Xaricdə yaşayan azərbaycanlıların müraciəti elektron qaydada aparılır

Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün elektron xidmət göstərir. 2013-cü ildən göstərilməsinə başlanılan xidmət "Xaricdə yaşayan azərbaycanlıların elektron müraciəti" adlanır.

Xidmətin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının pozulması hallarının vaxtında aşkar edilməsi, habelə diaspor təşkilatları tərəfindən ölkəmizlə bağlı həqiqətlərin təbliği, milli-mədəni irsimizin tanıdılması üçün imkanların asanlaşdıırlmasıdır. Elektron xidmət vasitəsilə soydaşlarımızla Komitə arasında birbaşadaha rahat əlaqə qurulur. Bu xidmətin köməkliyi ilə xaricdə yaşayan azərbaycanlıların diaspor quruculuğu ilə bağlı hazırlanan layihələrdən ətraflı, vaxtında və birinci mənbədən məlumat almaq imkanı yaranır.

Elektron xidmətin effektivliyini artırmaq məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi "Elektron hökumət" portalına da qoşulub.

2015-ci ildə Komitə xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlament qəbul edib.

Elektron xidmətin məzmunu xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının, diaspor təşkilatlarının, eləcə də Azərbaycan vətəndaşı olmayan azərbaycanlıların ərizə, şikayət və təkliflərinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən elektron qaydada qəbulu, araşdırılması və cavablandırılmasını əhatə edir.

Elektron xidmətin icra müddəti maksimu 30 gündür. Müraciətə "Vətəndaşların müraciətləri haqqında" Qanunun tələbləri nəzərə alınmaqla ən geci 15 günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 günü müddətində baxılır. Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə müraciətə baxılması müddəti müraciətə baxan orqan tərəfindən ən çoxu 30 günü uzadıla bilər və bu barədə müraciət edən şəxsə məlumat verilir.

Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 günü ərzində baxılır. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılır

Komitənin qərarına görə xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının, diaspor təşkilatlarının, eləcə də Azərbaycan vətəndaşı olmayan azərbaycanlıların müraciətləri elektron formada qəbul edilir və cavablandırılır.

Elektron xidmət ödənişsizdir. Elektron xidmətdən istifadə edilməsi üçün hər hansı sənəd tələb olunmur. Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

Elektron xidmətdən istifadə üçün www.diaspora.gov.azya www.e-gov.az portalına daxil olmaq lazımdır.

İstifadəçi elektron ünvanlardan birinə daxil olaraq elektron xidməti seçir, açılan səhifədə fiziki şəxslər - ad, soyad, ata adı, vətəndaşlıq, doğum yeritarixi, ünvan, əlaqə məlumatları (telefon nömrələri, e-mail), hüquqi şəxslər (diaspor təşkilatı) isə təşkilatın adı, yerləşdiyi ölkə, hüquqi ünvanı, əlaqə məlumatları (telefonfaks nömrələri, e-mail) barədə məlumatları daxil etməklə müraciəti sərbəst formada doldurduqdan sonra elektron imza ilə təsdiq edib müvafiq elektron ünvana göndərir.

Sorğu elektron ünvanlardan birinə daxil olduğu gün Komitənin Hüquq təminatı, ümumikadrlar şöbəsi tərəfindən qeydiyyata alınır və istifadəçinin elektron poçt ünvanına müraciətin daxil olması barədə bildiriş göndərilir.

Məlumatlar düzgün daxil edilmədikdə sorğu Komitə tərəfindən qəbul edilmirona baxılmır.

Sorğunun icrası üçün həmin sorğuda qeyd olunan məsələyə aidiyyəti olan struktur bölmənin rəhbəri və ya onu əvəz edən şəxs məsuliyyət daşıyır.

Hüquq təminatı, ümumikadrlar şöbəsi tərəfindən sorğu qeydiyyata alındıqdan sonraicra edilməsi üçün Komitənin aidiyyəti şöbələrinə göndərilir. Sorğu aidiyyəti şöbə tərəfindən normativ hüquqi aktlara uyğun olaraq qeyd edilən müddətlər nəzərə alınmaqla araşdırılır və zərurət yarandıqda aidiyyəti qurumlara əlavə sorğular göndərilir. Sorğuya baxılmaq üçün əlavə materiallar tələb etmək, aidiyyəti üzrə sorğu göndərmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda ona baxılma müddəti ən çoxu 30 günü uzadılır və bu barədə istifadəçiyə məlumat verilir.

Sorğunun araşdırılması nəticəsində hazırlanan cavab elektron formada istifadəçiyə göndərilir. Cavab istifadəçinin istəyindən asılı olaraq poçt rabitəsi vasitəsilə də təqdim oluna bilər. Müraciət baxılmamış saxlanıldıqda bu barədə istifadəçiyə məlumat verilir.

İstifadəçi tərəfindən təqdim edilən sorğunun qəbul edilməsi və cavablandırılması barədə istifadəçinin elektron poçt ünvanına məlumat göndərilir.

Reqlamentə əsasən elektron xidmətin yerinə yetirilməsinə nəzarət Komitənin hüquq təminatı, ümumikadrlar şöbəsi həyata keçirir. Nəzarət məqsədilə kargüzarlıq və daxil olan müraciətlərin avtomatlaşdırılmış recimdə mütəmadi monitorinqi aparılır.

Elektron xidmətdən istifadə edən şəxslər göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqanaya məhkəməyə şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Komitənin poçt ünvanına, elektron şikayət isə həm Komitənin, həm də elektron-hökümət portalının e-poçt ünvanına göndərilir.

Xaricdə yaşayan azərbaycanlıların elektron müraciətinə Xarici İşlər Nazirliyi tərəfindən də baxıla bilər. Əgər müraciətin məzmunu Komitənin fəaliyyət istiqamətləri ilə bağlı deyilsə o halda Xarici İşlər Nazirliyi məsələni öyrənir. Bu xidmət xaricdə yaşayan azərbaycanlıların Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə dair müraciətlərinə baxılmasını, araşdırılmasını və cavablandırılmasını əhatə edir.

Qanunvericilikdə digər hallar nəzərdə tutulmadığı təqdirdə, Xarici İşlər Nazirliyinə daxil olan müraciətə 1 ay ərzində baxılır.

Qeyd edək ki, Komitə tərəfindən göstərilən xidmət müasir dövrün əsas tələblərindən biridir. Elektron münasibətlərin, əlaqələrin həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyi indiki zamanda elekton xidmətlər sistemindən faydalanmaq önəmlidir.

Buna görə də informasiya kommunikasiya texnologiyalarından istifadə imkanları artırılacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahid İsmayıloğlu azxeber.com-a müsahibəsində qeyd edib ki, Dövlət Komitəsinin İKT infrastrukturunun əsas qismi yenidən qurulubbu istiqamətdə bir çox ideyaları reallaşdırılır: "Diaspor quruculuğu istimətində ideyalar boldur, Dövlət Komitəsinin məşğul olduğu obyektlər və hədəflər isə ölkə hüdudularından xeyili uzaqdadır və sayı milyonlarladır. Buna görə də İKT-nin imkanlarından maksimum səviyyədə yararlanmalıyıq, daha dəqiq desəm, bu artıq çoxdan zərurətə çevrilib.

Dövlət Komitəsinin rəsmi internet saytını yeni tərtibatda, üç dildə istifadəyə verdik. Ən əsası sayt mütəmadi olaraq, üç dildə yenilənir, məzmunu günbəgün zənginləşir. Saytın təhlükəsizliyi maksimum səviyyədə təmin edilib, çünki düşmənin gözü daim bu məzmunlu vebsaytların üzərində olur. Statistik göstəricilər nəzərə alınmaqla saytın mobil və digər qurğuları dəstəkləməsi təmin edilib. Sayt sosial şəbəkələr ilə tamamilə inteqrasiya edilib və həm vebsayt üzrə, həm də ayrıca sosial şəbəkələr üzrə əhatəli analitik hesabatların qeydiyyatı aparılır".

O qeyd edib ki, diasporamap.com inforqrafik xəritə patforması istifadəyə verilib, burada müxtəlif ölkələrdəki diaspor təşkilatları və tanınmış azərbaycanlıları ölkələr üzrə toplanıb.

C.İsmayıloğlu vurğulayıb ki, multimedia mehsullarının sayını artırmaqla Dövlət Komitəsi haqqında informasiya boşluğunu doldurmaq mümkün olub: "Videoinforqrafik çarxlar, slayd və təqdimat xarakterli informasiyalar saytımızın və sosial şəbəkələrin köməyi ilə geniş ictimaiyyətə çatdırıldı.

Müasir dövrün tələbinə uyğun olaraq sosial şəbəkələrə - əsasən facebook, twitter, youtube-a diqqət artırılıb. Xüsusilə sosial şəbəkələr üçün müxtəlif rubrikalar üzrə hazırlanmış multimedia materialları və rəsmi vebsaytın informasiya paylaşımları hesabına izləyicilərin sayında böyük artım olduproses sürətlə davam etməkdədir.

Bütün bu proseslərin nəticəsi olaraq Dövlət Komitəsinin rəsmi saytının əlaqə bölməsinə, e-poçtuna, sosial şəbəkə hesablarının mesaclar qutusuna, dünyanın dörd bir yanından ünvanlanan məktubların sayı təbii olaraq artdı, bütün məktublar cavablandırılır və aidiyyatı üzrə istiqamətləndirilir".

O qeyd edib ki, diaspor təşkilatlarına onların elektronsosial mediada işini gücləndirmək məqsədilə informasiya-kommunikasiya texnologiyaları sahəsində tam ödənişsiz texniki dəstək təklif edilir: "Diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstərəcəyik. Bu dəstəyə ehtiyacı olanondan yararlanmaq istəyən diaspor təşkilatları www.diaspor.org ünvanına daxil olub qeydiyyat formasını doldurmaqla onlayn qaydada müraciət etməlidir. Qeyd edim ki, bütün təşkilatların saytları www.diaspor.org domeninin subdomeni altında - vahid mərkəzdə toplanacaq. Bir daha vurğulayaq ki, diaspor təşkilatlarına təklif edilən bu xidmət tam ödənişsiz həyata keçiriləcək və bütün diaspor təşkilatlarının ondan yararlanması mümkün olacaq".

Vasif CƏFƏROV

Ekspress  2018.- 9-12 noyabr.- S.10.