Bakı- İslam Mədəniyyətinin Paytaxtı
-2009"
Bu gün açılan tədbirə nazirlər, nazir
müavinləri, şəhər merləri qatılacaq
Bu gün paytaxtda
"Bakı-İslam Mədəniyyətinin
Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli
açılış mərasimi keçiriləcək.
Bununla bağlı dünən M.F.Axundov adına Milli
Kitabxanada keçirilən mətbuat konfransında Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev geniş
açıqlama verib.
İSESCO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin Liviyanın Tripoli şəhərində keçirilən 5-ci konfransında Bakının 2009-cu ildə İslam Mədəniyyətinin paytaxtı elan olunmasından sonra bu tədbirə ciddi hazırlıqların getdiyini deyən nazir qeyd etdi ki, açılışa bir sıra Avropa və islam ölkələrindən şəhər merləri, dörd ölkənin nazir və nazir müavinləri, eyni zamanda, mədəniyyət nazirləri dəvət edilib. Tədbirdə İSESCO-nun baş direktoru da iştirak edəcək.
Nazirin sözlərinə görə, tədbirə bu gün səhər Şəhidlər Xiyabanının və Heydər Əliyevin Fəxri Xiyabaındakı məzarının ziyarəti ilə başlanılacaq. Daha sonra Heydər Əliyev Sarayında açılışa həsr olunan qala-konsert olacaq. İki gün davam edəcək silsilə tədbirlərin siyahısında "Bakı-İslam Mədəniyyətinin Paytaxtı -2009" vebsaytının və "Qədim Bakı" kitabının təqdimatı da var. Nazirin sözlərinə görə, il ərzində 100-dən çox beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi planlaşdırılır: "Bu il həmçinin islam ölkələri mədəniyyət nazirlərinin VI konfransı olacaq. Azərbaycan tərəfi ənənəsinə sadiq qalaraq "Bakı prosesi" çərçivəsində həmin konfransa bir sıra Avropa dövlətlərini də dəvət etməyi planlaşdırır. Keçiriləcək tədbirlər Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə xidmət etməklə yanaşı, müxtəlif mədəniyyət və sivilizasiyaların qovşağında unikal coğrafi mövqeyi, dözümlülük və icmalararası sülh ənənələri, mədəni və etnik rəngarənglik şəraitində yaşayan Azərbaycanın sivilizasiyalar arasında körpü rolunu oynamasını bir daha təsdiqləyəcək. Artıq "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009"-la bağlı hazırlanan reklam çarxları CNN və "Əl Cəzirə"də nümayiş olunur".
İl ərzində maraqlı tədbirlərin keçiriləcəyini vurğulayan Ə.Qarayev bu həftənin sonuna kimi bütün muzey və qoruqlarda "açıq qapı" elan olunduğunu da diqqətə çatdırdı. Bu il həmçinin 5 islam ölkəsində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi də planlaşdırılır. Ə.Qarayevin sözlərinə görə, artıq mədəniyyət günləri ilə bağlı tədbirlər planı hazırlanır. Bununla yanaşı, il ərzində Azərbaycanda doqquz ölkənin mədəniyyət günlərinin keçirilməsi ilə də bağlı artıq qərar qəbul edilib. Nazir bildirdi ki, bu kimi tədbirlərin Bakıda təşkili Azərbaycan mədəniyyətinin inkişafı ilə yanaşı, turizmin inkişafına da müsbət təsir göstərəcək. Ə.Qarayev qeyd etdi ki, bu ilin payız aylarında ilk dəfə olaraq Böyük Britaniyanın məşhur Viktoriya və Albert Muzeyində saxlanılan islam mədəniyyətinə aid nümunələr Azərbaycan Dövlət İncəsənət Muzeyinin yeni binasında səgirlənəcək. Sərgi "İslam üst geyimləri Viktoriya və Albert Muzeyində" adı altında təşkil olunacaq.
Mətbuat konfransında mədəniyyət ocaqlarında
aparılan əsaslı
təmir işlərinə
də toxunan Ə.Qarayev bildirdi ki, Dövlət İncəsənət Muzeyinin binasında aparılan əsaslı təmir işləri bu ilin martında
başa çatdırılacaq.
Nazirin sözlərinə
görə, muzeydə
saxlanılan sənət
nümunələrinin daha
keyfiyyətli qalması
üçün xüsusi
anbar hazırlnır:
"Bu anbar Finlandiyadan gətirilən
xüsusi materiallar əsasında quraşdırılır.
Anbar hazır olandan sonra Azərbaycanın
sənət nümunələrinin
saxlanılması işi
daha da yüksək
səviyyədə aparılacaq". Nazir qeyd etdi ki,
hazırda İncəsənət Muzeyində maraqlı və
yeni ekspozisiya hazırlanır. Bununla yanaşı, Dövlət
Xalça Muzeyinin binasının tikintisi işi də
uğurla davam etdirilir.
Dövlət Xalça Muzeyinin binasının 2010-cu ildə
təhvil verilməsi nəzərdə tutulur. Ə.Qarayevin
bildirdiyinə görə, hazırda dünyada gedən maliyyə
böhranı Azərbaycanın mədəniyyət sahəsinə
heç bir mənfi təsir göstərməyəcək:
"Bu maliyyə böhranı hazırda təmirdə olan mədəniyyət
ocaqlarında təmir işlərinin aparılmasına təsir
göstərmir və belə bir halın olacağını
güman etmirik. Ancaq maliyyə böhranının builki layihələrə
hansısa bir təsirini istisna edə bilmərəm. Hələ
ki, belə bir şey qeydə alınmayıb. Bunu gələcək
göstərəcək".
Ayxan
Ekspress.- 2009.- 18 fevral.- S. 11.