dançilanın aparatında dövlət müşaviri Andreea PastarnakBaş nazirin strateji tərəfdaşlıqların tətbiqi üzrə müavini Ana Birçal ilə görüşlər keçirilib. Görüşlərdə iki ölkə diasporları arasında əməkdaşlığın istiqamətləri müzakirə olunub. Bildirilib ki, Rumıniya diasporunun təcrübəsi öyrənilməlidir, xüsusilə diasporun maliyyələşdirilməsi və xaricdə rumın diasporu ilə bağlı qanunun tətbiq edilməsi təcrübəsi Azərbaycan tərəfi üçün maraqlıdır.

Baş nazirin strateji tərəfdaşlıqların tətbiqi üzrə müavini Ana Birçal tərəflər arasında 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqda Birgə Bəyannamə və Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının vacibliyinə toxunub, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin önəmini qeyd edib. Rumıniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin səviyyəsindən duyulan məmnunluğu ifadə edən A.Birçal bu ilin martında ölkəmizə səfərini xatırladıb, ölkələrimiz arasında iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin dərinləşdiyini, nəqliyyatenerji layihələrini həyata keçirmək üçün böyük imkanların mövcud olduğunu qeyd edib. O əlavə edib ki, Rumıniya Azərbaycan ilə Aİ arasındakı dialoqun inkişafından və yeni müqavilə üzrə danışıqlarda irəliləyişin müşahidə olunmasından məmnunluq hissi keçirirbu danışıqların uğurla yekunlaşdırılması üçün səylərini əsirgəməyəcək.

Sonra Dövlət Komitəsinin sədri Azərbaycanın Rumıniyadakı səfirliyində Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri, Rumıniyada yaşayan azərbaycanlılar ilə görüş keçirib. Görüşdə sədr həmvətənlərimizin qayğıları ilə maraqlanıb, soydaşlarımızın təklif və ideyaları ətrafında maraqlı müzakirələr aparılıb. O, diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə keçməsinin gerçəkləşdirilməsi yolu və istiqamətləri barədə məlumat verib. Azərbaycanlıların yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya problemləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə təbliğatın genişləndirilməsi barədə danışıb. Xüsusilə azərbaycanlılar arasında əlaqələndirmənin gücləndirməsinin mühüm olduğunu vurğulayan sədr gələcəkdə bu istiqamətdə daha qəti addımlar atılacağına inamını bildirib.

Yeri gəlmişkən, Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyinin təsis edilməsi ilə bağlı tədbir keçirilib. AZƏRTAC bildirir ki, Azərbaycanın və Rumıniyanın dövlət himnləri səsləndirildikdən sonra yeni təşkilatın sədri Vaqif Həsənov bildirib ki, bu qurumun təsis edildiyi 2018-ci il hər iki ölkənin tarixində əlamətdar bir ilə təsadüf edir. Avropa və Asiyanın kəsişməsində yerləşən, Cənubi Qafqaz regionunun ən böyük ölkəsi olan Azərbaycan müsəlman Şərqində ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir. Rumıniyada isə Böyük Birliyin yaradılmasından 100 il ötür.

Sonra Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin tarixi ilə bağlı qısa film nümayiş olunub.

V.Həsənov bildirib ki, təşkilatın yaradılmasında məqsəd Rumıniyada yaşayan həmvətənlərimizi, o cümlədən Azərbaycanın bu ölkədəki dostlarını bir araya gətirmək və hər iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin daha da gücləndirilməsinə töhfə verməkdir. Birlik Rumıniyanın dövlət və hökumət orqanları ilə, müxtəlif təşkilat və icmalarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir.

 

Birliyin digər həmtəsisçiləri Robert BurlakuMihnea Alik çıxış edərək onun məqsədləri, həyata keçirəcəyi layihələr barədə məlumat veriblər.

Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini, Rumıniya Deputatlar Palatasının deputatı Dinu Sokotar çıxışında təşkilatın Azərbaycan və Rumıniya arasında əlaqələrin daha da irəli aparmasına töhfə verəcəyini söyləyib, bu istiqamətdə həyata keçirilən layihələri dəstəklədiyini vurğulayıb.

Rumıniyadakı SOCAR Petroleum SA şirkətinin baş direktoru Həmzə Kərimov belə bir təşkilatın yaradılmasını əlamətdar hadisə adlandırıb, ona fəaliyyətində uğurlar arzulayıb. O, yeni təşkilatın Rumıniyada yaşayan soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsində önəmli rol oynayacağını bildirib.

Rumın-Amerikan Universitetinin professoru, universitet Senatının nümayəndəsi Florin Bonçiu, Ploieşti Neft-Qaz Universitetinin prorektoru, professor Mihai Minesku çıxışlarında təmsil etdikləri ali təhsil ocaqları ilə təşkilat arasında elm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan rəhbərlik etdiyi qurumun ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətindəki fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verib.

Rumıniya Müsəlman Türk Tatarları Demokratik Birliyinin sədri Məfkurə Qafar da təmsil etdiyi təşkilat barədə danışıb.

Tədbirdə bu ölkədə təhsil alanyaşayan azərbaycanlılarla yanaşı, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Rumıniya dövlət və hökümət nümayəndələri, parlamentin deputatları, bu ölkədə fəaliyyət göstərən bir sıra aparıcı şirkətlərin rəhbərləri, adamları, enerji məsələləri üzrə mütəxəssislər, ali təhsil ocaqlarının professor və müəllim heyətləri, rumın tələbələr, Rumıniyadakı türktatar icmalarının nümayəndələri iştirak ediblər.

 

Murad MƏMMƏDLİ                  

Ekspress  2018.- 19 iyul.- S.10.