İşsizlik

 

Böhranla əlaqədar vəziyyət nə yerdədir?

 

Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyevin bu yaxınlarda verdiyi məlumata əsasən, ilin başlanğıcından ölkədə 6 min nəfər iş yerini itirib. Lakin o əlavə edib ki, bu, müxtəlif obyektiv səbəblərdən baş verdiyindən, ölkədə işsizliyin artdığını göstərmir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov isə bildirib ki, 2009-cu ilin birinci rübündə Azərbaycanda işsizlik səviyyəsi 0,4 % azalıb. Nazirin sözlərincə, ümumiyyətlə, hazırda ölkəmizdə işsizlik səviyyəsi 6,1 % təşkil edir. Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə bu rəqəm daha yüksəkdir. Avropa ölkələrində 8 %-dən çox, ABŞ-da isə az qala 9 %-dir ki, bu da məhz böhranla əlaqədar yaranmışdır.

DSK sədri Arif Vəliyevin bizdə 6 min nəfərin yerini itirməsini müxtəlif obyektiv səbəblərlə əlaqələndirməsi isə, bəzi müəssisələrdə yerlərdə onların müvəqqəti məzuniyyətə buraxılmaları, habelə könüllü işdən ayrılmaları ilə izah olunur. Buna, ölkənin aparıcı müəssisələrindən biri olan "Baku Steel Company" şirkətinin işini bu ilin əvvəlindən aprelin 20-dək dayandırmasını misal göstərmək olar. Xatırladaq ki, adıçəkilən şirkətdən ilkin olaraq, verilən məlumatda, zavodun 1000-dən artıq işçisinin könüllü olaraq məzuniyyətə çıxarılması müəssisənin istehsal prosesi üçün tələb olunan həcmdə metal qırıntılarını ala bilməməsi bunda dünyadakı mövcud maliyyə iqtisadi böhranın böyük rolunun olmasıyla izah edilmişdi. Lakin aprelin 20-si arxada qalsa da, müəssisə işini hələ bərpa etməyib. Sözümüz bunda deyil.

Biz, bu fakta münasibətdə yazmışdıq ki, sözügedən tendensiyanın ölkədə inkişaf etməsinin qarşısını mütləq almaq lazımdır. Xüsusən , bunun ölkə iqtisadiyyatının xidmət kənd təsərrüfatı kimi sferalarına sirayət etməsinə yol vermək olmaz. Ona görə ki, dünyada ərzaq kənd təsərrüfatı məhsullarının qiymətləri kəskin şəkildə ucuzlaşdığından eyni vəziyyətin ölkəmizin onsuz da zəif olan yüngül yeyinti emal sənayesi sahələrində üzə çıxmasına zəmin var.

Yeri gəlmişkən, 2009-cu il yanvarın 1- olan məlumata əsasən, Azərbaycanda mövcud 4 milyon 318,2 min iqtisadi cəhətdən aktiv olan əhalinin 4 milyon 56 min nəfəri məşğul sayılır. Keçən ilin 11 ayının nəticəsinə görə, müəssisə təşkilatlarda çalışan 1 milyon 405,3 min insanın 871,1 min nəfəri dövlət, 494,8 mini isə iqtisadiyyatın özəl sektoru üzrə bölünmüşdür. İşləyənlərdən 13,2 % sənayedə, 5,4 % tikintidə, 2,8 % isə kənd, ovçuluq, meşə balıqçılıq təsərrüfatlarında olmaqla, 21,4 %-i istehsal sferasında məşğuldur. Xidmət sektoruna gəlincə, 24,7 % təhsildə, 19,6 % topdan pərakəndəsatış ticarətində, avtomobil məişət texnikasının təmirində, 9,9 % səhiyyə sosial xidmət sahəsində, 6,8 % nəqliyyat, anbar təsərrüfatı ilə rabitədə, 6,1 % əlavə kommunal, sosial şəxsi xidmətdə, 5,2 % daşınmaz əmlak üzrə əməliyyatlarda, 3,8 % dövlət xidməti müdafiədə, 2,5 %- başqa sahələrdədir. Onu da qeyd edək ki, göstərilən tarixə işsizlərin sayısa 44 min 481 nəfər təşkil edib ki, bunların da 46,9 %-i məhz qadınlardır. Ancaq bəllidir ki, Azərbaycanda gizli məşğulluq olduqca geniş yayılıb. bəzi ekspertlərin rəyinə görə, ölkədə mövcud olan işçi qüvvəsinin təqribən 50-60 %-i çalışdıqları yerdə əmək müqaviləsi bağlamadan məşğuldur. Odur ki, ötən şərhimizdə qeyd etdiyimiz kimi, əslində, bizdə işsizliyin dəqiq səviyyəsini müəyyən etmək çətindir. Bununla belə, böhranla əlaqədar olaraq, bu məsələ diqqət mərkəzində saxlanılmalıdır. hansı səbəbdən baş verməsindən asılı olmayaraq, real şəraitdə ölkədə məhz rəsmi olaraq, işsizlərin sayının artmasının qeydə alınması olduqca ciddi qəbul edilməlidir.

Hökumətin yaxın zamanda qəbul edəcəyi antiböhran proqramında qarşıya qoyulacaq əsas vəzifələrdən biri işsizliyin azaldılması olacaq. Ancaq fikrimizcə, indiki şəraitdə yeni yerlərinin yaradılması o qədər real görünmür. Odur ki, əsas məqsəd mövcud yerlərinin bağlanmasının qarşısını almaqdan ibarət olmalıdır. Bu mənada çox təqdirəlayiq haldır ki, hökumət xarici əmək miqrantlarına qarşı mövcud şərtləri nisbətən sərtləşdirdi. Ancaq eyni zamanda, ölkədə gizli məşğulluğa qarşı da mübarizə gücləndirilməlidir. Böhran başlayandan bəri, bizdə yerlərini ən çox itirən məhz əmək müqaviləsi olmadan çalışanlar olub. Azərbaycanda istehsal obyektləri az sayda olduğu üçün göz qarşısındadır. Amma tikinti, ticarət, xidmət digər sahələr, daha yaxşı inkişaf etdiyindən əsas diqqət bunlara yönəldilməlidir. Çünki yuxarıda söylənilən rəqəmlərin əksinə olaraq, əhalinin çox hissəsi bu yerlərdə çalışırlar. Sadəcə olaraq, əksəriyyət gizli məşğul olduğundan adıçəkilən sahələrdə işləyənlərin dəqiq sayını müəyyən etmək mümkün sayılmır.

Bundan əlavə, bir faktı da nəzərə almaq vacibdir ki, ölkəmizdə yerli işçi qüvvəsinin dəyəri heç ucuz deyil. Bu, adətən "pullu" ölkələrdə belədir. Belə ki, məsələn, Çin kimi inkişaf etmiş ölkədən işçi qüvvəsi Azərbaycana gələrək, şəhərimizin küçələrinə daş döşənməsi işində günə cəmi 6-7 manata çalışırdıqları halda, bizim heç bir təhsili olmayan ixtiyari adi işsiz vətəndaşı hətta rayonda belə, bu qiymətə fəhlə kimi işlətmək mümkün deyil.

Ona görə , Azərbaycanın mövcud əmək bazarına bu gün əslində, ciddi nəzarət tələb olunur. Belə ki, ölkəmiizdə işçi qüvvəsinin axıcı forması daha çox inkişaf etdiyindən, məşğulluq problemi məhz bu sahədə həllini tapmalıdır. Hansısa zavodun ya fabrikin hər hansı problem üzündən, işçilərinin sayını azaltması yaxud da onları tətilə buraxması faciə deyil. Ən böyük mənfi cəhət, torpaqda çalışan kəndlilərin rayon mərkəzinə şəhərə 200-300 manata "daş daşımağa" axışması hesab olunmalıdır. Məhz bunun qarşısını almaq lazımdır. Qeyd olunan tendensiya isə, ölkəmizdə bir neçə ildir müşahidə edilir. Odur ki, tikinti sahəsində, ticarət obyektləri, şadlıq sarayı restoranlarda qeydiyyatda olmayan işçilərin sayı olduqca çoxdur.

Bütün bunları aradan qaldırmaq üçün isə mövcud əmək qanunvericiliyindən başlamış, vergi siyasəti iqtisadiyyatın sektorları da daxil olmaqla, hər bir sahədə köklü islahatlar aparmaq lazımdır. Antiböhran proqramı çərçivəsində bunların hamısını həyata keçirilmək çətindir. Ona görə bir sıra tədbirlər həmin proqrama paralel olaraq, icra edilməlidir. Bu, xüsusən gizli məşğulluğun ləğvinə aiddir. Çünki bundan ötrü ölkədə korrupsiya rüşvətxorluğa qarşı mübarizə gücləndirilməklə, iqtisadiyyatda qeyri-leqal hissə gizli gəlir mənbələrinin fəaliyyəti tamamilə dayandırılmalıdır.

Bundan əlavə, işçi qüvvəsinin fərdi uçot sisteminin geniş şəkildə tətbiqinin, həmçinin əməyin dəyərinin ödənilməsi sisteminin təkmilləşdirilməsi sosial ayırmaların dərəcəsinin azaldılması tədbirlərinin zəruri əhəmiyyəti var. Bunların hər biri digərinə bağlı məsələdir. Ymumiyyətlə, işəgötürən tərəfindən əmək haqqı fondundan 22, işçindən isə 3 % həddində sosial vergi ödənişi bizdə işçi qüvvəsinə real tələbi boğan ən ümdə amil sayılır.

Bir sözlə, böhranla əlaqədar olaraq, Azərbaycanda işsizlik sarıdan hələ ciddi problem yaranmayıb. Bununla belə, vəziyyət sadə deyil. Artıq "Azəralüminium" ASC-nin Gəncə Alüminium Zavodunun da fəaliyyətini dayandırdığı işçilərini məcburi məzuniyyətə buraxdığı bildirilir. İri müəssisələrdə işçilərin bu cür tətilə buraxılmasının qarşısını yalnız dövlətin birbaşa maliyyə yardımları vasitəsilə almaq olar. Amma ölkədə ümumiyyətlə, işsizliklə mübarizədə isə kiçik orta sahibkarlığın dəstəklənməsi lazımdır.

 

 

Pərviz HEYDƏROV

 

Ekspress.- 2009.- 25-27 aprel.- S. 10.