"Nabucco": saziş olacaq, mənbə isə yoxdur
Türkiyə Xarici İşlər Nazirliyi "Nabucco" layihəsinə
dair iyulun 13-də imzalanacaq hökumətlərarası sazişlə
bağlı açıqlama yayıb.
Türkiyə XİN-in rəsmi saytının xəbərinə görə, açıqlamada "Nabucco" qaz kəmərinin həm Türkiyə, həm də Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb
etdiyi vurğulanır və layihənin reallaşması yolunda önəmli mərhələ təşkil edəcək hökumətlərarası anlaşma
iyulun 13-də təbii qaz istehsalçısı, ixracatçısı və tranzit ölkələrin iştirakı ilə Ankarada imzalanacaq. Hökumətlərarası
saziş Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya tərəfindən
imzalanacaq.
Ankarada keçiriləcək Zirvə
Toplantısına Azərbaycan
da dəvət olunub və "Nabucco" sammitində
"istehsalçı ölkələrin
layihə üçün qaz tədarükü və bu çərçivədə
həyata keçirilməsi
nəzərdə tutulan
layihələrlə bağlı
müzakirələr aparılacaq. Türkiyə XİN-nin açıqlamasında bildirilir ki, sazişlə bağlı müzakirələr bu ilin yanvar
ayında başlanıb və keçən ay keçirilən 7-ci toplantı ilə müzakirlər başa çatdırılıb.
Açıqlamada vurğulanır ki, layihə Şərqi Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayacaq.
Yeri gəlmişkən, xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev "Rossiya" telekanalına müsahibəsində
Azərbaycanın "Nabucco"
üçün əsas təchizatçı ölkə olmadığını bildirib: "Biz "Nabucco" layihəsi ilə bağlı mövqeyimizi dəfələrlə bildirmişik.
Bu ideya yarananda Azərbaycan təchizatçı kimi nəzərdə tutulmurdu.
Azərbaycan tranzit ölkələrdən biri hesab edilirdi. Əsas təchizatçılar başqa ölkələr hesab olunurdu və hələ də belə hesab edilir. Lakin görünür,
ilkin təchizatçılarla müəyyən səbəblər
üzündən razılıq əldə edilməsində
çətinliklər ortaya
çıxıb və Azərbaycanın artıq böyük həcmdə qaz hasil edən
ölkəyə çevrilməsi
ilə əlaqədar
bizə də maraq yaranıb".
Azərbaycan prezidenti
deyib ki, boru kəməri kimə lazımdırsa, o da tikməlidir:
"Bununla bərabər,
əlbəttə, qazın
nəqli üçün əlavə vasitələr
yaradılsa, bu, bizim yalnız xeyrimizə
olacaq. Əgər
"Nabucco" qaz kəməri tikilsə və bizə münasib kommersiya şərtləri təklif etsələr, əlbəttə,
biz bundan istifadə edəcəyik.
Lakin biz bu prosesi başlamaq
təşəbbüsü irəli
sürməyəcəyik və
onu maliyyələşdirməyəcəyik.
Bu, bizim birmənalı mövqeyimizdir".
İyulun 13-də "Nabucco" ilə bağlı hökumətlərarası saziş imzalansa belə, görüləcək işlər, aşılacaq əngəllər yetərincə
çoxdur. Neft Araşdırmaları Mərkəzinin
rəhbəri İlham Şaban xatırladır ki, Azərbaycan hələ də rəsmi olaraq layihənin əsas mənbəyi hesab olunmur: "Heç Azərbaycanın bu layihəni doldurmaq kimi öhdəliyi də yoxdur".
Hazırda layihə üçün əsas mənbənin Orta Asiya qazının nəzərdə
tutulduğunu deyən ekspert burda da
bir sıra həll olunmalı məsələlərin olduğunu
bildirir: "Mərkəzi
Asiya qazının idxal etmək istəyirlər. Öncə satılmaq üçün qaz
olmalıdır. Türkmənistanın
qərb və mərkəzi hissəsində
qaz yoxdur. Ancaq cənub və şərq hissəsindədir. Həmçinin
Xəzər dənizinin
hüquqi statusu müəyyənləşməyib".
Orta Asiya qazının
Rusiya ilə rəqabət aparmaq imkanında olmadığın bildirən ekspert Avropa üçün əsas
alternativ mənbənin
İran olduğunu deyir: "İranın indi olmasa da,
10-20 ildən sonra 150 milyard kubmetr qaz ixrac etmək
imkanı olacaq: Bax bu, Avropa
üçün Rusiya qazına münasibətdə əsl alternativ ola bilər".
Hazırdasa ABŞ İrandan qaz idxalına qarşıdır,
Avropa da İranın "mavi yanacağı"na lazımi maraq göstərmir.
İ.Şaban ARDNŞ ilə
"Qazprom" arasında
imzalanan məlum müqavilənin Azərbaycanın
maraqlarına uyğun olduğunu bildirir: "Prezident öz bəyanatında
düzgün vurğulayıb ki, əsas odur
ki, Rusiyaya satdığımız qaz neçədən alınır. Əgər tranzit ölkələr Azərbaycanın
qarşısında ağır şərtlər qoyarsa, Azərbaycanın alternativ variantı var. Bundan
maksimum yararlanmağa çalışacaq. Bu dövlət
başçısının tutarlı bir addımıdır".
Bəkir Nərimanoğlu
Ekspress.-2009.- 8 iyul.- S. 7.