Azərbaycanda məhkəmə sistemi

 

Onun keçmişi indisi ilə bağlı seminar keçirilib

 

Milli Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Balakən şəhərində "Azərbaycanda məhkəmə sisteminin tarixi müasir durumu" mövzusunda seminar keçirilib. Bu barədə məlumatı "Ekspress"ə mərkəzin prezidenti Leyla Əliyeva verib.

Yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş seminarda AMEA-nın Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov "Çarizm Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhkəmə sisteminin vəziyyəti", vəkil Ceyhun Daanov "Yerli məhkəmələrin əsas problemləri", hüquqşünas Müzəffər Baxışov isə "Postsovet dövründə Azərbaycanın məhkəmə sistemində həyata keçirilmiş islahatlar onların effektivliyi" mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdən sonra mövzular ətrafında diskussiya olub. Əliyevanın bildirdi ki, diskussiyada Azərbaycanda Rusiya imperiyasından öncəki məhkəmələrinin xüsusiyyətləri, Çar Rusiyası vaxtında məhkəmənin inkişafı, xüsusən Azərbaycan Xalq Cümhuriyyəti vaxtında məhkəmənin müstəqilliyi onun müxtəlif tarix dövrlərində durumu müzakirə olunub.

 

 

Bəkir

 

Ekspress.- 2009.- 2 iyul.- S. 4.