“İnandığım
insanlar başımdan basdılar...”
Novruz Qartal:
“Çox direktorlar görmüşəm, Əliqismət
müəllim qədər ağıllısını görməmişəm...”
“Atam həmişə deyirdi ki, səndən çoban olacaq...”
- Novruz müəllim,
sənətə gəlişinizi necə
xatırlayırsınız?
- Gənclik illərindən bu sənətə həvəsim olub. Orta məktəbdə oxuyanda bir az dəcəl olmuşam. Atam kolxozçu idi, həmişə deyirdi ki, səndən çoban olacaq. Kənddə klubda dram dərnəyi var idi. Mən onun üzvüydüm. O dərnəyə Ermənistanın əməkdar rəssamı Cabbbar Quliyev rəhbərlik edirdi. Orda ilk dəfə səhnəyə “Vaqif” dramında vəzir rolunda çıxmışam. Sonra orda mahnılardan, rəqslərdən, yumorlardan ibarət bir konsert proqramı düzəltdik və düşdük rayonların yollarına...
Qərbi Azərbaycanda orta məktəbi bitirəndən
sonra Bakıya gəldim. “Qara şəhər”də “Azərtexsnab”da
işləyirdim. Məzəli və şən olduğuma
görə direktor deyirdi ki, sənədlərini İncəsənət
İnstitutuna ver, səndən yaxşı aktyor olar.
1966-cı ildə sənədlərimi İncəsənət
İnstitutuna verdim. Elə birinci il də qəbul olundum.
Ədil İsgəndərov, Təhmasib, Müxlis Qənizadə
imtahan götürdü. Sonra Ədil müəlimin assisenti
Əmənulla Rəsulov bizə dərs deyirdi, Ədil müəllim
də gəlib etüdlərə baxardı. Mənimlə
daxil olanların hamısı dərnək aktyorları idi. Mənsə
ləhcə ilə danışırdım. Deyirdim, nə qələt
elədim bura gəldim. Ədil müəllim də həmişə
deyirdi ki, “bunlardan aktyor olmayacaq, qadam, aktyor səndən olacaq.
Bunlar dərnəkdən gəlib, bişiblər. Amma sən
sıfırdan başlayırsan”.
Ədil müəllim çox gözəl insan
idi. Nə qədər yüksəkdəydisə, bir o qədər
də sadə idi. Həmişə məşq proseslərində
deyirdi ki, əgər sənin istedadın varsa, qovsalar da, incitsələr
də, istəyinə nail olacaqsan. Fəxr edirəm ki, elə
bir ustaddan dərs almışam...
- Teatra gəlişiniz
necə oldu?
- 1967-1968-ci illərdə institutda oxuya-oxuya
Musiqili Komediya Teatrına gözətçi düzəldim.
Süleyman Ələsgərov o vaxt teatrın baş dirijoru
idi. İl yarım gözətçi işləyəndən
sonra o məni teatra rejissor müavini götürdü. Sonra
Şəmsi Bədəlbəylinin assistenti oldum.
Gözətçi olanda qapıda dayanırdım, hamı mənim yanımdan keçirdi. Elə o vaxtdan Şəmsil Bəbəlbəyli, teatrın rəssamı Böyükağa Mirzəzadə, Süleyman Ələsgərov, Lütvəli Abdullayev, Nəsibə Zeynalova ilə tanışlığım, yaxınlığım yarandı. Bir dəfə qapıda oturmuşam, kənddən gələn adam, rus dilinidə bilmirəm. Mənə də tapşırıblar ki, içəri heç kimi buraxma. Bir də gördüm ki, bir yaraşıqlı, eynəkli kişi girdi içəri. Dedim, hara gedirsiniz, içəri olmaz, qoy Şəmsi müəllimə zəng edim, ondan sonra. Zəng elədim Şəmsi müəllimə ki, bir yaraşıqlı kişi sizi istəyir. O da ordan qayıtdı ki, Rauf Hacıyevdi. Şoka düşdüm. Dedim, mən naziri içəri buraxmamışam ki. Şəmsi müəllim düşdü, Rauf müəllimi yuxarı apardı. İndi mən dəli olmuşam. Deyirəm, bu məni işdən qovacaq. Bir saatdan sonra nazir Şəmsi müəllimlə düşdü. Rauf müəllim bir pilləkən ayağını atdı, sonra geri qayıtdı. Dedi ki, “siz bir yerdə oxuyursunuz?”. Dedim, İncəsənət İnstitutunun aktyorluq fakültəsində oxuyuram. Döndü Şəmsi müəllimə, dedi ki, “bereqite etoqo parnya”.
Sonra Şəmsi müəllim geri qayıtdı. Dodağında təbəssüm var idi. Bilirdim yumşalıb. Az sonra Lütvəli müəllim gəldi. Gözü mənə sataşdı, dedi, qanın qaradı, xeyir ola? Dedim ki, əmi, nazirimiz Rauf Hacıyev içəri girirdi, mən də onu buraxmadım. Bunun axırı nə təhər olacaq? Özü də Şəmsi müəllimə dedi ki, “bereqite etovo parnya”. Bu nə deməkdir? Lütvəli müəllim qaytıdı ki, “baho, sənin evin yıxıldı ki. Yəni o deməkdir ki, bu oğlanı burdan rədd elə getsin”. Lap dəli oldum. Dedi, çayımı içim, Şəmsi müəllimin yanına qalxım, görüm neynirəm.
Dalınca Nəsibə xanım gəldi. Dedi
ki, nə olub sənə, qanın qaralıb. Dedim, məmə,
“bereqi etovo parnya” nə deməkdi? Dedi ki, “bu oğlandan
muğayət ol” deməkdi. Dedim, bəs Lütvəli əmi
deyir ki, evin yıxıldı, səni işdən
çıxarır. Dedi, indi gedirəm onun yanına...
Sonra Şəmsi müəllim
maaşımı 15 manat artırdı, Süleyman müəllimin
köməkliyi ilə məni səhnə arxasına
keçirdilər. Orda köməkçi işləyə-işləyə
bütün rolları əzbər bilirdim. Nəsibə
xanımın oğlu Cahangirlə “Toy kimindir?” səhnəciyini
hazırladıq. Dedik ki, məmə, buna bir bax. Dedi, gedin
Lütvəli baxsın. Əmidən xahiş elədik ki, əmi,
sən Allah bir bizə bax. Cahangir Uzunu, mən də Qoşunu
oynayırdım. Böyük məşq zalımız var idi
Tağıyev teatrında. Əmi gəldi bizə baxdı.
Xeyir-duasını verdi. Dedi ki, “Qoşunu mən də
oynamışam, Səyavuş da. Amma sən başqa cür
oynadın. Uğurlu olsun. Bundan sonra bizim konsertlərdə bu
tamaşanı siz oynayacaqsınız, biz oynamayacağıq”.
Sonra xora, xordan da aktyor ştatına
keçdim. “Gözün aydın”dan, “Durna”dan parçalar
oynayardıq. Həm də aparıcılıq eləyirdim.
də aparıcılıq eləyirdim.
“Xoşbəxtəm ki, 72 yaşında hələ “xalq artisti” almamışam”
- 72
yaşınız var. Bu yaşda özünüzü necə
hiss eləyirsiniz?
- Bu yaşda özümü çox əla
hiss edirəm. Direktorumuz Əliqismət Lalayev həmişə
mənə deyir ki, şuxluğunu qoru. Məni çox istəyir.
Sağ olsun. Mən də onu çox istəyirəm.
Səhhətim yaxşıdır. Hələ
ki həkimə müraciət eləməmişəm. Bir də
görürsən ayağım ağrıyır. O da fikirdəndi.
Xəstəxanaya düşəcək halda deyiləm. Evdə
problem var. Yoldaşım bir az xəstədi, insult
keçirib. Onun nazı ilə oynamaq məni bir az incidir. Evdən
çıxıram, deyirəm işim var. Deyir, qolum
ağrıyır. Bax buna dözmək var...
- Əməkdar
artist adını çox gec -65 yaşında aldınız.
Bəs “xalq artisti”ni nə vaxt alacaqsınız?
- İstər əməkdar, istərsə də
Prezident mükafatı, bunları Əliqismət Lalayevin
vaxtında aldım. Əliqismət Lalayevə qədər mənim
ən çox sevdiyim, inandığım, qastrol səfərlərində
olduğum insanlar bunu mənə eləmədilər. Əksinə,
başımdan basdılar. Əliqismət müəllimin gəlişi
mənim həyatımda, sənətimdə dönüş
yaratdı. Buna görə mən yalnız və yalnız
Əliqismət Lalayevə borcluyam. İndi xatirələrimi
yazmağa başlamışam. Çox direktorlar
görmüşəm. Amma Əliqismət müəllim qədər
ağıllı, savadlı, uzaqgörən, teatrı dərindən
başa düşən, həmişə axtarışda olan
bir direktor görməmişəm. Musiqili Teatr ömründə
xarici ölkədə qastrol səfərində
olmamışdı. 2010-cu ildə Əliqismət müəllimin
sayəsində biz Tehran şəhərində “O olmasın,
bu olsun”u iki dəfə ən böyük zalda oynadıq. Orda
Almaniyadan, Türkiyədən, Rusiyadan, Özbəkistandan,
Polşadan, Qazaxıstandan festivalda iştirak edən teatrlar
var idi. Biz birinci yerə çıxdıq.
Yarım əsrdən çoxdur səhnədəyəm. Xoşbəxtəm ki, bu yaşımda gündəmdəyəm. Bu yaşımda nəinki teatrda, ictimai həyatda da fəalam. Bizim Heydər Əliyev siyasəti, Heydər Əliyev kursuna, Azərbaycan Respublikasının Prezidentinə Milli Dəstək Təşkilatı var. Bu təşkilatın baş məclis sədrinin müaviniyəm. Onminlərlə üzvlərimiz var. Tədbirlərdə, konfranslarda bölgələrdə oluram. Prezident seçkilərində də bizim təşkilat çox fəallıq göstərdi. Yeni Azərbaycan Partiyasının ətrafında birləşib Prezidentimizin arxasında yumruq kimi olmaqdı bizim məqsədimiz.
Qalır xalq artisti adını almaq, o da qismət olsa... Mən eqoist adam deyiləm, həmişə nikbin adamam. Mən də heç vaxt paxıllıq da olmayıb. Hər kəs fəxri ad alıbsa, birinci mən onları təmiz qəlbimlə təbrik eləmişəm. Sənətdə gərək naxışın da ola. Bir tərəfdən də, xoşbəxtəm ki, hələ 72 yaşında xalq artisti adını almamışam. Əgər mən də xalq artisti, fərdi təqaüd, “Şöhrət” ordeni almış olsaydım, bu gün səhnədə qala bilməzdim. Deyəcəkdim ki, hər şeyim var da, nəyimə lazımdı işləmək. Amma indi, buna nail olmaq üçün əlimdən gələni edirəm. Allaha min şükür, tamaşaçılar tərəfindən alqışlanıram, sevilirəm. İnanıram ki, dövlətimiz bu fəxri adlardan məni məhrum eləməyəcək. Yəqin, Novruz Qartalın da ailəsini sevindirərlər...
Novruz Əliyev
necə Qartal oldu?
- Bildiyim qədər, mənzil şəraitiniz də ürəkaçan deyil...
- Kirayədə qalıram. Yeddi baş ailəni
kirayədə saxlamaq asan məsələ deyil. Allahıma
qurban olum. Allah mənə hələ ki güc verib.
Çalışıram, işləyirəm. Teatrın rəhbəri
də mənə toxunmur. Hörmətimi də saxlayır. Yəqin
ev də olar. Allah insanın axırını xeyir eləsin...
- Qartal ləqəbini
necə aldınız?
-
Hələ küçədə mənə “Qartal müəllim”
də deyirlər. Bu adı mən qoymamışam. Burda da məni
məhv eləməyə çalışdılar mənim ən
çox sevdiyim insanlar. Gürcüstanda qastrol səfərində
olduq. O vaxt Tənqid və Təbliğ Teatrındaydıq.
Adam çox idi. Bir gündə üç tamaşa
oynamalı olduq. Bütün repertuar da mənim üstümdə
idi. Mən paltarları bir-birinin üstündən geyinib,
soyunurdum. Qırmaqdan bığlar düzəltmişdim. Banket
zamanı bir Süleymanov familiyalı qəzet işçisi
var idi. Dedi ki, arada sizi görmədik səhnələrdə.
Dedim ki, gözlərim tutulmuşdu, müalicə olunurdum.
Sağ olsun Ədil müəllim, Nəsibə xanım
kömək elədi, müalicə olundum, qayıtdım. Dedi
ki, “sən qartalsan yox olursan, bir də görürsən ki,
şığıdın gəldin”. Hamı güldü.
Gürcüstandan gələndən sonra yeni
proqramla Zaqatala, Balakən, Qaxa qastrola getməyə
hazırlaşırdım. Gəldim girdim direktor müavini
Elxan Ocaqovun otağına. Gördüm bir afişa vurublar.
Oxudum ki, Novruz Qartalın iştirakı ilə
“Gülüş səninləsə, yüz il yaşarsan”.
Lütfiyyə xanım, Xanım Qafarova və s. aktrisaların
adı yazılıb. Baxdım, dedim ki, bəs mənim
adım hanı? Elxan güldü, Gürcüstan ləhcəsilə
dedi: “Ayə qıblasız, o sənsən dənə”. Mən
də elə bilmişdim ki, Novruz Qartal Türkiyədən gələn
aktyordu. Dedim ki, necə yəni mənəm? Mən Əliyev
kimi təzə-təzə tanınıram, bu Qartal hardan
çıxdı? Məni gic eləmək istəyirsiniz? Elə
birdəfəlik vurun öldürün, canım qurtarsın.
Getdim, teatra gəlmədim. Bir həftədən sonra
Hacıbaba Bağırov dalımca maşın göndərdi,
gəldim teatra. Dedim, işləmirəm, gedirəm. O nə
Qartaldı yazmısınız? Dedi ki, Gürcüstanda sənə
Qartal demədilər? Dedim, adama çox söz deyərlər.
İndi bununla məni kim tanıyacaq? Məni vurmaq istəyirsiniz?
Dedi ki, ölsən də, gedəcəksən tamaşa verməyə.
Mən ağlaya-ağlaya getdim. Amma Azərbaycan xalqı, mədəniyyətimizə
yüksək qiymət verən insanlar bu ləqəbi qəbul
elədilər.
- Ailədə sənətinizi
davam etdirən varmı?
- İki oğlum, bir qızım var. Cavidan və
Hüseyn adlı iki nəvəm var. Hüseyn hələ
balacadır. Amma Cavidanın nəsə qanında var. Deyirəm
ki, deyəsən, bu mənim sənətimi davam etdirəcək.
Oğlumu bu il evləndirdim. Arvad xəstəxanaya
düşdü. Dedim, heç olmasa, oğlanlarımdan birinin
toyunu görsün...
Namiq Məmmədli
Ekspress.-2018.-13-15 oktyabr.-S.11.