Diaspor quruculuğunun
müasir mərhələsi
Milli-mədəni özünəməxsusluq
və tarixi ənənələr
1991-1993-cü illərdə informasiya blokadasını
aradan qaldırmaq üçün Azərbaycan diasporunun imkanlarının
səfərbər edilməməsi və lobbi quruculuğu sahəsində
heç bir ciddi addımın atılmaması xarici siyasətdə
bir sıra problemlər yaratmaqdaydı. Böyük
siyasi xadim Heydər Əliyevin 1993-cü ilin yayında xalqın
tələbi ilə hakimiyyətə qayıdışı və
Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın
vahid ideologiya ətrafında birləşməsinə, onların
malik olduğu güclü potensialın milli problemlərin həllinə
yönəldilməsinə xidmət edən bir sıra tədbirlərin
həyata keçirilməsi bir başlanğıc rolunu oynayır.
"Hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir" deyən ulu öndərimiz
dünya azərbaycanlılarının müstəqil dövlətimiz
və vahid məqsəd ətrafında birləşdirilməsi
ideyasının müəllifidir. O, bütün dünyada yaşayan
soydaşlarımıza bu ideya ətrafında birləşməyi
təlqin edir və bildirirdi ki, azərbaycançılıq
öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafını təmin etməkdən
ibarətdir. Bundan başqa, xaricdə yaşayan
azərbaycanlıların birliyi və təşkilatlanması
məsələsini daim diqqət mərkəzində saxlayır,
Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına
böyük həssaslıqla yanaşırdı.
Heydər Əliyev öz uzaqgörənliyi və müdrikliyi
ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən,
müasir dövrdə hər bir dövlətin qüdrətinin
yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı
diaspor və lobbinin gücü ilə ölçüldüyünü
nəzərə alıb. Bu sahəyə xüsusi
diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi
nailiyyətlər qazanmaq, eyni zamanda, milli məsələlərin
beynəlxalq müstəviyə çıxarılmasına nail
olmaq mümkün deyil. Elə bu səbəbdən
də ulu öndərimizin təməlini qoyduğu siyasət
hazırda da uğurla davam etdirilir. Belə
ki, Azərbaycan hakimiyyəti dünya azərbaycanlılarının
həmrəyliyinə nail olmaq üçün üzərinə
düşən tarixi missiyanı məsuliyyətlə yerinə
yetirib. Bu da o deməkdir ki, Azərbaycanın milli bayramları
sırasına bir möhtəşəm tarix də əlavə
olunub: 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü.
Müstəqil Azərbaycan dövlətçiliyi
üçün əlamətdar olan bu günün - 31 Dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün
müəllifi də Heydər Əliyevdir. Bu tarix 1991-ci
ilin 16 dekabrından başlanır. Naxçıvan
Muxtar Respublikasında Ali Məclisin sədri vəzifəsində
çalışdığı vaxt ulu öndər dünyanın
bütün qütblərində yaşayan soydaşlarımızın
milli maraqlar ətrafında bir araya gələrək Azərbaycana
dəstək verməyə səsləyirdi. Elə bu məqsədlə
də Heydər Əliyev Naxçıvan Ali Məclisinin
1991-ci il tarixli iclasında dünya azərbaycanlılarına
üz tutdu, onları birliyə, həmrəyliyə, Azərbaycanın
köməyinə səslədi. Heydər Əliyev dünya
azərbaycanlılarına müraciətində deyirdi:
"Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan
azərbaycanlılar həmin ölkələrin vətəndaşları
kimi yaşasınlar. Ancaq heç vaxt öz milli
köklərini, milli mənsubiyyətlərini itirməsinlər.
Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir,
tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir...
Vətənini, millətini sevən hər bir azərbaycanlı
müstəqilliyimizin dönməzliyi üçün ciddi səy
göstərməli, vətənimizin, respublikamızın taleyi
hər bir soydaşımızın taleyi olmalıdır".
Azərbaycanlıların yaşadığı
bütün ölkələrdə əks-səda verən bu
çağırış azərbaycançılıq adlı
kamil bir ideologiyaya, müstəqil Azərbaycan dövlətinin
xilas yoluna çevrildi. Məhz ümummilli liderin təşəbbüsü
ilə Naxçıvan Ali Məclisi hər il 31 dekabrın
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
kimi qeyd edilməsi barədə qərar,çıxardı
("Trend").
Yeri gəlmişkən, xaricdəki Azərbaycan diaspor təşkilatlarının
yaranması tarixi ötən əsrin əvvələrinə
təsadüf etməsinə baxmayaraq, müasir mərhələdə
bu istiqamətdə canlanma 1988-ci ildən etibarən başlayıb. Ekspertlər
bildirirlər ki, belə təşkilatlanma prosesi 1993-cü ilə
qədər davam edib və həmin dövrdə bu işdə
Avropa ölkələrində yaşayan soydaşlarımız
fəallıq nümayiş etdirirdilər. Bir-birinin ardınca Avropa ölkələrində yaranan
təşkilatlar üç mərhələli sistem üzərində
fəaliyyət göstərirdilər. Burada
diqqəti çəkən əsas məqam yaranan bəzi təşkilatların
adlarında fərq olmasına baxmayaraq, onların bir şəxs
tərəfindən təsisi edilməsi idi. Belə təşkilatların yaranması isə eyni
sxem üzrə bir neçə təşkilatın fəaliyyət
göstərməsinə gətirib çıxarırdı.
O da qeyd
olunur ki, ilk olaraq Avropada bu illərdə ardıcıl yaranan təşkilatların
apardıqları işlər sırf mədəni xarekterli
idi.
Ekspert Zaur
Əliyev qeyd edir ki, Avrpopada bu illər ərzində yaranan təşkilatların
bir hissəsi sırf siyasi məqsədlər naminə təsis
edilmiş və onlar içərisində Azərbaycanın hər
iki tərəfinin azadlığına çalışan milli
qüvvələrlə yanaşı,
İran və sovet təsiri altında formalaşan satqınlar,
irançı, ruspərəst, fars-rus şovinizminə xidmət
edən qüvvələr fəallıq göstərirdilər:
"Milli qüvvələrin üzvlərinə qarşı
mübarizə aparmaq məqsədilə yaranan belə təşkilatlar
müstəqillik çıxışları səslənən
tədbirlərdə qalmaqal salmaqla, təşkil etdikləri mədəni
tədbirlədə üstünlüyü yalnız musiqi və
ədəbiyyata verirdilər. Bəzi təşkilatlar
isə iqtisadi maraqlar naminə təsis edilirdi. Belə təşkilatlar digərləri kimi konsert
proqramları təşkil etməklə yanaşı, İrana
və "yenidənqurma" dövrü yaşayan Azərbaycana
gediş-gəliş işlərini əllərində cəmləməyə
çalışırdılar. Gəlirli
sahə olduğundan bu təşkilatlara rəqib çıxan
başqa təşkilatlar da bu istiqamətdə işlər
aparmaq qərarına gəldikdə Avropada təşkilatlanma
prosesində ziddiyyətlər yarandı və təşkilatların
özləri bir neçə yerə parçalanmalı oldu.
Beləliklə, kiçik təşkilatların
federasiyalar və konqreslər şəkilində birləşdirilməsi
zərurəti meydana çıxdı. İlk
olaraq bu addımı Birləşmiş Ştatlarda məskunlaşmış
soydaşlarımız atdılar və Dünya Azərbaycanlıları
Konqresi (DAK) adlı qurumun təsis olunması prosesinə
başladılar. Adından göründüyü
kimi, ətrafında dünyanın müxtəlif bölgələrində
məskunlaşan azərbaycanlıları birləşdirən
bu qurumun 1997-ci ilin iyun ayının 27-29-u ABŞ-da keçirilən
ilk toplantı zamanı yaradılması diasporumuzun formalaşması
istiqamətində mühüm tarixi addım hesab olunur"
("Olaylar.az").
Xatırladaq ki, hazırda xarici ölkələrdə
425-ə qədər Azərbaycan diaspor təşkilatı fəaliyyət
göstərir. Dövlət başçısı diaspor
quruculuğu işini xüsusi diqqət mərkəzində
saxlayır ki, nəticə etibarilə də Azərbaycanda və
xaricdə böyük tədbirlər həyata keçirilir.
Dünya
Azərbaycanlılarının II Qurultayından sonra 102 diaspor
təşkilatının təsis edilməsi, 2011-ci il iyulun
5-də keçirilən Dünya Azərbaycanlılarının
III Qurultayından sonra ötən 1 il ərzində 10-a yaxın
yeni diaspor təşkilatının yaranması
və bu prosesin davam etməsi xüsusilə diqqəti çəkir.
Hazırda
Azərbaycan Respublikasının bu məsələlərlə
bağlı qarşısına qoyduğu bir neçə prioritet
istiqamətlər var:
1. Xarici
ölkələrdə fəaliyyət gösrtərən icma
və birliklərin vahid təşkilatda birləşdirilməsi
dünya azərbaycanlılarının ümumi birliyinin təməl
prinsiplərindəndir.
2. Azərbaycan
dövləti dünya azərbaycanlılarının birliyini,
mövcud iqtisadi və siyasi gerçəklikləri nəzərə
alaraq həyata keçirməyə çalışır.
3. Dünyada
azərbaycanlıların həmrəyliyi bütün Azərbaycan
xalqının ideoloji bütövlüyünü, milli birliyini
təmin edən əsas amildir və dövlət siyasətinin
prinsipial istiqamətlərindən biridir.
4. Tarixi Vətənlə əlaqələr məsələsi
dünya azərbaycanlılarının təşkilatlandırılmasının
ən mühüm prinsiplərindəndir.
5. Bütün
dünya azərbaycanlılarının birliyi milli mənafelər
və dövləti maraqlar kontekstində ortaya çıxan təbii
tarixi zərurət kimi qiymətləndirir.
6. Dünya
azəraycanlıları müstəqil Azərbaycan Respublikasının
beynəlxalq aləmlə münasibətlərinin inkişafında,
ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında iştirak etmək imkanına malik
ən fəal qüvvəyə çevrilməlidir.
7. Dünya
azərbaycanlılarının birliyi məsələsi - Azərbaycançılıq
ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul
edilir və bu sahədə həyata keçirilən bütün
tədbirlər məhz həmin amala əsaslanır.
8. Azərbaycan
dövləti bütün dünyada yaşayan azərbaycanlıların
siyasi istinadgahı kimi çıxış edir və hər
zaman onların qarşılaşdığı çətinliklərin
həllində yaxından iştirak etməyi özünün
ali məqsədlərindən biri kimi dəyərləndirir.
9. Azərbaycan
dövlətinin diqqət yetirdiyi digər bir mühüm istiqamət
soydaşlarımız arasında mənəvi-ideoloji birliyin
yaradılmasından, psixoloji maneələrin aradan qaldırılmasından
ibarətdir.
10. Azərbaycan
milli-mədəni özünəməxsusluğunun, tarixi ənənələrə
bağlılığını qorunub saxlanılması diaspor
quruculuğunun müasir mərhələsinin ən aktual məsələlərindən
biridir.
Ekspertlərə görə, Azərbaycan dövləti
dünyanın hansı ölkəsində yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlının problemləri
və qayğıları ilə maraqlanaraq, bu problemlərin həlli
yolunda yardım göstərməyə və soydaşlarımızın
hüquqlarını müdafiə etməyə daima hazırdır. Bundan başqa,
artıq demək olar ki, dünya azərbaycanlılarının
milli özünüdərk, müstəqil dövlətçilik
və milli-mənəvi dəyərlər ətrafında birləşməsi
prosesi başlayıb.
Demoqrafik
göstəricilərə görə, Azərbaycan diasporu
çox böyük diaspora hesab oluna bilər, çünki hər
beş nəfərdən biri mühacirətdə
yaşayır. Şimali Azərbaycan, Cənubi
Azərbaycan və Türkiyə Cumhuriyyətindən olan azərbaycanlı
mühacirlərin hesabına hazırda diasporumuz üç
amilli bir sistem kimi mövcuddur. Bu üç qol həmin
sistemdə müəyyən mənada bərabər şəkildə
və yanaşı mövcud olsalar da onların keyfiyyət
göstəriciləri də, diaspor olaraq təsiretmə
gücü, potensialı da həmin bu 3 elementin sözügedən
sistemdəki xüsusi rolu, çəkisi və yeri də fərqli
təsir bağışlayır (gumilev-center.az).
Bu 3 qanadı
ayrı-ayrılıqda təqribən aşağıdakı
kimi izah etmək olar:
- Şimali Azərbaycandan müxtəlif tarixi dövrlərdə
nizamsız və pərakəndə şəkildə əsasən
siyasi, sosial və iqtisadi səbəblərdən Qərbə
axın etmiş mühacirət etmiş soydaşlarımız.
- Cənubi Azərbaycandan siyasi və iqtisadi səbəblərdən
mühacirət etmiş son dərəcə problemli və ziddiyətli
bir qrup.
- Türkiyə Cumhuriyyətindən məqsədyönlü
şəkildə, planlaşdırılmış və icmalaşdırılmış
bir qrup həmvətənlərimiz.
Rəşid
RƏŞAD
Ekspress 2018.- 21 noyabr.- S.10.