Diaspor təşkilatları Azərbaycanın mədəni irsini təbliğ edir

Azərbaycan xalqının mədəni irsinin təbliği istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən davamlı tədbirlər görülür. Dünya azrbaycanlılarının qurultaylarında soydaşlarımıza xalqımızın mədəni irisnin təbliği məqsədilə tövsiyə və təkliflər verilir.

Soydaşlarımıza tövsiyə edilir ki, diaspor təşkilatları üzvlərinin və onların övladlarının ana dilini, milli mədəniyyəti, tarixini öyrənməsi, vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə təhsil ocaqlarının, müxtəlif fakültətiv kursların və dərnəklərin təşkili viacibdir. Həmçinin tədris prosesində Azərbaycan xalqının milli dövlətçiliyi və inkişaf perspektivləri, "Azərbaycan" və "azərbaycanlı" anlayışlarının məzmunu, Azərbaycan xalqının milli təfəkküründə "Vətən" anlayışı, azərbaycanlıların milli-mənəvi keyfiyyətləri və s. barədə məşğələlərin aparılması önəmli olduğu bildirilir.

Bu sahədə Azərbaycan diaspor təşkilatlarının qarşısında bir neçə istiqmət üzrə tədbirlər müəyyənləşdirilib. Diaspor təşkilatlarına tövsiyə olunur ki, Azərbaycanlıların məskunlaşdıqları ölkələrin qanunvericiliyinə və beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, etnomədəni özünəməxsusluğun qorunması, inkişaf etdirilməsi, millətlərarası və mədəniyyətlərarası dialoqda əməkdaşlıq məqsədilə tədbirlərin görülməsi, ictimai təşkilatlar, assosiasiyaların yaradılması istiqamətində tədbirlər görülsün. Soydaşlarımızın öz dilinə, mədəniyyətinə, tarixi köklərinə və milli-mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlamaları üçün milli teatrların, kitabxanaların açılması, milli mədəniyyətlərin qorunmasına dair beynəlxalq konvensiyaların müddəalarına uyğun olaraq xarici ölkələrdə məskunlaşan azərbaycanlıların milli-mədəni cəmiyyətlərin yaradılması, milli özünəməxsusluğu mühafizə etmək məqsədilə digər zəruri tədbirlərin həyata keçirilməsi məsləhət bilinir.

Xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi keyfiyyətlərini, əxlaqi dəyərlərini yaşatmaq, təbliğ etmək, zəngin mədəniyyətini, adət-ənənələrini qayğı ilə mühafizə etməklə gələcək nəsillərə aşılamaq önəmli məsələlərdəndir. Bu istiqamətdə də tədbrlərin təşkilinin önəmi vurğulanır.

Azərbaycanlıların sıx halda yaşadığı xarici ölkələrdə ana dilinin, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədrisi məqsədilə "Həftə sonu" şəbəkəsinin genişləndirilməsi, "Həftə sonu" məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, əyani və dərs vəsaitləri ilə təminatı işinin gücləndirilməsi, həmin məktəblərin kadr potensialını inkişaf etdirmək məqsədilə tədbirlərin görülməsi tövsiyə edilir.

Azərbaycan xalqının folklor nümunələrinin, musiqisinin, ədəbiyyat və incəsənətinin zəngin mədəni irsinin gənc nəslə təbliği vacib məsələlərdəndir. Bunun üçün birgə mədəni-kütləvi tədbirlərin - musiqi festivallarının, milli mədəniyyət günlərinin, rəsm sərgilərinin, Azərbaycan kinosu günlərinin təşkilində diaspor nümayəndələrinin həmrəylik nümayiş etdirməsi məsləhər görülür. Bu istiqamətdə xarici ölkələrdə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin qurulmasına və onların görüşlərinin təşkilinə səy göstərilməsi, xarici ölkələrdə yaşayan tanınmış azərbaycanlı elm və mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsi, beynəlxalq mədəniyyət festivallarında Azərbaycanın layiqincə təmsil olunması üçün diaspor təşkilatlarının imkanlarının səfərbər edilməsi, Azərbaycanın tarixi və mədəniyyətindən bəhs edən muzey mərkəzlərinin yaradılması təklif olunur.

Tövsiyə edilir ki, dünyanın nüfuzlu muzeylərində Azərbaycan tarixi və mədəniyyəti haqqında eksponatları özündə əks etdirən guşələr təşkil edilsin, Azərbaycan xalqının mədəni irsi barədə məlumat verən təbliğat materialları yayılsın, Azərbaycan xalqının qədim tarixinin, zəngin mədəni irsinin təbliği üçün birgə mədəni-kütləvi tədbirlər - konsert proqramları, musiqi festivalları, mədəniyyət günləri, rəsm sərgilər, Azərbaycan kinosu günləri təşkil olunsun.

Azərbaycan mədəniyyətini təbliğ edən materialların xarici kütləvi informasiya vasitələrində yayımına nail olmaq istiqamətində səylərin birləşdirilməsi, Azərbaycan tarixinə dair materialların - məqalə, monoqrafiya və kitabların yayılmasına nail olmaq, birgə elmi-praktik konfranslar keçirmək, sənədli və bədii filmlərin xarici dillərə tərcümə edilərək nüfuzlu telekanallar vasitəsilə nümayiş etdirilməsi istiqamətində tədbirlər görmək, Azərbaycanın tarixi və mədəni abidələrinin, milli dəyərlərinin ermənilər tərəfindən mənimsənilməsinə qarşı ardıcıl və sistemili tədbilərin həyata keçirilməsi də vacib tədbirlərdən hesab olunur.

Xalqımızın mədəni irsinin təbliğində xarici ölkələrin televiziya kanallarında Azərbaycan və türk xalqlarının mədəniyyətindən bəhs edən filmlərin nümayiş etdirilməsi də tövsiyə edilir. Bundan başqa Azərbaycan şəhərləri ilə dünyanın müxtəlif iri şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq müqavilələrinin imzalanması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi, Azərbaycanın turizm imkanlarını təbliğ etmək məqsədilə iş adamlarını cəlb etməklə birgə turizm sərgilərinin keçirilməsi və turizm sahəsində çalışan azərbaycanlı iş adamları arasında əlaqələrin qurulmasına nail olmaq məqsədilə onların görüşlərinin təşkil edilməsinin əhəmiyyətli olacağı qeyd olunur.

Qeyd edilən istiqamətlər üzrə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarının təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilib. 2018-ci ilin birinci yarısına aid olan məlumata əsasən, birinci yarımili ərzində xalqımızın zəngin mədəni irsinin təbliği, həmçinin dövlət əhəmiyyətli tarixi əlamətdar günlərin qeyd olunması istiqamətində uğurlu layihələr icra olunub. Mədəni isrsin tədliği istiqamətində təxminən 40 tədbir və layihə həyata keçirilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçirilib. Bu tədbirlərdən 8 may 2018-ci il tarixində Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ikigünlük şahmat turniri təşkil olunub. Turnirin qaliblərinə "Heydər Əliyev kuboku" verilib. Daha bir idman tədbiri 10 may 2018-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Heydər Əliyev adına Dünya Boks Komitəsinin (World Boxing Committee H.Aliyev) təşkilatçılığı mayın 5-də baş Almaniyanın Vaysvasser şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan peşəkar boks turniri olub.

Martın 1-də Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonundakı Heydər Əliyev Parkında Ulu Öndərin büstü açılıb. Açılış mərasimində rəsmi şəxslər, millət vəkilləri, yerli ictimaiyyətin tanınmış nümayəndələri, QHT və KİV təmsilçiləri, o cümlədən Qarabağ müharibəsi qaziləri iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, millət vəkilləri Qənirə Paşayeva və Sona Əliyeva, Karşıyaka rayonun bələdiyyəsinin sədri Hüseyin Mutlu Akpınar, İzmirdəki Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyinin sədri Mülazim Pahsa və başqalarının çıxışları dinlənilib. Çıxışlarda ümummilli lider Heydər Əliyev şəxsiyyətinin ucalığından, Ulu Öndərin Azərbaycan və Türkiyənin inkişafı naminə həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyətindən, xalq arasında tükənməz nüfuzundan danışılıb. Qeyd edək ki, Karşıyaka rayonun bələdiyyəsi və İzmirdəki Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyi arasında əldə olunan razılıq əsasında mövcud Heydər Əliyev Parkı yenidən qurulub və burada Ulu Öndərimizin büstü qoyulub.

Mayın 5-də Almaniyanın Düsseldorf şəhərinin "Vitgenşteyn" adına Mədəniyyət Mərkəzində Azərbaycan, rus və alman dilli cəmiyyətlərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiklərinə həsr olunan ədəbi-musiqili gecə keçirilib.

Mayın 7-də Diasporla İş üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir təşkil olunub. Tədbirdə Ümummilli liderin xatirəsinə həsr olunmuş "Böyük ömrün anları" filmi nümayiş etdirilib. Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında danışıb. O bildirib ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi yüksəlişinin təmin edilməsi, beynəlxalq nüfuzunun artırılması böyük siyasi və ictimai xadimin səyləri nəticəsində mümkün olub. Mayın 10-da Azərbaycan Respublikasının Misir Ərəb Respulikasındakı Səfirliyi, "Vətənpərvər" Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin və Misirin Qalyubiyyə vilayət rəhbərliyinin birgə təşkilatçılığı ilə burada yerləşən Misir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər 10 Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib. Tədbirdə beş milyon əhalisi olan Qalyubiyyə vilayətinin qubernatoru Mahmud Əl Aşmavi, Azərbaycan Respublikasının Misir Ərəb Respulikasındakı səfiri Tural Rzayev, Vilayət məclisinin üzvləri, Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin əməkdaşları, diaspor rəhbərləri və üzvləri iştirak ediblər.

 

Dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımız "Novruz bayramı", 28 May Respublika Günü, 15 İyun Milli Qurtuluş Günü və digər bayramları geniş şəkildə qeyd edərək ölkəmizin tarixi, zəngin mədəni irsini təbliğ etməyə çalışıb. Bununla yanaşı, soydaşlarımız Azərbaycanın görkəmli şəxsiyyətlərinin yad edilməsi məqsədilə tədbirlər, konsert proqramları təşkil edib, dünya festivallarında və sərgilərdə iştirak ediblər.

Oyunun 15-də Murmanskda Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib. Murmanskdakı "Azərbaycan" Milli-Mədəni Muxtariyyəti və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyi Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir çərçivəsində təşkil olunan "Xalqın xilaskarı" adlı fotosərgidə ümummilli lider Heydər Əliyevin nadir fotoşəkilləri, respublikamız haqqında müxtəlif nəşrlər nümayiş etdirilib. Tədbirə Rusiyanın və Azərbaycanın dövlət strukturlarının və ictimaiyyətin nümayəndələri, Murmansk şəhərinin və vilayətin müxtəlif ali məktəblərinin müəllimləri və tələbələri dəvət olunub.

Vasif CƏFƏROV

Ekspress.-2018.-23 oktyabr.-S.10.