Kətan üzərində neftlə rəsm
Azərbaycanlı rəssam
əsərlərini yağlı boyadan çox ucuz olan neftlə
çəkir
Azərbaycanlı rəssam
Sabir Çopuroğlu əsərlərini neftlə çəkir.
Rəssam Rusiyanın "NTV" telekanalına verdiyi
müsahibədə bunu Azərbaycanda neftin yağlı boyadan
çox ucuz olması ilə izah edib. Çopuroğluya
heç fırça da lazım deyil -rəssam barmaqları
ilə işləyir. O bu halda materialı daha yaxşı hiss
etdiyini bildirir.
Çopuroğlu sadəcə
neft buruqlarının yanına gedir və neft gölündən
yaradıcılığı üçün lazım olan
miqdarda neft götürür. Rəssam neft buruqlarının
yanında yaradıcılığı üçün
mövzu da əldə edir: neftlə neft barəsində. Amma
bu onun yaradıcılığında yeganə mövzu deyil.
Ayxan
Ekspress.- 2009.- 9 aprel.- S. 14.