Bir millətin iki diasporu olmaz
Azərbaycan və
Türkiyə diaspor qurumlarının birgə fəaliyyəti
genişlənir
Bir millət, iki dövlət olan Azərbaycan və
Türk xalqlarının dərin tarixi köklərə, ortaq
milli-mədəni və mənəvi dəyərlərə,
zəngin adət-ənənələrə söykənən
qardaşlığı əsrlərin ağır sınaqlarından
uğurla çıxaraq, müasir dövrümüzdə yeni
ictimai-siyasi əhəmiyyət kəsb etməkdədir. Dostluq,
qarşılıqlı əməkdaşlıq üzərində
köklənən bu münasibətlərin fəlsəfəsi
öz mənbəyini qədim, bəşər sivilizasiyasına
layiqli tövhələr verən vahid və təkrarolunmaz etno-mədəni
xəzinədən götürür.
Zamanın çətin imtahanlarında möhkəmlənən
qardaşlıq telləri XX əsrin əvvəllərində
Azərbaycan və Türkiyə arasında münasibətlərin
məzmununu müəyyənləşdirərək, hər
iki xalqın istiqlaliyyətə qovuşmasında müstəsna
rol oynayıb. Azərbaycan xalqı 1918-ci ildə onun azadlıq
mücadiləsinə qoşularaq canlarından keçmiş
yüzlərlə türk şəhidinin xatirəsini daim uca
tutur, misilsiz fədakarlığını böyük ehtiramla
yad edir. Eyni zamanda, 1915-ci il Çanakqala döyüşlərində
iştirak etmiş azərbaycanlı könüllülərin
göstərdiyi şücaət də türk xalqının
yaddaşında silinməz iz buraxıb.
XX əsrin sonlarında dünyada gedən
mürəkkəb siyasi və iqtisadi proseslər fonunda Azərbaycanın
dövlət müstəqilliyini bərpa etməsindən sonra
iki ölkə arasındakı münasibətlər yeni məzmun
kəsb etməyə başladı. 1991-ci ildə Azərbaycanın
Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya
Aktını alqışlayan ilk dövlət də məhz
Türkiyə Respublikası oldu. Müstəqilliyin möhkəmləndirilməsi,
respublikanın iqtisadi gücünün artırılması və
beynəlxalq aləmlə siyasi əlaqələrin qurulması
üçün etibarlı tərafdaşların dəstəyinə
böyük ehtiyac duyulurdu və Azərbaycan ən çətin
günlərində belə bir dəstəyi Türkiyədən
aldı.
Azərbaycanın dövlət müstəqilliyini
bərpa etməsindən sonra iki qardaş ölkə arasında
münasibətlər daha uğurla inkişaf etməyə
başladı. Tarixi yaxınlığa, din və dil birliyinə
əsaslanan əlaqələr eyni zamanda müasir siyasi və
iqtisadi reallıqlar nəzərə alınmaqla möhkəmlənməkdədir.
Azərbaycan və Türkiyə yalnız etnik,
mədəni, mənəvi deyil, həm də siyasi və iqtisadi
baxımdan etibarlı müttəfiqdirlər. Regionu əhatə
edən mühüm layihələrdə bu iki dövlətin
birgə iştirak etməsi, eyni zamanda, beynəlxalq müstəvidə
əlaqələrin gücləndirilməsi Bakı ilə Ankara
arasında qarşılıqlı etimadın yüksək səviyyədə
olduğunu söyləməyə əsas verir.
Bu gün Azərbaycan və Türkiyənin diaspor
təşkilatları yaşadıqları ölkələrdə
də birgə əməkdaşlıq edirlər. Son zamanlarsa
birgə əməkdaşlıq daha da güclənib. Belə
ki, artıq Azərbaycan və Türkiyə diaspor təşkilatları
birgə fəaliyyət göstərmək barədə razılıq
əldə edib. Bu barədə jurnalistlərlə söhbətində
bildirən Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov bildirib ki, bununla bağlı görüşlər
keçirilib və razılıq əldə edilib: "Biz
Türkiyə və Azərbaycan diasporlarının, xaricdə
və digər ölkələrdə yaşayan təşkilatların
birgə fəaliyyəti istiqamətində artıq razılığa
gəlmişik. Bu gün Türkiyə və Azərbaycanda əmin-amanlıq
var. Bu əmin-amanlığı qoruyub saxlamalıyıq. Bu baxımdan
istər Azərbaycanda yaşayan türk qardaş və bacılarımız,
istərsə də Türkiyədə yaşayan azərbaycanlılar
özlərini rahat hiss edirlər. Azərbaycanlılar orada bir
çox sahələrdə böyük nailiyyətlərə
imza atıblar".
Yeri gəlmişkən, bu yaxınlara Türkiyə
Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər
və Əqraba Topluluqları Başqanlığının sədr
müavini Sait Yusuf Diasporla İş üzrə Dövlət
Komitəsində olub. Diaspor Komitəsinin mətbuat xidmətindən
"Ekspress"ə verilən məlumata görə, görüşdə
ikitərəfli münasibətlərin hazırkı vəziyyəti
və perspektivlər müzakirə olunub.
Sədr müavini təmsil etdiyi qurumun fəaliyyətinə
toxunaraq, 2018-2019-cu illərdə Türkiyədə keçirilməsi
planlaşdırılan mühüm tədbirlər haqqında
məlumat verib. Qeyd olunub ki, hər iki ölkənin diasporu
gücünü birləşdirməli və Avropada fəaliyyətlərini
genişləndirməlidir.
Görüşdə Azərbaycan və Türkiyənin
dövlət başçılarının hər zaman
türkdilli xalqlar arasında milli birliyin möhkəmləndirilməsinə
xüsusi önəm verdikləri bir daha xatırlanıb.
Bu arada Türkiyə və Azərbaycan arasında
ortaq diaspor quruluşu ilə təkliflər səsləndirilir.
Bu təkliflə TÜRKSAM-ın
baş katibi Gencehan Babiş çıxış edib. Türkiyə
Böyük Millət Məclisinin spikeri Binali Yıldırımın
1915-ci il hadisələri və Qarabağın işğalı
ilə bağlı dediyi sözləri dəyərləndirən
TÜRKSAM-ın baş katibi Gencehan Babiş deyib ki, iki ölkə
arasında olan münasibətlər qardaşlıqdan da artıqdır.
Onun sözlərinə görə, TBMM başqanı Binali
Yıldırım 1915-ci il hadisələri və Qarabağın
işğalı barədə Ermənistanın təmsilçisinə
verdiyi reaksiya ilə vicdanın və ədalətin səsi olduğunu
göstərdi. "Türkiyə və Azərbaycan arasındakı
əlaqələrə tarix, dil, etnik kök istiqamətlərindən
baxıldığında bu ölkələrin "əkiz
qardaş" olduğunu görməkdəyik" deyən
G.Babişin bildirdiyinə görə, bunlarla yanaşı, iki
dövlət eyni zamanda iqtisadiyyat, enerji, nəqliyyat sahələrində
dünya səviyyəsində səs gətirən layihələrləstrateji
əməkdaş olduqlarını sübut edib.
O deyib ki, bu layihələrin hamısında
işğalçı siyasəti ilə əlaqədar Ermənistan
təcrid olunub və yoxsulluq içərisində sürünür.
"Bütün bunları bir arada dəyərləndirdiyimizə
qarşımıza əlaqələri dərəcə dəqiq
şəkildə xarakterizə edən "bir millət iki
dövlət" ifadəsi çıxmaqdadır. Azərbaycanda
mərhum prezidenti Heydər Əliyev tərəfindən dilə
gətirilən bu anlayış hələ də keçərliliyini
qorumaqda və iki ölkə əlaqələrinin gələcək
perspektivitəşkil etməkdədir. Bununla yanaşı,
qısa müddət sonra Star Neft Emalı zavodunun açılışı
gerçəkləşdiriləcək, ortaq hərbi təlimlər
davam edir. Dünyada bir çox ölkə arasındakı
münasibətiləri analiz etdik və gördük ki, bu əlaqələrin
dünyada bənzəri yoxdur".
TÜRKSAM-ın baş katibi iki ölkə arasında
ortaq bir diasporun olmasını vacib sayır. "Hər keçən
gün dünyanın fərqli yerlərində erməni diasporunun
qondarma soyqırımı və işğal altında yerləşən
Qarabağ mövzusunda Türkiyə və Azərbaycana qarşı
inkişaf etdirdiyi siyasətinə şahid oluruq. Bu vəziyyət
bir tərəfdən kimlik və ortaq proyektlərlə birlikdə
günümüzdə ortaq bir diaspor anlayışınının
ortaya çıxmasının vacibliyini gündəmə gətirir.
Erməni lobbisinin yalan iddiaları qarşısında iki
ölkə diasporları birgə hərəkət etdiyi təqdirdə,
bu həm Türkiyənin, həm də Azərbaycanın
işini rahatlaşdıracaq".
"Bir millətin iki diasporu olmaz" deyən
G.Babiş Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə
parlamentində son çıxışında diaspor təşkilatlarının
işlərinə böyük önəm verdiyini vurğuladığını
xatırladıb. Dediyinə görə, Türkiyə və
Azərbaycanın diaspor işlərinin birlikdə reallaşması
ilə bağlı sözləri "bir millətin iki diasporu
olmaz" anlayışını ön plana çıxarıb.
Onun fikrincə, bunun üçün reallaşdırılması
lazım olan şeylərin ən başında iki ölkə
diasporunun ilk olaraq öz içlərində təşkilatlanmasıdır.
"Bu çərçivədə bir tərəfdən Qeyri-Hökumət
Təşkilatları təşviq edilərkən, o biri yandan
da Azərbaycan Respublikası Diasporla İş üzrə
Dövlət Komitəsitərəfindən konkret addımlar
atılmağa başlanılıb. Xüsusilə Fuad Muradovun
komitəni sədri təyin olunmasından sonra İlham Əliyev
tərəfindən müəyyənləşdirilən prinsipləristiqamətində
bir çox müsbət işə imza atılıb. Fuad Muradovun
ilk ziyarətini Türkiyəyə gerçəkləşdirməsi,
Türkiyədə fərqli şəhərləri gəzərək,
diaspor təmsilçiləri ilə bir araya gəlməsi və
onların problem və təkliflərini dinləməsi
Türkiyədə çox bəyənilib. Son günlərdə
komitə rəsmilərinin və səfirlik nümayəndələrinin
Türkiyədəki azərbaycanlıların qeydiyyata
alınması ilə bağlı işləri uzun zamandır
problem yaşayan azərbaycanlıları sevindirib".
Onun sözlərinə görə, bununla yanaşı,
Diasporla İş üzrə Dövlət Komitəsinin səylərinəticəsində
Almaniya, Fransa və İsveçrədə qurulan Koordinasiya
şuraları işlərə fərqli baxış qazandırıb.
"Şuraların quruluşundan ortaq fikrin burada hakim olacağı
anlaşılmaqdadır, hər təşkilatın burda təmsil
edilməsi bərabərilik təməlində bir quruluşun
olduğunu göstərir".
Gencehan Babiş deyib ki, birlikdən qüvvət
doğar: "Türkiyədə yaşayan Azərbaycan əsilli
insanların sayı təxminən 3 milyondur, amma biz çalışmalayıq
ki, 80 milyonluq Türkiyənin hamısı Azərbaycanın
dostu və təbii müttəfiqi olsun. Bizim hər zman dediyimiz
bir şey var: birlikdən qüvvət doğar. Türkiyədə
belə bir şuranın qurulması Azərbaycanın səsinin
daha güclü çıxacağını şərtləndirər.
Prezidentlərimiz arasında mükəmməl bir dostluq,
dövlət qurumlarımız arasında çox yaxşı
bir uyğunluq və iki ölkə cəmiyyəti arasında
dərin bir sevgi var. Bir də bunlara professional və əhatəedici
bir şura əlavə olunarsa, diaspor fəaliyyətləri baxımından
çox böyük iş bacarmış olacağıq".
TÜRKSAM-ın baş katibi əmindir ki, koordinasiya
üzərinə qurulmuş bir anlayış bütün Azərbaycan
sevdalılarını bir araya toplayacaq, diaspora təşkilatları
bir uyğunlaşma təmin edəcək. "Gənclik və
eyni zamanda professionallıq üzərinə qurulacaq bu yeni təşkilatla
sivil cəmiyyətdən sosial mediaya həm Türkiyə-Azərbaycan
qardaşlığı möhkəmlənəcək, həm
də Türkiyədə yaşayan azərbaycanlıları təhsil,
iş və sosial sahələrdə problemlərin daha sürətli
həll olmasına təsir edəcək", - deyə
TÜRKSAM-ın baş katibi Gencehan Babiş vurğulayıb.
Murad MƏMMƏDLİ
Ekspress 2018.- 13-15 oktyabr. - S.10.