Qarabağa səfər: kim gedər, kim getməz?

 

"Azərbaycan Ermənistan ziyalılarının qarşılıqlı səfərləri milli maraqlarımıza zidd deyil". Bu barədə YAP-ın rəsmi saytına müsahibəsində Azərbaycan Prezidenti Admnistrasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan erməni xalqları birgə yaşayıblar bundan sonra da yaşayacaqlar: "Bu baxımdan, hər iki xalqın ziyalılarının qarşılıqlı səfərləri əhəmiyyətlidir".

Xatırladaq ki, iyulun 3- Azərbaycan Ermənistanın Rusiyadakı səfirlərinin təşəbbüsü ilə bir qrup azərbaycanlı erməni ziyalısı Xankəndidə, Şuşada, İrəvanda Bakıda görüşlər keçirib. Bakı İrəvanda onları Azərbaycan Ermənistan prezidentləri qəbul edib.

Dünən Gəncədə jurnalistlərlə söhbətində xarici işlər naziri Elmar Məmmədyarov da bildirib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, burda yaşayan erməni icmasının nümayəndələri isə Azərbaycan vətəndaşlarıdır: "Biz onlarla görüşlərdə sübut etməliyik ki, Azərbaycan öz torpaqlarını geri alsa, onlar üçün daha yaxşı olar. Digər baxımdan azərbaycanlılar münaqişə həll olunandan sonra öz torpaqlarına, o cümlədən Şuşaya qayıdıb yaşamalıdırlar. Düşünürəm ki, bu təşəbbüslər vacibdir davam etdirilməlidir".

 

Məmmədyarov: "Jurnalistlər getsin"

 

"Trend"in məlumatına görə, Məmmədyarov Azərbaycan və Ermənistan ziyalılarının növbəti qarşılıqlı səfərləri barədə danışmağın hələ tez olduğunu söyləyib: "Səfərin nəticələri təhlil ediləndən sonra növbəti səfər barəsində qərar verə bilərik. jurnalistlərin qarşılıqlı səfərləri də vacibdir və buna ciddi hazırlıq görülməlidir".

Yeri gəlmişkən, "Media forum" saytı nazirin azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinin vacib olması haqda dediklərinə "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun, "Bizim Yol" qəzetinin rəhbəri Bahəddin Həziyevin, "525-ci qəzet"in baş redaktor müavini Qalib Toğrulun münasibətini öyrənib.

B.Sadıqov erməni-azərbaycanlı münaqişəsinin başlandığı ilk vaxtlarda - 1988-ci illərdə belə səfərlərin təşkil olunmasına qarşı çıxdığını deyib: "Amma indi vəziyyət əsaslı şəkildə dəyişib. Ermənistan özü ağır duruma düşüb, ermənilər artıq xarabalıqda yaşamaqdan, beynəlxalq yardımlardan beziblər. Onlar ağılsız siyasətin əlindən təngə gəliblər. Azərbaycanda isə başqa vəziyyətdir. İnkişaf hər addımda özünü büruzə verir. Bu baxımdan jurnalistlərin qarşılıqlı səfərinin təşkil olunması müsbət nəticə verə bilər".

Qarşılıqlı səfərlər zamanı həqiqətlərin ortaya qoyulacağını bildirən və bunu erməni siyasətçilərinə təsir etməyin ən yaxşı yolu sayan B.Sadıqov vurğulayıb: "Bizim jurnalistlər də, onların curnalistləri də gördüklərini yazmalıdırlar. Bu məsələdə internet jurnalistikası daha önəmli rol oynamalıdır".

"Azərbaycan"ın baş redaktoru məmniyyətlə belə səfərlərdə iştirak etmək istədiyini söyləyib: "Mən artıq güclü, üstün dövlətin, səsi eşidilən, iradəsi tanınan dövlətin nümayəndəsi kimi gedərəm və onlara sual edərəm ki, məgər biz sizə bu cür Ağdam qoyub gəlmişdik? Ağdamı xaraba qoymusunuz, bayquş kimi xarabada yaşamaq istəyirsiniz? Dünyanın harasında insan özünü yaxşılıqlardan məhrum edib? Ermənilərə bu sualı verərdim..."

B.Həziyev xatırladır ki, jurnalistlərin əvvəllər də qarşılıqlı səfərləri olub: "Nə qədər ki, münaqişə həll edilməyib, bizim Ermənistana, ermənilərə münasibətimiz adekvat olmalıdır. İnsan öz düşməninə necə baxırsa, biz onlara elə baxmalıyıq. Eyni zamanda proses gedir, nəsə çıxış yolu axtarılır. jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil olunması bu axtarışda iştirak edən adamların öz seçimidir".

B.Həziyev ona belə bir təklif edilmədiyini və bunu heç gözləmədiyini də vurğulayıb: "Səsləndirilməyən təklif barəsində nəsə demək istəmirəm. Əvvəl mənə təklif eləsinlər, sonra baxarıq".

Q.Toğrul azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlər etməsi təklifinə müsbət yanaşır: "Ümumiyyətlə, bütün müharibələrin, etnik münaqişələrin tarixi göstərir ki, onların həlli üçün qarşı-qarşıya duran xalqlar arasında yaxınlaşma olmalıdır. Onu da nəzərə alaq ki, indi nəyisə silahla, güclə həll etməyin müşkül olduğu bir dövrdə yaşayırıq".

İşğal altında olan torpaqlarımız barəsində çox şayiənin dolaşdığını söyləyən Q.Toğrul bir jurnalist kimi həmin əraziləri öz gözləri ilə görmək istərdi: "Mənə belə bir təklif edilsə, böyük məmnuniyyətlə razı olardım".

Bakı Dövlət Universitetinin müəllimi Zeynal Məmmədli də ona təklif olsa, Dağlıq Qarabağa gedə biləcəyini bildirib:"Mən xalq diplomatiyasına inanıram. Amma sadəcə yuxarıdan təklif təşkil olunan yox, dövlət qurumlarının köməyilə həyata keçirilən gerçək xalq diplomatiyasının tərəfdarıyam".

Z.Məmmədli deyib ki, münaqişənin həllində ölüm-itimsiz bütün variantları sınaqdan keçirmək lazımdır: "Ortaq məxrəcə gələ bilmək üçün biz ermənilərin düşündüyünü bilməliyik. Həm bizim üçün, həm onlar üçün vaz keçilməyən məqamlar var - bu məqamlar ətrafında müzakirələr aparmaq, tərəflərin hər birinə öz ləyaqətini qorumaq fürsəti verən imkanlar axtarıb tapmaq lazımdır. Bütün cəhdlər səmimidirsə, yəni tərəflər bir-birinin ayağından çəkmək barədə düşünməyəcəklərsə, belə görüşlərdə konkret nəticələr əldə etmək olar.

Düzdür, Azərbaycanda xalq diplomatiyası ideyasına müxtəlif yanaşmalar mövcuddur, onun əleyhinə olanlar var. Ona görə mən bu məsələnin elə bizim öz aramızda da müzakirə edilməsinin tərəfdarıyam. Biz nəzərə almalıyıq ki, Dağlıq Qarabağda canlı azərbaycanlı görməyən 17 yaşlı gənclər var bu bizim üçün itkidir".

 

Səfərlər davam edəcək

 

"Həm Azərbaycan, həm də Ermənistan tərəfi ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərlərinin daha intensiv və geniş formatda davam etdirilməsinə razılıq verib".

Bu sözləri isə iyulun 3-də ictimaiyyət nümayəndəsi kimi Dağlıq Qarabağa və Ermənistana səfər etmiş "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasi" İctimai Birliyi İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev "Media forum" saytına açıqlamasında deyib.

Deputatın sözlərinə görə, hələlik növbəti səfərin tarixi məlum olmasa da, bunun yaxın zamanlarda baş tutması istisna deyil: "Növbəti səfər üzərində işləniləcək. Nümayəndə heyətinin tərkibi, sayı və səfərin vaxtı dəqiqləşdiriləcək. Əsas məsələ odur ki, hər iki tərəfin buna istəyi var və bu formatda əlaqələr dəstəklənir. Hər iki tərəf bu formatda əlaqələrin genişləndirilməsinə razılığını bildirib".

R.Rzayev deyib ki, Dağlıq Qarabağ və Ermənistana gedəcəyi haqda səfərdən bir neçə gün əvvəl məlumatlı olub.

 

Filosofun şərti var

 

Filosof Rəhman Bədəlov Dağlıq Qarabağa səfərə getməyə hazırdır, lakin onun şərti var: "Təklif hökumətdən olsa, getmərəm. Çünki belə səfərdə sərbəstlik olmur və bu, xalq diplomatiyası adlana bilməz. Mən bəzən ermənilərlə görüşürəm. Burda bir qəbahət yoxdur".

Niyazi Mehdi isə hökumətin təşəbbüsünə qoşulmağı məqbul sayır: "Dağlıq Qarabağa gedərdim. Təhlükəsizlik baxımından təşəbbüs hökumətdən gəlsəydi, daha yaxşı olardı. Məncə, normal düşüncəli insan üçün hər bir təəssüratın böyük əhəmiyyəti var. Bir çox belə səfərdə əldə olunan təəssüratlar insanlarda Qarabağ problemi ilə bağlı maraqlı fikirlər yaradıb. Belə bir təklif olsaydı, Dağlıq Qarabağa məmnuniyyətlə gedərdim" (Media forum).

 

Yazıçı səfərə hazırdır

 

Yazıçı Əkrəm Əylisli də Dağlıq Qarabağa səfər etməyə hazırdır."Gedərəm. Qarabağ münaqişənin həlli üçün ermənilərlə münasibətlər bərpa edilməlidir, əks halda barışı təmin etmək olmaz. Biz qonşuyuq, heç birimiz bu torpaqlardan köçüb gedən deyilik. Əgər bir çöp də vəziyyətin yaxşılaşmasına kömək edə bilərsə, ondan istifadə eləmək lazımdır",-deyə yazıçı "Media forum"a bildirib.

Ə.Əylislinin fikrincə, Dağlıq Qarabağ münaqişəsini sülh yoluyla həll etmək mümkün olsa, Azərbaycan kataklizmlər qarşısında qalmayacaq: "Müharibə haqqında rahat danışan adamlara mənim inamım yoxdur, çünki müharibə qan-qada, böyük itkilər deməkdir. Bir vaxtlar erməniləri 5 dəqiqəyə udarıq deyənlər indi bunun mümkün olmadığını etiraf edirlər. Biz heç bilmirik ermənilərin hərbi hazırlığı nə səviyyədədir. Azərbaycan təkbaşına, yəni öz iradəsiylə bu müharibəni uda bilməz, Azərbaycana belə risk lazım deyil.

Mən mənəviyyat adamıyam, müşahidə eləyib görürəm ki, bu konflikt hər iki millətin mənəvi həyatına mənfi təsir göstərir, ondan siyasi təzyiq vasitəsi kimi istifadə edilir. Qarabağ problemi qaldıqca nə Azərbaycanda, nə də Ermənistanda demokratik şərait olacaq. Bu mənada indiki vəziyyət siyasi dairələrə sərfəlidir, çünki milləti təzyiq altında idarə etmək daha asandır".

 

Rejissor əleyhinədir

 

Kinorejissor Ayaz Salayevin isə Qarabağa səfər etmək fikri yoxdur:"Getməzdim. Çünki mən Dağlıq Qarabağda qonaq olmaq istəmirəm".

A.Salayev deyib ki, "İnternyus-Azərbaycan" İctimai Birliyinin layihələri çərçivəsində Dağlıq Qarabağ erməniləriylə əməkdaşlıq edib: "Mən görmüşəm ki, onlar bizim orda yaşamağımızı qətiyyən istəmirlər, sadəcə, qonaq kimi qəbul edirlər bizi. Nə qədər hörmətlə qarşılasalar belə, bu mənə lazım deyil. Ümumiyyətlə, bu məsələdə milli ideologiya baxımından həll olunmamış bir məqam var və mənə elə gəlir ki, biz ilk növbədə bunun haqqında düşünməliyik - əgər biz müharibə variantından birdəfəlik imtina etmişiksə və müsbət erməni obrazı yaratmaq istəyiriksə, o zaman belə səfərləri təşkil etmək olar. Yox, məqsəd bu obrazı yaratmaq deyilsə, getmək də lazım deyil, çünki bir millətlə həm dost olmaq, həm də ona güllə atmağa hazır olmaq mümkün deyil" (Media forum).

Rejissor hesab edir ki, dövlət bunlardan birini seçib milli ideologiya yaratmalıdır:"Bəlkə mən də o zaman öz həqiqi münasibətimi gizlədib Dağlıq Qarabağa gedərdim".

 

 

A.     Həmid

   

    Ekspress.- 2009.- 7 iyul.- S. 5.