Barak Obamanın İlham Əliyevlə telefon söhbəti
olub
ABŞ Dövlət
Departamentinin mətbuat xidmətinin yaydığı məlumata
əsasən, aprelin 7-də ABŞ prezidenti Barak Obamanın
prezident İlham Əliyevlə telefon
danışığı olmuşdur.
Məlumata əsasən
Barak Obama "prezident Əliyevlə səmimi söhbət
aparmışdır".
Ağ Evin məlumatında
qeyd olunur ki, prezident B.Obama " Azərbaycanla güclü
münasibətlərin davam etdirilməsində və
Dağlıq Qarabağ münaqişəsinin həllində
irəliləyişə dəstək göstərməkdə
ABŞ tərəfinin sadiqliyini bir daha təsdiqləmişdir".
Məlumatda qeyd olunur ki,
"həmçinin, Prezident regionda daha geniş sülhə
və təhlükəsizliyə aparacaq Türkiyə-Ermənistan
arasında barışığın vacibliyini
vurğulamışdır".
E. Mirzə
Ekspress.- 2009.- 9 aprel.- S. 2.