“Heydər Əliyev. Biblioqrafiya

 

Ümummilli lideriə həsr olunmuş kitabın və elektron bazasının təqdimatı oldu

 

Mayın 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib.

 

Mədəniyyət NazirliyiMilli Kitabxana tərəfindən nəşr olunmuş biblioqrafiyanın təqdimat mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

 

AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edildiyini bildirib. O deyib ki, müasir, müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Liderin yubiley tədbirlərinə Milli Kitabxana da əliboş qatılmayıb. Belə ki, hazırlanan “Heydər Əliyev. Biblioqrafiya” kitabı Ulu Öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılması baxımından çox dəyərli mənbədir.

 

Bildirilib ki, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından oxuculara təqdim etdiyi növbəti fundamental biblioqrafiyada Ulu Öndərin öz əsərləri və onun haqqında yazılmış materiallar yer alıb. “Xalqımızın böyük oğlu Heydər Əliyevin titanik fəaliyyətinin çox genişəhatəli olduğu nəzərə alınaraq bu göstəricidə yalnız Ümummilli Liderin kitab halında çap olunan əsərləri, kitablarda, elmi məcmuələrdə və elmi jurnallarda dərc olunan materiallar öz əksini tapıb. Biblioqrafiya elmi-tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub”, - deyə Milli Kitabxananın direktoru vurğulayıb.

 

Diqqətə çatdırılıb ki, Heydər Əliyev haqqında bu ilk fundamental biblioqrafiya görkəmli ictimai-siyasi xadimin 1969-2018-ci illərdə Azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə nəşr olunmuş kitabları, elmi konqres, sessiya, konfrans materiallarında və elmi məcmuələrdə dərc edilmiş elmi-siyasi məqalələri, çıxışları və Ulu Öndər haqqında yazılmış materialları əhatə edir. Biblioqrafik göstəricidə ədəbiyyat iki əsas bölmədə: “Əsərlərinin biblioqrafiyası” və “Haqqında materiallar” bölmələrində toplanmış, hər bölmədə mövzuya uyğun yarımbölmələr verilib. Biblioqrafiyada “Görkəmli şəxsiyyətlər və Azərbaycanın dövlət, elm və mədəniyyət xadimləri Heydər Əliyev haqqında” bölməsində Azərbaycanın elmictimai-siyasi xadimləri ilə bərabər, dünyanın tanınmış dövlət xadimlərinin də ulu öndər haqqında fikirləri, mülahizələri öz əksini tapıb. “Əsərlərinin biblioqrafiyası” bölməsində Heydər Əliyevin kitabları, elmi məqalələri əhatə olunub, ədəbiyyatın çoxluğu nəzərə alınaraq dövri mətbuatda gedən məqalələr və bəzi informasiya xarakterli materiallar biblioqrafiyaya salınmayıb. Ulu Öndərin fəaliyyətinin bu günədək çox az öyrənilmiş sahəsi olan “Azərbaycana rəhbərliyinin birinci mərhələsi (1969-1990)” adlı yarımbölmədə siyasi xadimin Sovetlər Birliyi dövründə Azərbaycanın tərəqqisi və inkişafına yönəlmiş siyasi fəaliyyəti geniş əks olunub.

 

Dünya şöhrətli siyasətçinin haqqında olan materiallar “Həyatı və elmi-ictimai fəaliyyətinin əsas tarixləri”, “Həyatı və ictimai-siyasi fəaliyyəti”, “Dövlət quruculuğuxarici siyasət”, “Sosial-iqtisadi inkişaf”, “ Elm və mədəniyyət, milli mənəvi dəyərlər”, “Heydər Əliyev şəxsiyyəti bədii ədəbiyyatda və incəsənətdə” adlı bölmələrdə öz əksini tapıb.

 

Bildirilib ki, biblioqrafiyanın layihə rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, elmi redaktoru Kərim Tahirovdur.

 

Sonra tədbir iştirakçıları Ulu Öndərin həyat yolundansiyasi fəaliyyətindən bəhs edən filmə baxıblar.

 

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Ulu Öndərin keçdiyi həyat yolundan və dövlətçilik xidmətlərindən danışıb. Deyib ki, ümummilli lider Heydər Əliyev dövlətçilik üçün olduqca böyük işlər görmüş şəxsiyyətdir.

 

“Heydər Əliyev Azərbaycanın inkişafı, xalqımızın firavan yaşaması, ölkəmizin beynəlxalq arenada söz sahibi olmağı üçün əzmlə çalışaraq dövlətçiliyimizin daha da ucalması naminə əlindən gələni edib. Bugünkü Azərbaycan, onun beynəlxalq miqyaslı layihələrdə iştirak etməsi, sivildemokratik dövlət anlayışı Ulu Öndərin zəhmətinin, uzaqgörən siyasətinin bəhrəsidir. Biz Heydər Əliyevlə eyni dövrdə yaşadığımız üçün olduqca xoşbəxt insanlarıq. O, hətta sovet hökuməti rəhbərliyində təmsil olunduğu vaxtlar da öz doğma ölkəsi üçün müstəsna işlər görüb. Ulu Öndərin ürəyi, ruhu hər zaman doğa millətinin yanında olub. İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra önün bilavasitə rəhbərliyi ilə ölkə mədəniyyətinin, elminin, təhsilinin inkişafı naminə çoxsaylı dövlət proqramları həyata keçirilib”, - deyə V. Əliyev vurğulayıb.

 

Nazir müavini əlavə edib ki, ölkənin çox ağır vəziyyətdə olduğu dövrdə - 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, parlaq zəkası nəticəsində ölkəmiz vətəndaş müharibəsindən, parçalanmadan, xaosdan qurtulub, respublikada siyasi sabitlik təmin edilib. Heydər Əliyevin ölkəmizdə milli mənəvi dəyərlərin qorunmasında, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsində müstəsna xidmətləri olub. Onun səyləri ilə ölkə həyatının bütün istiqamətlərində, eləcə də milli mənəvi dəyərlərimizə münasibətdə yeni bir mərhələnin əsası qoyulub. İllər ötsə də Ulu Öndərin unudulmaz xatirəsi daim ürəklərdə yaşayacaq.

 

Ulu Öndər haqqında Milli Kitabxana tərəfindən biblioqrafiyanın hazırlanmasını yüksək dəyərləndirən natiq bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirib.

 

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov söyləyib ki, ümummilli lider Heydər Əliyev təkcə dövlət qurucusu deyil, eyni zamanda, millət qurucusu idi: “Heydər Əliyev xalqının qayğısına qalan və millətinin təəssübkeşliyini çəkən insan idi. O həmişə çalışırdı ki, xalqı simasını və tarixini itirməsin. Onun bütün çıxışlarında millətə məhəbbət, dövlətçiliyə sədaqət eşqi hiss edilir”.

 

N.Cəfərov qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Onun tərəfindən Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilərək həmin problemlərin həlli yolları göstərilib.

 

Milli Məclisin deputatları Tahir Rzayev, Hikmət Məmmədov, Aydın Mirzəzadə və digərləri çıxış edərək Ulu Öndərin dövlətçilik fəaliyyətindən, onun rəhbərliyi ilə ölkənin bütün sahələrdə qazanılan uğurlardan danışıblar. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev müdrikliyi və cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb, ölkəmizin taleyində ciddi dönüşlərə imza atmış dahi şəxsiyyət kimi yaddaşlarda əbədiləşib. Dahi rəhbərin zəngin həyat və fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri bizim üçün örnəkdir. Ulu Öndərin təməlini qoyduğu dövlətçilik məktəbi bu gün də yaşayır və yaşayacaq.

 

Diqqətə çatdırılıb ki, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində və iqtisadiyyatının güclənməsində əsas amil olan Ümummilli Liderin siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Natiqlər ulu öndər Heydər Əliyevə həsr edilmiş biblioqrafiyanın əhəmiyyətindən danışaraq, bu işdə zəhməti olan hər bir kəsə təşəkkürlərini bildiriblər.

 

Ekspress  2018.- 12-14 may.- S.13.