Ölkəmizin milli maraqları ətrafında sıx birləşmə

Azərbaycan müstəqillik qazandıqdan sonra xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsi ideolojitarixi əhəmiyyət daşıyan bir problem olaraq diqqətdə dayandı. Məhz buna nail olmaq üçün dövlətin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu.

Xatırladaq ki, o vaxta qədər artıq milli dövlətçilik düşüncəsi özünü vahid ideoloji konsepsiya kimi təsdiq etmişdir. Ümummilli lidermiz Heydər Əliyevin böyük fədakarlıqlar bahasına ayağa qaldırdığı Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının dayaq nöqtəsinə çevrildi.

Ölkə başçısı lham Əliyevin ölkə diplomatlarının iştirakı ilə keçirdiyi müşavirədə diaspor təşkilatlarına dediklərindən: "Xaricdə yaşayan azərbaycanlılar bu və digər məsələlərdə səfirliklərə öz köməyini göstərə bilərlər. Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz, bir tərəfdən, onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində onların mövqeləri daha da güclənsin. Yəni bu, bizim vəzifəmizdir. Eyni zamanda, onlar da öz doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər".

Ekspertlər bildirirlər ki, prezidentin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi də diaspor quruculuğu işinə yeni nəfəs verməklə, əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Qurultayda Azərbaycan diasporunun vəziyyəti müzakirə edildi, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkildi.

O da qeyd olunur ki, Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul edilməsi, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğatı, istərsə də səmərəli əks-hücumun təşkili baxımından mühüm əhəmiyyətə malik idi ("qafqazinfo.az").

Qeyd etdiyimiz kimi, müstəqillik illəri Azərbaycan diasporunun formalaşmasına, təşkilatlanmasına daha da geniş şərait yaratdı. Beynəlxalq əlaqələrin qurulması dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələrinə təkan verdi.

Milli QHT Forumunun prezidenti Rauf Zeyninin fikrincə, ən böyük problemlərdən biri dünya azərbaycanlılarının xarici ölkələrdə olan təşkilatlarının yaşadıqları ölkələrin ərazisində ictimai-siyasi proseslərə lazımi səviyyədə inteqrasiya ola bilməməsidir: "Təşkilatlarımız yaşadıqları ölkələrin ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, QHT-lərlə sıx əməkdaşlıq etmirlər. Bu prosesi gücləndirmək, diaspor əlaqələrini genişləndirmək məqsədilə bir çox ölkələrin QHT-ləri ilə diaspor fəaliyyətini uzlaşdırmaq fikrindəyik. QHT-lər böyük bir dünyəvi hərəkatdır və onların böyük bir tribunaları var. Əgər biz Azərbaycan həqiqətlərini dünayaya çatdırmaq istəyiriksə, önəmli olan təşkilatların tribunalarından istifadə etməliyik. Təəssüflər olsun ki, düşmənlərimiz bizdən önə düşüb, artıq bu tribunalardan istifadə edirlər. Biz də öyrənməli və bu tribunalara yaxınlaşmalıyıq. Təkcə Novruz bayramında, soyqırım, matəm günlərinin keçirilməsi ilə diaspora kifayətlənməməlidir. Diaspor fəaliyyəti vahid bir mərkəzdən gedən eyni zamanda bütöv Azərbaycan, milli maraqlar uğrunda mübarizə aparan mobil, çevik, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən bir qüvvəyə çevrilməlidir. Bunun üçün diasporla səfirliklər arasında münasibətlər də tənzimlənməlidir".

Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, dünya azərbaycanlılarının təşkilatlanması yönündə addımlar atılaraq, bir sıra ölkələrdə müvafiq Azərbaycan təşkilatları yaradılıb: "Təşkilatların yaranmasının əsas səbəbləri Azərbaycan reallıqlarını dünyaya çatdırmaq və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğ edilməsi olub. Fransa, Rusiya, Ukrayna, Türkiyə, Britaniya, Almaniya, İsveç, NorveçDanimarkada diasporumuzun fəaliyyətində getdikcə aktivlik müşahidə olunur. Diasporun inkişafında internet saytların, portalların da böyük rolu var. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətlərində bu kimi işlərin görülməsi çox önəmlidir. Azərbaycan həqiqətlərinin internet vasitəsi ilə müxtəlif dillərdə dünya ölkələrində yayımlanması diasporun inkişafı və azərbaycançılığın təbliği üçün atılan mühüm addımlardan sayıla bilər" (AZƏRTAC).

rəli Azərbaycan" İctimai Birliyinin sədri Baba Tağıyevin fikrincə, Azərbaycan xalqının əvəzsiz milli sərvəti olan müstəqilliyin əzmlə qorunub saxlanılması, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımların atılması, ciddi elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyasının reallaşdırılması respublikamızı intensiv inkişaf yoluna çıxarıb: "İnkişaf və tərəqqi yolunda əldə etdiyimiz böyük nailiyyətlərdə, şübhəsiz, dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində azərbaycançılıq amalı daşıyan həmvətənlərimizin də müstəsna payı var. Son qurultay da göstərdi ki, Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırıb, onların müstəqil dövlətimizin xoşbəxt sabahına inamını artırıb. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birlik və vətəndaş sülhünün möhkəm əsaslarla intişar tapmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin təmin olunmasına, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olub. Dünya azərbaycanlılarının qurultayının keçirilməsində məqsəd isə hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqların ölkələrin iç siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət idi. Prezident İlham Əliyev qurultaydakı çıxışında dedi: "Mən hesab edirəm ki, ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir. Biz ölkə daxilində də, xaricdə də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir. Birlik olmasa, biz güclü ola bilmərik. Bu aksiomadır. Ona görə hesab edirəm ki, diaspor təşkilatlarının fəaliyyətinin inkişafı üçün biz birliyi tam şəkildə təmin etməliyik". Əgər 2006-cı ildə keçirilmiş II qurultayda Azərbaycanın 46 səfirliyi və konsulluğu mövcud idisə, hazırda onların sayı artıb. Bu səfirliklərin yaradılmasında məqsəd təkcə ölkənin diplomatik münasibətlərinin genişləndirilməsi deyil, eyni zamanda xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının əlaqələndirilməsi və təşkilatlandırılmasıdır. Dövlət başçısı bütün sahələrdə yüksək dinamizlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını milli diaspor təşkilatları və xaricdəki səfirliklərimiz qarşısında vacib məsələ kimi müəyyənləşdirib".

Tağıyev qeyd edir ki, son illər Cənubi Qafqazda həyata keçirilən bütün qlobal enerji və kommunikasiya layihələrinin lokomotivi qismində çıxış edən Azərbaycan dünyada kifayət qədər tanınsa da, bu sahədə hələ çox iş görülməli, erməni lobbisinin, bütövlükdə isə anti-azərbaycançı şəbəkənin ölkəmizə qarşı apardığı əks-təbliğatın qarşısı daha müasir, səmərəli vasitələrlə alınmalıdır ("xalqcebhesi.az").

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirir ki, Azərbaycan təkcə Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınmır, eyni zamanda, ölkəmiz dünya siyasətində etibarlı tərəfdaş kimi tanınır, çox yüksək beynəlxalq nüfuza malikdir: "Çoxvektorlu və səmərəli xarici siyasət həyata keçirən Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, ölkəmizin dünyadakı rolu artır. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayının getdikcə artması olduqca qürurverici haldır. Ölkəmiz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik edib və bu, Azərbaycanın həyata keçirdiyi siyasətə beynəlxalq miqyasda verilən yüksək qiymətin bariz nümunəsi və ifadəsidir. Respublikamız gələn il BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlayacaq. Bu da olduqca mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə isə, beynəlxalq ictimaiyyət - dünya birliyi Azərbaycana böyük hörmətlə yanaşır, respublikamiza olan rəğbət xüsusi olaraq ifadə edilir. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli münasibətləri uğurla davam etdirən Azərbaycanı fərqləndirən ən mühüm və səciyyəvi keyfiyyətlərdən biri müstəqil siyasətin həyata keçirilməsidir" (yap.org.az).

Muradova onu da qeyd edir ki, Azərbaycanın xarici siyasəti həm müstəqil xarakter daşıyır, həm beynəlxalq hüquq normalarına prinsiplərinə söykənir, ikitərəfli, çəxtərəfli münasibətlərin ruhuna - mahiyyətinə əsaslanır: "Respublikaımızın moderatorluğu təşəbbüsü ilə strateji əhəmiyyətli layihələr reallaşdırılır, Azərbaycan Avrasiyanın enerji nəqliyyat xəritəsini yaradır. Yəni ölkəmiz regional beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa çox mühüm töhfələr verir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırdı ki, Azərbaycan beynəlxalq məsələlərlə bağlı çox uğurlu siyasət aparır, qonşu ölkələrlə əlaqələrimiz ən yüksək səviyyədədir: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox böyük hörmətə layiqdir. Avropa İttifaqının üzvü olan 9 ölkə ilə bizim strateji tərəfdaşlıq haqqında sənədimiz var bu il Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb". Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan bu gün həm beynəlxalq dialoq əməkdaşlıq məkanı kimi tanınır. Ölkəmizdə çox mühüm mötəbər beynəlxalq tədbirlər keçirilir, regionda dünyada siyasi proseslərə ciddi şəkildə müsbət təsir edən vacib qərarlar qəbul edilir. Bütün bunları mümkün edən başlıca amil, təbii ki, güclü, qüdrətli Azərbaycanın müstəqil siyasətini uğurla davam etdirməsi beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirməsidir".

Rəşid RƏŞAD

Ekspress.-2018.-27 noyabr.-S.10.