Qanla yazılmış
şeirlər
Təxminən on il öncə Rəfail Tağızadənin bir silsilə şeirlərini oxumuşdum və bu imza diqqətimi çəkmişdi. O şeirlərin ab-havası, hətta bəzi misraları yaddaşımda ilişib qalmışdı.
...Şair Rəfail Tağızadənin şeirlərini özündən on il öncə tanımışam. On il önjə onun şeirləri ilə dost olmuşam. Sonralar ara sıra dərgilərdə Rəfailin imzasına rast gəlirdim. Və etiraf edim ki, bəzən bu imza üçün darıxdığım vaxtlar da olub. İndi bu yazını yazdığım anda sevinirəm ki, bu gün çağdaş poeziyamızda Rəfail Tağızadənin "imzalar içində xətti var".
... Mən milli əxlaq dışında böyük və gerçək poeziya nümunəsinə rast gəlməmişəm. Əslində bu mümkünsüzdü sanıram. Sanıram ki, milli dəyərlərə yabançı sənət uzun ömürlü ola bilməz. Belə sənət nümunələri zamanın rüzgarlarına tab gətirmir, istər rəsm əsəri, istər musiqi, istərsə poetik mətn öz içindən ovulur, söz, səs və rəng korroziyaya uğrayır.
... Sənət bəşəridi,
şair milli...
Hər divar bir qapıdı-bu Emersonun kəlamıdı. Mən də Emerson kimi düşünürəm və hər divarın bir qapı olduğuna şəkki-şübhə etmirəm.
Rəfail Tağızadənin 2004-cü ildə çap olunmuş kitabı " Qapı " adlanır. Rəfailin "Qapı" adlı şeirlər toplusuna ön söz yazıb ona uğurlar diləmişdim. Və o kitabın mətbəə qoxulu ilk nüsxəsi, mübarək nüsxəsi mənim qismətim oldu. Bu mənada şair dostumun poetik, metofizik QAPI sını ilk açan adam elə mənəm. İndi aradan illər ötüb gəlməsinə rəğmən o QAPI yenə də açıqdı.
Rəfail Tağızadənin QAPI sından küllü QARABAĞ görünür...
Rəfail Tağızadənin QAPI sından görünən QARABAĞ iyirminci yüz ilin ən böyük rəssamlarından biri Pablo Pikassonun məşhur HERNİKA tablosuna bənzəyir.
XOCALI QARABAĞ ın HERNİKA sıdı.
Yer üzündə dilindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq bütün gerçək şairlər savaşlara qarşı savaşan jəngavərlərdi.
Mən bütün barışlara qardaş, bütün savaşlara düşmənəm.
Bu müqəddəs savaşda mən Rəfail Tağızadə ilə eyni səngərdə çiyin-çiyinə döyüşürəm...
Rəfail Tağızadənin şeirləri reallığı, yəni Qarabağ reallığını fotoqrafik bir dəqiqliklə əks etdirir. Bəzən rakuslar dəyişir, işıq kölgə effektləri biri-birini əvəzləyir, amma bu ağ-qara rəsmlərə bənzəyən şeirlərin hamısının üzərində qan izi var. Bu qan şəhid qardaşlarımızın, atalarımızın, günahsız analarımızın, bajılarımızın qanıdı.
Bu sənin, mənim qanımdı.
Bu qan şair Rəfail Tağızadənin qanıdı.
Rəfail Tağızadə şeirlərini öz ürəyinin qanıyla yazır...
Fotoqrafiya rənggarlıqla müqayisədə nədirsə, injəsənət də gerçəkliklə müqayisədə o olmalıdı-deyirdi Alber Kamyu.
Rəfail Tağızadə şeirlərinin görüntüsü gerçəkliyin özudur, bu gerçəklik QARABAĞ gerçəkliyidi.
Yenə Alber Kamyunun bir fikri yadıma düşdü, o, yazır ki, sənətkar süceti nejə seçirsə, sücet də öz sənətkarını eyni jür axtarıb tapır. Əlbətt də fransız yazıçısı haqlıdı. Heç şübhəsiz ki, QARABAĞ şair Rəfail Tağızadəni seçib. Və ədəbiyyatımızın jəfakeşi, tənqidçi, hörmətli Vaqif Yusifli demişkən Rəfail Tağızadə öz "Qarabağnamə"sini yazır...
Tağızadənin "Qarabağnamə"sini mənjə yalnız tanınmış şair Adil Şirinin yaradıjılığı ilə müqayisə etmək olar. Anjaq mən hər jür poetik müqayisənin əleyhinə olduğumdan, belə bir müqayisə aparmaq fikrindən çox üzağam...
Adil Şirinin qələmə aldığı "Rekviyem" simfonik poemasını xatırlayın, bu əsəri oxumamısınızsa oxuyun. Adil Şirinnin "Rekviyem"i sinematoqrafik özəlliklərə malik dəyərli bir əsərdi.
Yuxarıda Tağızadə şeirinə xas fotoqrafik gerçəklikdən söz açdığımdan Adil Şirin yaradıjılığından yan keçmək mümkün olmadı...
Rəfail Tağızadə də, Adil Şirin də Qarabağda doğulub, boya-başa çatıblar. Qarabağ uğrunda savaşlarda düşmənlə üz-üzə gəliblər, qan-qada, ölüm görüblər. Səngərdə şeir yazdıqları anlar da olub. Hər iki şairimiz Milli Ordumuzun zabitləridi.
Təsadüfi deyil ki, Adil Şirin Rəfail Tağızadə haqqında belə deyir:
"Rəfail Tağızadənin poetik dünyası onun ömür yoluna bənzəyir. Onun poetik dünyası irrasionallıqdan çox uzaqdır. Şairin qələmindən çıxan şeirlərin ovqatı mənim ovqatımla üst-üstə düşür".
Və heç şübhəsiz ki, sinematoqrafik fraqmentlər Türk şeirinə ustad Nazim Hikmətlə gəlib. Zira hər iki istedadlı şairlərimizin yaradıjılığında Nazim Hikmət ruhu aydınja duyulur.
Bu ruh
2000 illik Türk şeirinin ruhudu...
Yanan tankını son anda düşmən səngəri
üstünə sürən
gənj şair Nizami Aydını xatırlayıram. Şəhid şairin zabit
çantasından Vaqif
Bayatlının əl
boyda bir şeir kitabı tapılmışdı. Deməli
şeirlərimiz də
səngərlərdə döyüşür...
Rəfail Tağızadənin bu kitabının Vətən
keşiyində duran Azərbayjan əsgərlərini
yeni-yeni qələbələrə
ruhlandırajağına inanıram. Gün gələjək
bu kitab yurd savaşının qazilərinin çantasında
Şuşanı fəht
edəjək. Rəfail Tağızadənin
şeirləri mübarək
zəfər gününü
bayram edəjək.
Dünya bina olandan, dünyanın
ilk şairi ilk şeirini
yazdığı gündən
bəri şairlər
ölümlə müjadilə
edirlər. Və şairlər bu
əzəli-əbədi müjadilədə
məğlub olurlar.
Şairlər məğlub olurlar söz qalib gəlir.
Hər şair
öz epoxasının
obrazıdı...
QARABAĞ yaddaşdı - qanın yaddaşı.
QARABAĞ yaddaşdı - torpağın
yaddaşı.
QARABAĞ həm də şairlərin yaddaşıdı,
poetik yaddaşdı.
Bir Çin məsəlində
deyilir ki, ən yaxşı yaddaş da qara mürəkkəbdən
ajizdi.
Rəfail Tağızadə isə ürəyinin qanıyla şeir yazır.
Mən bu yazımda bilərəkdən Rəfail
Tağızadənin şeirlərinin
fəlsəfi-estetik keyfiyyətlərindən
söz açmadım. Ayrı-ayrı şeirlərdən ürəyimə
yatan uğurlu misraları, bəndləri
xüsusi olaraq vurğulamadım. Çünki bu şeirlər qanla yazılıb. Qanla yazılmış şeirləri
yozmaq mənim işim deyil. Mən qanımıza hopmuş böyük dərd və böyük ümid haqqında yazmaq istəyirəm.
Mən Cıdır düzünün ilk bahar axşamlarından, Qarqar çayının muğam
kimi könülə təsəlli verən sularından, Qədir Rüstəmovun yanıqlı
səsindən, xınalı
dağlarımızdan, Xarı
Bülbüldən və
Aşıq Qurbaninin bənövşəsindən... söz açmaq istərdim, amma gözlərim gözümə
sığmır, göz
yaşım gözümdə
donur.
Gejə yarı...
Ay doğub... Hardasa bir
boz qurd ulayır.
Qurd üzü mübarəkdi.
Gejə yarı...
Ay doğub. Hardasa bir at kişnəyir.
At muraddı...
Adil Mirseyid
Ekspress.- 2009.- 25-27 aprel.-
S. 31.