"Daim nifrətlə yaşamaq olmaz"

 

Siyavuş Kərimi erməni musiqiçiləri ilə birgə layihə həyata keçirmək istəyir

 

Milli konservatoriyanın rektoru, bəstəkar Siyavuş Kəriminin "Turan"a müsahibəsi

 

- Siz Qarabağa İrəvana səfər edən nümayəndə heyətinin tərkibində olmusunuz. Səfərlə bağlı təəssüratlarınız necədir?

- Mən bu səfərə dəvət olunanda fikirləşmədən razılaşdım. Orada müharibəyə qədər, tələbə vaxtı, Rəşid Behbudovla qastrollarda çox olmuşam. İndi həmin torpaqlar işğal altında olduğu vaxt ona ayaq qoymaq imkanını əldən verə bilməzdim. Çox həyəcanlandırıcı idi. Yəqin, mən çox xoşbəxt insanam ki, bizim üçün eləcə Qarabağ üçün ağır tarix kəsimində Şuşanın gözəl, amma azad olmayan havasını uddum. Əlbəttə, gördüyümüz səhnə dəhşətlidir. Buna baxmayaraq, missiyamızı vacib sayıram, çünki, bu, münaqişənin dinc yolla həllinin sürətlənməsinə yönəlib.

- Belə səfərlər dərəcədə faydalıdlr bu səfərdən sonra baş verməlidir?

- Yer üzərində istənilən müharibə vaxtsa başa çatır, istənilən münaqişə sönür onlar əbədi deyil. Hər bir halda xalqlar birgə yaşamalı olurlar. Ziyalıların, xalq diplomatiyasının rolu münaqişədə olan xalqları yaxınlaşdırmaq, nifrət hissini aradan qaldırmağa şərait yaratmaqdır. Ziyalılar, düşüncəli şəxslər, ən geniş ümumbəşəri anlamda "mədəniyyəti" formalaşdıran mədəniyyət təmsilçiləri bu missiyanı yerinə yetirməlidirlər. Belə intensiv əlaqələr ən yüksək səviyyədə davam etməlidir ki, xalqlar dinc yanaşı yaşamağa vərdiş etsinlər. Nümayəndə heyətlərini ən yüksək səviyyədə qəbul edən dünyaya sülhə səy etdiklərini göstərən Azərbaycan Ermənistan dövlət başçılarının zəhmətlərini dəyərləndirmək lazımdır.

Bakıya gələn erməni nümayəndə heyəti şəhərin qədər dəyişdiyini gördülər, bərpa edilmiş erməni kilsəsinə baxdılar, bu gün o, kitabxana kimi fəaliyyət göstərir.

- Bako Saakyanla barədə danışdınız? O, Sizin vasitənizlə Azərbaycan ictimaiyyətinə çatdırmaq istəyirdi?

- Biz onunla Xankəndidə görüşdük. Etiraf edim ki, "Qarabağ tərəfin" radikal əhval-ruhiyəsi normal dialoq aparmağa mane olurdu. Ermənistan prezidenti Serj Sərkisyanla görüş barədə bunu demək olmaz, bu görüş o qədər konstruktiv idi. Məni, məsələn, "Qarabağ universitetinin rektorunun" çıxışı təəccübləndirdi, çox radikal, birtərəfli idi. Dünyanın heç yerində dövlət kimi tanınmadığın halda özünü necə dövlət adlandırmaq olar? Bunun təsdiqi kimi onlar dövlətçilik atributlarını göstərirlər - "prezident", "himn", "gerb". Mənim "pul vahidiniz - dövlətçiliyin əsas rəmzi nədir" sualıma onlar "dram vahid rubl zonası",- deyə cavab verdilər. Amma əslində bu, dramatik zonadır ondan çıxmaq üçün dialoq aparmağı bacarmaq lazımdır. Əgər düşüncəmiz, dilimiz sülh təşəbbüsümüz varsa, niyə müharibə etməliyik? Əminəm ki, Qarabağda ermənilər arasında sağlam düşüncəli insanlar var Azərbaycan tərəfin sülh müqaviləsi imzalamaq barədə təklifinin yeganə düzgün onlar üçün sərfəli çıxış yolu olduğunu anlayanlarınsayı az deyil.

- Sizə elə gəlmir ki, Qarabağ ermənilərinin müstəqillikdən əl çəkəcəklərinə ümid etmək qeyri-realdır?

- Əlbəttə, bu, asan deyil, amma axı beynəlxalq hüquq çərçivələri var. Bütün dünya etiraf edər ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir! Azərbaycan ona yüksək muxtariyyət statusu verməyə hazırdır. Biz inkişaf edirik sülh sazişi əldə edilərsə, Qarabağ da inkişaf edəcək. bu, ilk öncə, erməni əhalisini qane etməlidir. Gələcəkdə bu inkişaf bütün Qafqaza müsbət təsir göstərə bilər ki, bu da onu çiçəklənən regiona çevirər. Aydındır ki, bunun üçün çox uzun ağır yol keçilməlidir düşmənçiliyin davam etdirilməsində maraqlı olan qüvvələr var, amma mən siyasətçi deyiləm, ona görə başqa yollar axtarmağa çalışıram. Bizim xalqlarımız əsrlər boyu yan-yana yaşayıblar, qarışıq nigahların, bu nigahlardan olan uşaqların sayı çoxdur bütün bunların üzərindən xətt çəkmək olmaz. Ermənilər münaqişə zamanı Azərbaycanı tərk etmiş qaçqınlar barədə soruşurdular. Bu gün bizim ölkəmizdə ermənilərin sayı təxminən 40 min nəfərdir. Bir halda ki, Ermənistanda Dağlıq Qarabağda azərbaycanlı yoxdur, ermənilərə kiçik olsun təzyiq göstərilsə, onlar Azərbaycanda qala bilərdilər? Məncə, yox. Şuşa Azərbaycan şəhəri idi, bəs indi bizim şuşalılarımız hanı?

Əlbəttə, proses çox mürəkkəbdir. Hər iki tərəfdən qurbanlar var, həlak olanlar var, unutmaq, bağışlamaq, barışmaq çətindir. Amma baxın, ruslar almanlarla dostluq edir, halbuki onlar arasında müharibə nəticəsində SSRİ 20 milyon nəfərlik itki verib. Bizim halda özümüz haqda deyil, övladlarımız nəvələrimiz haqda düşünmək lazımdır.

- İki xalqın barışması üzrə səylər çərçivəsində erməni musiqiçiləri ilə birgə layihə həyata keçirə bilərdiniz?

-Mən belə bir layihə təklif etmişəm keçmiş mədəniyyət nazirləri Polad Bülbüloğlu Mixail Şvıdkoy da bu təklifi dəstəkləyiblər. Ümid edirəm ki, gələcəkdə bu, mümkün olacaq. Daim nifrətlə yaşamaq olmaz. Mən bütün dünyada Bakı ermənilərinə rast gəlmişəm, onlardan heç biri Azərbaycanlılar haqda pis fikir söyləməyib, əksinə, Bakı haqqında, orada hazırki həyat haqqında ürək ağrısı ilə soruşurlar, onlar burada çox yaxşı yaşayırdılar. Sülh müqaviləsi qədər tez imzalansa, bizə bir o qədər xeyri olar, tək Azərbaycan Ermənistan üçün deyil, bütün Qafqaz üçün.

 

 

Ekspress.- 2009.- 9 iyul.- S. 22.