Lobbiçilik
qanunla müəyyənləşdirilmiş
ölçülər çərçivəsində
Dünya azərbaycanlılarının birliyi, lobbiçilik, həmrəylik məfhumları ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra dövlət siyasətində xüsusi yer tutmağa başlayıb. O, çox gözəl başa düşürdü ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında yalnız rəsmi diplomatik üsullarla kifayətlənmək mümkün deyil. Bu baxımdan xarici ölkələrə səfərlərində vətəndən kənarda yaşayan soydaşlarımızla görüşərək onlara diaspor və lobbiçilik işində dəstək verməyə başladı.
2003-cü ildə prezident seçilən İlham Əliyev də diaspor və lobbiçilik məsləsinə xüsusi önəm verdi. Belə ki, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini müvəffəqiyyətlə davam etdirdi.
Ölkə başçısı Dünya Azərbaycanlılarının
IV Qurultayında diaspor rəhbərləri
qarşısında növbəti qurultaya qədər bu tələbləri
qoydu:
- Xaricdə yaşayan Azərbaycanlılar vətənləri
ilə əlaqəni kəsməsinlər və daim bura ilə
təmasda olsunlar.
- Xaricdəki azərbaycanlıla
yaşadıqları ölkələrdə daha da
böyük mövqelərə nail ola bilsinlər. O, ölkələrin
ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol
oynasınlar, çünki müxtəlif dövlət və
qanunvericilik orqanlarında lazımi səviyyədə təmsil
olunmurlar.
- Xaricdə
yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar.
- Xaricdəki azərbaycanlılar bu səfirliklər, nümayəndəliklər diaspor təşkilatları ilə daim əlaqə saxlamalıdırlar.
- Azərbaycan
diaspor təşkilatları xarici media qurumları ilə
lazımi səviyyədə iş qurmalı və bu istiqamətdə
işini daha da təkmilləşdirməlidir.
- Xaricdəki azərbaycanlılar yaşadıqları ölkələrin dilllərində saytlar yaratmalı və o saytlarda Azərbaycan naminə materialları verilməli, Azərbaycan həqiqətləri orada göstərilməlidir. Azərbaycan dilində və xarici dillərdə qəzetlər dərc edilməlidir ki, azərbaycanlılar, onların övladları oxusunlar, Ana dilini bilsinlər, həm də o ölkələrin ictimaiyyəti oxusun.
Ekspertlərin fikrincə, lobbiçilik əsasən hakimiyyətə müxtəlif üsullarla təsir etməklə iqtisadi, siyasi maraqların təmin olunması üçün əlverişli hüquqi zəmin yaratmaq, yaxud dövlət siyasətini istiqamətləndirməkməqsədi daşıyan fəaliyyətdir. Bu baxımdan da lobbizmə münasibət ziddiyyətlidir. Məsələn, bir çox ölkələrdə qanunverici orqanlarda və siyasi kursu müəyyən edən strukturlarda çalışan siyasətçilərə açıq və gizli yollarla təsir göstərmək cəhdləri daim baş verir. Bundan başqa, lobbiçilik fəaliyyətinə Qərbdə çox müxtəlif yanaşmalar mövcuddur və onu çox zaman korrupsiya ilə müqayisə edirlər. Lobbiçilik və korrupsiya arasındakı əsas fərq kimi sonuncunun qeyri-leqal olması göstərilir.
O da qeyd olunur ki, lobbiçilik heç də mövcud olduğu bütün ölkələrdə leqallaşdırılmayıb. Bir sıra Avropa dövlətlərində lobbiçiliyin geniş yayılmasına baxmayaraq, bu fəaliyyəti nizamlayan, lobbi təşkilatlarının qeydiyyata alınmasını zəruri edən hüquqi normalar müəyyənləşdirilməyib. Lobbizmi dəstəkləyənlər hesab edirlər ki, korrupsiya əsasən, qanunun aliliyinin təmin olunmadığı, geridə qalmış ölkələrdə özünü göstərir. Lobbiçilik isə daha sivil cəmiyyətlərə xas olub, legitim xarakter daşıyır (newtimes.az).
Xatırladaq ki, ABŞ-da "lobbiçilik" qanunla müəyyənləşdirilmiş ölçülər çərçivəsində fəaliyyət göstərir və bu fəaliyyəti tənzimləmək üçün 1946-cı ildə Federal Lobbi qanunu qəbul edilib. Həmin qanunda lobbiçinin kim olduğu müəyyənləşdirilir və onun maliyyə imkanları nəzarət altına alınırdı. Qanunda deyilir ki, Amerika Konqresindəki qanunlara təsir etməyə və ya müvafiq qanun çıxmasına çalışan, bunun üçün birbaşa və ya dolayı yolla pul və digər qiymətli əşyalar toplayan və ya əsl məqsədi bu olan şəxslər lobbiçi olaraq adlandırılır.
Ümumiyyətlə, lobbiçilik növlərinə görə iki yerə bölünür: Birbaşa lobbiçilik; İctimaiyyət arasında təşviqat aparılaraq qurulan lobbiçilik.
Ekspert Ceyhum Mahmudov bildirir ki, ABŞ-da lobbiçiliklə xususi maraqlı qruplar və etnik diaspora təşkilatlan məşğul olur: "Etnik diaspor təşkilatları ya özləri birbaşa olaraq bu işlə məşğul olur, ya da ixtisaslaşdırılmış lobbi şirkətləri vasitəsi ilə öz fəaliyyətlərini həyata keçirirlər. Özəl lobbi şirkətləri çox bahalı olduğu üçün adətən etnik biznes təşkilatları bu işi özləri həyata keçirməyə üstünlük verirlər. Lobbilər öz məqsədlərinə çatmaq üçün bir çox üsuldan istifadə edirlər. Bu üsullardan üz-üzə görüşmə, konqresin komitələrinin iclaslarında iştirak etmə, məktub göndərmə, ictimaiyyətlə əlaqələr kampaniyalarının keçirilməsi, lobbilər arası əməkdaşlıq və koalisiyalann qurulması, namizədin seçki kompaniyasına pul yardımı göstərilməsi və s. daxildir. Üz-üzə görüşmə ən təsirli üsullardan biridir. Bu zaman lobbiçi konqresin üzvü və ya başqa bir bürokratla birbaşa ünsiyyətə keçir, bacardığı qədər təsir etməyə çalışır. Bu üsuldan istifadə edərkən lobbiçinin şəxsi keyfiyyəti çox əhəmiyyətli rol oynayır. Hər hansısa bir seçici qrupunun birbaşa olaraq əlaqədar şəxsə məktub yazması çox təsirli ola bilər. Adətən seçicilərdən asılı olan şəxslər bu məzmunda olan məktublara çox ciddi yanaşırlar. Mümkün qədər məktubda göstərilən tələbi yerinə yetirməyə çahşırlar. Lobbi qrupları bəzi xüsusiyyətlərinə görə bir-birindən güclü və ya zəif ola bilərlər. Təcrübə göstərir ki, maraqlar üst-üstə düşdüyü zaman zəif lobbilər güclü lobbilərin imkanlarından geniş istifadə edir" (olaylar.az).
Fəlsəfə elmləri doktoru Zaur Əliyev qeyd edir ki, hazırda Azərbaycan güclü bir dövlət olaraq dünyada öz sözünü deməyə başlayıb: "Amerika və Avropa cəmiyyəti hazırda lobbiçilik fəaliyyətindən xüsusilə yararlanırlar. Ən çox da ABŞ. Məsələn, ölkəmiz haqqında hər hansı bir qanun qəbul edilə, qətnamə çıxarıla bilər. Azərbaycan bu kimi hallarda qəbul
ediləcək qərara təsir edə bilmir. Lakin bunun əksinə
olaraq, ermənilər güclü təsir imkanlarına
sahibdirlər. "Erməni soyqırımı" məsələsinin
zaman-zaman Qərbin ali məclislərində
gündəmə gətirilməsinin şahidi olmuşuq. BMT-də Azərbaycanın torpaqlarının
işğal olunması ilə bağlı 4 qətnamə qəbul
olunub. Lakin bu qətnamələrin hazırkı
status-kvonun dəyişməsinə hər hansı təsiri
hiss edilmədi. Əgər bizdə
lobbiçilik məsələsi həllini tapsaydı, ermənilərin
həmin qətnamələri icra etmədiklərini
dünyanın diqqətinə çatdırmaq mümkün
olardı. Bu gün Avropa Məhkəmələri
erməni qaçqınlarının onlara
ünvanladığı şikayətlərin bir çoxunu təsdiqləyir.
Lakin azərbaycanlı qaçqınlara bu
münasibət yoxdur. Çünki bizim
orada təsir imkanlarımız çox azdır. Hansı ki, Azərbaycanda 1 milyondan çox
qaçqın, köçkün var və bunların
hüquqları pozulub. Lakin bu məsələni qərbin
ali strukturlarında müzakirəyə
çıxara bilmirik. Bunun da səbəbi bəllidir
- bizləri dəstəkləyən konqresmenlərin sayı
azdır. Əgər ABŞ-da Azərbaycan
lobbiçiliyi güclü olsa ölkəmizin işğal
faktını, ermənilərin bizlərə qarşı
apardığı kampaniyaları əsas gətirərək
istədiyimiz nəticələri əldə edə bilərik.
Siyasi məqsədlərə çatmaq
üçün lobbiçilik ən yaxşı
formadır".
Milli Məclisin
deputatı Asim Mollazadənin fikrincə, Azərbaycanda hələ
də lobbiçilik ənənələri
formalaşmayıb: "İndiyə kimi bizdə
qanunvericiliyin olmamasının səbəbini ənənələrin
yoxluğu ilə izah etmək olar. Mən belə
düşünürəm ki, qanunun qəbul edilməsi
düzgün və zəruri olardı. Qanuni
haqqımızı müdafiə etmək və şəffaflığın
qorunması üçün lobbiçiliyin rəsmiləşdirilməsi
daha yaxşı olardı. Erməni tərəfinin
bu kimi problemləri çox inkişaf etmiş və mütəşəkkilləşib.
Təəssüf ki, biz hələ öz
diasporumuzla öyünə bilmirik. Ermənilər
məhz bu güclü tərəfkeşlərinin səbəbinə
illərdi dünyanı yalanlarına inandıra biliblər".
Mollazadə deyir ki, lobbiçilik yalnız və
yalnız siyasi maraqların müdafiəsindən getmir. Bütövlükdə
isə lobbizm məqsədə çatmaq üçün təbii
forma hesab olunur. İstər hərəkət
formasında (müxtəlif ictimai birliklər, məsələn,
sahibkarlar birliyi, müxtəlif komitələr və s.), istərsə
də peşəkar fəaliyyətdə təzahür edir.
Ölkənin və ya konkret şirkətlərin
iqtisadi inkişafına da lobbizm təsirsiz
ötüşmür. Bu vasitə ilə
ölkənin daxilində və xaricində piar siyasətini
gücləndirmək olar. Bunun
üçünsə türk və Azərbaycan
icmalarının daha yaxşı təşkilatlanmağı
tələb olunur.
Korrupsiya ilə lobbiçilik fəaliyyətini eyniləşdirmək
doğru olmaz.
Belə məlum olur ki, bizim üçün
xeyli əhəmiyyət kəsb edən qanunun qəbuluna mane
olan ən əsas səbəb "Antikorrupsiya haqqında"
qanundur.
Hüquq
üzrə fəlsəfə doktoru Çingiz Qənizadə
də belə hesab edir ki, korrupsiya ilə lobbiçilik fəaliyyətini
eyniləşdirmək doğru olmaz: "Lobbiçilik o deyil
ki, kiməsə aparıb rüşvət verəsən. Dövlətin, millətin maraqlarına uyğun
olaraq beynəlxalq tədbirlərin təşkili, xüsusi
qonaqlarla münasibətlərin qurulması üçün
istifadə edilən maliyyə nə üçün korrupsiya
hesab edilməlidir? Dövlət
marağına əsasən istifadə edilən maliyyənin
bura aidiyyəti yoxdur. Mən inanmıram
ki, "Antikorrupsiya haqqında" qanun lobbiçilik fəaliyyətinin
rəsmiləşdirilməsinə ciddi mane olsun" (hafta.az).
Onun sözlərinə görə, lobbiçilik adı
altında keçirilən bütün tədbirlər rəsmiləşdirilməli
və qanuna uyğun olmalıdır. "Əlbəttə
ki, sən bu ad altında gedib xüsusi insanlara rüşvət
verə bilməzsən. Belə halda bu proses ictimailəşir
və beynəlxalq qurumlar da buna haqlı etirazlarını
bildirirlər" deyən deputat hesab edir ki, hər bir tədbir
rəsmi olmalı və o qədər dəqiq, səliqəli
təşkil edilməlidir ki, neqativ hallar olmasın".
Rəşid
RƏŞAD
Ekspress.-2018.-22 noyabr.-S.10.