Dağıstan-Azərbaycan dostluğu

 

Dərbənddə bu mövzuda beynəlxalq elmi-praktik konfrans keçirilib

 

Dərbənd şəhərində "5000 il yaşı olan Dərbəndin Azərbaycan Dağıstan xalqlarının çoxəsrlik dostluq tarixində yeri rolumövzusunda  beynəlxalq elmi-praktik konfrans keçirilib. Bu barədə "Ekspress"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbir Ümumrusiya Azərbaycanlıları Konqresinin Dağıstan regional bölməsinin, Dərbənd Şəhər Mədəniyyət İdarəsinin, Dağıstan Dövlət Universitetinin Dərbənd filialının təşkilatçılığı ilə Azərbaycanın şimal qapısı olan Dərbənd şəhərinin "Maqal" adlanan hissəsində-Narınqalanın yaxınlığında yerləşən gimnaziyada baş tutub. Konfransda Dərbənd şəhərinin meri Feliks Qazıəhmədov, Dərbənd rayonunun icra hakimiyyətinin başçısı Qurban Qurbanov, Dağıstan Azərbaycanın tarixçi alimləri, Diasporla İş İzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Konfransda bu yaxınlarda Rusiyada nəşr edilmiş "Dərbənd şəhərinin ensiklopediyası" kitabının təqdimat mərasimi keçirilib.

 

 

A.İSMAY1LOĞLU

 

Ekspress.- 2009.- 22 dekabr.- S. 14.