Azərbaycan Davos Forumunda
İsveçrənin
məşhur dağ-kurort şəhəri
Davos ənənəvi olaraq
yanvarın üçüncü
ongünlüyündə dünyanın gündəm
mövzularının müzakirə olunduğu,
dövlət və hökumət başçıları,
nazirlər, böyük şirkət və
beynəlxalq təşkilatların rəhbər və
təmsilçilərinin bir araya gəldiyi məkana çevrilir.
Bu il Davosda
növbəti Dünya İqtisadi
Forumu ərəfəsində daha bir mühüm
tədbir gerçəkləşib.
Yanvarın 21-22-də Davos şəhərində
Mədəniyyət Nazirləri Konfransı keçirilib.
Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev konfransda
iştirak edib. Tədbir
“Avropa üçün
yüksək səviyyəli şəhərsalma mədəniyyətinə
doğru” (“Towards a high-quality Baukultur for Europe”)
devizi altında keçirilib.
Qeyd edək ki, 2018-ci il Avropada “Mədəni irs ili” elan
edilib və bu kontekstdə
inşaat və şəhərsalma mədəniyyətinə
xüsusi yer
ayrılır. Nazirlər konfransının mövzusu
şəhərsalma mədəniyyətinə vahid
və kompleks yanaşmanı əhatə edir.
Konfransda açılış nitqi
ilə İsveçrə Konfederasiyasının Federal kansleri Alain Berset
çıxış edib.
Sonra iştirakçı nazirlər yekunda qəbul olunacaq bəyannamənin
mətni ilə bağlı fikir
mübadiləsi aparıblar.
Nazir
Əbülfəs Qarayev tədbirdə
çıxış edərək Azərbaycanda mədəniyyət
və irs sahəsində həyata
keçirilən islahatlar, habelə Prezident İlham
Əliyevin təşəbbüsü ilə həyata
keçirilən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və mədəniyyət sahəsində
beynəlxalq layihələr barədə
iştirakçılara məlumat verib.
İclas çərçivəsində
nazir Əbülfəs Qarayev
bir sıra Avropa
ölkələrinin nazirləri ilə ikitərəfli əməkdaşlığa
dair fikir mübadiləsi
aparıb.
Konfransın sonunda
Davos bəyannaməsi
(Davos Declaration 2018) qəbul
olunub.
Məmmədli, Murad.
Ekspress 2018.- 25 yanvar.- S.10.