Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır?
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri
Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub Qurbanın bu məhkəmə, onun necə
və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən şənbə saylarımızda)
"Kreml
qətli"ndən əvvəl - hələ 1923-25-ci illərdə
"Şərqin Lenini"nə qarşı daşnak Mikoyanın siyasəti baş
tutmuşdu: "onu (N.Nərimanovu - T.Q.) elə mühasirəyə
alarıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin". 1925-ci
ildə Nəriman Nərimanovun ədəbi, ictimai və
inqilabi fəaliyyətinin 30 illik yubileyinin Bakıda qeyd edilməməsi
bu məkrli siyasətin təzahürü idi.
Məmməd
Səid Ordubadi o dövrün siyasi mənzərəsini belə qələmə
almışdı: "Nəriman deyirdi ki, xalqların irq və adətləri
müxtəlif olduğu kimi, düşüncə və zehniyyətləri də
bir-birindən ayrıdır. O isbat etmək istəyirdi ki, hər mədə
hər bir qidanı həzm edə bilməz. Buna görə də Nəriman
öz nəzəriyyəsində kommunizmi şərqləşdirməyi
təklif edirdi. Yaxud o, Şərqə məxsus bir kommunizm tərtib
etməyi düşünürdü. Onun nəzəriyyəsində kommunizm ilə
islamiyyəti barışdırmaq fikri mühüm yer tuturdu. Nərimançılıq eyni
zamanda siniflərin təsviyyə etmək məsələsini
kommunizm və burjuaziyanı barışdırmaqla həll etmək istəyirdi.
Lakin nərimançılıq bu fikirlə bərabər başqa bir fikir də
meydana atmışdı: O deyirdi: "Dünyada bir əqidənin hakim olması
millətin orijinallığını itirmək deməkdir. Çünki əqidənin
milli adət və milli mədəniyyət üzərində
böyük bir təsiri ola bilər".
Nərimançılıq
sosializm və kommunizmə sinfi mübarizə yolları ilə deyil,
barışdırıcılıq yolları ilə getməyi tövsiyə edirdi. Lakin o, bu qədər
müxtəlif və bir-birinə zidd olan fikirləri vahid bir qəlibə
salmağı bacarmırdı, o həmişə düşünür və çapalayırdı, hərdənbir
də köməksizliyindən şikayət edərək, "məni
anlayan yoxdur" - deyirdi.
...Nərimançılıq
bir xülyadan ibarət olsa da, o özlüyündə çox qərib bir nəzəriyyə
idi. Doktor Nəriman bütün ziyalı təbəqəni öz ətrafında
mərkəzləşdirmişdi. Buna görə də nərimançılığa
olan bir hücum avam xalq tərəfindən Azərbaycan xalqına olan
bir hücum kimi məna edirdi. Nəriman öz nəzəriyyəçi ilə
sovet üsul-idarəsindən razı qalmayanları da öz tərəfinə
çəkmişdi. Bunu da qeyd etmək lazımdır ki, millətçiliyə təzə
qan aşılamaq istəyən bu nəzəriyyə nərimançılar tərəfindən
müxtəlif məzmunlarda işlədilirdi.
Nərimançılardan
Dadaş Bünyadzadə, İsrafilbəyov, Qədirli və daxiliyyə
komissarı Həmid Sultanov və sairləri nərimançılıqla şöhrət
tapsa belə, bu nəzəriyyənin nədən ibarət
ollduğunu anlamırdılar. Onlar ancaq bir qrupa ayrılaraq Mərkəzi Komitəyə
və Bakı komitələrinin işlərinə əngəl törədirdilər.
Mən
elə zənn edirdim ki, Nərimanın qrupuna qarşı mübarizə
aparan Ruhulla Axundov, Əliheydər Qarayev, Həbib Cəbiyev,
Mirzədavud Hüseynov, Qəzənfər Musabəyov və sairləri
də Mərkəzi Komitənin mənafeyini müdafiə üçün
mübarizə aparırdılar. Onların mübarizəsinin əsas mündərəcatı
Nəriman Nərimanovu komissarlar şurası sədrliyindən atmaq,
onun yerinə Mirzədavud Hüseynovu və ya Qəzənfər
Musabəyovu təyin etməkdən iöarət idi. Nərimanov
düşmənlərinə qarşı hər cür silahdan istifadə edirdi.
O, düşmənlərinin Levon Mirzoyan tərəfindən müdafiə
olunduğunu bilməmiş deyildi. Buna görə də birinci növbədə
Mirzoyanı həcv etdirir və tək-tək hökumət üzvlərini
ifşa etdirməyə çalışırdı. Lakin buna baxmayaraq, nərimançıların
mövqeyi o qədər də möhkəm deyildi. Çünki bu qrupun görkəmli
üzvlərindən Dadaş Bünyadzadənin Nərimanovla axıra qədər
həmfikir olacağına etibar yox idi. O, lazım gəldiyi zaman Nərimanovçu
çox ucuz sata bilərdi. Mərkəzi Komitənin təşəbbüsü
nəticəsində Həbib Cəbiyev, Ruhulla Axundov və
Mirzədavud Hüseynov ümumittifaq Mərkəzi Komitəsi tərəfindən
Moskvaya çağırıldı. Lakin bu çağırış nərimançılığın qalib gəlməsi
kimi məna edilməməli idi. Çünki partiya bu nəzəriyyəni
məhv etmək üçün bütün qüvvəsini sərf edirdi. Dadaş
Bünyadzadə Nərimanı aralıqda tək buraxıb Mirzoyan tərəfinə
keçmiş, Həmin Sultanov isə öz müavini Siviridov ilə apardığı
mübarizə nəticəsində daxiliyyə komissarlığından
götürülüb İran Ədalət Partiyasının katibi təyin edilmişdi.
Nəhayət,
doktor Nəriman tərksilah edildi. O razı qalmadığı işlər barəsində
Moskvaya uzun bir məruzə məktubu göndərməyi qərara
aldı. Məruzə məktubunda yazılan məsələləri
yoxlamaq üçün məktub Azərbaycan Mərkəzi Komitəsinə
göndərilmişdi. Mərkəzi Komitədə
də Mirzoyan idi. Məktubda yazılan
narazılıqlar da Mirzoyanın əleyhinə idi. Buna
görə də məruzə məktubunu müzakirə etmək
işini bir firqə təhqiqatı kimi aparmayaraq, Nərimanov üzərində
bir məhkəmə prosesi qurdular. Bu
prosesdə mən özüm də iştirak edirdim. Orada
məktubda yazılan məsələlərin doğru olub-olmaması təhqiq
edilmədi. Burada ancaq məktub yazılması
işinin siyasi bir səhv olduğunu meydana atmışdılar. Nəticədə bəziləri Nərimanın
partiyadan qovulmasını təklif etdilər, İran kommunistlərindən
Ağazadələr yuxarıdakı təkliflərlə razılaşmadılar.
Onlar Nərimanın güllələnməsini təklif
etdilər.
Bu hadisə məni
o qədər də təəccübləndirmədi. Çünki
Nəriman əleyhinə düzələn qrupu Levon Mirzoyan idarə
edirdi. O hər nə cürə olursa Nərimanı ifşa etməli
və nüfuzunu düşürməli idi. Məni təəccübə
gətirən bir şey varsa, o da Dadaş Bünyadzadənin Nəriman əleyhinə
səs verməsi idi",-deyə Ordubadi yazırdı.
1923-cü ildə başda
Mikoyan olmaqla daşnakların Nəriman Nərimanova qəsdi 1953-cü ildə
Mir Cəfər Bağırova qarşı çevrildi. Bu dəfə
partiya yığıncaqlarında "Nərimanovun güllələnməsini təklif
etmiş İran kommunistlərini" Sovet Azərbaycanı bolşevikləri əvəz
etdilər: "M.C.Bağırov həbsə alınıb güllələnməlidir!"
Əlbəttə,
1923-cü ildə N.Nərimanova, 1953-cü ildə M.C.Bağırova qarşı
"güllələnsin!" - deyə əl
çalanlar xalqın dostu deyil, düşmənləri idilər...
Azərbaycan Respublikası Prezidenti İşlər
İdarəsi Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət
Arxivində bir qovluğun üzərində yazılmışdır: Moskva, Kreml, on
doqquzuncu partiya qurultayının nümayəndəsi M.C.Bağırov yoldaşa. Qovluqdakı bəzi məktubları oxuyuruq. 1952-ci ildə yazılanlar 1953-cü ildə deyilənləri
inkar edir.
RSFSR-in
Yoldaş Bağırov! Mən Sizinlə ilk dəfə
ordu sıralarında ikən 1920-ci ildə
Mən 1917-ci ildə
Qori müəllimlər seminariyasında təhsil almışam. 1929-cu ildə
Krupskaya adına Kommunist Tərbiyəsi
Akademiyasını bitirmiş, 1932-ci ildə həmin akademiyanın pedaqoji üzrə
aspiranturasını qurtarmışam. 1933-cü ildə "Azərbaycanda
ikinci beşillik dövründə pedaqoji kadr problemi" mövzusunda
dissertasiya müdafiə etmişəm.
Pedaqoji fəaliyyətə
1918-ci ildən başlamışam, bu sahədə bir çox məqalələr
müəllifiyəm. 1935-ci ildə Moskvanın
"Revolyutsiya nasionalnostey" jurnalında "Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasında xalq maarifinin vəziyyəti və perspektivləri"
adlı məqaləm dərc olunmuşdur.
Yoldaş Bağırov! Mən özüm
Noraşen rayonunun Zeyvə kəndindənəm. Atam ömrünün sonunadək bərbər olmuşdur. Qardaşlarım sovet hakimiyyəti qurulanadək muzdur idilər.
Yalnız mən elmi qabiliyyətimə görə dövlət
hesabına müəllimlər seminariyasına qəbul olunmuşam.
1937-ci il oktyabr
ayının 3-də Bakı şəhərində həbs edilmişəm. Mənim istintaqımı müstənqit Səfər Məmmədov
aparmışdır. O məni cəmi bir dəfə, 1938-ci il aprelin 17-də dindirmiş və bu dindirilmə
protokolu ilə istintaq yekunlaşdırılmışdır. Müstəntiq
Məmmədovun subyektiv rəyi əsasında vətəndən
didərgin düşmüşəm. Ailəm Bakıda Kamo adına
küçənin 104-cü mənzilində yaşayır. Altı oğlum
və bir qızım vardır. İki oğlum hal-hazırda ordu
sıralarındadır. Üçüncü oğlum da çağırış yaşındadır, bu il əsgərliyə gedəcəkdir. Arvadım səhhətinə görə işləmir və beləliklə,
məktəb yaşına çatmamış uşaqlarımızın dolanışığı çıxılmaz vəziyyətdədir.
Burada,
Sizə müraciət
etməklə, yoldaş Bağırov, artıq dərəcədə xahiş
edirəm ki, düşdüyüm ağır vəziyyətdən çıxmaqda mənə
kömək əlini uzadasınız".
Arxiv qovluğundakı
ikinci məktub
Hörmətli adam! Vaxtınızı aldığıma görə üzr istəyirəm. Mən
1949-cu ilin avqust ayında Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun 2-ci kursundan Moskvanın Timiryazev adına
Kənd Təsərrüfatı Akademiyasının 3-cü kursuna göndərildim. 4-cü kursu müvəffəqiyyətlə bitirərək
rus dilini mükəmməl öyrənmək üçün Moskvada tədris
praktikasında qaldım. Tədris praktikasını bitirib
zaçot aldım, 20 günlük tətilə buraxıldım. Moskvadan
birbaş Azərbaycana, evimizə qayıtdım. 20 günlük tətilimi
Kirovabadda Nizami adına 1 nömrəli sovxozda
keçirdim, öz biliyimi və diplom işimin binasını bərkitdim.
Tətildən
Moskvaya qayıtdım.
Akademiyanın həmkarlar ittifaqı komitəsinin sədri mənim zəif
olduğumu nəzərə alaraq, ali məktşəblər
və elmi idarələr işçiləri üçün olan istirahət evinə
göndərdi. Orada iki həftə istirahət
etdikdən sonra 4-cü kursda təhsilimi davam etdirdim. Oxumaqla
bərabər, Akademiyanın nəzdindəki dərnəklərdə,
ictimai işlərdə oldum, "DOSARF" ocağının sədr müavini
seçildim, "üzümçülük və çaxırçılıq elmi dərnəyinin
başçısı", "üzümçülük" divar qəzetinin məsul katibi
oldum. 1951-ci il yanvarın 12-də hərbi fənddən
dövlət imtahanını generallar və polkovniklər qarşısında verdim və
kiçik leytenant adını aldım. Həmin gün fərəhlənərək,
üç nəfər Azər balası ilə kef duruluğu etdik, yaşayış
otağından yataqxananın üçüncü mərtəbəsinə qalxaraq, koridorda
tans oynamağa başladıq. Tans zamanı rus balaları bir neçə
dəfə məni itələyərək pisikdirmək istəyirdilər.
Düzünü deyim ki, bir neçə dəfə öz qulağımla
eşitdim ki, "smotri, priyexal otkuda to, a zdes v akademii vezde qovoryat
Askerov, yeqo predovatelskiy sostav toje uvajayet". Rus balaları
akademiyada oxuyan Tovuz rayonundan gəlmiş Sevil Abbasova ilə zorla
tans oynamaq istəyəndə, qızımızı onların əlindən
alaraq otağına apardım. Geri qayıdanda rus balaları məni "ana
söyüşü" ilə qarşıladır, "yoldaşi" deyəndə tab gətirə
bilmədim, 12 nəfərlə tutaşdım. Axırda
gördüm ki, məni çox pis hala salacaqlar, özümü salamat qurtarmaq üçün
bıçaqla rus balalarının ikisinin buduna, birinin isə böyrünə zərbə
endirdim, hamısı dağılışdı. Məni iki nəfər
gürcü balası otağa gətirdi. Yıxılıb-qaldım,
başımdan qan axırdı. Gecə saat 1 tamamda məni
Moskvadakı 100 N-li inzibati şöbənin təcili yardım məntəqəsinə
apardılar. Həkim başımın yarasını sarıyanda dedi ki, ağır yaradır,
dəmirlə vurublar.
Əziz atam! Məni
Akademiyanın yataqxanasına gətirmək əvəzinə, inzibati
idarənin ayrı bir otağına apardılar, bir neçə sutka yeməksiz
saxladılar. Buna baxmayaraq, Azər balaları mənə
gizlicə yemək gətirirdilər. Üç ay
türmədə yatandan sonra mənə sud etdilər. Prokuror
və sudya mən tərəfdən olan şahidlərə bir
fikir verməyərək, 6 il iş kəsdilər.
Əziz atam, ali savadlı prokuror çıxışında görün nə
deyirdi: "Bu millətin bıçaqla oynamaq qaydası var, müttəhimin
şahidləri isə yalan danışırlar".
Əziz atam! Xahiş edirəm,
mənim azadlığım üçün çalışın, artıq üç ilim qalıbdır. Kirovabadda 55 yaşında anam yaşayır. Qardaşım
1941-ci ildən hərbidədir, hal-hazırda Primorsk ölkəsində
yaşayır.
Ənvər
Əsgərov
5.X.1952".
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2009.- 4-6 iyul.- S. 15.