Azərbaycanlılar Avropada təşkilatlanır

Hollandiya-Belçika Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin qarşıya qoyduğu məqsədlərdən biri xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrdə inteqrasiyasının dinamikləşməsinə, Azərbaycan həqiqətlərinin geniş yayılmasının mütəmadi olmasına nail olmaqdır.

Diaspor məsələləri ilə bağlı strateji istiqamətlərin müəyyənləşdirilməsi dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını dünyanın ən güclü diasporlarından birinə çevirəcək. Qeyd edək ki, diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlanıb bunun da əsas məqsədi dünyadakı bütün azərbaycanlıların birləşdirilməsinə nail olmaqdır.

Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında ideoloji, mənəvi, siyasi iqtisadi amillərə əsaslanan birliyin təmin olunmasına çalışılır, azərbaycanlılar arasında milli həmrəylik birlik ideyaları təbliğ olunur.

Diaspor təşkilatlarının yaradılması prosesinə dəstək verilməklə yanaşı azərbaycanlıların təşkilatlanmadığı, yaxud zəif təşkilatlandığı ölkələrdə yeni icma birliklərin yaradılmasına diqqət artırılır.

Bunun üçün Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək gücləndirilir, Azərbaycan icmaları tərəfindən təşkil olunan bütün tədbirlərdə - etiraz aksiyalarında, elmi-praktik konfranslarda, sərgilərdə, mədəni kütləvi tədbirlərdə fəal iştirak edilir, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında inteqrasiya meyillərinin gücləndirilməsi, onların fəaliyyətinin vahid mərkəzdən əlaqələndirilməsi məqsədilə əlaqələndirici qurumların (konqress, federasiya, assosiasiya) yaradılmasına diqqət ayrılır.

Azərbaycanlıların kütləvi şəkildə məskunlaşdığı ölkələrdə eyni fəaliyyət sahəsində çalışan həmvətənlərimiz arasında əlaqələrin yaradılmasına səy göstərilir. Bu məqsədlə azərbaycanlı adamları, azərbaycanlı jurnalistlər, elm adamları, mədəniyyət xadimləri birliklərinin yaradılmasına çalışılır.

Təşkilatlanma işində qadınların da dəstəyindən istifadə edilir. Xarici ölkələrdə yaşayan azərbaycanlı qadınların diaspor quruculuğu işinə cəlb olunması, eləcə hazırda fəaliyyət göstərən diaspor təşkilatlarının nəzdində Qadınlar Şurasının yaradılmas üçün tədbirlər görülür.

Xaricdə yaşayan azərbaycanlılara ən çox tövsiyə edilən məsələlərdən biri koordinasiyadır. Bu məqsədlə bir ölkə daxilində ayrı-ayrılıqda fəaliyyət göstərən icma qurumların koordinasiya şuraları yaradılır, həmçinin diaspor təşkilatlarının qitələr üzrə birləşdirilməsi prosesinin davam etdirilir.

Etiraf edilməlidir ki, bu məsələ xüsusilə Fuad Muradov adıçəkilən komitənin sədri təyin ediləndən sonra daha da aktuallaşıb. Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunandan sonra dünyanın ayrı-ayrı ölkələrinə səfər edərək, həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirir, onların yaratdıqları diaspor təşkilatlarının bir-biriylə daha sıx, əlaqəli fəaliyyət göstərməsinə nail olunur. Son bir neçə ay ərzində Avropanın Almaniya, Fransa, İsveçrə kimi iri dövlətlərində Azərbaycanlıların Koordinasiya şuralarının yaradılması dediklərimizə əyani sübutdur. Qeyd edək ki, yarandıqları qısa müddət ərzində adıçəkidən şuraların fəaliyyətində canlanma müşahidə olunur.

Azərbaycanlıların Koordinasiya şuralarının formalaşdıran soydaşlarımız bu qurumların yaranması ilə Azərbaycan diasporunda yeni mərhələnin başlandığını etiraf edirlər. Soydaşlarımız bu şuraları Azərbaycan diasporunun həmrəylik nümayiş etdirməsi, yeni metodlardan istifadə etməsi dövrü adlandırarırlar. Bildirirlər ki, Avropada yeni metodların diasporda istifadə olunması artıq nəticə etibarilə özünü büruzə verməkdədir.

Xaricdəki azərbaycanlılar Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropanın bir sıra ölkələrində həmvətənlərimizlə etdiyi son görüşlər, müzakirələr alınan qərarların ciddi canlanmaya səbəb olduğu qənaətindədirlər. Onların fikrincə, bu, indi lobbiçiliyin dirçəlməsində özünü göstərir. Xaricdə yaşayan azərbaycanlılar əmindirlər ki, diaspor sahəsində tətbiq edilən yeni metodlar lobbiçiliyi sürətləndirəcək. Gənclərimizin yerli partiyalara üzv olmasının aktual məsələyə çevrildiyini gündəmdə olduğunu deyən soydaşlarımıza görə, əsas inteqrasiyanın güclü olmasıdır. Əks halda, lobbiçilik zəig inkişaf edər.

Yuxarıda da qeyd etdiyimiz kimi, artıq Almaniyada, Fransada, İsveçrədə Azərbaycanlıların Koordinasiya şuraları yaradılıb. Bu istiqamətdə görülən işlərsə davam edir. Belə ki, bugündərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin iştirakıyla Avropada da bir koordinasiya şurası formalaşdırılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "Ekspress"ə verilən məlumata görə, nümayəndə heyətinin səfəri Haaqa şəhərində Azərbaycan səfirliyinin binasında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsinin qoyulması ilə başlanıb. Daha sonra nümayəndə heyəti Hollandiya Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında iştirak edib. Təsis yığıncağında səfirliyin nümayəndələri, təşkilat rəhbərləri, azərbaycanlı gənclər digər qonaqlar iştirak edib.

Koordinasiya Şurasının yaradılması təşəbbüsünü müsbət dəyərləndirən Dövlət Komitəsinin sədri Azərbaycan diasporunun yeni inkişaf istiqamətləri ilə bağlı məlumat verərək bildirib ki, diasporun qarşısında duran ən başlıca məsələ təşkilatların birgə fəaliyyətinə nail olmaq, diaspor fəaliyyətini koordinasiya etməkdir. Avropanın bir sıra ölkələrində, diaspor təşkilatları tərəfindən, artıq Koordinasiya Şuralarının formalaşdırıldığını xatırladan Komitə rəhbəri qeyd edib ki, yalnız koordinasiya olunan birgə fəaliyyət, təşkilatların bir-biri Dövlət Komitəsi ilə sıx əməkdaşlığı nəticəsində hədəflərə çatmaq mümkündür.

Eyni zamanda, qeyd edilib ki, Dövlət Komitəsi birgə, kollegial qərarlara daha çox üstünlük verəcək.

Diaspor təmsilçiləri müasir dövrdə təşkilatlar arasında əməkdaşlığın vacibliyini vurğulayaraq, vahid şurada birləşmək gələcək perspektivlərlə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, xaricdə yaşayan soydaşlarımız azərbaycançılıq ideyaları ətrafında birləşməli, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm addımlar atmalıdır.

Tədbir iştirakçıları Müvafiq Koordinasiya Şurasının yaradılması koordinatorun seçilməsi ilə bağlı təkliflər səsləndirilib.

Toplantıda çıxış edən Hollandiya Belçikadakı diaspor təmsilçiləri müasir dövrdə təşkilatlar arasında əməkdaşlığın vacibliyini vurğulayaraq vahid şurada birləşmək gələcək perspektivlərlə bağlı öz fikirlərini bildirib.

Daha sonra Elsəvər Məmmədov Beneluks Azərbaycanlıları Konqresinin (BAK) sədri seçilib.

Avropa Birliyində yeganı Azərbaycan dilində yayım hüququ olan "Xudafərin" jurnalının baş redaktoru Elman Mustafazadə isə saxta cəmiyyət rəhbərlərinin milli maraqlara vurduğu zərərlərdən, Avropada yaşayan həmyerlilərimizin beynəlxalq qurumlar qarşısında passiv fəaliyyətindən, ziyalı gənclərlə son illər ərzində yaranan zəif əməkdaşlıqdan söz açıb.

Elman Mustafazadə, eyni zamanda Avropa Rusiyada Azərbaycan diasporunun rastlaşdığı çətinikləri diqqətə çatıdırıb. "Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbəri Fuad Muradovla görüşüm zamanı o, məndə səmimi, işgüzar, bacarıqlı vətənsevər bir insan təsiri yaratdı" deyən Mustafazadə bildirib ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsi gəncləşib. "Gənclik isə sağlam düşüncə enerji mənbəyi deməkdir".

Beləliklə, görüşdə Hollandiya-Belçika Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib. Yığıncaqda "EuroAzNL" təşkilatının rəhbəri Emil Əliyev "Ana vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva (Gündoğdu) Koordinasiya Şurasının əlaqələndiriciləri seçilib.

Yeri gəlmişkən, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropada müxtəlif görüşlər keçirir. Səfər çərçivəsində nümayəndə heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub faciə qurbanlarının xatirəsi yad edilib.

Daha sonra, Beynəlxalq Miqrasiya Təşkilatının Hollandiya nümayəndəliyinin rəhbəri Antonio Polosa ilə görüş keçirilib.

Görüş zamanı, miqrasiya diaspor məsələlərinin müzakirə edildiyi görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri müasir dövrdə miqrasiya proseslərinin qaçılmaz olduğunu diaspor hərəkatının əsas tərkibində miqrantların xüsusi yer tutduğunu bildirib. Eyni zamanda, qeyd edib ki, miqrantların dəqiq bir statistikasının olması da vacibdir.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi isə, öz növbəsində, miqrasiyanın ciddi bir proses olduğunu, miqrantların həyatı, sayının müəyyən edilməsi s. istiqamətlərdə əməkdaşlığın zəruriliyini qeyd edib. Bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatı bu məsələlərlə bağlı əməkdaşlığa hazırdır.

Sonda Təşkilatın Hollandiya nümayəndəliyinə xatirə hədiyyələri təqdim edilib.

Murad MƏMMƏDLİ

Ekspress  2018.- 6 noyabr.- S.10.