Diaspor təşkilatlarının
lobbi quruculuğu güclənir
Xaricdə yaşayan azərbaycanlılar və
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi
ilə 2018-ci ilin birinci yarısında lobbi quruculuğu sahəsində
bəzi təbdirlər görülüb. Bu məqsədlə
dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə,
həmçinin müxtəlif ölkələrin parlamentlərində
və hökumətlərində təmsil olunan siyasət
adamları, ictimai xadimlər və kütləvi informasiya
vasitələrinin nümayəndələri ilə əlaqələrin
qurulub, onların Azərbaycana səfərlərinin təşkili
məqsədilə müxtəlif tədbirlər
keçirilib.
Bununla yanaşı, Diasporla İş üzrə
Dövlət Komitəsinin rəhbərliyinin və əməkdaşlarının
da xarici ölkələrə səfərləri çərçivəsində
lobbi quruculuğu sahəsində bir sıra mühüm
görüşlər baş tutub.
Komitənin məlumatına əsasən,
birinci yarımil ərzində, ümumilikdə, 12 tədbir
reallaşdırılıb. Bu tədbirlərdən bir
neçəsi daha maraqlıdır.
2018-ci ilin fevralın 23-də İstanbulda
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) nəzdində fəaliyyət
göstərən diasporla iş üzrə Təmas qrupunun IV
iclası keçirilib. TDƏŞ Baş katibinin müavini
Ömer Kocamanın sədrliyi ilə keçirilən
toplantıda Türkiyə Respublikasının Nazirlər
Kabineti yanında Xaricdə Yaşayan Türklər və
Əqraba Toplulukları Departamentinin rəhbəri Mehmet
Köse, Azərbaycan Respublikası Diasporla İş üzrə
Dövlət Komitəsi Aparatının rəhbəri Nəriman
Qurbanov, Qazaxıstan Mədəniyət və İdman
Nazirliyinin Komitə rəhbərinin müavini Galymzhan Meldeshev
və Qırğızıstanın İstanbuldakı Baş
Konsulluğunun konsulu Tilek Kozhogulovun rəhbərliyilə
üzv ölkələrin diasporla iş üzrə Təmas
qrupunun üzvləri iştirak edib. Toplantıda, "Türk
Şurası 2018-2019-cu illər üçün birgə fəaliyyət
Planı", "Türk Şurası Türkdilli Diasporun
birgə Fəaliyyət Strategiyası", Türkiyədə
keçiriləcək TDƏŞ-ə üzv ölkələrin
diaspor təşkilatları rəhbərlərinin II Forumunun və
üzv dövlətlərin diasporla iş üzrə nazirlik və
qurum rəhbərlərinin II görüşünün
keçirilməsinə hazırlıq və digər məsələlər
ətrafında müzakirələr aparılıb.
Dünyada və regionda cərəyan edən
hadisələr fonunda Türkiyə və Azərbaycan tərəfinin
"Türk Şurası Türkdilli Diasporun birgə Fəaliyyət
Strategiyası" layihəsi ilə bağlı rəy və
təkliflər müzakirə edilərək qəbul olunub.
Türk Şurasına üzv dövlətlərin diasporla
iş üzrə nazirlik və qurum rəhbərlərinin II
görüşünün Türkiyənin ev sahibliyi ilə
bu ilin aprel-may ayları ərzində 11 keçirilməsi qərara
alınıb. Tərəflər arasında üzv dövlətlərə
qarşı qarayaxma, mənfi meyillərə qarşı
xalqların arasındakı birliyi, xaricdə yaşayan vətəndaşlarımızın
arasındakı əlaqələri gücləndirmək və
ortaq dəyərlərimizlə bağlı maarifləndirmə
aparılması məqsədi ilə TDƏŞ-ə üzv
ölkələrin diaspor təşkilatları rəhbərlərinin
II Forumunun 2018-ci ilin sonu 2019-cu ilin əvvəlində
Türkiyədə keçirilməsi ilə bağlı
razılıq əldə olunub. Toplantı çərçivəsində
Türkdilli diasporlar arasında əməkdaşlıq və
koordinasiyanın inkişaf etdirilməsi məqsədilə Azərbaycan
tərəfinin təcrübəsindən istifadə edərək
üzv dövlətlərin türkdilli diasporların məskunlaşma
coğrafiyasına uyğun olaraq "Diaspor
Atlasının" hazırlanması qərara alınıb.
2018-ci ilin mayın 6-da Varşavada
Polşanın Sosial Siyasət Nazirliyində Avropa Azərbaycanlıları
Konqresi (AAK) və Polşada Azərbaycanlı Gəncləri
Şurasının (PAGŞ) təşkilatçılığı
ilə qitənin müxtəlif ölkələrindən gələn
azərbaycanlılarla görüş keçirilib. Nazirliyin
Miqrasiya Departamentinin rəhbəri Maqdalina Sveklec ilə
görüşdə AAK prezidenti Sahil Qasımov, PAGŞ sədri
Nail Əhməd, AAK vitse prezidentləri - Alman-Azərbaycan Mədəniyyəti
cəmiyyətinin sədri Yaşar Niftəliyev, Birləşmiş
Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən
Tağıyev, AAK üzvləri - FinlandiyaAzərbaycan
Assosiasiyasının həmsədrləri Vasif Muradlı və
Arzu Muradlı, Benilüks Azərbaycanlıları Konqresinin sədri
Elsevər Məmmədov, İsveçrədə Azərbaycanın
Dostları Birliyinin sədri Arzu Əliyeva iştirak ediblər.
Nazirlik rəsmisi Polşadan Azərbaycana gələn turistlərin
sayının artdığını da bildirib. O qeyd edib ki,
buna səbəb Azərbaycanın tətbiq etdiyi elektron viza
sistemi olub. Görüşdə M. Sveklecə ermənilər
tərəfindən törədilən Xocalı
soyqırımından bəhs edən video və çap
materialları təqdim olunub. Görüş
qarşılıqlı təkliflərin müzakirəsi ilə
davam edib.
Mayın 23-27-də Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi
nümayəndə heyəti Türkiyə Respublikasında
işgüzar səfərdə olub. Nümayəndə heyəti
əvvəlcə Ankaradakı Heydər Əliyev
parkını ziyarət edərək, ümummilli lider Heydər
Əliyevin abidəsi önünə gül dəstələri
düzmüş, xatirəsini ehtiramla yad edib. Mayın 23-də
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Fuad Muradovun Türkiyə Respublikası Prezidentinin Baş
müşaviri Yalçın Topçu ilə
görüşüb. Görüşdə ölkə
arasındakı əlaqələrinin çox şaxəli və
strateci səviyyədə olduğunu qeyd olunub, eyni zamanda bu
gün türk dünyasının birləşməsinə
böyük ehtiyac olduğu və ortaq problemlərimizin həlli
və məqsədlərimizin reallaşdırılması
istiqamətində birgə çıxış etməyin
vacibliyi vurğulanıb. Mayın 23-də daha bir
görüş isə Türkiyə Böyük Millət Məclisinin
spikeri İsmayıl Qəhrəmanl olub. Türkiyə
Böyük Millət Məclisinin inzibati binasında baş tutan
görüşdə spiker İsmayıl Qəhrəman Fuad
Muradovla bir çox məsələlərlə bağlı
fikir mübadiləsi aparıb.
Fuad Muradov Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
həyata keçirilən işlərin iki ölkənin gələcəyi
üçün böyük əhəmiyyət kəsb
etdiyini vurğulayıb. F.Muradov xalqlarımız arasında
sülh və dostluq körpülərinin olduğunu bildirərək,
bu körpülərin təməlinin Ulu Öndər Heydər
Əliyev tərəfindən atıldığını bir
daha qeyd edib. Sonda F.Muradov tərəfindən İ.Qəhrəmana
ingilis dilində nəşr edilən "Qarabağ"
kitabı təqdim edilib. Görüşdə Azərbaycanın
Türkiyə Respublikasındakı səfiri Xəzər
İbrahim və Səfirliyin əməkdaşları,
Türkiyə və Azərbaycan KİV təmsilçiləri
iştirak ediblər.
Qeyd edək ki, Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Fuad Muradov Türk Əməkdaşlıq
və Koordinasiya Agentliyinin (TİKA) sədri Sərdar Çam
arasında 23 may tarixində keçirilən 12
görüşdə Azərbaycan və Türkiyə
diasporlarının fəaliyyəti, o cümlədən iki
qurum arasında əməkdaşlıq imkanları ilə
bağlı fikir mübadiləsi aparılıb.
İyunun 12-17-də Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Fuad Muradovun
başçılıq etdiyi nümayəndə heyəti
Gürcüstana səfər edib. Səfər müddətində
F. Muradov Gürcüstan Patriarxı II İlya, Xarici işlər
naziri Mixeil Canelidze, Mədəniyyət və idman naziri Mixail
Giorqadze, Dini Məsələlər üzrə Dövlət
Agentliyinin sədri Zaza Vaşakmadze, Təhsil və elm naziri
Mixail Çxenkeli, Gürcüstan Parlamentinin vitse-spikeri Zviad
Dzidziquri (görüşdə azərbaycanlı deputatlar
Savalan Mirzəyev, Ruslan Hacıyev və Mahir Dərziyev də
iştirak edib) və Barışıq və vətəndaş
bərabərliyi naziri Ketevan Tsixelaşvili, həmçinin azərbaycanlıların
kompakt yaşadığı Gürcüstanın Kvemo Kartli
bölgəsinin qubernatoru Qriqol Nemsadze ilə rəsmi
görüşlər keçirilib. Bu görüşlərdə
Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək
səviyyədə olması qeyd olunmaqla yanaşı, F.Muradov
tərəfindən Gürcüstanda yaşayan azərbaycanlıların
müxtəlif problemləri ilə bağlı müzakirələr
də aparılıb.
Əlavə edək ki, bütün ölkələrdə
olan diaspora təşkilatları tədricən
libiççilik fəaliyyətini gücləndirir. Bunu zəruri
edən məqamlar daha çoxdur. Diaspora təşkilatları
anlayır ki, tarixi vətənləri ilə bağlı həqiqətlərin
çatdırılması, mədəni irsinin təbliği
iqtisamətində atılan addımlarla kifayətlənmək
olmaz. Çünki həqiqətləri bilmək həqiqətlərin
etirafı anlamını vermir. Həqiqətləri olduğu
kimi qəbul edib, onu müdafiə etmək üçün
siyasi dəstəyə ehtiyac var. Siyasi dəstək
üçünsə hökmən lobbi dəstəyi
olmalıdır. Təcrübə göstərir ki, yalnız
lobbi dəstəyini gücləndirməklə xaricdə yaşayan
insanlar tarixi vətənlərinin problemlərinin həlli
üçün yaşadıqları ölkənin dövlət
strukturlarının dəstəyini ala bilib.
Xaricdə yaşayan azərbaycanlılar da
lobbiçilik fəaliyyətini gücləndirməlidir. Bu
istiqamətdə onlara Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi də vacibdir.
Lobbi quruculuğunda dövlət və diaspor
birgə fəaliyyət göstərməlidir. Konkret
maraqların müdafiəsi işini həyata keçirən
lobbiçilik diaspor təşkilatları və dövlətin
qarşılıqlı əməkdaşlığı əsasında
formalaşmalıdır. İndi dünyanın bir çox
xalqlarının lobbi quruculuğu sahəsində böyük
təcrübəsi var və azərbaycanlılar bu təcrübədən
öz maraqlarımıza uyğun formada faydalanmalıdır.
Artıq azərbaycanlıların bu sahədə
fəaliyyəti müşahidə olunur və müəyyən
uğurlara imza atılıb. Konkret olaraq, Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi ilə hər
il keçirilən Qlobal Bakı Forumu lobbi quruculuğu istiqamətində
atılan ən uğurlu addımlardan biridir. Hər il bu foruma
toplaşan onlarla, yüzlərlə sayılıb-seçilən
siyasətçi, ictimai xadim, elm adamı və digər
nüfuzlu şəxslər Azərbaycanın təbliğində
və ölkəmizin maraqlarının müdafiəsində
böyük rola malikdirlər.
Ardıcıl və məqsədyönlü tədbirlər
sayəsində xaricdə güclü Azərbaycan lobbisinin
formalaşdırılmasına nail olmaq mümkündür.
Burada həm dövlətin, həm də ki, xaricdəki diaspor
təşkilatlarının üzərinə çox
böyük məsuliyyət düşür.
Vasif
CƏFƏROV
Ekspress.-2018.-26 oktyabr.-S.10.