Rusiyada Azərbaycan Mədəniyyəti Günləri açıldı

 

Rusiyada Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib. Rusiya Federasiyası ilə Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin birgə təşəbbüsüylə reallaşdırılan tədbir Moskvada İttifaqlar Evinin Sütunlu Salonunda böyük bir konsert proqramıyla açılıb.

Mərasimdə Rusiya mədəniyyət nazirinin müavini Aleksandr Qolutva Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev mədəniyyət günlərinin başlaması münasibətilə iştirakçıları təbrik ediblər.

Ə.Qarayev çıxışında qeyd edib ki, mədəniyyət günlərinin başlıca özəlliyi Moskvaya gənc sənətçilərin gəlməsidir: "İnşallah, iki gün sonra Tatarıstana səfər edəcəyik. İlin sonuna qədər Azərbaycanla bağlı mədəniyyət tədbirləri davam edəcək. Bu tədbirlər sərgilər, konsertlər s. formada olacaq".

Sonra Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri xalq artisti Teymur Göyçəyevin müşayiəti ilə möhtəşəm konsert təqdim edib. "Koroğlu", "Arşın mal alan", "Mənim Azərbaycanım", "Yeddi gözəl", "Qarabağ şikəstəsi", "Rast" kimi əsərlərdən parçalar ifa olunub.

Daha sonra İttifaqlar Evində rəssam Tahir Məmmədovun foto əsərləri sərgilənib.

 

 

AYXAN

 

Ekspress.- 2009.- 2 iyul.- S. 11.