Amerika azərbaycanlıları
fəallaşır
Xəbər verildiyi kimi, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə
heyəti ABŞ-da səfərdədir. Nümayəndə heyəti səfər
çərçivəsində bir sıra görüşlər
keçirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən
məlumata görə,
nümayəndə heyətinin
Los-Ancelesə səfəri
çərçivəsində Meksikanın Los-Ancelesdəki
Baş konsulu Carlos
Eugenio Garcia de Alba Zepeda ilə görüş keçirilib. Görüşdə Azərbaycan dövlətinin
diaspor siyasəti, Dövlət Komitəsinin
fəaliyyəti, Azərbaycan
Diasporuna Dəstək
Fondu haqqında məlumat verilib. Eyni zamanda, ABŞ-dakı Meksika diasporunun tarixi, inkişaf prosesi, problemləri müzakirə olunub, bu ölkədəki Azərbaycan və Meksika diasporunun birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin növbəti görüşü San Dieqo-Bakı
Dostluq Assosiasiyasının
icraçı direktoru
Martin Kruminq ilə baş tutub. Görüşdə Kaliforniyanın ən böyük şəhərlərindən
biri olan San Dieqo ilə əməkdaşlığın zəruriliyi vurğulanıb.
Tərəflər ABŞ-da Azərbaycan
mədəniyyətinin tanıdılması
və həqiqətlərinin
təbliği istiqamətində
daha çox işlərin görülməsi
üçün razılığa
gəlib.
Los-Anceles səfəri
çərçivəsində Koreya-Asiya icmasının
40 nəfər üzvü
ilə keçirilən
görüşdə Azərbaycanın
tolerantlıq modeli haqqında qısa metrajlı film nümayiş
etdirilib. Daha sonra Azərbaycanın
Asiya ölkələri,
xüsusilə Koreya ilə əlaqələri,
Azərbaycanın turizm
potensialı və Azərbaycan diasporunun dünyadakı mövcud vəziyyəti qonaqların
diqqətinə çatdırılıb.
Azərbaycan haqqında sual-cavab
formatında baş tutan görüşün
sonunda hər iki icmanın nümayəndələri Kaliforniyada
öz qüvvələrini
birləşdirib daha sıx əməkdaşlıq
etməyi qərara alıb.
Bundan başqa, Şimali Amerika Yəhudi Federasiyalarının İdarə
Heyətinin sabiq sədri (2017-18), Milken Ailə
Fondunun vitse-prezidenti, Kaliforniya Berkli Universiteti Fondunun İdarə Heyətinin üzvü Richard Sandler ilə
də görüş
olub. Görüşün
əsas mövzusunu Azərbaycan və Yəhudi icmaları, eləcə də Azərbaycan-İsrail arasındakı
əlaqələr, Azərbaycan
Diasporuna Dəstək
Fondu ilə Milken Fondu arasında əməkdaşlıq perspektivləri
müzakirəsi təşkil
edib.
Diasporla
İş üzrə
Dövlət Komitəsinin
nümayəndə heyəti
Azərbaycanın Los-Ancelesdəki
Baş Konsulluğunun
təşkilatçılığı və İran-Amerika Yəhudi Federasiyasının
ev sahibliyi
ilə keçirilən
tədbirə qatılıb.
Tədbirdə çıxış
edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan
və yəhudi xalqlarının dostluğu,
Azərbaycan-İsrail münasibətlərinin
tarixi barədə danışaraq, hər iki icmanın ABŞ-da əlaqələrinin möhkəmləndirilməsi və
maraqları naminə birgə fəaliyyətinin
vacibliyini vurğulayıb.
Nümayəndə heyəti Los-Ancelesdə Lənkəran Monterey Dostluq
Assosiasiyasının icraçı
direktoru Nensi Selfric ilə də görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Lənkəran
və ABŞ-ın Kaliforniya ştatının
Monterey şəhərlərinin qardaşlaşmasından söhbət
açılıb, Montereydə
ölkəmizin daha yaxşı təbliği
üçün həyata
keçirilən işlər
və perspektivlər müzakirə edilib.
Növbəti görüş Türkiyənin
Los-Anceles şəhərindəki
Baş konsulu Can Oğuzla olub. Azərbaycanın Los-Anceles şəhərindəki
Baş Konsulluğunda
keçirilən görüşdə
Kaliforniya ştatındakı
türk diaspor təşkilatlarının rəhbərləri
və fəalları da iştirak edib. Görüş zamanı Diasporla
İş üzrə
Dövlət Komitəsi
ilə Türkiyə Respublikasının Xaricdə
Yaşayan Türklər
və Əqraba İcmalar İdarəsiarasında
imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti
vurğulanıb. Azərbaycan və
türk diaspor təşkilatlarının əməkdaşlığının
daha peşəkar və effektli koordinasiya edilməsi məqsədilə birgə
fəaliyyət istiqamətləri
müzakirə edilib, diaspor fəaliyyətinə
strateji yanaşma nəzərdən keçirilib.
Dövlət Komitəsinin nümayəndə
heyəti daha bir görüşü Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin rəhbərləri
ilə keçirilib. Görüşdə
Yəhudi Komitəsinin
dünyanın müxtəlif
yerlərində, o cümlədən
ABŞ-da diasporla iş metodları, bu sahədəki mövcud çətinliklər,
uğurlar və gələcək planlardan
söhbət açılıb.
Yəhudi diasporunun təcrübəsinin
öyrənilməsi imkanları
və mexanizmləri müzakirə edilib.
ABŞ-da səfərdə olan Diasporla iş üzrə Dövlət Komitəsinin
nümayəndə heyəti
Kaliforniyada yaşayan soydaşlarımız və
diaspor təşkilatlarının
fəalları ilə
də görüşüb.
Görüşdə Azərbaycan dövlətinin
diaspor siyasətini və Dövlət Komitəsinin son 6 ayda gördüyü işləri
əks etdirən bir neçə videoçarx nümayiş
olunub. Sonra Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev görüş iştirakçılarını salamlayaraq, Kaliforniyadakı
Azərbaycan icması
və bu icma ilə əməkdaşlıq
haqqında məlumat verib. Bildirib ki, bu gün 1 milyondan çox erməninin yaşadığı Kaliforniyada
Azərbaycan icmasının
birgə fəaliyyət
göstərərək daha
da güclənməsi
böyük önəm
kəsb edir.
Nümayəndə heyətinin rəhbəri,
Dövlət Komitəsinin
sədri Fuad Muradov isə Azərbaycan dövlətinin
diaspor siyasətinin əsas istiqamətlərini,
gözləntilərini və
hədəflərini diqqətə
çatdırıb. Dövlət Komitəsinin rəhbəri,
eyni zamanda son 7 ayda Azərbaycan diaspor nümayəndələri
ilə görüşlər,
görülən işlər
barədə danışıb.
Azərbaycanlıların Koordinasiya Şuraları haqqında söz açan Dövlət Komitəsinin
sədri ayrı-ayrı
dövlətlərin diaspor
siyasəti ilə məşğul olan dövlət qurumları ilə əməkdaşlıq,
ölkəmizə dost xalqların
diaspor rəhbərləri
ilə görüşlər,
milli-mədəni irsimizin
və Azərbaycan həqiqətlərinin təbliği
istiqamətində görülən
işlər, eləcə
də Komitənin gələcək planları
barədə geniş
məlumat verib.
Görüş zamanı soydaşlarımızı
maraqlandırılan suallar
cavablandırılıb, onları
narahat edən məsələlər və
diaspor fəaliyyəti
ilə bağlıtəklifləri
dinlənilib. ABŞ-da
yaşayan həmyerlilərimizin
daha səmərəli
fəaliyyət istiqamətləri
müzakirə olunaraq
müvafiq razılaşmalar
əldə edilib.
Murad MƏMMƏDLİ
Ekspress.-2018.-17-19 noyabr.-S.10.