Diaspor Komitəsinin 7 yaşı oldu

 

"Dünyada 370-dək Azərbaycan icması fəaliyyət göstərir"

 

"7 il əvvəl belə bir qurumun yaradılması ilə dünyadakı soydaşlarımızın Azərbaycan dövlətinin ətrafında sıx birləşməsinə start verilib". Bunu Nazim İbrahimov rəhbərlik etdiyi Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yaranmasının 7 illiyi bağlı dünən jurnalistlərlə söhbətində bildirib.

Qeyd edək ki, bu təşkilat Azərbaycan prezidentinin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi inkişaf etdirilməsi məqsədi ilə yaradılıb. 2008-ci il noyabrın 19-da isə dövlət başçısı İlham Əliyev Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalayıb. Xaricdə yaşayan azərbaycanlılarla sahəsində dövlət siyasətinin əsasları 2002-ci il dekabrın 27- qəbul edilmiş "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədi ilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir.

Nazim İbrahimovun sözlərinə görə, indi Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet məsələlərdən biri dünya azərbaycanlıların sıx birləşməsini təmin etməkdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor təşkilatlarımızın mühüm rolu var. "Son vaxtlar dünyanın bir çox dövlətləri Azərbaycanın təcrübəsindən istifadə edərək özlərində diasporla üzrə dövlət təşkilatları yaradırlar bizim təcrübəmizi öyrənirlər".

Komitə sədri indiki mərhələdə Azərbaycan diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha çox təmsil olunmağa çalışdıqlarını da vurğulayıb.

Onun sözlərinə görə, Dövlət Komitəsinin fəaliyyət göstərdiyi 7 il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımız arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması, həmvətənlərimizin hüquq azadlıqlarının qorunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Eyni zamanda Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Xartiyasını hazırlayıb sənəd Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18- Bakıda keçirilən iclasında təkliflər, əlavə dəyişikliklər nəzərə alınmaqla qəbul edilib. Komitə sədri artıq xartiyanın son variantının hazır olduğunu bu günlərdə dərc olunaraq bütün diaspor təşkilatlarına paylanılacağını qeyd edib.

Xaricdəki diaspor təşkilatlarımızın sayına gəlincə, N.İbrahimov dünyanın əksər ölkəsində 370-dək Azərbaycan icmasının fəaliyyət göstərdiyini diasporumuzun təşkilatlanma prosesinin bu gün davam etdiyini bildirib.

İsraildə çox böyük Azərbaycan diasporu olduğunu deyən komitə sədrinə görə, bu ölkədə özünü azərbaycanlı hesab edən yüz minədək adam yaşayır. Orada Azərbaycan-İsrail Assosiasiyasının (AZİZ) yaradılğını xatırladan N.İbrahimovun sözlərinə görə, bu təşkilat Azərbaycandan köçüb gedən yəhudiləri azərbaycanlıları özündə birləşdirən güclü bir qurumdur (APA). O, AZİZ-in İsrail dövləti tərəfindən tam dəstəkləndiyini bildirib təşkilatın Azərbaycanla bağlı böyük işlər gördüyünü söyləyib: "İsrail parlamentində Xocalı soyqrımı ilə bağlı məsələ tez-tez gündəmə gətirilir".

N.İbrahimov İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinin iki ölkənin diaspor təşkilatları arasında əlaqələri gücləndirəcəyini vurğulayıb.

 

 

Aqil İSMAYILOĞLU

 

Ekspress.- 2009.- 7 iyul.- S. 12.