Mədəniyyətimizin təbliğində diasporun rolu

Hər bir ölkə həm mədəniyyəti, incəsənəti ilə tanınır. bunun tanıdılmasında diaspor təşkilatlarının da rolu az deyil. Bu baxımdan Azərbaycan mədəniyyətinin təbliğində diaspor qurumlarımızın xidməti danılmazdır

Diasporla İş üzrə Dövlət Komitəsi xalqımızın mədəni irsinin təbliği istiqamətində istiqamətində bir sıra tədbirlər həyata keçirir. Elə dünya azrbaycanlılarının qurultaylarında da soydaşlarımıza xalqımızın mədəni irsinin təbliği məqsədilə tövsiyə təkliflər verilir. Komitədən verilən məlumata görə, tövsiyə edilir ki, diaspor təşkilatları üzvlərinin onların övladlarının ana dilini, milli mədəniyyəti, tarixini öyrənməsi, vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə təhsil ocaqlarının, müxtəlif fakültətiv kursların dərnəklərin təşkili viacibdir. Həmçinin tədris prosesində Azərbaycan xalqının milli dövlətçiliyi inkişaf perspektivləri, "Azərbaycan" "azərbaycanlı" anlayışlarının məzmunu, Azərbaycan xalqının milli təfəkküründə "Vətən" anlayışı, azərbaycanlıların milli-mənəvi keyfiyyətləri s. barədə məşğələlərin aparılması önəmli olduğu bildirilir.

Diaspor təşkilatlarına tövsiyə olunur ki, soydaşlarımızın məskunlaşdıqları ölkələrin qanunvericiliyinə beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, etnomədəni özünəməxsusluğun qorunması, inkişaf etdirilməsi, millətlərarası mədəniyyətlərarası dialoqda əməkdaşlıq məqsədilə tədbirlərin görülməsi, ictimai təşkilatlar, assosiasiyaların yaradılması istiqamətində tədbirlər görülsün. Azərbaycanlıların öz dilinə, mədəniyyətinə, tarixi köklərinə milli-mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlamaları üçün milli teatrların, kitabxanaların açılması, milli mədəniyyətlərin qorunmasına dair beynəlxalq konvensiyaların müddəalarına uyğun olaraq xarici ölkələrdə məskunlaşan soydaşlarımızın milli-mədəni cəmiyyətlərin yaradılması, milli özünəməxsusluğu mühafizə etmək məqsədilə digər zəruri tədbirlərin həyata keçirilməsi məsləhət bilinir.

Xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi keyfiyyətlərini, əxlaqi dəyərlərini yaşatmaq, təbliğ etmək, zəngin mədəniyyətini, adət-ənənələrini qayğı ilə mühafizə etməklə gələcək nəsillərə aşılamaq önəmli məsələlərdəndir. Bu istiqamətdə tədbrlərin təşkilinin önəmi vurğulanır.

Azərbaycanlıların sıx halda yaşadığı xarici ölkələrdə ana dilinin, Azərbaycan tarixi, mədəniyyəti coğrafiyasının tədrisi məqsədilə "Həftə sonu" şəbəkəsinin genişləndirilməsi, "Həftə sonu" məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, əyani dərs vəsaitləri ilə təminatı işinin gücləndirilməsi, həmin məktəblərin kadr potensialını inkişaf etdirmək məqsədilə tədbirlərin görülməsi tövsiyə edilir.

Azərbaycan xalqının folklor nümunələrinin, musiqisinin, ədəbiyyat incəsənətinin zəngin mədəni irsinin gənc nəslə təbliği vacib məsələlərdəndir. Bunun üçün birgə mədəni-kütləvi tədbirlərin - musiqi festivallarının, milli mədəniyyət günlərinin, rəsm sərgilərinin, Azərbaycan kinosu günlərinin təşkilində diaspor nümayəndələrinin həmrəylik nümayiş etdirməsi məsləhər görülür. Bu istiqamətdə xarici ölkələrdə yaşayan azərbaycanlı mədəniyyət incəsənət xadimləri arasında əlaqələrin qurulmasına onların görüşlərinin təşkilinə səy göstərilməsi, xarici ölkələrdə yaşayan tanınmış azərbaycanlı elm mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsi, beynəlxalq mədəniyyət festivallarında Azərbaycanın layiqincə təmsil olunması üçün diaspor təşkilatlarının imkanlarının səfərbər edilməsi, Azərbaycanın tarixi mədəniyyətindən bəhs edən muzey mərkəzlərinin yaradılması təklif olunur.

Dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımız "Novruz bayramı", 28 May Respublika Günü, 15 İyun Milli Qurtuluş Günü digər bayramları geniş şəkildə qeyd edərək ölkəmizin tarixi, zəngin mədəni irsini təbliğ etməyə çalışıb. Bununla yanaşı, soydaşlarımız Azərbaycanın görkəmli şəxsiyyətlərinin yad edilməsi məqsədilə tədbirlər, konsert proqramları təşkil edib, dünya festivallarında sərgilərdə iştirak ediblər.

Azərbaycan mədəniyyətini təbliğ edən materialların xarici kütləvi informasiya vasitələrində yayımına nail olmaq istiqamətində səylərin birləşdirilməsi, Azərbaycan tarixinə dair materialların - məqalə, monoqrafiya kitabların yayılmasına nail olmaq, birgə elmi-praktik konfranslar keçirmək, sənədli bədii filmlərin xarici dillərə tərcümə edilərək nüfuzlu telekanallar vasitəsilə nümayiş etdirilməsi istiqamətində tədbirlər görmək, Azərbaycanın tarixi mədəni abidələrinin, milli dəyərlərinin ermənilər tərəfindən mənimsənilməsinə qarşı ardıcıl sistemili tədbilərin həyata keçirilməsi vacib tədbirlərdən hesab olunur.

Xalqımızın mədəni irsinin təbliğində xarici ölkələrin televiziya kanallarında Azərbaycan türk xalqlarının mədəniyyətindən bəhs edən filmlərin nümayiş etdirilməsi tövsiyə edilir. Bundan başqa Azərbaycan şəhərləri ilə dünyanın müxtəlif iri şəhərləri arasında qardaşlaşma əməkdaşlıq müqavilələrinin imzalanması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi, Azərbaycanın turizm imkanlarını təbliğ etmək məqsədilə adamlarını cəlb etməklə birgə turizm sərgilərinin keçirilməsi turizm sahəsində çalışan azərbaycanlı adamları arasında əlaqələrin qurulmasına nail olmaq məqsədilə onların görüşlərinin təşkil edilməsinin əhəmiyyətli olacağı qeyd olunur.

Sentyabr ayında Murmanskda "Mədəniyyətlərin qovuşduğu məkan" adlı çoxjanrlı festival keçirilib. "Gəlin, bir-birimizi anlamaq dostluq etmək üçün Rusiya xalqlarının mədəni ənənələrini öyrənək dərk edək!" devizi altında keçirilən festival Murmansk vilayətinin yaradılmasının 80 illiyinə həsr edilib. Murmanskdakı "Azərbaycan" milli-mədəni muxtariyyətinin Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun "AZƏRTAC"a bildirdiyinə görə, vilayətin milli-mədəni birliklərinin - "Azərbaycan" milli-mədəni muxtariyyətinin Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin, Moldovanın "Flueraş" Mədəniyyət Mərkəzinin, "Umırzaya" Milli Mədəniyyətlər Klubunun yaradıcı kollektivləri, "Akatuy" çuvaş mahnı ansamblı, "Leleki" Ukrayna xoru, Tulomsk Stanitsa Kazak Cəmiyyətinin ansamblı, "Raditsa" rus xalq mahnı ansamblı digər kollektivlər Murmansk sakinləri qarşısında çıxış ediblər. Bundan əlavə, Misir Mədəniyyət Mərkəzi Yapon Mədəniyyəti İctimai Təşkilatı da ilk dəfə olaraq bu festivalda iştirak edib.

Festival müddətində dekorativ-tətbiqi yaradıcılıq sərgisi təşkil edilib. Festivalın qonaqları müxtəlif milli yeməkləri dequstasiya ediblər.

Tamaşaçılar onilliklər boyu Kola diyarında yaşayan müxtəlif millətlərin məişəti, mədəniyyəti ənənələri barədə çox maraqlı məlumat əldə ediblər.

Bu ilin oktyabrında Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Frederiksberq bələdiyyəsində "İnteqrasiya Günü" münasibətilə tədbir keçirilib. Azərbaycanı tədbirdə Danimarka "Vətən" Cəmiyyəti təmsil edib.

Frederiksberq bələdiyyəsinin meri Cohan Glentoy "İnteqrasiya Günü" münasibətilə keçirilən tədbirin əhəmiyyətindən danışıb. Tədbirin keçirilməsində əsas məqsədin Danimarkada yaşayan müxtəlif xalqların təmsilçilərinin öz ölkələrinin tarixini, mədəniyyətini incəsənətini danimarkalılara nümayiş etmək olduğunu bildirən Cohan Glentoy, burada müxtəlif ölkələrin səfirliklərinin, cəmiyyət diaspor təşkilatlarının iştirak etdiyini məmnunluq hissi ilə vurğulayıb.

Qeyd etmək lazımdır ki "İnteqrasiya Günü" münasibətilə keçirilən tədbirlərdə "Vətən" Cəmiyyəti tərəfindən yaradılan Azərbaycan guşəsində ölkəmiz haqqında ətraflı məlumatın verilməsi ilə yanaşı onun tarixini, zəngin mədəniyyətini, musiqisi bugünkü inkişafını əks etdirən kitab broşürlər, milli şirniyyatlar da təqdim edilib. Mərasimdə, habelə "Vətən" Cəmiyyətinin nümayəndələri qonaqlara ölkəmiz barəsində ətrafli məlumat verərək, onları maraqlandıran sualları müxtəlif dillərdə cavablandırıb, buradakı yerli ictimaiyyət nümayəndələrinə ölkəmizi daha yaxşı tanıtmağa nail olublar.

Tədbirin bədii hissəsində Danimarka "Vətən" Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Cırtdan" uşaq yaradıcılıq qrupunun çıxışları mərasim iştirakçılarının böyük marağına səbəb olub onlara Frederiksberq bələdiyyəsi tərəfindən hədiyyələr təqdim olunub.

Noyabrın 24-də Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin dəstəyi ilə "Azərbaycanın dostları" diaspor təşkilatı İsveçrənin Stein şəhərində "Birlikdə bayram edək" şüarı altında təşkil olunan multikultural festival çərçivəsində Azərbaycan mədəniyyətinin təqdimatını keçirib.

Tədbirdə Azərbaycanın əməkdar artisti, tanınmış xoreoqraf Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrupun milli rəqslərimizdən ibarət çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

400 nəfərdən artıq qonağın iştirak etdiyi tədbir çərçivəsində yaradılmış müxtəlif növ milli kulinariya nümunələrimizin təqdim olunduğu Azərbaycan stendinə iştirakçılar tərəfindən böyük maraq göstərilib.

Qeyd edək ki, İsveçrədə "Birlikdə bayram edək" şüarı altında ənənəvi olaraq təşkil olunan festival bu ölkədə ən tanınmış multikultural tədbirlərdəndir.

Yekunlaşdıraraq deyə bilərik ki, son illər diaspor təşkilatları beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində davamlı aparırlar. Bunun nəticəsidir ki, Azərbaycan mədəniyyəti beynəlxalq miqyasda tanınır milli-mənəvi irsimizə maraq ildən-ilə artır.

Murad MƏMMƏDLİ

Ekspress  2018.- 28 noyabr.- S.10.