Puşkin-210
Şairin yubileyi
Bakıda Puşkinin doğum gününə həsr olunmuş mərasim keçirildi
Dekabrın
21-də M.F.Axundov adına
Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə dahi rus
şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 210 illiyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdə
mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rusiyanın Azərbaycandakı
səfiri Vladimir Doroxin
də iştirak edib.
Tədbiri açan Azərbaycan Yazıçılar Birliyınin
üzvü, əməkdar
mədəniyyət işçisi
Çingiz Əlioğlu
şairin yaradıcılığından
danışıb.
Sonra Ədalət Vəliyev çıxış
edərək bildirib ki, Azarbaycan xalqı hər zaman Ruşkinin xatirəsini uca tutub: "Onun əsərləri bu gün də Azərbaycanda sevilir, oxunur".
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanda Puşkinin xatirəsinin dövlət səviyyəsində
yad edilməsindən məmnunluq duyduğunu qeyd edib. "Mən Azərbaycana gələndən bir müddət sonra dahi şairin yaradıcılığının ən gözəl nümunələrini dinləmişdik.
Həmin
mərasimdən sonra da Azərbaycan xalqı onun yaradıcılığına dəfələrlə
müraciət edib.
Bu gün də
belə önəmli günlərdən biridir.
Biz hamımız bir daha Puşkini
anmağa gəlmişik.
Bu çox yüksək
səviyyəli mərasimdir",
-deyə səfir bildirib.
Onun sözlərinə görə,
Azərbaycan xalqının
Puşkini hər zaman yad etməsi
çox sevindirici haldır: "Azərbaycan
hər zaman Puşkinin xatirəsini yad edib. Sizin xalq
nəinki Puşkinin yaradıcılığına, ümumiyyətlə, Rusiya
poeziyasına yaxşı
bəllidir. Bildiyimə görə,
Azərbaycanın yeni
nəsli Puşkin yaradıcılığına qayıdır
və bununla bağlı yeni tərcümələr də
olunub. Bunu yalnız alqışlamaq
olar. Rusiya mədəniyyəti Azərbaycan mədəniyyətinin
bir hissəsinə çevrilib. Bundan isə
hər iki tərəf faydalanır.
Heç kim
təsəvvür edə
bilməz ki, mənim üçün iş gününü Puşkinlə başlamaq necə gözəl bir hisdir. Azərbaycan xalqına
öz təşəkkürümü
bildirmək istəyirəm
ki, hər zaman Puşkinin yaradıcılığına müraciət
edirlər, onun xatirəsini hər zaman əziz tuturlar. Bu xalq
hər zaman ona böyük qiymət verib. Mən çox sevinirəm ki, Puşkin yaradıcılığı bu gün Azərbaycan
mədəniyyətində öz yerini tutub". Mərasimdə, həmçinin, ədibin həyat və yaradıcılığını
əks etdirən kitablar nümayiş olunub, tanınmış qələm adamlarının,
ədəbiyyatsevərlərin, qiraətçilərin iştiraki
ilə bədii kompozisiya təşkil edilib.
AYXAN
Ekspress.-
2009.- 22 dekabr.- S. 10.