Müstəqillik dövründə
diaspor və lobbiçilik
siyasəti
1920-ci Xalq Cümhuriyyətinin süqutu və onun qurucuları və tərəfdarlarının ciddi təzyiqlərə məruz qalması azərbaycanlıların kütləvi miqrasiyası dövrü kimi tarixə düşüb. Əslində bu proses xarakter etibarı ilə daha çox siyasi mahiyyət kəsb edir.
Tarixçi-alim Xaləddin İbrahimli qeyd edir ki, bütövlükdə
1920-ci ildən sonra ayrı-ayrı
dövrlərdə Azərbaycandan mühacirətə gedənləri
dörd qismə bölmək olar: "Birinci
qismə hələ 27 apreldən əvvəl H.Ağayevin
rəhbərliyi ilə Tiflisə, Ə.M.Topçubaşovun
rəhbərliyi ilə Parisə göndərilən nümayəndə
heyətləri, eyni zamanda,
ADR dövründə təhsil almaq üçün Avropaya
göndərilən 80-ə yaxın tələbə, ikinci qismə 27 aprel işğalı ərəfəsində
və ondan az sonra ölkəni tərk edənlər, üçüncü qismə II Dünya müharibəsi başlayana
qədər təqiblərdən, repressiyalardan
yayınanlar, sürgündən, həbsxanadan qaçanlar,
dördüncü qismə isə II Dünya müharibəsində əsir düşən
və könüllü olaraq
almanların tərəfinə keçənlərdən, vətənə
qayıtmaqdan imtina edib
xaricdə qalanlar daxil
idi".
Onu da qeyd edək ki, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi kimi məfhumlar ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra dövlət siyasətində xüsusi yer tutmağa başladı. O, çox gözəl başa düşürdü ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında yalnız rəsmi diplomatik üsullarla kifayətlənmək mümkün deyil.
Ulu öndər eyni zamanda görürdü
ki, Dağlıq Qarabağ
kimi ciddi bir problemi olan
dövlətin işğalçı Ermənistana qarşı
mübarizənin tribunalara aparılması
yollarından biri də lobbiçilik
və diaspor fəaliyyətidir.
1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlıları arasında birliyin daha da möhkəmləndirilməsinin əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Naxçıvan Ali Məclisində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Təklif yekdilliklə qəbul olundu və Azərbaycan Ali Sovetinə də eyni addımın atılması tövsiyə edildi. Bundan başqa, Heydər Əliyev ilk dəfə olaraq 1997-ci ilin martında Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsində xaricdə yaşayan soydaşlarımızla əlaqələr üzrə sektoru da yaratdı. Daha sonra isə dünya azərbaycanlılarının birlik və həmrəyliyini təmin etmək məqsədilə 2001-ci il mayın 21-də Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında sərəncam imzalandı.
2003-cü ildə prezident seçilən İlham Əliyev də diaspor və lobbiçilik məsələsinə xüsusi önəm verdi. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini müvəffəqiyyətlə davam etdirdi.
Ekspertlərin fikrincə, Azərbaycan
diasporunun ötən dövrdə qazandığı
ən mühüm nailiyyətlərdən
biri də dünyanın müxtəlif
ölkələrində fəaliyyət göstərən türk diaspor təşkilatları
ilə səmərəli əməkdaşlıq əlaqələri
qurmasıdır. Bu əlaqələr
hər iki ölkənin problemlərinin,
xüsusilə Azərbaycan həqiqətlərinin daha effektiv təbliğinə
imkan yaradır ("diaspora.az").
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirir ki, Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək: "Müasir dövrdə qələbələr tək hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bu sahədə malik olduğumuz vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Ona görə də Azərbaycan diasporu, o cümlədən Avropadakı icmalar öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin analoji təşkilatları ilə əlaqələrini gücləndirməlidirlər. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatların, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırılması, mədəniyyətimizin təbliği və başqa istiqamətlərdə yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xalqımız öz qəddini düzəltdi, daxili potensialına güvənərək güclü və müasir dövlət qurdu. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti tam özünü doğrultdu. Bura beynəlxalq səviyyəli mötəbər məclislərdə dövlət başçısının cəsarətli çıxışlarını da əlavə etsək, onda ölkəmizin yüksək reytinq qazanmasının təsadüfi olmadığı bir daha üzə çıxacaq. Təbii ki, bura diaspor təşkilatlarının son illər kifayət qədər aktivləşməsi faktorunu da əlavə etmək olar".
Ekspertlərə görə, Azərbaycanda keçirilən beynəlxalq mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar dünya ilə mədəni əlaqələrimizin gələcək inkişafı üçün geniş perspektivlər açır. Bu baxımdan da ölkəmizə müxtəlif ölkələrin keçmiş və fəaliyyətdə olan dövlət və hökumət başçıları, alimləri, ictimai, siyasi və mədəniyyət xadimlərinin gəlişi lobbiçiliyin ən üst səviyyəli tərkib hissələrindən biridir. Bundan başqa, Azərbaycan diasporunun ölkəmizin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər nəticəsində dünyanın əksər ölkələrində görkəmli elm və mədəniyyət xadimlərimiz barədə dolğun fikir formalaşıb, onların əsərləri geniş təbliğ edilib.Bu cəhətdən Fransa ilə əlaqələrin inkişafı daha təqdirəlayiqdir. "Araz" Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası 2006-cı ildə Parisdə təsis edilib. Assosiasiyanın əsas məqsədi mədəni tədbirlər və xeyriyyə aksiyaları təşkil etmək, Fransada fəaliyyət göstərən başqa mədəni və dini icmalarla sıx əlaqələr qurmaqdır. Təşkil olunmuş tədbirlər zamanı Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi, Dağlıq Qarabağ munaqişəsi və Fransada məskunlaşmış azərbaycanlılarla bağlı ətraflı məlumat verilir və əvvəlcədən hazırlanmış filmlər nümayiş etdirilir.
Yeri gəlmişkən, Niderlandın Amsterdam şəhərində Azərbaycan dilinin tədris ediləcəyi məktəb mövcuddur. Hər bazar günü 4 saat Azərbaycan dilinin tədris olunduğu məktəbdə bu ölkədə yaşayan azərbaycanlı uşaqlarla yanaşı, İraq türkmanlarının balaları da ana dilimizi öyrənirlər. Digər 2 saat ərzində isə yaşlılara bu dil tədris edilir. Benilüks Azərbaycanlıları Konqresinin xüsusi səyi sayəsində açılmış məktəb ilk vaxtlar qurumda təmsil olunan Türkman Federasiyasının Amsterdamdakı qərargahında fəaliyyət göstərib. Bunlar diaspor təşkilatlarının fəaliyyətinin nəticəsidir.
Ekspertlər qeyd edirlər ki, dünya ölkələrində yaşayan azsaylı xalqların keçirdiyi beynəlxalq festivallarda azərbaycançılıq ideyaları layiqli şəkildə təbliğ olunur (preslib.az).Xatırladaq ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb. 2018-2019-cu tədris ilinin başlanması münasibəti ilə keçirilən açılış mərasimində universitetin rektoru Pen Lon bildirib ki, 90-dan çox xarici dilin tədris olunduğu PXDU-da bu ildən 10-a yaxın yeni dil, o cümlədən Azərbaycan dili ixtisas kimi tədris olunacaq.
Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan dili ixtisası üzrə universitetə qəbul olunan gənclərlə görüşərək, onların gələcəkdə iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığa töhfə verəcəklərinə əminliyini bildirib. Diplomat dövlətimizin Azərbaycan dilinin tədrisi ilə bağlı universitetə hər cür dəstək göstərməyə hazır olduğunu deyib: "PXDU-da Azərbaycan dilinin ikinci dil kimi tədrisinə ötən ilin ikinci semestrdən başlanılıb. Ötən müddətdə 42 tələbə Azərbaycan dili dərslərində iştirak edib. Əsasən Çin Xarici İşlər Nazirliyi və ölkənin digər dövlət qurumları üçün kadrların hazırlanması ilə məşğul olan Pekin Xarici Dillər Universitetinin 87 ölkədən 451 təhsil ocağı ilə müxtəlif səviyyələrdə əlaqələri mövcuddur. Bu ilin aprelində universitetin rektoru Pen Lonun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edərək, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, müəllim və tələbə mübadiləsinin təşkili, birgə kadr hazırlığı məsələlərini müzakirə edib" (diaspornews.az).
Polşada Azərbaycan Gənclər Şurasının sədri Nail Əhməd bildirir ki, digər Avropa ölkələri ilə müqayisədə Polşada yaşayan azərbaycanlıların sayı azdır: "İllər öncə deyə bilərdik ki, tələbələr çoxluq təşkil edir. Elə indi də çoxluq təşkil edir. Amma bununla paralel, işçilər tələbələrdən qat-qat çoxdur. Bunun da səbəbi Polşada əmək miqrantlarına olan ehtiyacdır. Hər bir halda bizim çoxalmağımız güclənməyimizə gətirib çıxarır. Onu da qeyd edim ki, Polşada digər Avropa ölkələrinə nisbətən təhsil haqqı azdır, yaşam xərcləri çox ucuzdur. Bundan başqa, kifayət qədər güclü təhsil verən bir ölkədir. Bilirik ki, Avropanın ən qədim universitetlərindən biri olan Yaqulen Universiteti Polşanın Krakov şəhərində yerləşir. Bu baxımdan Polşada, xaricdə təhsil almaq istəyən gənclərə Polşa daha çox qapı açmaqda, həm də daha uyğun olmaqdadır. Həm maddi məsələdə, həm də Polşanın dövlət olaraq Azərbaycana, polyakların azərbaycanlılara münasibətində xeyli müsbət cəhətlər var. Hər bir halda Polşa xaricdə təhsil almaq istəyən gənclərin bir unikal variantı kimi seçilib" ("Trend").
Bir müddət öncə Polşadakı məşhur turizm şirkətlərindən birinin Qarabağa tur təşkil etdiyini xatırladan N.Əhmədin sözlərinə görə, 245 nəfərli turda yazılır ki, haralar gəziləcək, hansı yerlərə gediləcək. "Biz bu şirkətin Facebook, Tvitter səhifələrinə şikayət etdik, Polşanın Bakıdakı səfirliyinə, Polşadakı Azərbaycan səfirliyinə bu barədə məlumat verdim. 48 saat ərzində biz o turu ləğv etməyə nail olduq. Onlar bizim o təzyiqlərdən o qədər narahat oldular ki, bizim səfirliyə email vasitəsilə müraciət etdilər. Müraciətdə də yazdılar ki, biz azərbaycanlıların etiraz və təzyiqi nəticəsində o turu ləğv etdik. Çünki biz qətnamələri çıxarmışdıq, etirazımızı hüquqi yollarla da əsaslandırmışdıq. Çox rahat şəkildə də o turu ləğv etdirdik. Bundan sonra kimlərsə yenə eyni addımı atmağa çalışanda biz buna etirazımızı bildiririk. Çalışırıq ki, Qarabağa belə səfərlərin qarşısını alaq. Çünki Qarabağ bizim tarixi torpaqlarımızdır. Bu baxımdan bu cür səfərlərin təşklinə etiraz etmək bizim vətəndaşlıq borcumuzdur".
Rəşid
RƏŞAD
Ekspress 2018.- 14 noyabr.- S.10.